Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
60
”Unilever”, ”Robeco” və “Nationale Nederlander”) müvafiq qiy-
mətli kağızlarının xüsusi çıkisi Amsterdam fond birjasında 47%-ə
bərabərdir [35].
Amsterdam fond birjası dünyada ən beynəlmiləşmiş birjası he-
sab olunduğuna görə, onun satış siyahısına daha çox xarici emisi-
yalar yönəldilir. “Pirelli Tire” (Italiya) və “Poli Gram” (Almaniya)
kimi şirkətlər 2000-ci ildən yeni emisiya səhmlərinin satışı ilə bağ-
lı geniş təkliflərlə birjada çıxış etməkdədir. 1980-cı ildən başlaya-
raq Amsterdam fond birjası ABŞ-ın firma və  şirkətlərinin
səhmlərinin birbaşa ticarətini  də yerinə yetirməkdədir.  Amster-
dam birjası Hollandiya Qiymətli Kağızlar Bazarında  qiymətli ka-
ğız ixracı və alış-satışının aparıldığı yeganə nizamlı  bazarı  əhatə
edən birjadır. Müasir Amsterdam birjası Frankfurt, Paris, London
fond  birjaları ilə rəqabət aparan bir maliyyə mərkəzi kimi də ta-
nınmaqdadır.
2.8.
K
anada
Kanadada beş fond birjası fəaliyyət göstərir: Monreal, Toronto,
Vankuver, Kalqari, Vinnipeq. Ölkədə qiy-
mətli kağızlar üzrə ümumi birja dövriy-
yəsinin 90%-i Monreal və Toronto birja-
larının payına düşür. Kanadada birja əməliy-
yatlarının fəallaşması – kapitalın ölkə daxi-
lindəki iqtisadi bazasını möh-kəmləndir-
məklə, təsir dairəsinin ölkə sər-hədlərindən
kənara çıxmasına, xüsusilə ABŞ məkanında
genişlənməsinə səbəb olmuşdur [42; 44].
Sənaye şirkətlərinin maliyyə təminatı yalnız
bank sferası hesabına deyil, eyni zamanda
qiymətli kağızlar bazarının pul vəsaitləri he-
sabına, xüsusən də birjalar vasitəsilə səfərbər
olunmaqla formalaşır.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
61
2.9.
Y
aponiya
Y
aponiya birja şəbəkəsi özündə doqquz birjanı birləşdirir (To-
kio, Osaka, Nahoya, Kioto, Kobe, Xirosima, Fukuoka, Nihata,
Sapporo). Onlardan ən irisi Nyu-York və London fond birjaların-
dan sonra dünyada üçüncü yeri tutan Tokio birjasıdır (TOKYO
Stock Exchange). Tokio fond birjasının nüfuzu 1960-cı illərin orta-
larında yüksəlməyə başlamışdır. Buna səbəb Yaponiyanın “Dzay-
baçu” inhisar kapitalının ölkə daxilindəki mövqeyini bərpa edərək,
Amerika və Qərbi Avropa kapitalı ilə rəqabət aparması olmuşdur.
Ölkə iqtisadiyyatındakı yüksək inkişaf meyli və bazarda pul əma-
nət normasının artımı Yaponiyada XX əsrin ikinci yarısından baş-
layaraq birja əməliyyatlarının geniş  şəkildə həyata keçirilməsinə
imkan yaratmışdır.
Yaponiyada fond birjaları səhmdar cəmiyyətləri təşkilatı-hüquqi
formasında təşkil olunub, milli qanunvericilik əsasındakı nizam-
naməyə uyğun fəaliyyət göstərirlər. Birjaya rəhbərliyi onun üzvləri
tərəfindən gizli səsvermə yolu ilə seçilən idarə heyyəti həyata keçi-
rir. Birjada vasitəçi rolunda brokerlər çıxış etsədə, lakin onlar öz
xeyrinə birja sövdələşməsi apara bilməzlər. Xarici hüquqi şəxslər


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
62
ölkədə qeydə alındıqdan sonra fond birjaları üzvlüyinə qəbul oluna
bilərlər (yaşadığı yeri bildirməklə 66 milyon ABŞ dolları həcmində
kapitala və hər il 10 milyon dollarlıq xalis gəlirə malik olmaq şər-
tilə). Tokio fond birjasına xarici kompaniyaların səhmləri 1973-
1974-cü illərdən başlayaraq buraxılmışdır [36].
Yaponiyanın fond birjaları özünüidarəetmə prinsipi ilə işləyən
müəssisə olub, qiymətli kağızların satışı üzrə  şərtləri müəyyən
etmək hüququna malikdir. Tokio, Osaka və Nahoya birjalarının
hər birində iki fond bazarı mövcuddur: birincisi ən iri və məşhur
yapon şirkətlərinin qiymətli kağızlarının, ikincisi isə nisbətən bö-
yük şirkətlərin qiymətli kağızlarının satışını təşkil edir. Birjalarda
eyni zamanda satışa buraxılmayan kağızların paralel bazarı da
fəaliyyət göstərir. Fond birjalarının üzvləri broker firmalarıdır.
Broker firmaları Maliyyə Nazirliyi tərəfindən verilən səla-
hiyyətlərə uyğun olaraq birja əməliyyatları həyata keçirirlər. Onlar
həm öz nümayəndələri vasitəsilə müştərilərinin adından,  həm də
faydalarına görə öz hesablarına qiymətli kağızların alqı-satqısını
həyata keçirirlər.
Ölkədə eyni zamanda birja üzvlərinin sifariş və təkliflərini
qeydə alan, bunun əsasında qiymətli kağızların kursunu müəyyən
edən xüsusi vasitəçi firmalar da fəaliyyət göstərir. Yaponiyada sa-
tışa buraxılan səhmlər kəmiyyət və keyfiyyətcə reqlamentləşdirilir.
1948-ci ildə Yaponiyada АBŞ-ın tənzimləmə modelinə oxşar
“Qiymətli kağızlar və birjalar üzrə  Komissiya” yaradımışdır.
1951-ci ildə “Qiymətli kağızlar və birjalar üzrə  Komissiya” ləğv
edilərək, onun səlahiyyətləri Maliyyə Nazirliyinə keçmiş və nazir-
liyiin nəznində “Qiymətli Kağızlar və Birjalar üzrə  Şura” təşkil
olunmuşdur. Şura əsasən bu sahədə qanunvericiliyin təkmilləşdi-
rilməsinə dair təklif və tövsiyələrin hazırlanması ilə  məşğul ol-
muşdur.
Yaponyanın fond bazarında 1990-1991-ci illərdə baş verən böh-
ran nəticəsində insayder informasiyalarından istifadə edilərək ti-
carət və qiymətlərlə bağlı manipulyasiya sahəsində  ciddi pozuntu
halları aşkar edilmişdir. Bu da 1992-ci ildə Maliyyə Nazirliyi ya-


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
63
nında “Qiymətli Kağızlar və Birjalar üzrə  Komissiya”nın yenidən
təşkilinə səbəb olmuşdur. Artıq bu komissiya həm bazrarın moni-
torinqni, həm də nəzarət funksiyasını həyata keçirməyə başlamışdı.
1998-ci ildə Yaponiyada maliyyə sisteminin liberallaşması
nəticəsində maliyyə holdinqlərinin yaradılmasına icazə verilmiş
və banklar kollektiv investisiya alətləri ilə ticarət etmək hüququnu
əldə etmişlər. Həmçinin, qiymətli kağızlar üzrə şirkətlər dövlət li-
senziyası olmadan broker fəaliyyəti ilə məşğul olmaq hüququ qa-
zanmışlar. Bununla yanaşı banklar və qiymətli kağızlar üzrə
şirkətlər arasındakı sədlər aradan qaldırılmış və qeyri-rezidentlərin
listinq şirkətlərinin 10%-dən artıq səhmlərinə sahib olmamaq
məhdudiyyəti ləğv edilmişdir [37].
Ölkədə 1998-ci ildə Maliyyə Nazirliyinə tabe olmayan “Ma-
liyyə nəzarəti Agentliyi” yaradılmışdır. Maliyyə Nazirliyi ölkdə
maliyyə siyasətinin formalaşması və bütünlüklə valyuta siyasəti də
daxil olmaqla beynəlxalq maliyyə münasibətlərinin əlaqələndi-
rilməsini, Agentlik isə maliyyə sisteminə nəzarəti həyata keçirir.
“Maliyyə nəzarəti Agentliyi” birbaşa ölkənin Baş Nazirinə tabe
olan təşkilatdır.
2.10.
T
ürkiyə
Türkiyədə ilk rəsmi birja 1973-
cü ildə fəaliyyətə başlamışdır. İs-
tanbul fond birjasının 1941-1981-ci
illər ərzində heç bir fəaliyyəti  ol-
masada, o 1985-ci ildən yenidən
rəsmi olaraq fəaliyyətə  başlamış-
dır. Birjaya üzv olanlar Sərmayə
Bazarı Qurumundan  səlahiyyət  sə-
nədi  alır. Və bu  üzvlər  aşağıdakı-
lardan ibarətdir:
v İnvestisiya bankları;
v Kommersiya bankları;


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə