Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə99/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   95   96   97   98   99   100   101   102   ...   116

 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.257 
  
статье также анализированы семантические особенности форм будущего 
времени  глаголов  в  русском  языке  и  случаи  транспозиции  данной 
грамматической категории. 
ON THE PROBLEM OF TRANSFORMATION 
OF THE FUTURE TENSE FORMS OF RUSSIAN 
LANGUAGE INTO THE AZERBAIJANI AND 
THE TRANSPOSITION. 
SUMMARY 
The article is dedicated to the investigation of the problem of 
transformation of Future tense forms of Russian language into the Azerbaijani. 
In the article are also analysed the semantic peculiarities of the Future tense 
forms of Russian language and the cases of transposition of this grammatical 
category. 
 
 
 
İradə QASIMOVA 
 
SADƏ CÜMLƏNİN GENİŞLƏNMƏSİNƏ DAİR BƏZİ QEYDLƏR 
Sadə cümlə  həm inkişafetmə  təməyülünə, həm də dilin sintaktik 
quruluşunda tutduğu yerə görə sintaktik kateqoriyalar arasında mühüm yer tu-
tur. Sadə cümlənin özündə isə “mübtəda + xəbər” tərkib hissələri mərkəzi 
mövqe tutur: bunlar sadə cümləni formalaşdıran minimal tərkib hissələridir. 
“Mübtəda + xəbər” sintaktik modelinin ən bariz, nümunəvi ifadə vasitələri isə 
“isim + fel” tərkib hissələri ilə ifadə olunanlardır. 
Mübtəda ilə xəbər arasında sintaktik münasibət uzlaşma xarakteri daşıyır. 
Bu münasibət konkret dildə morfoloji kateqoriyaların formalaşmasından asılı 
olaraq şəxsə görə də, cinsə görə də ola bilər. Bunlar olmayanda isə həmin mü-
nasibət sabit söz sırası ilə də ifadə oluna bilir. 
Mübtəda ilə xəbərin (və onların ifadə vasitələrinin) bir-birinə səmtlənmiş 
şəkildə işlənməsi ona gətirib çıxara bilir ki, morfoloji cəhətdən inkişaf etmiş 
dillərdə təkcə  xəbərin cümlədə mövcudluğu mübtədanın məlumluğunu təmin 
etmiş olur. Belə hallarda mübtəda cümlədə olmaya-olmaya, dolayısı ilə 
(xəbərin varlığı ilə) öz ifadəsini tapmış olur. Əlbəttə, bu, konkret şəraitdən, 
ünsiyyətdə olanların məsələdən hali olmaq dərəcəsindən də asılıdır. Məsələn, 


 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.258 
  
azərbaycanca “Yağır” cümləsi yazda “yağış (dolu) yağır”, qışda isə “qar 
yağır” mənasında başa düşülə bilər.  
Nitq prosesində bunun əksinə olan hadisə ilə də qarşılaşırıq:xəbər işlən-
mir, ancaq mübtədaya (yaxud onun əvəzedicisi olan xitaba) görə nədən söhbət 
getdiyini bilmək olur.  
Məsələn, tutaq ki, müəllim jurnala baxıb, şagirdləri bir-bir dərsi danışma-
ğa çağırır. O, bütöv(tam) cümlələrdən də istifadə edə bilər(“Araz, gəl, dərsimi-
zi danış.”), amma daha çox şagirdlərin adını çəkməklə kifayətlənir (“Araz...”). 
Bu cür müstəsna hallar heç də sadə cümlənin nüvə strukturunun “müb-
təda + xəbər” modelindən ibarət olmadığını söyləməyə əsas verir. Yalnız müb-
təda və yalnız xəbərdən ibarət olan formalar normal “mübtəda + xəbər” tərkib 
hissəli modelin olduğu halda (şəraitdə) mümkündür. Bu, Azərbaycan dilində 
də, başqa dillərdə də, o cümlədən, fransız dilində də belədir. 
“Roman filologiyasına giriş” əsərində oxuyuruq: sadə cümlənin bir predi-
kativ nüvəsi olur ki, o özü-özlüyündə lat. pluit, ital. piove, isp. lluove, fr. pluit 
kimi təktərkibli cümlələr  şəklində ola bilər; ya da o, mübtəda, vasitəsiz ta-
mamlıq, adresat tamamlığı, alət(vasitə), agens(onların təyinləri ilə birlikdə), 
zaman, yer, tərzi-hərəkət zərflikləri kimi tərtib olunmuş bir ya da bir neçə 
predmet anlayışlarına nisbət verilə bilər. Sadə cümlənin bütün üzvləri idarə, 
uzlaşma, yaxud sabit(qrammatikləşmiş) söz sırası kimi “güclü” sintaktik əla-
qələrlə bağlanır. Sadə cümlənin üzvləri arasında sintaktik asılılıq sintetik şə-
kildə, yəni sözün özünün qrammatik forması ilə, yaxud analitik şəkildə, yəni 
köməkçi və yarımköməkçi sözlərin köməyi ilə ifadə oluna bilər [1, s. 281]. 
T.B.Alisova göstərir ki, latın dilindən roman dillərinə doğru inkişafın 
ümumi istiqaməti belə olmuşdur ki, sintetik formalar analitik formalarla əvəz 
olunmuşdur. Bunu onunla izah edirlər ki, məzmunun sintetik şəkildə  təqdim 
olunması  həmişə idiomatik səciyyə daşıyır. Özgədilli  əhali dili mənimsəyər-
kən üzvlərə ayırır, yəni, təhlil edir. Həmin təhlil nəticəsində məna ilə formal 
struktur(quruluş) arasında daha aydın nisbət təsbit (müəyyən) edilir. Özü də 
təhlil prosesi daha çox ümumi, qrammatik mənadan daha çox xüsusiyə, leksik 
şəkildə ifadə olunmağa doğru gedir, aparılır. Müəlliflər qeyd edirlər ki, sadə 
müxtəsər cümlələr latın dilindən roman dillərinə  təkamül prosesində elə bir 
mühüm dəyişikliyə məruz qalmamışlar.  
Əsərdə roman dillərində sözlərin sırası(mübtədanın xəbərlə qrammatik 
yaxud manaca uzlaşması yolu ilə yanaşma) mübtədanı vasitəsiz tamamlıqdan 
seçməyə imkan verən yeganə vasitə (üsul) kimi səciyyələndirilir. 


 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.259 
  
Burada mürəkkəblənmiş formaların struktur baxımdan səciyyəsi də veril-
mişdir. Əsərdə bu barədə deyilir: mürəkkəb (yaxud mürəkkəbləşmiş) cümlənin 
iki(yaxud daha artıq) predikat nüvəsi olur ki, onlar arasında fərq müəyyənləş-
dirilir.  
Burada tabesizlik və tabelilik kimi iki mühüm qrammatik münasibətin 
meydana gəlməsi tarixi ilə tanış oluruq. Müəlliflər göstərirlər ki, “tabesizlik” 
və “tabelilik” məzmunca (mənaca) bağlanmış, cümlələrə qoyulmamış anlayış-
lardır. “Parasintaksis” adlanan qapalı olmayan sadalanan silsilələrin bağlayıcı-
sız yan-yana qoyulması yaxud “və” bağlayıcısının köməyi ilə birləşməsi danı-
şıq dili üçün və yazılı dilin müxtəlif mərhələləri üçün xarakterikdir. 
“Hiposintaksis” adlanan yanaşı qoyulma və birləşmədən sonra meydana 
gəlmiş tabelilik əlaqəsi yalnız inkişaf etmiş ədəbi dildə sabit modellərin mü-
rəkkəb sistemini yaradır. Danışıq dilində ən ümumi asılılıq işarələri olur. 
Budaq cümlənin baş cümləyə bağlayıcılı tabe olmasından fərqli olaraq, 
tərkib formasında olan tabelilik predikativ vahidi daha dərin yenidənqurmaya 
məruz qoyur və hər bir dilin sintaktik idiomatikasının əsasını təşkil edən struk-
tur yaradır[1,s.284]. 
Müəlliflərin göstərdikləri kimi, roman dilləri sintaktik qrupların möh-
kəmlənməsi təmayülünə tabe olaraq, ya onların parçalanmasına heç cür yol 
vermir (məsələn, önqoşma ilə ismin arasına başqa bir üzvün daxil olmasına – 
inter leones); ya da yalnız modal və  əlavə sözlər yaxud zaman zərfləri ilə 
qurtarmağa yol verir[1,s.288] 
Axırıncı qeydlə  əlaqədar olaraq deyə bilərik ki, Azərbaycan dilində za-
man zərflərinin cümlədə yeri nisbətən sərbəstdir: onlar cümlənin ya əvvəlində, 
ya da ortasında(xəbərdən qabaq) gəlir. Cümlənin axırında gəlmək istisna olun-
mur. Zaman zərfi yalnız əlavə söz kimi cümlənin sonunda gələ bilər. 
Söz sırasının qismən itirilmiş mütəhərrikliyi əvəzində roman dilləri latın 
dilinə xas olmayan “tema” və “rema” sintaktik şəkildə ayırd edilməsi üsulları 
yaratmışlar. Bu, xüsusən fransız dili üçün xarakterikdir: tema: ton pere j'ai vu 
“sənin atanı mən gördüm” rema: s’est ton pere que j’ai vu “Mən (məhz) sənin 
atanı gördüm/görmüşəm”. Məhz bu dildə SVO ardıcıllığı  ən çox təsbit edil-
mişdir, ona görə də o, cümlənin kommunikativ perspektivində dəyişikliyi əks 
etdirməyə qabil deyildir[1,s.288]. 
İ.M.Valyayeva göstərir ki, sadə cümlənin  əsas təşkiledici(tərkib) vahid-
ləri əksəriyyət etibarilə mübtəda və xəbərdir. Bunların ikisi də spesifik morfo-
loji formada çıxış edir. Mübtəda bir qayda olaraq adlıq halda çıxış edir. Xəbər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə