Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə13/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   9   10   11   12   13   14   15   16   ...   131

 

42 


görkəmli özbək sənətkarı  Məqsud  Şeyxzadənin yataqxanamıza 

gəlişləri, mərdlik və səxavətləri unudulmaz. Nobel mükafatı almış 

Pasternakı sovet yazıçıları  sırasından xaric etmək üçün imza 

toplanırkən mən yataqxanaya siyahı  gətirənlərin xahişini yerinə 

yetirməkdən boyun qaçırmışam. Mənim gözümdə Pasternak 

təbiətin özü qədər qüdrətli bir sənətkardır. Ondan tərcümə etdiyim 

şeirlərin dadı hələ də damağındadır. 

Moskvadan qayıdıb Bakıda V.İ.Lenin adına APİ-nin 

aspiranturasına ayaq basmışam, 1963-cü ildə Azərbaycan sovet 

şeirində poema janrının inkişaf yolları (1945-1950)” mövzusunda 

dissertasi himayə  qılmışam. Burada ştatlı müəllim saxlandığım 

üçün “Göyərçin” dərgisində  əməkdaşlıqdan  əl çəkmişəm. APİ-də 

müəllimlik etdiyim on il (1959-1969) ərzində bu sənətdən aldığım 

zövqü heç nəyə  dəyişmərəm. Müəllimlik mənim anadangəlmə 

sənətimdir, rus demişkən, stixiyamdır. Yaxşı tələbəyə can qurban! 

Ancaq pis tələbəni yaxşılaşdırmaq uğrunda mübarizə, ürəyinə 

yurdsevərlik toxumunu atmaqla onu içəridən işıqlandırmaq mənə 

misilsiz zövq verir. Tələbəni tanıya bilmək üçün suallar tərtib 

etmişəm: l.Uşaqlıq və orta məktəb ilə bağlı hansı  əziz xatirələrin 

var? 2.Ən çox sevdiyin müəllimin kim olub? 3.Hansı  şairi, 

bəstəçini, rəssamı, mütəfəkkiri sevirsən? 4.Dəqiqənin qədrini 

bilirsənmi? 5.İlk məhəbbətin necə olub? (Qızlar bu sorğuya cavab 

yazmaya da bilər!) 6.Səncə Azərbaycanın səadət yolları haralardan 

keçib gedir? 7.Sən yurduna və insanlığa necə xidmət etmək 

fikrindəsən? 8.Ən çox sevdiyin və  ən çox nifrət bəslədiyin adam 

kimdir? 


Bu kimi sorğulara aldığım cavab bəzən bütöv bir dəftərdən 

ibarət olmuş və tələbənin savad dairəsini, mənəvi qüdrət dərəcəsini 

öyrənməyimə imkan yaratmışdır. Məncə, hər hansı  tərbiyənin 

özülündə milli şüur işığı dayanmalıdır. Özünün kim olduğunu, 

xalqının varlığını  dərk etmiş  tələbə pis oxuya bilməz. 

Vətənsevərlik elə bir oddur ki, orta səviyyəli, babat bir adamı az 

qala dahiləşdirə bilir! Bu uğurda hər bir sorğu idrakı  hərəkətə 

gətirir. Məsələn: Səncə azərbaycanlıların soyad (fa- 




 

43 


miliya) sonluğu necə olmalıdır: “Lı” şəkilçinin dörd biçimi, yoxsa 

“ov”, “ibn”, “ski”, “yan”, “pur”, “zadə”, “i”. Məsələn, deyin 

görüm, Cabbarlı deyilsə yaxşıdır, yoxsa Cabbarski, Cabbaryan, 

Cabbarpur, Cabbarzadə, Cabbarov, ibn Cabbar?! 

Bu cür sorğuların yaratdığı  təmayül üstündə institutdan 

çıxarılmışam. İş yerim dəyişdirilib. 1969-cu il, iyulun on beşindən 

etibarən Nizami adına  Ədəbiyyat  İnstitutunun baş elmi işçisiyəm. 

Buna baxmayaraq, tələbələrimizdən heç vaxt mənən 

ayrılmamışam. 

Gedin... gedişinizlə 

Təbiət gəlsin cana. 

Sizi gül toxumu tək 

öz əlimlə səpirəm 

Arzu yağışlarında 

çimən Azərbaycana.  

Altı ay işsizliyim və  mətbuatsızlığım çağlarında evdə azuqə 

tükənmiş və bu halda həyat yoldaşım Firəngiz xanım işə girişməyə 

vadar olmuş, Neft və Kimya İnstitutunun elmi kommunizm 

kafedrasında müəllimliyə başlayaraq öz səadətini tapmışdır. Mən 

öz səadətim və  ən çətin gündə qaralmayan içəri işığım üçün bu 

gözəl, mərd, pak, qüdrətli Azərbaycan qızına borcluyam. 

Evdə yavan çörək, bir atımlıq çay 

Varmıdır, yoxmudur, deyə bilmərəm. 

Ancaq varlığımda haray qoparan 

Neçə dağ çayını dinləyirəm mən.  

Bu ruh coşğunluğunu daim qoruya bildiyim üçün Firəngizimə 

minnətdaram. Hər iki balamızı - Təbrizi və Rzanı rus bağçasına, 

Azərbaycan məktəbinə verməyi lap əvvəlcədən qərarlaşdırmışdıq. 

Təbriz ikinci sinif yavrusudur. Rza da bu il Azərbaycan məktəbinə 

ayaq basacaq. Çıxmış kitablarım bunlardrr: 

1. Bahar 

gəlir. Bakı, Uşaqgəncnəşr, 1957. 

2. Sevən gözlər. Bakı, Azərnəşr, 1959. 

3. Məhəbbət dastanı. Uşaqgəncnəşr, 1961. 

 



 

44 


4. Qollarını geniş aç! Azərnəşr, 1965. 

5. Krasnadon 

qartalları. Bakı, Gənclik, 1967. 

6. Yeni 


zirvələrə. Bakı, Azərnəşr, 1971. 

7.  Şedrıy den. Moskva, Molodaya qvardiya, 1959. 

8. Nastoyaşaya lyubov. Moskva, Sovetskaya pisatel, 1963. 

Bundan başqa Q.Xəlilovla ortaq yazdığım “Yaşamaq istəyirəm” 

povesti “Azərbaycan” dərgisinin 1962-ci il, 10,11 və 12-ci 

saylarında çap olunub. Azərnəşrin direktoru olmuş Qılman İlkinin 

himayədarlığından istifadə edib bu əsəri Q.Xəlilovun yalnız öz 

adına nəşr etdirə bilməsini yoldaşlığa xəyanət sayıram. 

1965-ci ildən Sov.İKP sıralarındayam. Bəzi şeirlərimi “Od” və 

“Odsevər” ayaması ilə çap etdirmişəm. Sonralar məndən asılı 

olmayan səbəblərə görə bu, yasaq edilib. Məncə, doğma adları, 

soyadları, ayamaları diriltmək də borcumuzdur. Od Rza oğlu 

Xəlilbəyli, yaxud sadəcə olaraq: Xəlil Rza Od - ədəbiyyat tarixinə 

adım bu biçimdə düşsə yaxşı olar. Adın bu hala salınması 

Azərbaycan dilini bundan sonra da təmizləmək, durulamaq 

ehtiyacına işarədir. Biz çalışmalıyıq ki, qədim, zəngin Azərbaycan 

dili və ruhu bundan sonra da çiçəklənsin və özümlüyünü qoruyub 

saxlaya bilsin.   

Xəlil Rza Od, Bakı, 10 mart, 1973”. 

X.R.Ulutürk 1985-ci ildə filologiya elmləri doktoru alimlik 

dərəcəsi, 1986-cı ildə  Əməkdar  İncəsənət xadimi, 1990-cı ildo 

“Davam edir – 37” şeirinə görə M.F.Axundov mükafatı laureatı 

adına layiq görülmüşdür. 

O, Azərbaycan Milli hərəkatının fəal xadimi olduğuna görə 

Bakını işğal etmiş rus hərbçiləri tərəfindən 26 yanvar 1990-cı ildə 

həbsə alınmış, Bakı, Moskva, Rostov, Voronej zindanlarında 8 ay 

13 gün yatmışdır. 

X.R.Ulutürk 1991-ci ildə Azərbaycan Ali Sovetinə seçkilərdə 

iştirak etmiş, 87 faiz səs çoxluğu ilə millət vəkili seçilsə  də, o 

vaxtkı hakimiyyət “kvorum yoxdur” bəhanəsi ilə onu deputatlıqdan 

məhrum etmişdir.  Şair 1991-ci   ildə “Türk  milləti”  mükafatı  

laureatı,   1992-ci  ildə 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə