Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

-Ə.Dövlətabadinin  bədii  irsini  araşdırmaq,  onun  poeziyasının  klassik 

şeir  üslubuna  uyğunluğunu  müəyyən  etmək,  irfani  görüşlərindən 

yararlanaraq yazdığı şeirlərin ədəbiyyatdakı yerini aşkarlamaq; 

-Cənubi  Azərbaycan  ədəbi  mühitinin  inkişaf  və  istiqamətlərini 

məzmun və forma cəhətdən təhlil etmək; 

-XI  əsrdən  həmin  qaynaq  əsasında  XX  əsrə  qədər  keçən  zaman 

müddətində  Azərbaycan  ədəbi  mühitinin  qısa  ictimai  mənzərəsini 

yaratmaq; 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqatda  mövzu  ilə  bağlı  bir  sıra  elmi 

yeniliklər  əldə  edilmişdir.  Onları  mövzu  baxımdan  aşağıdakı  kimi 

qruplaşdırmaq mümkündür. Belə ki, dissertasiyada ilk dəfə olaraq: 

-Ə.Dövlətabadi bir ədəbi sima olaraq yaşadığı dövr, müasirləri, həyatı 

kontekstlərində  dəyərləndirilmiş  və  bununla  mövzu  “ədəbiyyatşünas-

ictimai  mühit”  və “ədəbiyyatşünas-zaman”  kimi fərqli baxış  nöqtələrindən 

dəyərləndirilmişdir;  

-Ə.Dövlətabadinin  elmi  fəaliyyəti  ümumi  şəkildə  araşdırmaya  cəlb 

olunmuş,  bu  fəaliyyətin  ümumi  məzmunu,  əsas  istiqamətləri,  elm 

tarixindəki yeri, dəyəri və əhəmiyyəti müəyyənləşdirilmişdir;  

-Ə.Dövlətabadinin 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsindəki 

ədəbiyyat  məsələlərini  tədqiq  etmək  və  təzkirənin  Azərbaycan  ədəbiyyat 

tarixində yerini müəyyənləşdirmək;  

-Ə.Dövlətabadi  ilk  dəfə  olaraq  özündən  qabaq  yazılan  təzkirələrə  bir 

mənbə  olmaqla  yanaşı,  bir  tədqiqat  obyekti  kimi  də  yanaşmış  və  müraciət 

etdiyi mənbələrdə gedən səhvləri tapıb islah etmişdir; 

-Ə.Dövlətabadi  “Danişməndani-Azərbaycan”  təzkirəsində  adı  qeyd 

olunmayan  bir  çox  şairlərin  adını  müəyyənləşdirərək  onlar  haqqında 

məlumat təqdim etmişdir; 

-Ə.Dövlətabadinin  “Qafqazda  yaşayan  farsdilli  şairlər”  təzkirəsi 

müəllifin şəxsi yaradıcılığı, ümumən tarixi təzkirə yaradıcılığı müstəvisində 

tədqiq olunaraq bu əsərin ədəbiyyatşünaslıqdakı dəyəri, ədəbi-nəzəri fikrin 

inkişafındakı yeri və rolu üzə çıxarılmışdır; 

-Azərbaycan  və  ümumən  Şərq  ədəbi  düşüncəsində  təzkirələr  onların 

inkişaf  tarixi  baxımından  ümumiləşdirilmiş,  təzkirə  yaradıcılığı  üçün 

səciyyəvi  olan  norma,  struktur,  məzmun,  üslub  və  formalar  meyar  kimi 

sistemləşdirilmiş və Ə.Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsi 

ilk növbədə bu meyarlar baxımından dəyərləndirilmişdir; 

-Ə.Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirəsinin  tərtib 

prinsipləri  öyrənilmiş,  bu  prinsiplər,  həmçinin  əsərin  struktur  və  məzmun 




10 

xüsusiyyətləri  özünəqədərki  tərtib  ənənələri  və  subyektiv  yanaşma 

özünəməxsusluqları kontekstlərində qiymətləndirilmişdir; 

-“Süxənvərani-Azərbaycan”  təzkirəsi  XI-XIII  əsrlər  Azərbaycan 

ədəbiyyatı  və  onun  nümayəndələri  baxımından  tədqiq  olunmuş,  bu 

təzkirənin göstərilən dövrün bədii prosesini nə dərəcədə işıqlandırması, bir 

qaynaq  kimi  Azərbaycan  ədəbiyyatşünaslığının  inkişafına  hansı  kəmiyyət 

və  keyfiyyətdə  təzkirə  (ədəbiyyatşünaslıq)  informasiyaları  daxil  etməsi 

kimi məsələlər öz həllini tapmışdır;  

-“Süxənvərani-Azərbaycan”  təzkirəsi  XIV-XVIII  əsr  Azərbaycan 

poeziyası  baxımından  tədqiq  olunmuş,  buradakı  material  müasir  tədqiqat 

əsərləri ilə müqayisəli şəkildə təhlil olunmuşdur; 

-“Süxənvərani-Azərbaycan”  təzkirəsi  XIX-XX  əsrlər  Azərbaycan 

ədəbiyyatı  baxımından  tədqiq  olunaraq,  buradakı  ədəbi  materialın 

məzmunu,  forması,  kəmiyyət  xüsusiyyətləri  və  s.  kimi  məsələlər 

araşdırılmışdır; 

-Ə.Dövlətabadinin 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsi 

müasir 


ədəbiyyatşünaslığın  ənənəvi  meyarları  baxımından  öyrənilmiş,  bu  fonda 

əsərin  Azərbaycan  ədəbiyyatşünaslığında  yeri  və  roluna  ümumi  dəyər 

verilmişdir. 

Tədqiqatın metodu. Tədqiqatda tarixi-müqayisəli, müqayisəli-tipoloji 

yanaşma üsullarından istifadə olunmuşdur. 

Müəllif “Süxənvərani-Azərbaycan” təzkirəsində müxtəlif əsrlərin bədii 

materialını  ümumiləşdirmişdir.  Təqdim  olunan  iş  müxtəlif  əsrlərin  ədəbi-

bədii  normalarını,  mədəni-ideoloji  baxışlarını  əks  etdirməklə  yekcins 

material  deyildir.  Təzkirədəki  bütün  material  Azərbaycan  ədəbiyyatının 

inkişaf  tarixini  özündə  əks  etdirməklə  fərqli  ədəbi  dövrlərin  bədii 

ənənələrini  ortaya  qoyur.  Belə  ki,  Ə.Dövlətabadinin  “Süxənvərani-

Azərbaycan”  təzkirəsindəki  materiala  nə  bütöv  şəkildə,  nə  də  onun  ayrı-

ayrı  tərkib  hissələri  halında  obyektiv  qiymət  vermək  mümkün  deyildir. 

Tipoloji yanaşma hər cür müqayisənin, o cümlədən, tarixi inkişaf ölçülərini 

nəzərdə tutan müqayisənin əsasında durur. 



İşin  aprorbasiyası.  Tədqiqat  işi  AMEA  M.Füzuli  adına  Əlyazmalar 

İnstitutunun  “Farsdilli  əlyazmaların  tədqiqi”  şöbəsində  hazırlanmışdır.  Elə 

həmin  institutun  Elmi  Şurasında  təsdiqlənmişdir.  Tədqiqatın  əsas 

məzmunu,  müddəa  və  nəticələri  elmi  məcmuələrdə  dərc  olunmuş  10 

məqalədə və monoqrafiyada öz əksini tapmışdır. 

Dissertasiyanın  quruluşu.  Dissertasiya  giriş,  üç  fəsil,  nəticə  və 

istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 



 


11 

İŞİN ƏSAS MƏZMUNU 

 

Girişdə  mövzunun  aktuallığı  əsaslsandırılmış,  tədqiqatın  məqsəd  və 

vəzifələri  müəyyənləşdirilmiş,  işin  elmi  yenilikləri,  obyekti  nəzəri  və 

praktik əhəmiyyəti göstərilmişdir. 



“Əziz  Dövlətabadi  və  təzkirə  ənənəsi”  adlanan  I  fəslin  “Təzkirə 

ənənəsi  tarixinə  ümumi  baxış”  adlı  ilk  bölməsində  Şərq  ədəbiyyatında 

təzkirənin 

yaranması, 

yeri, 


Azərbaycan 

təzkirəçilik 

ənənəsininin 

formalaşması, inkişaf mərhələləri haqqında məlumat verilir. 

Milli mədəniyyət və ədəbiyyatın mötəbər mənbələr əsasında öyrənilib, 

tarixi  köklərinin  dərinliyinə  qədər  üzə  çıxarılmasına  duyulan  ciddi  ehtiyac 

çoxəsrlik  tarixi  olan  Şərq  təzkirəçiliyinin  araşdırılmasının  aktuallığını  və 

əhəmiyyətini şərtləndirən başlıca amillərdəndir. Təzkirələr ədəbiyyat tarixi 

ilə bağlı bir sıra məsələlərin, o cümlədən klassik şair və ədiblərin həyat və 

yaradıcılığının  hərtərəfli  öyrənilməsi  üçün  ən  əhəmiyyətli  və  mühüm 

qaynaqlardan biridir. 

Orta  əsr  ədəbiyyat  tarixinə  aid  mötəbər  elmi  mənbə  hesab  edilən 

təzkirələr,  əsasən,  ədəbiyyat  tarixinin  öyrənilməsində  istifadə  olunur. 

“Türkdilli  və  farsdilli  ədəbiyyatda  orta  əsr  ədəbiyyatşünaslığının  3  əsas 

formasından biri olan təzkirələr”

1

 seçilmiş ədəbiyyat nümunələrindən ibarət 



olan antologiyaya yaxındır. 

“Antologiya ayrı-ayrı şairlərin seçilmiş əsərlərini,  yaxud  hər hansı bir 

xalqın  ədəbiyyatından  seçilmiş  nümunələri  əhatə  edən  məcmuələrə 

deyilir”


2

Qeyd  etmək  lazımdır  ki,  təzkirələr  müsəlman  Şərqində  ilk  öncə  ərəb 



ədəbiyyatında  yaranmış,  fars,  daha  sonra  isə  türk  ədəbiyyatına  sirayət 

etmişdir.  Orta  əsr  mənbələri  qədim  ərəblərin  müxtəlif  aforizmlər,  atalar 

sözləri,  təmsil  kimi  ədəbi  toplulara  malik  olduqları  haqqında  bilgi  verir. 

“...VIII  əsrin  sonları  IX  əsrin  əvvəllərində  ərəb  filoloqları  qədim  ərəblərin 

tarixini,  hədislərini  xüsusi  məcmuələrdə  toplayana  qədər  onlar  şifahi 

şəkildə nəsildən nəslə ötürülürdü”.

3

 

Müəyyən  zaman  kəsiyində  antologiyaların  inkişafı  nəticəsində  yeni 



antoloji  ədəbi  janr-təzkirələr  təşəkkül  tapmışdır.  Mövzu  baxımından 

antologiyalara  yaxın  olan  təzkirələr  özündə  yeni  çalarları  və  bir  çox  incə 

mətləbləri əks etdirir. Orta əsrlərin ədəbiyyat tarixini işıqlandıran təzkirələr 

                                                

1

 Краткая литераткрная энциклопедия, т 7,Москва,1972, 1008c. 



2

 Ədəbiyyat terminləri lüğəti, Bakı, Azərnəşr, 1965,s.9 

3

 Филтишинский И.М. История арабской литературы, Москва, 1985, 30c. 




Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə