Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
76
kilatlanmamışdı. Bu baxımdan artıq 90-ci illərin sonunda mütəşək-
kil qiymətli kağızlar bazarının formalaşması, habelə ona dair vahid
dövlət siyasəti və tənzimləmə mexanizmlərinin tətbiqi həm də so-
sial sifarişə çevrilməldə idi. Mühüm məqam ondadır ki, yeni for-
malaşan, dinamik sosial təbəqənin tələbatı olan mütəşəkkil kapital
bazarı həmçinin quruculuğu hədəflənən iqtisadi münasibətlər sis-
teminə dair dövlət strategiyası ilə də uzlaşırdı.
Məhz bu baxımdan Azərbaycan Respublikasında mütəşəkkil
qiymətli kağızlar, fond bazarının formalaşdırılması prosesi
mərhələli şəkildə həyata keçirilmişdir. 14 iyul 1998-ci ildə
"Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikası Qanunu-
nun qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin 30 de-
kabr 1998-ci il tarixli Fərmanı ilə qiymətli kağızlar bazarında va-
hid dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
kağızlar üzrə Dövlət Komitəsi yaradılması və 26 iyul 1999-cu ildə
“Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağız-
lar üzrə Dövlət Komltəsinin fəaliyyətinin təmin edilməsi haqqın-
da” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarının yeni inkişaf mərhələ-
sinin başlanğıcı olmuşdur.
Bütün bu kimi mühüm sənədlərə müvafiq olaraq, qiymətli ka-
ğızlar bazarının formalaşdırılması, tənzimlənməsi, bu sahədə döv-
lət siyasətinin həyata keçirilməsi və nəzarət Azərbaycan Respubli-
kasının prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Ko-
mitəsinə həvalə edilmiş, Komitənin Əsasnaməsi təsdiq edilmişdir.
Ölkə başçısının 8 noyabr 1999-cu il tarixli Fərmanı ilə təsdiq edil-
miş “Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növ-
lərinin lisenziyalaşdırılması Qaydaları” ölkədə sivil qiymətli kağız-
lar bazarı infrastrukturunun yaranması, 12 fəaliyyət növünün təm-
zimlənməsi və stimullaşdırılması, kooperativ kağızlar bazarının
genişləndirilməsi və investisiya axınının gücləndirilməsi yolunda
yenl prioritetli addımlardan blri olmuşdur. Məhz bu Fərmandan
sonra Komitənin təşəbbüsü və yardımı nəticəsində ölkədə ilk fond


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
77
birjası yaradılmış, Bakı Fond Birjasına daxil olmuş səhmdarlar
ölkənin iqtisadi inkişafına öz önəmli paylarını vermiş, bununla da
mütərəqqi addım atmışlar (www.azerbaijans.com/content).
Komitənin təşkilati dəstəyi ilə 2000-ci ilin fevral ayının 15-də
Bakı Fond Birjası (BFB) yaradılmışdır. Birjanın təsisçiləri 18 iri
bank və maliyyə strukturlarıdır, bunların sırasında İstanbul Fond
Birjası da var. BFB-də ilk alqı-satqı əməliyyatını 2000-ci ilin sent-
yabr ayının 1-də keçirmiş və ölkədə mütəşəkkil qiymətli kağızlar
bazarının baza institutları formalaşdırılmışdır. Qabaqcıl maliyyə
institutlarının təsisçiliyi və 100% özəl sərmayə əsasında Bakı Fond
Birjasının fəaliyyəti, Milli Depozit Mərkəzinin yenidən təşkili mü-
asir fond bazarı vasitəçiləri - broker və diler institutlarının forma-
laşması qiymətli kağızlar bazarının inkişafı istiqamətində atılmış
ciddi adımlardan sayılır. 1990-cı illərin sonu və 2000-ci illərin
əvvəllərində mütəşəkkil fond bazarının zəruri infrastruktur təsisat-
larının yaradılması bazarda tələb və təklifin formalaşdırılması, ma-
liyyə alətlərinin bazara çıxarılması və ticarətinin təşkil edilməsi
üçün əlverişli şərait yaratmışdır. Məhz bu dövrdən başlayaraq ba-
zara bir sıra müxtəlif maliyyə alətləri çıxarılmış və həm özəl, həm
də dövlət sektorunun kapital bazarlarından maliyyələşməsi üçün
münbit zəmin yaradılmışdır.
Bakı Fond Birjasında 2000-ci ilən etibarən dövlət qiymətli ka-
ğızları, 2001-ci ildən isə səhmlərlə ticarətə başlanılmışdır.
Beləliklə, qiymətli kağızlar bazarının özəlləşmə proseslərini
dəstəkləyən infrastruktur təsisatından maliyyə vasitəçiliyi instituna
transformasiyası tamamlanmışdır.
Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi
2003-cü ildən qiymətli kağızlar bazarı da keyfiyyətcə yeni inkişaf
mərhələsinə qədəm qoymuş, ölkədə bu dövrdən etibarən yerli və
xarici valyutada korporativ istiqrazların və Mərkəzi Bankın notla-
rının fond birjasında kütləvi ticarətinə başlanılmışdır. Kapital ba-
zarlarındakı pozitiv institusional proseslər və bu proseslərin
ölkənin dinamik inkişafı və dayanıqlı makroiqtisadi mövqeyi ilə
dəstəklənməsi xarici investorların da diqqətini çəkmiş və 2006-cı


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
78
ildən etibarən xarici investorlar Azərbaycan maliyyə alətlərinə
sərmayələr yatırmağa başlamışlar [24].
Azərbaycan Respublikasında 2003-2013-cü illər ərzində həyata
keçirilən çox sahəli islahat prosesləri nəticəsində qiymətli kağızlar
bazarının özəlləşmə proseslərini dəstəkləyən infrastruktur təsisa-
tından qeyri-neft sektoru müəssisələrinə sərmayə imkanları açan
sektora transformasiyası prosesləri tamamlanmışdır. Bu dövrdə
qiymətli kağızlar bazarının əməliyyat infrastrukturunun tam avto-
matlaşdırılması, qanunvericilik bazasının beynəlxalq standartlara
uyğunlaşdırılması, alətlər çeşidinin genişləndirilməsi və qiymətli
kağızlar bazarında tənzimləyici potensialın və peşəkar hazırlığın
yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Qiymət-
li kağızlar bazarında baş vermiş bu proseslərin nəticəsi olaraq
2003-2013-cü illər ərzində qiymətli kağızlar bazarının əməliyyatla-
rının həcmi 93 dəfə artmışdır. Bu dövr ərzində qiymətli kağızlar
bazarında müşahidə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişik-
likləri məhz düzgün düşünülmüş siyasətin nəticəsidir.
Ölkədə 2003-cü ildən başlayaraq qiymətli kağızlar bazarının
yeni formatda fəaliyyətini təmin edilməsi istiqamətində bir sıra
hüquqi islahatlar həyata keçirilmişdir. Azərbaycanda qiymətli ka-
ğızlar bazarının inkişafı ilə  əlaqədar xarici və beynəlxalq qurum-
larla daim iş aparılaraq, beynəlxalq təcrübə öyrənilmişdir. Avropa
Birliyi tərəfindən maliyyələşdirilmiş TACİS-in 2000-ci il Fəaliyyət
Proqramınına daxil olmuş “Azərbaycan Respublikasının qiymətli
kağızlar bazarının inkişafı” adlı layihə 2003-2004-cü illərdə Böyük
Britaniyanın “Securities Research Assosiates” şirkəti tərəfindən
müvəffəqiyyətlə həyata kerilmişdir. Bu layihə çərçivəsüində
beynəlxalq ekspertlər tərəfindən tədris kursları təşkil edilmiş, yerli
bankların, broker şirkətlərinin və Bakı Fond Birjasının nümayən-
dələri beynəlxalq şəhadətnamə almışlar, QKDK-nın hüquqi-nor-
mativ sənədləri təhlil, tərcümə və redaktə olunmuş, onların bey-
nəlxalq standartlara tam müvafiqliyi xüsusi qeyd edilmlş və elekt-
ron şəbəkə sistemi yaradılmışdır. 2004-ci ildə TAClS-in Avropa
Ekspert Xidmətləri xətilə xarici mütəxəssislər ölkədə qiymətli ka-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə