Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   2   3   4   5   6   7   8   9   ...   135

Heç bilmədim kim etdi məni mübtəla sana,

Nadidə eylədim dilü canı fəda sana.

Bir mən əsir olmamışam dami-zülfüvə,

Heyran olubdu, gör, necə şahü gəda sana.

Əğyar yetdi vəslüvə, qan etmə bağrımi,

Sındırma qəlbimi, oturur çox bəha sana.

Ey dil, dolanma kuyinə ol mahparənün,

Peyvəstə yüz verür qəmü dərdü bəla sana.

Lə`lündən aldı kami-dil, ey şux, hər yetən,

Dil qanə döndi kim, deyəcək bivəfa sana.

Ey qan olan könül, bu məhə uyma, əl gətür,

Uymuş rəqibə, eyləməyür e`tina sana.

Giysuyi-zülfi-yarə əsir olmağun yetər,

Bəxti qəra odur, deyə bəxti qəra sana.

Dəsti-təməllüq heç kəsə açma zəmanədə,

Gər kasə-kasə xuni-dil olsa qəza sana.

Halindən olmadun genə agah Saqibün,

Eşqün yolunda oldı əcəb xaki-pa sana.

 

* * *


 

Xəlqi-aləm olmasun, ey məh, niyə heyran sana?

Xətm edüb arayişi-hüsni bu gün dövran sana.

Sən elə şirinləbi-məhparəsən, ey sərvqəd,

Can nədür hər bir nəfəsdə olmasun qurban sana.

Müttəsil bu ayü gün seyr eyləyür, bir vəchi var,

Hüsnüvə qılsun təmaşa, xəlqdən pünhan sana.

Hifz qılsun Rəbbim, ey məhvəş, yəman gözdən səni,

Gərçi yetməz, sən elə canansən, nöqsan sana.

Həlqə-həlqə boynuma, gəl sal, əsiri-eşqünəm,

Qönçələb, ağırlıq eylər zülfi-müşkəfşan sana.

19



Aləmi, ey səngdil, rüsvayi-eşqün etmisən,

Vadiyi-heyrətdə sərgərdan degül böhtan sana.

Dil sana kim versə, Məcnun tək olur rüsvayi-xəlq,

Olmaya heyran, görüm, heç xanəsi viran sana.

Cami-eşqün məstinə çox etmə tə`nə, Saqiba,

Damənü təsbih əldə, kim deyər insan sana.

Daşə etmə səcdəni, əbruyi-yarə səcdə qıl,

Eyləyür izhari-nifrət hər zəman Qur`an sana.

* * *

Olsun, ey gülrüx, fəda bu kişvəri-Azər sana,



Hər gözəllik xətmdü, ey simü bərü dilbər, sana.

Sən elə şirinləbi-məhparə sərvnazsən,

Aləmi heyran edüb, hacət degül zivər sana.

Mən necə eşqündə rüsva olmayum Məcnun kimi,

Afitab etsün məhi-taban dövri-madər sana.

Ey ləbi-canan, öpər hərdəm səni mey sağəri,

Tərbiyət vermiş qucağında məgər şəkkər sana.

Ey yaran bu bağrımi hər ləhzə bir müjgan ilə, 

Ögrədib bu zərbi-dəsti, de, haçan xəncər sana?

Könlümi bənd etmisən, ey türreyi-pürpiçü tab,

Verdi bu fitvani yoxsa, əsri-mişki-tər sana.

Məscidi tərk eylə, Saqib, guşeyi-meyxanə dut,

Zahidi-bixud, cəhənnəm, qoy desün kafər sana.

* * *


Həlaldur mana mey, zahida, həram sana,

Acıqlı baxma mana, nəhy edüb imam sana.

Xilafi-şər`dür hər bir işün, bilürsən özün,

Deməzlər müxtəsər, insan, vəssəlam sana.

20



Ədəblə saqiyi-gülçöhrə badeyi-nabi,

Verür mana, deyür, al iç, mənəm qulam sana.

Keçəndə meykədə səmtindən ehtiyat eylə,

Xərabi-badeyi-nab etməz ehtiram sana.

Məbada guşeyi-meyxanəyə qədəm qoyasan,

Verür səda, meyi içmə, piyalə verüm, cam sana.

Həyati-Xızrı taparsan müdam sən, ey dil,

Ləbindən ol ləbi gülbərg versə kam sana.

Qiyamətün qopar, ey eyləyən məni rüsva,

Bu sərvqədün edə qaməti qiyam sana.

Zəkati-hüsnüvi ver aşiqə, kəmanəbru,

Bu hüsn qalmayacaqdur, inan, müdam sana.

Cəfayi-dəhrdən, ey Saqib, eyləmə fəryad,

Tələsmə, yüz verəcək vəqti-intiqam sana.

 

* * *


Yaraşmaseydi, pərivəş, bu lə`li-nab sana,

Yaraşmaz idi belə içməgə şərab sana.

Çəməndə laləni yandırdı atəşi-hüsnün,

Necə bərabər olar mahü afitab sana?

Yanar mənim kimi bu oda şəm` pərvanə,

Bu zülf olsa da, ey mahvəş, niqab sana.

Gətürmədün ələ bu könlümi fəraqunda,

Nə eyləsən də məni xanimanxərab sana.

Dolaşma zülfinə, ey dil, bu şuxi-səngdilün,

İlan kimi gecə-gündüz verür əzab sana.

Cəhanə eylə nəzər, vəqt gör nəyi istər,

Verüb nə nəf`i de, zahid, bu boş kitab sana.

Xərabi-badeyi-nabi mey ilə sirab et,

Gərək degülmi məgər, Saqiba, şərab sana?

* * *

21



Lalə degül bəs nədü arizi-minu sana,

Durmagilən müqabil, göz vıra güzgu sana.

Zülfüvi əfşan elə hüsnüvə, ey sərvqəd,

Rəşk məni öldürür, baxsa gər o, bu sana.

Eyləmə qan bağrımi ləblərüvün yadilə,

Gərçi əsər eyləməz naleyi-yahu sana.

Bağə xuram eylədün, dutdı xəbər bağban,

Verdi şəbaş eylədi, min güli-şəbbu sana.

Öylə pəriçöhrəsən, qul sana Yusif degül,

Heyf, təmaşa edir hər yetən, hər su sana.

Qəmzə oxından sənün eyləməz heç vahimə,

Naz ilə etsön əgər, ram olar ahu sana.

Var yeri nəqqaşə gər canı fəda eyləsəm,

Sanki qılıncdur çəküb, iki xəm əbru sana.

Mən sənün heyranuvam, əl gətür əğyardən,

Heyfsən, həmraz ola qoyma bu bədgu sana.

Vəqt əyağə səni saldı belə, Saqiba,

Tə`nə vırar hər nəfəs, səbr elə, bayqu sana.

* * *

Qoyma sərkeşlik edə nəfsi-dənizadə sana, 



Edə sərkeşligi, qoy, bu qədəhü badə sana.

Özüvi xəlqidə, zahid, elədün avarə,

Verdi nə mənfəəti, tərk elə, səccadə sana.

Dolıdur buyi-riya ilə, utan məsciddən,

Həqqün asarı yox orda, dedim, ey adə, sana.

Nə olur bir gələsən, meykədələr ovbaşı,

Künci-meyxanəyə, eylər nələr amadə sana.

Başuvı vırma daşa huriyi-qılmanə görə,

Heç nə yoxdur, görünübdür gecə rö`yadə sana.

22



Yetişərsən o zəman məqsədə, ey xanəxərab,

Əl uzatdı dutasan, mey kimi üftadə sana.

Saqiba, uyma fəqihün sözinə məsciddə, 

Əqlə gəl, əqlə ki, bağlanmadı dünyadə sana.

* * *

  

Firqətündə ta gecə-gündüz bərabərdür mana,



Sənsiz hər bir saətim aşubi-məhşərdür mana.

Təlx göftarun əzabi-ruhdür, ey sərvqəd,

Kəsmə məndən lütfüvi, candan bu xoştərdür mana.

Tiri-müjganun, gəl, atma, səngdil, can qəsdinə,

Tə`neyi-əğyari-zalim növkü xəncərdür mana.

Əldədür can nəqdi, al, bu qəmzəvün qurbanidür,

Var bu yox, bir can qalıbdur, bu müyəssərdür mana.

Eyləmə azad zülfündən məni-divanəni,

Bu cünun zənciri Məcnundan müqərrərdür mana.

Ey mana hökm eyləyən zahid, mey içmə, tərk qıl,

Yüz verəndə dərdü qəm, qəmxar sağərdür mana.

Çox təəccüb etmə, Saqib, mən qəzəl ustadiyəm,

Aləmə fəxr eylərəm, ustad Azərdür

 mana.



* * *

Qəm güni qəmxar yox, cüz saqiyü sağər mana,

Ey gözün qurbanı, saqi, mey peyapey ver mana.

Vadiyi-eşq içrə sərgərdanəm, ey dil, əl gətür,

Ərsəgahi ləng edüb bir səngdil dilbər mana.

Dil əsiri-dami-zülfündür sənün divanə tək,

Oldı sövdayi-cünun, ey Leylivəş, rəhbər mana.

Qaşlarun mehrabi, ey məh, səcdəgahimdür mənim,

Dutmaram yüz Kə`bəyə, xəsm olsa Peyğəmbər mana.

 Ustad şair Məşədi Azər Buzovnalıya (1870-1951) işarədir 



23


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə