Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə10/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   6   7   8   9   10   11   12   13   ...   131

 

31 


X.Rzanın tərcümə kitabları arasında  ən sanballısı “Turan 

çələngi”dir. 1992). O, həmin kitabı 90-cı illdərin başlanğıcında, 

milli azadlıq uğrunda mübarizənin genişləndiyi bir vaxtda tərtib 

edib Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat 

İnstitutu xəttilə  nəşr etdirmişdir. 800 səhifəlik kitabın adı onun 

mahiyyətini dürüst ifadə edir. Şair türk dünyasının min ildən artıq 

zaman vüsətində yaranmış qiymətli poeziya nümunələrindən 

həqiqətən də gözəl bir çələng hazılayıb oxuculara təqdim etmişdir. 

Həmin  şerlərin bir qismini X.Rza türkcə, özbəkcə, qazaxca və 

tatarcadan dilimizə uyğunlaşdırmışdır. Əfzələddin Xaqani, Nizami 

Gəncəvi, Nəsirəddin Tusi, Saib Təbrizinin  əsərlərini farscadan, 

Mirzə Şəfi Vazehin şerlərini isə ruscadan birbaşa tərcümə etmişdi. 

“Turan çələ-ngi”ndə  təmsil olunan şairlər arasında türk xalqları 

ədəbiyyatlarının sütunları olan Yusif Xac Hacib, Əlişir Nəvai, 

Babarəhim Məşrəb, Çolpan, Məqsud  Şeyxzadə, Qafur Qulam, 

Zülfıyyə, Abdulla Arif, Əsəd Muxtar, Oljas Süleymenov, Abdulla 

Tukay, Yəhya Kamal, Məhməd Akif Ərsoy, Qətran Təbrizi və 

Şəhriyar kimi sənətkarlar da vardır. 

X.Rzanın rus dilindən tərcümələrində çox ciddi yaradıcılıq 

zəhməti, ardıcıl fikir, bədii axtarış, mütərcimin həmin axtarışlara 

qanad verən məqsəd ucalığı və böyük məhəbbəti vardır. Onun ən 

yaxşı  tərcümələrində orijinala sədaqət canlı fikir üçün buxova 

çevrilmədiyi kimi yaradıcılıq sərbəstliyi də mütərcim 

özbaşnalığından uzaq olmuşdur.  Şairin Puşkin, Lermontov, 

Nekrasov, Blok, Luqovskoy, Yevtuşenko, Voznesenski, 

Rojdestvenskidən tərcümələri xüsusilə 

uğurludur və 

ədəbiyyatımızın qarşılıqlı  əlaqələrinin xəritəsini  əlvan boyalarla 

zənginləşdirmişdir.  

X.R.Ulutürkün  ədəbi irsinin geniş bir hissəsi hələ  də çap 

olunmamışdır. Onun zəngin arxivindəki 200-dən artıq qovluqda 

qiymətli publisist əsərləri - gündəlikləri öz araşdırıcısını və nəşrini 

gözləyir. 

Görkəmli  şair, mütəfəkkir,  şəxsiyyət, istiqlal mücahidi və 

ictimai- siyasi xadim olan Xəlil Rza Ulutürkün xalqımızın və 



 

32 


 ədəbiyyatımızın tarixində çox mühüm yeri vardır. 

 

* * * 



Xəlil Rza Ulutürkün zəngin yaradıcılıq irsi elmi 

ictimaiyyətimizi yaxından düşündürməkdə, sistemli tədqiqat 

obyektinə çevrilməkdədir. Hazırda  şairin  ədəbi irsi elmi-pedaqoji 

sahədə çalışanların da güclü maraq dairəsindədir. 

Təbii ki, X.R.Ulutürk haqqında ardıcıl elmi məqalələr 

yazılmaqda, monoqrafıyalar nəşr edilməkdədir. Yuxarıda qeyd 

edildiyi kimi bu sahədə ilkin olaraq bu sətirlərin müəllifinin 

“İstiqlal  şairi”, prof. M.Dəmirlinin “Xəlil Rza Ulutürkün 

poeziyası” monoqrafiyaları qeyd oluna bilər. 

Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı 

elmi işçisi, filologiya elmləri namizədi  Əlizadə Bayram oğlu 

Əsgərlinin “Milli ideal mücahidi” adlı monoqrafiyası  Xəlil Rza 

irsinin öyrənilməsində  uğurlu addımdır. Bu monoqrafiya onun 

“XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal və xalq taleyi 

problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda 

yazdığı doktorluq dissertasiyası əsasında hazırlanmışdır. Ə.Əsgərli 

tədqiqatla bağlı olaraq dövri mətbuatla, arxiv sənədləri, özəlliklə də 

şairin gündəlikləri ilə yaxından tanış olmuş, X.Rzanın 

yaradıcılığını  dərindən öyrənmiş  və özünün bu sanballı  tədqiqat 

əsərini ortaya qoymuşdur. Onun monoqrafiyasının aktuallığı, elmi 

yeniliyi həm də ondadır ki, tədqiqatçı  Xəlil Rza Ulutürk irsinə 

mövcud  ənənəvi, sosioloji təhlil üsulu ilə deyil, bir qədər başqa 

cür, yəni ideoloji-nəzəri təhlil səviyyəsində problemi araşdırmağa 

nail olmuşdur.  Əlbəttə, belə bir təhlil yönü problemin 

mövzusundan irəli gəlmişdir. 

Ə.Əsgərlinin 

əsəri azərbaycançılıq ideologiyasının 

zənginləşməsi sahəsində qiymətli mənbədir.  İstiqlalçılıq, 

Türkçülük, Azərbaycançılıq, Dövlətçilik məfkurəmizin 

möhkəmləndirilməsində, gəncliyimizin, vətəndaşlarımızın milli 

şüur və məf- 

  



 

33 


kurəcə yetişməsində bu tədqiqatın əhəmiyyəti şübhəsizdir. 

Əlizadə  Əsgərli monoqrafiyada ideoloji məsələlərlə  bərabər

ədəbi-bədii problemlərin izahında da orijinal elmi-təhlil bacarığı ilə 

seçilir. O, X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülünü 

milli ideal və xalq taleyi zəminində yeni bədii təhlil sferasında 

oxuculara çatdırır. 

“Milli ideal mücahidi” adlı monoqrafiya sistemli tədqiqat 

əsəridir.  Ə.Əsgərli həm də X.R.Ulutürkün ədəbi irsinin tənqid, 

tərcümə, publisistika, memuar yaradıcılığını milli və  bəşəri 

keyfiyyətlər baxımından tədqiqata cəlb etmişdir. 

Ə.Əsgərli X.R.Ulutürkün onlarla kitablarına redaktorluq etmiş, 

şair haqqında ön sözlər yazmışdır. 

Biz inanırıq ki, “Milli ideal mücahidi” kitabı  ədəbiyyatımız, 

Ulutürkşünaslığımız üçün qiymətli töhfə olacaq, milli 

ideologiyamız,  şüur və  məfkurəmizin zənginləşməsinə kömək 

edəcək və müəllifinə yeni yaradıcılıq uğurları gətirəcəkdir. 

 

BƏKİR NƏBİYEV, 

Azərbaycan MEA-nın həqiqi üzvü, akademik 

  

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

34 


GİRİŞ 

 

Xəlil Rza Ulutürk XX əsr Azərbaycan  ədəbiyyatının görkəmli 



nümayəndəsi, filosof, mütəfəkkir  şəxsiyyət, ictimai-siyasi xadim, 

milli-demokratik hərəkatımızın usanmaz mücahididir. O, 

Azərbaycan poeziyasında orijinal ədəbi simadır. X.R.Ulutürk 

ədəbiyyatda turançılıq, vətənçilik, azərbaycançılıq və istiqlalçılıq 

məfkurəsinin davamçısıdır. Onun poeziyası milli ideallarla 

aşılanmış, xalq məfkurəsi və taleyini daha ciddi əks etdirmişdir. 

Sənətkarın yaradıcılığı ilə bağlı M.Arif, M.Cəfər,  İ.Şıxlı, 

Ə.Ağayev, B.Nəbiyev, Y.Qarayev, B.Vahabzadə, Qabil, M.Araz, 

Q.Qasımzadə, Q.Xəlilov, Ş.Salmanov, S.Tahir, H.Orucov, G.Fəzli, 

S.Əliyev, R.Duyğun, A.Hacıyev, C.Abdullayev, A.Hüseynov, 

Y.Uxundlu, T.Əbülhəsənli, C.Novruz, T.Əlişanoğlu, R.Əliyev, 

M.Məmmədov, S.Altaylı,  Ə.Mustafayev və başqaları  məqalə 

yazmışdır. 

Şairin poeziyasına münasibət bildirən alimlər sırasında akad. 

M.Arifin adı xüsusi qeyd olunmalıdır. Poetik nümunələri 

mətbuatda təzəcə  dərc olunan şairə ilk dəfə münasibəti o 

bildirmişdir. Alim “Yeni nəsil” (1954) məqaləsində X.Rzanın da 

admı  çəkmiş, ona münasibətini bildirmişdir. “Tarla yolunda” 

şeirinə iradını bildirməklə, Xəlil Xəlilovun “ciddi gənc  şair”, 

“yazdıqları şeirlərin çoxu səmimi hisslərinin ifadəsi” olduğu qeyd 

edilir və “sünilikdən”, “ifrat şəxsi subyektiv hisslərdən”, 

“mücərrəd və ümumilikdən” uzaq olması, “ictimai mənaya daha 

çox diqqət yetirməsi məsləhət görülürdü” [10, s.304]. 

M.Arif “Azərbaycan sovet şeiri” [13, I c, s.543 - 544] 

məqaləsində  Əli Kərim, Məmməd  İbrahimov, Sərdar  Əsəd, Cabir 

Novruzov, Famil Mehdiyev, Rüfət Axundov, Tofiq Mehdiyev və 

Xəlil Xəlilovu “son beş - altı ilin istedadlı  gənc  şairi” kimi 

qiymətləndmişdir. “Poeziya və keyfiyyət” məqaləsində isə o, 

X.Rzaya məsləhət görürdü ki, “obrazları gurultulu, təmtəraqlı, 

mübaliğəli söz və ifa- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə