Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
73
sovet müstəqil respublikalarında qiymətli kağızlar üzrə öhdəliklərin
icra vəziyyəti dayandırılmaqla, bu sahəsində aparılan siyasət islahat-
ları özünü doğrultmadı. Nəticə etibarı ilə digər sovet müttfiq respub-
likalarında olduğu kimi Azərbaycandada əhalinin əlində olan külli
miqdarda dövlət istiqrazları dəyərsiz halına gəldi. Və insanlar illər
boyu qənaət edib, yığdığı pul və maliyyə vəsait-lərini itirdi. Təbii ki,
belə vəziyyət isə uzun müddət, hətta müasir günədək digər keçmiş
sovet xalqları kimi, Azərbaycan xalqının da qiymətli kağızlar baza-
rına olan inamını əsaslı surətdə sarsıtmış oldu.
3.3. Azərbaycan Respublikasında müasir fond bazarının
təşkili və inkişafı
1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Şərqi Avropa və
keçmiş sovet məkanında baş verən siyasi tranformasiyalar planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi şərtləndirmişdir. Bu
keçid özəl mülkiyyət və azad sahibkarlıq prinsiplərinə  əsaslanan
yeni iqtisadi-hüquqi münasibətlər sisteminin yaradılmasını tələb
edirdi ki, bu hüquqların təminatı vasitələrindən biri də məhz qiy-
mətli kağızlar idi. Təsadüfi deyil ki, oxşar siyasi-iqtisadi tarixə ma-
lik digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni iqtisadi mo-
delin hüquqi əsasını formalaşdıran ilk qanunvericilik aktlarının sı-
rasında hələ 1992-ci ildə qəbul edilmiş “Qiymətli kağızlar və fond
birjaları haqqında” Azərbaycan Respublikasının Qanunu da var idi.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasında
fond bazarının inkişafı üçün əsas 1991-1992-ci illərdə qoyulsada,
həmin dövrdə sektorun nəzərdə tutulan inkişafı təmin olunmadı.
Hüquqi-normativ, fəaliyyət və tənzimləmə mexanizminin zəif və
qeyri-təkmil səviyyədə olması, bu mühüm sahənin lazımı  şəkildə
formalaşmamasına səbəb oldu. Həmçinin, 1992-1995-ci illərdə
ölkə iqtisadiyyatında baş verən qeyri-stabil vəziyyət, güclü infilya-
siya prosesləri, iqtisadi-idarəetmə sisteminin qeyri-səmərəliliyi bu
bazarın dağınlığına səbəb olmaqla, ölkənin ehtiyac duyduğu zəruri


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
74
daxili investisiya mənbələrinin itirilməsinə gətirib çıxartdı. Müva-
fiq dövrdə müxtəlif adlar altında fəaliyyət göstərən maliyyə, fond,
əmtəə bazarı, birjalar və institutlar (“Vahid” bank, “Xəyal” bank,
“Bakı investisiya birjası” və s.) xeyriyyə yönümlü siyasət yeritsə
də onlar daha çox maliyyə-fond bazarı təsəvvürü yaratmaqla fiziki
və hüquqi şəxslərin vəsaitini cəlb edirdi [62]. Belə birja və fondla-
rın iqtisadi və hüquqi baxımdan əsaslandırılmış bazisi və inkişaf
perspektivi olmadığı üçün, bu qurumlar tez bir zamanda “müf-
lisləşdilər” və ciddi sosial-iqtisadi problemlər yaratmış oldular .
Eyni ssenarili proseslər, hadisələr həmin dövrlərdə MDB ölkə-
lərində də baş verməkdə idi. Bütün mövcud neqativ meyllər ölkədə
sosial-iqtisadi problemləri dərinləşdirməklə, vətəndaşların fond
bazarlarına, banklara olan inamına, etibarına ciddi mənfi təsir
göstərmiş oldu.
Ölkədə 1990-cı illərin əvvəllərində mövcud olan hərbi, siyasi və
sosial-iqtisadi şərait də fundamental iqtisadi islahatların həyata ke-
çirilməsi, o cümlədən maliyyə və fond bazarlarının fəaliyyəti üçün
zəruri mühiti təmin etmirdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışından sonra qısa bir
müddətdə hərbi, siyasi sabitlik təmin edildi və bu əsasda da radikal
iqtisadi islahatlara başlanıldı.
İqtisadi artımın və istehsal potensialının bərpası iqtisadiyyatın
müxtəlif sektorlarında kapitallaşma səviyyəsinin artırılmasını, eyni
zamanda onların müasir istehsal bacarıqları və vərdişləri əsasında
yenidən təşkilini zəruri edirdi. Bu tələbatın təmin edilməsi üçün
ölkədə özəl sahibkarlığın inkişafı və əlverişli investisiya mühitinin
formalaşdırılması üçün həyata keçirilən təşəbbüslər genişləndirildi.
Belə bir şəraitdə Azərbaycan qiymətli kağızlar bazarı da iqtisadi
transformasiya proseslərinin əsas iştirakçılarından biri kimi çıxış
edirdi. 1995-ci ildə özəlləşdirmənin birinci mərhələsinə start veril-
məsi ilə səhmlərin buraxılışı və tədavülünə dair ilkin hüquqi mü-
nasibətlər, habelə Auksion Mərkəzi, “Mülk” Milli Depozit Mərkə-
zi kimi özəlləşdirmə prosesləri üçün zəruri infrastrukturu təmin
edən və müəyyən mənada fond bazarı təsisatları funksiyalarını da-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
75
şıyan institutlar formalaşdı. Həmin dövrdə 1000-dən çox səhmdar
cəmiyyəti, təxminən 70 min səhmdardan ibarət investor təbəqəsi
formalaşdı. Fundamental iqtisadi islahatlar prosesində yaranmış bu
təsisatlar, təbii ki, klassik fond bazarı institutları funksiyasını daşı-
mırdılar. Bununla belə mülkiyyət münasibətlərinin dinamikliyi bu
sahədə dövlət tənzimlənməsinə tələbatı daha da artırırdı.
1991-ci ildə təşkil olunan Bakı Qiymətli Kağızlar Birjası Azər-
baycan Respublikasının yeni yaranan qiymətli kağızlar bazarında
ilk birja olmuşdur. “Dövlət qısamüddətli istiqrazların buraxılması
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
tətbiq edildikdən sonra dövlət qiymətli kağızlar bazarı fəaliyyətə
başlamışdır.
Qapalı tipli səhmdar cəmjyyəti olan Bakı Banklararası Valyuta
Birjası 21 iyun 1993-cü ildə Azərbaycan Respublikasının beş ən iri
bankı tərəfindən təsis edilmişdir. Bu banklar Azərbaycan Respubli-
kası Milli Bankı, Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı,
Aqrar - Sənaye Səhmdar Kommersiya Bankı, Azərbaycan Respub-
likası Beynəlxalq Bankı və Səhmdar Kommersiya Əmanət Bankları
olmuşdur [24].
Müasir Azərbaycan dövlətçiliyinin bütün fundamental ele-
mentləri kimi yeni iqtisadi sistemin, o cümlədən qiymətli kağızlar
bazarının da formalaşması Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Azərbaycan dövlətçiliyinin dayanıqlı özüllərinin əsası bu şəxsin
qətiyyətli və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu si-
yasət dərin transformasiya prosesləri vasitəsilə planlı iqtisadiyyat-
dan bazar iqtisadiyyatına keçidi, mülkiyyət və azad sahibkarlıq
prinsipləri əsasında yeni hüquqi münasibətlər sisteminin forma-
laşmasını təmin etmişdir. Qiymətli kağızlar, o cümlədən də fond
bazarı formalaşmış yeni iqtisadi münasibətlər sisteminin ən mü-
hüm elementlərindən biridir.
1996-cı illərdən başlayaraq özəlləşdirmə prosesləri nəticəsində
qiymətli kağızlarla əlaqəli baza hüquqları təmin edilsə də, lakin
onların özündə daşıdığı kompleks hüquqlar, o cümlədən qiymətli
kağızların maliyyə bazarı aləti kimi istifadəsi yetərli dərəcədə təş-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə