Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

Vəqt istər gör nə səndən, Saqiba, dut damənin,

Əldə dut can nəqdini, ya türk ol, ya ol ərəb.

                            

* * *


Keçməsön candan, könül, heç eyləmə canan tələb,

Yetməsən


 cananə hərgiz, eyləsön gər can tələb.

Tökmə qanın, möhtəsib, meyxanələrdə sağərün,

Vəqt olur kim, səndən eylər sahibi-qan, qan tələb.

Gör, nə istər vəqt səndən, verməgə amadə ol,

Verməsön, dərd alsa canun, eyləmə dərman tələb.

Hazır ol, türk oğlısan, yatma, vətən imdadinə,

Əldə dut can nəqdin, eylə tiği-xunəfşan tələb.

Getdi səndən gör nələr, bəsdür təğafül eylədün,

Xanəviran, bəsdür etdün huriyi-qılman tələb.

E`tiqadun hər nəyə vardur, kifayətdür sana,

Yaxşı-bəd hər gündə etmə qeyr bir ərkan tələb.

Aləmi-insanlığun bir zərrə, Saqib, qədri yox,

Sən də aləmlər kimi, get, etgilən nadan tələb.

* * *

  

Necə mən eyləməyüm naləni, ey şirinləb,



Nə qədr söləyüm hicründə ki, ya Rəb, ya Rəb!

Yoxdur aram mana ayrılığun fikrindən,

Sakit olmaz gözümün yaşi dəxi ruz, nə şəb.

Qorxuram mən eləyüm bircə təmənna səndən,

Tiği-əbrulər ilə etməyəsən bir də qəzəb.

Qan olarmı soram ol lə`li-ləbündən bir dəm,

Məni incitməyəsən, hasil oleydi mətləb.

Ayü gün seyrdədür görməgə bu rüxsarun,

Harda sən kimi görüb bir gözəli türkü ərəb.

 Yetməzsən



38


Dedi ol şux, eləmə şikvə mənim hicrimdən,

Məqsədə yetməz o kəs, çəkməyə ta rəncü təəb.

Zahidün qövlinə bel bağlama, tərk etmə meyi,

Düşkini-məscididür, ol nə bilür rəsmi-ədəb.

Simü zərdür sana artıq ana ilə atadan,

Verməz iş zərreyicə

 gər olasan alinəsəb.



Leyliyə sölədi Məcnun, mana bir dəm dil ver,

Saqiba, etmədi tə`sir rəqibə, oldı səbəb.

* * *

 

Olmadı kamımca didarun sənün, ey qönçələb,



Etdigim fəryad ney kimi degül heç bisəbəb.

İçmə mey, təklif edər zahid məni-üftadəyə,

Saqiya, ver cami-mey andan ki, saqitdür ədəb.

Sən gedüb qıl guşeyi-mehrabə, zahid, səcdəni,

Mən xəmi-əbruyi-yarə eyləsəm gər etmə əsəb.

Ərsəgahi-məhşərə gəlləm əlimdə cami-mey,

Meydən etsəm tövbə hərgiz, qoy, məni dutsun qəzəb.

Hansı dinün əhlisən, gəl, sorma məndən, ey fəqih,

Dinü imanı əlimdən aldı bir alinəsəb.

Sərvqamət, Leylivəş, mehrabi-Kə`bə qaşları,

Gər desəm giysulərin zənciri-Məcnun, yox əcəb.

Şübhəsiz, Saqib, gəlürsən yüzi qarə məhşərə,

Məğfirət gər etməsön meyxanələrdən sən tələb.

* * *


Əqli heyran edər hüsnün sənün, ey şirinləb,

Dili-viranəmi zülfündə əsir etdün əcəb.

Tökülüb, gör, necə rüxsarüvə zülfi-siyəhün,

Deyəsən, həlqə vırubdur qəmər üzrə əqrəb.

 Zərrəcə


39


Hansı saətdə yaratdun bu pərirüxsari,

Qəmzədür başdan-əyağə, nə gözəldür, ya Rəb?

Hüsn bazarinə Yusif nə içün qoydı qədəm,

Bir kəlaf oldı onun qiyməti, kim oldı səbəb?

Dögünür dil rüxi-alundəki xalundan öpə,

Eyb divanəyə dutma, nə bilür rəsmi-ədəb.

Verürəm müjdə sənə, min belə canı qurban,

Görsə idim yuxıda arizi-alun bir şəb.

Vermə əğyarə dedim dil, səni rüsva eylər,

Nə günah etdim, edərsən mana hər ləhzə qəzəb.

Nalə, ey dil, bu qədr eyləmə hicran gecəsi,

Yetməsən


 vəslə əgər, çəkməyəsən rəncü təəb.

Saqiba, şe`rüvə heyran eləyərdün xəlqi,

Ah, əfsus, əgər azca göreydün məktəb.

* * *

Meyl etmə ol pərivəşə, ey dil, xəta görüb,



Etmüb xətani görməgə hərgiz, həya görüb.

Can eyləsön fəda ona hərgiz bilən degül,

Zanusi yerdə, qədini daim düta görüb.

Tə`n etmə fe`li-zahidə meyl etməyənlərə,

Zöhdində bəlkə rənginə buyi-riya görüb.

Göz tikmə xani-ne`mətinə süfləpərvərün,

Daim özini dərbədər, əksik gəda görüb.

Namusi olmayanlar ilə ülfət eyləmə,

Qanın dəgişmiş, aləmi qəmdən rəha görüb.

Mən` etmə ol kəsə içə gər zəhr kasəsin,

Yox çarə əldə, halıni xəlqün fəna görüb.

Ənqa ki, var adı özi yoxdur nədür səbəb,

 Yetməzsən



40


Saqib, qaçub bu xəlqdən, əzbəs cəfa görüb.

* * *


  

Hansı qamət qamətün kimi qiyamət göstərüb,

Hansı sərv, ey sərvqamət, böylə qamət göstərüb.

Qıyqacı baxmaqlığun məndən alubdur dinü dil,

Hansı peyğəmbər belə kəşfü kəramət göstərüb.

Xəlq məndən çəkməz əl, eşqündə rüsva olmayum,

Necə olmum, kim sənün kimi nəzakət göstərüb.

Tiri-qəmzön bağrımi min yerdə gər çak eyləsə,

Şikvə etməm, hüsn sultani siyasət göstərüb.

Səcdə eylər çeşmi-bədməstün qaşun mehrabinə,

Gör, necə kafər kəramətlə imamət göstərüb.

Bu dili-divanəmi, gör, atəşi-hicranüvə   

Yanmağə pərvanə kimi istiqamət göstərüb.

Xidmət etmiş ol qədr Saqib qəzəl ustadinə,

Bais oldur şe`rdə hərdəm məharət göstərüb.

* * *


  

Qaşlarun tərhin müsəvvir tiği-xunəfşan çəküb,

Ey pərivəş, gözləri əmma çəkəndə qan çəküb.

Qönçə bağrın qan edüb gülzaridə ləbbəstədür,

Ləblərün fikrilə məst olmuş ləbün xəndan çəküb.

Qətlimə əbrulərün də üstəlik hökm etməsün,

Qətlimə səf səndə kim, bu navəki-müjgan çəküb.

Yerbəyerdən tiri-qəmzön sancılıbdur bağrıma,

Çıxsa da, qoymaz çıxa ağuşə gər bica çəküb.

Bu ləbün küncində xalun məskən etmiş, vəchi var,

Tiri-qəmzön qorxusundandur özin bir yan çəküb.

Etməsün heç kim məlamət dinü dil verdüm sana,

Hüsnüvə neylüm dili-divanəmi heyran çəküb.

41



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə