Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə97/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   93   94   95   96   97   98   99   100   ...   116

 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.251 
  
yerinə düşərdi:“Maddi gerçəkliyin və ictimai proseslərin ümumiliyi ona gətirib 
çıxarır ki, müxtəlif dillər semantik cəhətdən nisbətən az fərqlənir” (4, s 432). 
Məlumdur ki, rus dilində gələcək zaman formaları iki qrupa ayrılır: bit-
məmiş  tərzdə olan və yaxud bitməmiş  gələcək zaman (buduhee nesоverşen-
nоe) və bitmiş tərzdə olan gələcək zaman və yaxud bitmiş gələcək zaman (bu-
duhee sоverşennоe). Indi isə hər iki formanın rus dilində təzahürünü, semantik 
xüsusiyyətlərini və onların Azərbaycan dilinə transformasiyasını  nəzərdən 
keçirək və təhlil edək. 
Ən əvvəl demək lazımdır ki, rus dilində bitməmiş gələcək zaman anali-
tik yolla əmələ gəlir, yəni bıtğ (olmaq) felinin gələcək zaman forması və əsas 
felin birləşməsi vasitəsilə və bu zaman köməkçi fel şəxsə və kəmiyyətə görə 
dəyişir. Beləliklə, bitməmiş gələcək zaman paradiqmasını rus dilində belə təq-
dim etmək olar: “cdatğ” feli – gözləmək: 
           Tək   
 
 
 
 
Cəm 
I.    Я буду ждать   
 
 
Мы будем ждать 
II.   Ты будешь ждать 
 
 
Вы будете ждать 
III.  Он, она будет ждать   
 
Они будут ждать 
 
Bitməmiş  gələcək zaman üzrə  aşağıdakı semantik xüsusiyyətlər aşkar 
olunmuşdur: 
I. Rus dilində gələcək zamanın analitik (mürəkkəb) forması elə hərəkəti 
ifadə edir ki, o danışıq vaxtından sonra baş verir. Bu hallarda bitməmiş tərzdə 
olan felin gələcək zaman forması 
1. Tək və konkret hərəkəti bildirir, məsələn: Mı budem bratğ  qоrоd s 
mоrə!Budem atakоvatğ eqо neоcidannо dlə vraqa(Pervenüev).Bu növ cüm-
lələr Azərbaycan dilində qəti gələcək zaman vasitəsilə transformasiya olunur: 
Biz şəhəri dəniz tərəfdən alacağıq! Hücuma düşmən üçün qəfildən keçəcəyik! 
2. Bitməmiş  tərzdə olan felin gələcək zaman forması  gələcəkdə icra 
olunan adi, təkrar olunan hərəkəti bildirir. Bu məna çaları Azərbaycan dilin-
dəki qəti gələcək zaman formalarına da xasdır, məsələn:
 
Встречаться с тобою 
мы будем по вечерам(Гусев).. Biz səninlə axşamlar görüşəcəyik. . С этого
 
дня мы будем обсуждать наши проблемы чаше Bu gündən biz öz problem-
lərimizi daha tez-tez müzakirə edəcəyik. 
3. Bitməmiş  tərzdə olan gələcək zaman ümumi xarakterli (yəni həm 
indiki zamana, həm də gələcək zamana aid olan) hərəkəti ifadə edir, məsələn: 
(будешь,будет,будем,будете,будут)  работать,  учиться. Azərbaycan dilinə 


 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.252 
  
bu növ cümlələr qəti-gələcək zaman vasitəsilə transformasiya olunur: Mane 
olacaqsan? Nadinclik edəcəksən? Onlar yatacaqlar, ya yox?  
Professor A.Ələkbərov rus dilində gələcək zamanın bu forması haqqın-
da qeyd edir:“Budu ((будешь,будет,будем,будете,будут) работать, учиться. 
Gələcək zamanın belə təsviri(mürəkkəb) forması indiki zamanla heç bir təma-
sın olmadığını bildirir, hərəkət bütövlükdə, özü də qeyri-müəyyən və ümumi 
şəkildə gələcəyə aid olur”(1,s. 94-95). 
4. Bitməmiş tərzdə olan gələcək zaman gələcəkdə icra olunan davamlı 
dinamik hərəkəti ifadə edir. Bu məna çaları Azərbaycan dilindəki qəti gələcək 
zamana da xasdır, məsələn:
 
Она была довольна тем, что еë сыночек никуда 
не поедет и ещë целых четыре года будет жить в родной семье(Груздин-
ский). O razı idi ki, onun oğlu heç yerə getməyəcək və hələ dörd il öz doğma 
ailəsində yaşayacaq. 
5. Bitməmiş tərzdə olan gələcək zaman çox nadir hallarda davamlılığı 
qeyri-müəyyən xarakter daşıyan hərəkəti bildirir (bu hallarda modal məna ça-
larlığı duyulur), məsələn:  Так  уж  я  буду  на  вас  надеяться(Сологуб);  Ну 
возьми свои три с половиной, что с тобой будешь делать?(Тургенев); Как 
же,  очень  буду  слушать,  что  Москва  болтает  (Л.Толстой).  Bu növ 
cümlələr Azərbaycan dilinə qeyri-qəti gələcək zaman vasitəsilə transformasiya 
olunur; məsələn:Ay-hay mən sənə ümid eləyərəm (modal məna çaları hiss 
olunur). 
6. Bitməmiş tərzdə olan gələcək zaman forması subyektin hərəkəti icra 
etməyə hazır olduğunu bildirir, məsələn:
 
Купцы  наши  чистые  варвары… 
Первым  делом  ему  нужно  гнилой  товар  продать,  три  года  будет  врать, 
божиться, плакать-подсовывать гнилое, покуда и свежее у него не сгниëт 
(Л.Толстой) Bizim tacirlər lap təmiz varvardılar(vəhşidirlər). Ən əvvəl o gə-
rək öz çürük malını satsın, sonra üç il aldadacaq, Allaha and içəcək, ağlaya-
caq, çürük malını sırıyacaq... o vaxta qədər ki, təzə malı da çürüyəcək. 
7. Rus dilində bitməmiş tərzdə olan gələcək zaman Azərbaycan dilıində 
olduğu kimi müəyyən bir işin, hərəkətin qəti surətdə olub-olunmayacağını bil-
dirir, məsələn: как и в жизни, нужно помнить одно правило, что человек
 
будет тысячу раз раскаиваться в том, что говорил много, но никогда, что 
мало (Писемский). 
8. Rus dilində bitməmiş tərzdə olan gələcək zaman (формы будущего 
несовершенного)nisbi mənada, məsələn indiki zaman əvəzinə  işlənir və bu 
hallarda transpozisiya baş verir: Я, например, в дороге спать не могу, - хоть 


 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.253 
  
убейте,  а  не  засну…  Я  одну,  другую,  третью  ночь  не  буду  спать (= не 
сплю), а всë-таки не засну (Л.Толстой).9. Rus dilində bitməmiş tərzdə olan 
gələcək zaman bəzən keçmiş zaman kontekstində işlənir. Bu xüsusiyyət adətən 
bədii üslub üçün səciyyəvidir, onu daha ekspressiv edir(2,s 168). Məsələn: 
Вряд ли и считать-то умел, но зато лакомиться, франтить-мастер! Целое 
утро  будет  сидеть (=сидел)  и  не  пошевелится (=не  шевелился),  только 
завей  ему  волосы(Писемский);  Перед  самым  сенокосом…  в  селе 
начиналась  короткая,  но  энергичная  пора…  Называлась  она  навозной. 
Тогда  не  будешь  различать (= не  различал),  откуда  наносит  цветами,  а 
откуда  наносит  пасекой,  тогда  всë  заглушит  и  одолеет  и  один  будет 
господствовать  целую  неделю  иной  по  силе  и  крепости,  иной  по  самой 
окраске своей непередаваемый аромат (Солоухин). 
10. Rus dilində Azərbaycan dilində olduğu kimi gələcək zaman danışa-
nın müəyyən bir şəxsə  və ya onun danışığına ironiyasını, kinayəsini bildirir. 
Bu hallar əsasən bədii üsluba, danışıq dilinə xasdır və ekspressiv-emosional 
çalarlıq bildirir, məsələn: А с вами я вообще не буду разговаривать. – Ещë 
секретарщи  будут  мне  указывать!(Меттер). Sizinlə  mən ümumiyyətlə da-
nışmaq istəmirəm. Buna bax, katibələr mənə göstəriş verəcək!  Ты  не  гори 
дюже! Не гори! Он  будет каменьями шибаться, а я молчи?...(Шолохов). 
Sən çox yanma! Yanma! O mənə daş atacaq, mən də susacağam?... 
Zaman formalarının həm mütləq, həm də nisbi mənalarda işlənməsi 
müəyyən situasiya və yaxud kontekstlə şərtlənir. Nisbi mənada işlənən gələcək 
zaman formaları həm Azərbaycan, həm də rus dillərində xüsusi ekspressivliyə 
və emosionallığa malikdir. A.V.Bondarkonun fikrincə, “bu xüsusiyyət ən baş-
lıcası kontekstlə qrammatik formanın mənası arasında olan kontrastdan, fərq-
dən irəli gəlir”(2,s.174). 
Indi isə rus dilində bitmiş tərzdə olan fellərin gələcək zaman formaları-
nı və yaxud bitmiş gələcək zamanın(будущее время совершенного вида) se-
mantik xüsusiyyətlərini təhlil edək.  Ən  əvvəl qeyd olunmalıdır ki, bu zaman 
sintetik yolla əmələ gəlir, ona həmçinin sadə gələcək zaman da deyilir, onun 
reallaşmasında sözönləri böyük rol oynayır(napişu-vıpişu-perepişu-spişu – bu 
fellərin mənası sözönləri vasitəsilə başqalaşır). Bitmiş gələcək zaman şəxsə və 
kəmiyyətə görə  dəyişir.Onun sonluqları rus dilində indiki zaman (bitməmiş 
tərz) formalarına uyğun gəlir, bu zamanın  əsas xüsusiyyəti gələcəkdə icra 
olunacaq hərəkətin nəticəsini, hüdudunu bildirməkdir. Beləliklə, rus dilində 
gələcək zaman (bitmiş tərz) tərkibi paradiqmasını belə təqdim etmək olar: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə