Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə100/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   96   97   98   99   100   101   102   103   ...   116

 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.260 
  
isə təsrif olunmuş fel yaxud təşkilində təsriflənmiş felin iştirak etdiyi söz bir-
ləşməsi formasında olur. Fel xəbər rolunda çıxış edərkən mübtədadan daha ar-
tıq başqa sözlərlə birləşmək imkanı əldə edir. Odur ki, cümlənin quruluşu və 
sərhədləri fel-xəbərin birləşmək imkanlarından çox asılı olur. Heç də təsadüfi 
deyildir ki, bir çox müasir tədqiqatçılar cümlənin struktur tiplərini ayırd edər-
kən hər  şeydən  əvvəl verbal düyünündən çıxış edirlər(Валяева  İ.М.Особен-
ности структуры предложения, свазанные с семантикой и валентностью 
глагола//Структура  предложения  и  классы  слов  в  романо-германских 
языках. вып. 4. Калинин, 1975,с.119). 
Bu səbəbdən, İ. M. Valyayeva hesab edir ki, felin strukturunu onun zəruri 
üzvlərinin olması ilə bərabər, cümlənin minimal strukturuna mütabiq tutmaq, 
felin yanındakı  zəruri iştirakçıları isə cümlənin zəruri iştirakçıları kimi qiy-
mətləndirmək olar. Felin strukturunun fakültativ üzvləri cümlədə onun kom-
munikativ məzmununu genişləndirməkdən zühur edirlər. Belə ki, onları cüm-
lənin məna həcminin genişləndirilməsinə xidmət edən ünsür kimi götürmək 
olar[2,s.120]. 
Felin valent xüsusiyyətləri eyni və müxtəlif strukturlarda özünü büruzə 
verir.  İ.M.Valyayevanın bu barədə son qənaəti belədir: “Cümlənin strukturu
onun sərhədləri ilk növbədə cümlənin struktur nüvəsi olan felin valent xüsu-
siyyətlərindən asılıdır. Cümlənin müəyyən mənada fellə müəyyən edilən mini-
mal strukturu bütün hallar üçün yox, əksər hallar üçün eynidir. Lakin eyni mə-
nada olan fellə müəyyən edilən müxtəlif minimal strukturlar da ola bilir. Bu-
nun  əksinə olaraq, vahid minimal strukturlu cümlələrdə nüvə kimi müxtəlif 
mənalarda olan eyni fel də çıxış edə bilər”[2,s.125].  
Bura qədər deyilənlər roman dilləri, alman dili(Valyayeva) materiallarına 
əsaslanır. Bəs Azərbaycan dilində, ümumiyyətlə, türk dillərində  vəziyyət ne-
cədir? Türk dillərində sadə cümlənin öz tərkib hissələri ilə ifadəsi məsələsi iki 
fundamental əsərdə nəzərdən keçirilmişdir.Bunlar N.Z.Hacıyevanın “Türk dil-
lərinin sintaktik strukturunun inkişafının  əsas yolları” və yenə  də onun B.A. 
Serebrennikovla birlikdə hazırladığı “Türk dillərinin müqayisəli-tarixi qram-
matikası. Sintaksis” əsərləridir. 
Həmin əsərlərdə böyük faktiki materiala əsaslanan qənaət belədir: 
Sadə cümlə istənilən tipoloji quruluşdan olan dillərdə - iltisaqi, flektiv, 
analitik – aparıcı  kəmiyyət olan mübtəda və  xəbər, subyekt və predikat ay-
rılmaz sintezidir. Türk dillərində subyekt və və predikat cümlənin bir üzvündə 


 
 
 
DİL  ƏLAQƏLƏRİ  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.261 
  
təqdim oluna bilər (müq. et: aldım = mən aldım). Özü də cümlədə predikatın 
olması məcburidir. Cümlə üçün predikativlik əsas şərtdir[3,s.155; 4, s.74]. 
N.Z.Hacıyeva göstərir ki, mübtəda sahəsi türk dillərinin tarixi inkişafı 
boyu nisbətən sabit qalmışdır. Mübtəda bütün türk dillərində bütün tarixi 
dövrlərdə, demək olar ki, bütün ad sinifləri(razrəd) ilə,  əvəzliklərlə  və başqa 
nitq hissələrindən substantivləşənlərlə ifadə olunmuşdur.  
Bunun əksinə olaraq, xəbər sahəsində başqa bir mənzərə ilə qarşılaşırıq. 
Burada həm inkişaf edən fel zamanları, həm də bağlayıcı vasitələr hesabına 
tarixi dəyişikliklər müşahidə olunur. 
Xəbərin qrammatik ifadəsi cümlənin tipini(ismi və yaxud feli)  müəyyən-
ləşdirir. Bu iki tipin qarşılıqlı nisbəti türk dillərinin qrammatikasından ötrü çox 
mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, cümlə strukturunun genezisi 
problemini bir çox türkoloqlar xəbərin təbiəti ilə bağlamışlar[3,s.155; 4,s.74].  
N.Z.Hacıyeva yanaşma üsulunu sadə cümlələrin ən qədim əlaqəsi üsulu 
kimi götürür. O, göstərir ki, türk dillərinin inkişafının bütün dövrlərində qoşul-
muş sadə cümlələr strukturu səciyyəvi olmuşdur. Bunlar arasında münasibət 
onların bilavasitə olaraq bir-birinə yanaşması ilə ifadə olunmuşdur. Yanaşma 
sintaktik münasibətlərin  ən qədim ifadə üsulu olmuşdur. Sadə cümlə türk 
ümumiliyinin ən ilk dövrlərinə aid edilə bilər. Mürəkkəb cümlənin tarixi inki-
şafında ən erkən mərhələ, görünür, sadə cümlənin mütləq üstünlüyü ilə səciy-
yələnmişdir [3,s.207; 4, s.99]. 
Beləliklə, görürük ki, müxtəlif dillərin materialları sadə(müxtəsər) cüm-
ləni ən qədim cümlə forması hesab etməyə əsas verir. Cümləyə verilən təriflər 
sadə cümlənin mahiyyətini ifadə edir. Cümlənin mahiyyəti müxtəlif tədqiqat 
əsərlərində cümlənin bitmiş bir fikir ifadə etməsi ilə əlaqələndirilir. Nəzərdən 
keçirdiyimiz əsərdə də bu, qeyd edilir və cümlənin tərkib hissələrinin ifadəsi 
ilə  əlaqələndirilir. Müəlliflər “cümlə üçün ən zəruri olan nədir?” deyə sual 
verir və özləri də ona cavab verirlər. Hətta yalnız mübtəda və xəbərdən ibarət 
olan  ən kiçik cümlə  məntiqi olaraq tam bitmiş fikir ifadə etməlidir. Hər bir 
cümlə əlamətin açılmasından başqa bir şey deyildir. Felin şəxsli forması təkcə 
əlaməti adlandırmağa imkan vermir. O həm də əlaməti müəyyən tərzdə onun 
daşıyıcısına  nisbət verməyə də imkan verir. Ona görə də felin şəxsli formaları 
məntiqi cəhətdən bitmiş fikrin ən yaxşı ifadə vasitələridir[4,s.97]. Sadə cümlə 
ilkin cümlə tipi kimi meydana gəldikdən sonra bir sıra kəmiyyət və keyfiyyət 
dəyişikliklərinə uğramışdır. Həmin dəyişikliklər həm sayca, həm ifadə üsulla-
rının sayına görə, həm də nəticələrinə görə diqqəti cəlb edir. Məqalənin həmin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə