Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

Baxma beş gündür, olur, ey şux, bu təl`ət fəna,

Çox da aləmlər çəkər rüxsarüvə həsrət fəna.

Səndən ötri mən necə bu dinü dil tərkin edim,

Göz yumub-açuncadur səndə bu xoş surət fəna.

Fəxr edirsən sən bularlan, ey qoyan qan bağrıma,

Qaşü göz əbruyi-kəcdür, xali-hər xilqət fəna.

Şöhrəti hüsn ilə salma aləmə, ey qönçələb,

Ülfət eylə, şöhrət artur, olma heç ülfət fəna.

İzzətün şəxsün zərü sim oldığın fəhm eyləmə,

Fəqrdür izzət, edüb Qaruni boş izzət fəna.

Girəm, etdün aləmi təsxir kəskin tiğ ilən,

Qan tökürsən, sanma olmaz müntəha nüsrət fəna.

Bülhəfəs şəxsiyyətə meyl etmə, uyma nəfsüvə,

Gözləməz səndən şəh olson də, dəxi hörmət fəna.

Sal ələ cəhd etgilən ünsiyyətün sərriştəsin,

Eyləsön həmnöv`üvə ehsan, qoyar qiymət fəna.

Nəfsüvi öldürgilən, gəlməz günahi boynuva,

Sahibi-şöhrət olarsan, eyləyər nifrət fəna.

Bu cəhan mülkində xoş rəftar eylə xəlq ilən,

Səndən alsun hər nəfəs, hər eyndə ibrət fəna.

Laneyi-murü ilandur çeşmi-mərdümküşlərün,

Sürmə ilən rəngə salma, eyləyər diqqət fəna.

* * *

Oldum əsir zülfüvə, ey şuxi-dilrüba,



Mümkin degül bu damdən etmək onı rəha.

Peymanələrdə qan olasan, qan, ey könül,

Sən eylədün bu şuxə məni-zari mübtəla.

Saldım bəlayə başımi divanələr kimi,

Heç bilmədim haçan sən ilə oldum aşina.

28



Girəm ki, tiri-qəmzön edüb qanımi həlal,

Kam almamış nədür bəs ona, sölə, xunbəha.

Zirü zəbər zəmanə ola, tapmasan

 genə,



Bir aşina vücudi məgər varmı, kimiya.

Qaşun qəra olanda nolur, səngdil, məgər,

Çox fəxr etmə, məndə də həm bəxtdür qəra.

Saqib, piyalə alma ələ əhli-qal ilən,

Ərbabi-halə canuvi aləmdə qıl fəda.

* * *


Hərdəm düşəndə zülfüvə, ey şux, piçü tab,

Sən göstərəndə şanəni dil eylər iztirab.

Məxmur gözlərün məni böylə xərab edüb,

Al saqidən xəbər, degüləm badədən xərab.

Oxşatdı xümmi-badə özin lə`li-nabüvə,

Bais odur ki, zahid edər ondan ictinab.

Rüxsarun atəşi məni yandırdı şəm`tək,

Bir ləhzə, bari, türreyi-mişkini qıl niqab.

Sağər toxundı badə içində dodağuva,

Qanı axanda dutdı bu dünyanı inqilab.

Heyrani-hüsnüvə edən olmaz məlaməti,

Vermək olarmı qeyrə dil, ey rəşki-aftab?!

Çeşmündən özgə qanımi hər ləhzə tökməgə,

Kim etdi qeyri qəmzəvü, ey şux, intixab?

Ey dil, çəkincə minnətini hər dənilərün,

Çıx təndən, əl gətür, dəxi çox vermə, gəl, əzab.

Saqib, çağırsa, getməgilən künci-məscidə,

Göndər fəqih qanmaza meyxanədən cəvab.

* * *

  



 Tapmazsan

29



Şanə ilə türreyi-mişkinüvə çox vırma tab,

Qalmadı cismimdə tab, ey rəşki-mahü afitab.

Çeşmi-bədməstün məni, ey şux, bədməst eyləmiş,

Mən hərifi-badeyi-meyxanəyəm, yıxmaz şərab.

Bir nəfəs asudeyi-aləm olar, ey qönçələb,

Bu hərir pirahən ilən eyləyəndə nazi-xab.

Etmisən azad könlüm dami-zülfündən neçün,

Mən əsirə sən kimi zalim verür hərdəm əzab.

Çeşmi-mərdümküşlərün aşub salmış aləmə,

Nərgizi-bimar edüb gülzari dutmuş inqilab.

Ey müğənni, mən sana hərdəm təəccüb eylərəm,

Gəl Müxalif tərkin et, can rahətidür bu Rəhab.

Saqiba, bu sərvqəddən hasil olmaz kami-dil,

Söləmə çox bu sözi: “Allahü ə`ləm bissəvab”.

* * *


 

İçmə mey, get, tərk qıl, olmasa gər səndə tab,

Künci-səbuni dutmaz, incisə səndən şərab.

Dövrini qoy eyləsün, incimə, qoy çərxi-dun,

Eyləmə təşviş sən, aləm ola gər xərab.

Fəxr eləmə, eylədim aləmi təsxir mən,

Yox əsəri, hardadur kişvəri-Əfrasiyab.

O, bu mənimdür demə, heç nə degül, bil, sənün,

Həsrəti-xunabədən başqa sana yox cəvab.

Rənc ilə saldun ələ gənc, degül qismətün,

Kim aparar bilməsən,



 ey dili-alicənab.

Ömri-giranmayəni sərf eləmə boş yerə,

Olmayasan, qıl həzər, mən kimi əhli-əzab.

Nəfsə əsir eylədim var-yoxımı bixəbər,

 Ən doğrusunu Allah bilir



 Bilməzsən



30


Bir də əlin məndən heç çəkməyəcək bu tənab.

Sən edənə verməyür fikrini ol çərxi-dun,

Zəhməti-bicayidür, sal ələ yüz inqilab.

Olmayacaq sən sevən, başuvı vırson daşa,

Xəlqə əziyyət rəva görməgilən bihesab.

Eyləmə təşviş çox loğmə içün, Saqiba,

Gənc salursan ələ rənc əlilən bab-bab.

Tökmə yüzün suyini qarə üzüm suyiçün,

İç ürəgün qanıni adıni, get qoy, şərab.

* * *


 

Cəhan xərab, məni-xanimanxərab xərab,

Əcəb degül eyləyübdür məni şərab xərab.

Məlamət eyləmək olmaz müğənniyə, mütrib

Çalanda naşi kəmançə düşər Rəhab, xərab.

Gözəl zəmanə əyağdən-əyağə düşməz idi,

Əyağə düşməsə idi gər inqilab xərab.

Çətindür həqq sözün qanmağı, degül asan,

Deyürsən hər yetənə sahibi-kitab xərab.

Daşa toxunmaz əyağun gözətsön özüvi gər,

Əyağun altına bax, eyləmə şitab xərab.

Sözüm yox heç sana düzsən ki, eybün heç yoxdur,

Nə etməli ki, verürsən neçün hesab xərab.

Xəyali-həqq eləməglik xəlayiqün işidür,

Sanurla



 görməyəcəklər dəxi əzab xərab.



Hicab vəhşiligə yol verür, hicab nədür,

Günəş hicabı verür xəlqə iztirab xərab.

Sənün, mənim nə təfavüt məgər var, ey Saqib,

Gərəkdi yaxşı-yəmani bil, nədür niqab xərab.

* * *



Sanırlar



31


Naz ilə bir qəmzəyə aləmi etdün xərab,

Fitnə dutar aləmi çəkmə yüzündən niqab.

Eyləmərəm meyli-mey saqiyi-gülçöhrədən,

Məst edübdür məni səndəki bu lə`li-nab.

Cənnətə meyl eyləməz arizi-alun görən,

Qoy duta cənnət yolın zahidi-alicənab.

Çıxma gecə yarısı ay kimi bu hüsn ilən,

Aləmi, ey sərvqəd, bir də dutar inqilab.

Zülfüvün əndişəsi eylədi Məcnun məni,

Riştəbəriştə, gör, necə canə düşüb piçü tab.

* * *

  

Aləm xərabü gərdişi-dövrü zəman xərab,



Bundan bətər oleydi, göreydim, cəhan xərab.

Qan saf olanda, badeyi-safi, get, içgilən,

Saqi, nə hacət içməgə mey bağrıqan xərab.

Künci-qəfəsdə naləni çox etmə, əndəlib,

Gülşən xərab, bərgi-güli-ərğəvan xərab.

Qoy quşları başunda sənün eyləsün yuva,

Məcnun, rəqibə Leyli verüb mumiyan xərab.

Qoydunmı bir nəfəs yetişüm mən muradimə,

Könlüm kimi, fələk, olacaqsan haçan xərab?

Əfsus eyləsəm nə əcəbdür nəfəs-nəfəs,

Tərk oldı yaxşı qaldığı pirü cəvan xərab.

İzhari-əmri-həq biri gər etsə, zahida,

Həqq söləyəndə aləmə etmə bəyan xərab.

Bilsön ki, başə düşürmisən əsl məqsədi,

Bilməkdür olmısan dəxi bixaniman xərab.

Vay haluva ki, bilməməgi bilmişəm desön,

32



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə