Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

hazırlamışdır.  Həmin  bu  təzkirənin  mətni  AMEA  Əlyazmalar  İnstitutunun 

arxində mühafizə olunur. Ədəbiyyatşünas alimin yuxarıda adını çəkdiyimiz 

əsərdən  əlavə  Mirzə  İsa  Xəyali  Ziyainin  “Təzkireyi-Ziyayi”  əsərinə  həsr 

etdiyi tədqiqatlari da mövcuddur. Belə  ki,  məhz N.Qarayev Ziyainin  həyat 

və  yaradıcılığını  əlyazmalar  əsasında  tədqiq  etmişdir.  Bundan  əlavə  alim 

tədqiqata  cəlb  etdiyi  hər  iki  təzkirəni  müqayisə  etmiş,  bu  barədə  geniş 

məqalə də dərc etdirmişdir.  

F.ü.f.d.  Məntiqə  Muradova  Sadiq  bəy  Əfşarın  həyat  və  yaradıcılığını 

tədqiq  etmiş,  bu  mövzuda  monoqrafiyası  da

1

  işıq  üzü  görmüşdür.  Belə  ki, 



o, S.Əfşarın “Məcmüəl-xəvas” təzkirəsi  və “Qanunüs-süvər” adlı pedoqoji 

təlimatlar kitablarını təhlil etmişdir. 

Azərbaycan  ədəbiyyatşünaslığında  təzkirələrin  öyrənilməsi  sahəsində 

f.ü.f.d.  Mehri  Məmmədovanın  da  əməyi  danılmazdır.  Alimin  “Lütfəli  bəy 

Azər  və  Azərbaycan  ədəbiyyatı”

2

  adlı  monoqrafiyasında  “Atəşgədə” 



təzkirəsinin  yazılma  tarixi,  strukturu,  məzmunu  və  məqsədi  tədqiq 

olunmuşdur. 

F.ü.f.d. Aybəniz Rəhimova da bu sahədə Qulam Məmmədli təzkirəsini 

tədqiqata cəlb etmiş, əsəri transfoneletirasiya edərək nəşr etdirmişdir.

3

 

Prof.  Azadə  Musayeva  və  Cavid  Musayevin  “Bağdadda  yaranan 



Azərbaycan  ədəbiyyatı”

4

  əsərində  Azərbaycan  dilində  ilk  təzkirə  yazan 



Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”  təzkirəsindən  bəhs  edilmişdir.  Bundan 

əlavə  həmin  təzkirədən  bəhs  edən  C.Musayevin  “İraqda  yaranmış 

Azərbaycan təzkirəsinin əlyazması”

5

 adlı məqaləsində qiymətli məlumatlar 



öz  əksini  tapmışdır.  Bu  əsər  barəsində  Vəcihə  Feyzullayevanın  “Əhdi 

Bağdadi  və  onun  “Gülşənüş-şüəra”  təzkirəsi”

6

  məqaləsi  də  təzkirənin 



öyrənilməsi sahəsində dəyərli yerlərdən birini tutur. 

Təzkirələri  tədqiq  edib  onların  tarixini  araşdıran  alimlərdən  biri  də 

f.ü.f.d.  Aytən  Hacıyevadır.  Nəvvabın  ədəbi-bədii  irsini  öyrənmiş,  onun 

ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətini araşdırmışdır.

7

  

                                                



1

 Muradova M. Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı, Bakı, 1999. s.139 

2

 Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı, Bakı, 2001, s.139 



3

 Rəhimova A. Qulam Məmmədli təzkirəsi, Bakı, Elm və Təhsil,2012, s.681 

4

 Musayeva A. Musayev C. Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Bakı, 



Azərnəşr, 1997, s.83 

5

 Musayev C. İraqda yaranmış Azərbaycan təzkirəsinin əlyazması, Maarifçi, 24 



sentyabr, 1997 

6

 Feyzullayeva V. Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi, Ədəbiyyat 



məcmuəsi,2000, s.198-205 

7

 Hacıyev A.Nəvvab ədəbi-bədii irsi, Bakı, Nurlan, 2004, s.211 




F.ü.f.d.  Konül  Nəhmətova  Azərbaycan  təzkirəçilik  ənənəsinin  inkişaf 

mərhələlərini 

araşdırmış, 

M.Tərbiyətin 

“Danişməndani-Azərbaycan” 

təzkirəsini  bu  ənənənin  davamı  kimi  tədqiq  edərək  onun  ədəbiyyat 

tariximizdəki  yerini  və  əhəmiyyətini  müəyyənləşdirmişdir.  K.Nəhmətova 

“Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-Azərbaycan”  əsəri”

1

  adlı 



monoqrafiyasında bir çox qaranlıq məqamlara aydınlıq gətirmişdir. 

Son  dövrlərdə  təzkirələr  tədqiqat  obyektinə  çevrilməklə  yanaşı,  həm 

də  bu  mövzuda  olan  əsərlərin  dərindən  araşdırılmasına  rəvac  vermişdir. 

Belə  ki,  f.ü.f.d.  Vüsalə  Musalı  tərəfindən  bir  sıra  tədqiqat  əsərləri 

yazılmışdır.  Onun  “Azərbaycan  təzkirəçilik  tarixi”

2

  adlı  monoqrafiyasında 



Azərbaycan  təzkirələrinin  təsnifatı  aparılmış,  təzkirələrin  dili,  strukturu, 

əhatə etdiyi coğrafiya və zaman baxımından öyrənilmişdir.  

Ə.Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirəsi  1998-ci  ildə 

təkrar nəşr olunmuşdur. Əsər ilk dəfədir ki, tədqiqata cəlb olunub. 



Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  əsas  obyekti  Əziz 

Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirəsidir,  predmeti  isə 

“Süxənvərani-Azərbaycan”  və  “Sərayəndeqani-şeri-farsi  dər  Qəfğaz”  adlı 

digər  təzkirəsi  üzrə  Azərbaycan  ədəbiyyatının  yeni  elmi  mənzərəsini 

verməkdir. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  başlıca  məqsədi 

“Süxənvərani-Azərbaycan”  təzkirəsini  Azərbaycan  ədəbiyyatının  tarixi 

kontekstində  araşdırmaq  və  əsərin  ədəbi  mühitdə  oynadığı  rolu 

müəyyənləşdirməkdən  ibarətdir.  Sənətkarlar  haqqında  digər  mənbələrdəki 

məlumatları müqayisəli şəkildə monoqrafik üsulla tədqiq etmək də qarşıya 

qoyulan  məqsədlərdən  biridir.  Bütün  bunlara  nail  olmaq  üçün  aşağıdakı 

vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 

-Təzkirələrin yaranması və onların inkişaf tarixinə qısa nəzər salmaq; 

-Müasir  təzkirələrin  quruluşuna,  səciyyəvi  xüsusiyyətlərinə,  XX  əsr 

təzkirələrinin  oxşar  və  fərqli  cəhətlərinə,  Azərbaycan  təzkirəçiliyinin 

keçdiyi inkişaf yoluna nəzər salmaq; 

-“Süxənvərani-Azərbaycan”  təzkirəsinin  tərtib  prinsiplərini,  struktur 

və  məzmun xüsusiyyətlərini, XX əsr təzkirələri arasında tutduğu yeri, orta 

əsr təzkirəçilik ənənələri ilə ortaq xüsusiyyətlərini müəyyənləşdirmək; 

-Ə.Dövlətabadinin  “Qafqazda  yaşayan  farsdilli  şairlər”  təzkirəsinin 

XX əsr təzkirələri arasındakı yerini müəyyənləşdirmək; 

                                                

1

 Nəhmətova K. Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsəri, 



Bakı, Elm və Təhsil, 2012, s.129 

2

 Musalı V. Azərbaycan Təzkirəçilik tarixi, Bakı, Elm və Təhsil, 2012, s.377 




Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə