Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə12/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   8   9   10   11   12   13   14   15   ...   131

 

38 


 əlifbanın tez-tez dəyişdirilməsi xalq üçün böyük fəlakətdır, milli-

mədəni estafetin qırılması demekdir. Orxon-Yenisey əlifbasından 

ərəb, ondan latın əlifbasına, ondan da rus qrafikası üzrə əlifbaya və 

daha sonra bunun əsasında  ən yeni əlifbaya keçilməsi elmi və 

mədəni inkişafimıza ağır zərbələr endirmişdi. 

Bunun nəticəsində biz həm də türkmənlərdən, özbəklərdən, 

qırğızlardan, qazaxlardan, başqırdlardan, qaqauzlardan, 

qəraimlərdən, tatarlardan, kumıklardan, altaylardan, uyğurlardan 

və başqa qardaş xalqlardan xeyli uzaqlaşdrrılmışdıq ki, bu da 

əslində sosialist millətlərinin getdikcə bir-birinə yaxınlaşması 

qanununa ziddir. 

Atam Rza Xəlil oğlu illər boyu sayar (mühasib), müfəttiş, 

döyüşçü olmuş, son müharibədə Berlinədək irəliləmiş, 17 yerdən 

yaralanmış  və uzun illər boyunca sağalmayan bu yaralar 

nəticəsində 1957-ci ildə, oktyabrın 17-də  vəfat etmişdir. Atam 

mənim üçün hələ  də tükənməz bir xəzinədir. O, mənə yer 

şumlamağı, bağbanlıq etməyi, torpağı sevməyi, becərməyi, taxıl və 

ot biçməyi, əqrəb öldürməyi, ilandan qoruna bilməyi öyrətmişdir. 



Əqrəb öldürməyi öyrətdin mənə, 

Öyrətdin öldürüb basdırmağı da. 

O vaxtdan nə qədər əqrəblər gördüm, 

Solumda, sağımda, göz qabağımda. 

 

* * * 



Ancaq heç birinə güzəşt etmədim, 

Neçə gürzələrin dişini qırdım. 

Qıra bilməyəndə yenə hayqırdım, 

Qoymadım kinimi ləkələnməyə!  

Füzuli, Raci, Dəxil, Dilsuz, Sabir, Tofiq Fikrət, Nəvai, 

Rustaveli, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Qumru, Yunuf İmrə 

kimi  şairlərin adını  mən ilk dəfə atamın dilindən eşitmişəm. Bu 

şairləri çox yanıqlı, çox təsirli səslə oxuyan, bəzən göz yaşlarını 

silən atam 47 yaşında vəfat etsə də, mənim göz- 

   



 

39 


ümdə qocaman, piranə keçmişin rəmzidir. 

 

Zülmün topu var, gülləsi var, qələsi varsa, 



 Haqqın da bükülməz qolu, dönməz üzü vardır. 

 Göz 

yumma 

günəşdən, nə qədər nuru qararsa, 

 Sönməz ədəbi, hər gecənin gündüzü vardır.  

Tofiq Fikrətin bu gözəl misralarını o qədər təkrar etmişdi ki, 

mən hələ dərsə getməmiş bunu əzbər bilirdim. Sən demə, pedaqoji 

tərbiyədə  təriflənməyin də  əhəmiyyəti böyükmüş. Evimizə qonaq 

gələnlərin yanında bəzən atam məni tərifləyirdi: 

-Mənim oğlum xəritədə Azərbaycanı göstərə bilir! Bu cümləni 

eşidən kimi mən çubuq götürüb evimizin bir divarını tutan geniş 

xəritənin yanında dayanar, atamın öyrətdiyi kimi, Qüzey və Güney 

Azərbaycanı bütünlüklə, tam göstərərdim. 

Biryanı Türkiyə, bir yanı Xəzər, 

Bir ucu Qaflanku, bir ucu Dərbənd. 

Bir ucu Borçalı - bizim məmləkət, 

Bakını, Təbrizi xəyalım gəzər.  

Bu  şeir parçası atamındır. Yurdsevərlik badəsini onun əlindən 

alıb içmişəm. “Mənim şerim” adlı yazımda bu ruhu aydın sezmək 

olur: 


Sənin qüdrətinlə mən 

Min düşmən bayrağını 

Torpağa saldıraram. 

Sənin qüdrətinlə mən 

Dərbənddən Təbrizəcən 

Bütün Azərbaycanı 

Ayağa qaldıraram! 

Həyatımı verərəm 

Bircə sənin yolunda, 

Sənin özünü isə 

Bu vətənin yolunda. 

 Atamın fikrincə Azərbaycan mədəniyyəti tarixində  ən qüdrətli 

böyük şəxsiyyətlərdən biri Əli bəy Hüseynzadə ol- 

  



 

40 


muşdur. “İdrakdır müstibətə mizan əvət, əvət. İdraksızın ola bilməz 

müsibəti”. Sabirin, dahi Sabirin bu beytini misal gətirən atam 

deyərdi ki, Əli bəy kimi mütəfəkkirlərin faciəsi onların idrakının 

böyüklüyündən doğmuşdur. Dövrə  sığmaq - kiçiklik, dövrə 

sığmamaq isə - böyüklük çalarıdır. Dövrə  sığışmayanlar bəzən 

bütöv bir xalq tarixinə işıq sala bilir! 

Atam vəsiyyət etmişdi ki, məni müsəlman qaydasınca, “ər-

rəhman” ilə yerdən götürün. Tutuq ki, 500 adamın bir cənazə 

arxasınca addımlaması, eyni dildə düşünməsi, eyni ruhla yaşaması 

milli birlik vasitələrindən biridir. Biz atamızın bu vəsiyyətinə əməl 

etdik. 

Xanım anam evdar qadındır. Beş oğul böyütmüş, evləndirmiş, 3 



qız köçürmüş bacarıqlı, zirək, gözüaçıq və çox əməksevər bir 

anadır. Azərbaycan dilinin   sonsuz   zənginlikləri, tükənməz 

incəlikləri, tanrısal  şeiriyyəti, ovsunlu musiqisi onun dili və südü 

ilə qanımıza hopub. Köksü nağıllar, bayatılar, laylalar, bilməcələr 

xəzinəsidir:  

Laylamın adı qardaş,  

Ağzımın dadı qardaş.  

Mənə qardaş olmasan,  

Götürrəm yadı qardaş.  

Elə bilirəm ki, anam bu bayatını çağırarkən Araz qırağında 

durub o taya baxır.  

...Az adamda,  

Qulam da, azadam da.  

Dövlət çox adamda var,  

Adamlıq az adamda.  

Xeyli sonralar bu bayatını Aşıq Ələsgərin əvvəlki nəvəsi, gözəl 

Azərbaycan oğlu Haqverdi Göyçəlinin saz təranələri altında 

eşidəndə anamın böyüklüyünə  bəbək qaldım. Azərbaycan 

bayatıları, xoyratları, maniləri Kərkükdən Dərbəndə, Qızılözəl 

çayından Göyçə basalağınadək böyük bir ərazidə qanad çalır. 

 

  



 

41 


 

Əzizim, bəxtiyarım, 

 

Bəxtimin təxti yarım. 

 Üzündə göz izi var, 

 

Sənə kim baxdı, yarım?  

Artıq buna şeir demək azdır, bu, möcüzədir. Yalnız min illər 

ərzində qurulmuş, pardaxlanmış, parlamış dil və  təfəkkür bu cür 

poeziya möcüzələri doğura bilər. Bəlkə özü də bilmədən bu eşqi 

iliklərimə yeritmiş anama baş  əyirəm! Bu yaxınlarda “Nauka i 

jizn” dərgisinin birinci sanında oxudum ki, İraqın Yarımtəpə şəhər 

yaxınlığında arxeoloji qazıntı aparılmış, eradan qabaqkı səkkizinci 

minilliyə aid mədəniyyət yadigarı üzə  çıxarılmışdır ki, bunlar da 

sovet Azərbaycanının həmin dövr mədəniyyəti ilə eynidir. Anladım 

ki, Bağdad, İraq, Yarımtəpə sözləri elə azərbaycancadır və keçmiş 

Azərbaycan xəritəsi hüdudları barədə bizim bugünkü 

təsəvvürümüz dardır. Nəsimi də, Füzuli də  İraq və Suriya 

türkmənləri içərisində yetişmiş  şairlərimizdir.  Əgər bunları yalnız 

Kərkük türkmənləri öz inhisarına götürsə, yaxud yalnız sovet 

türkmənistanlıları  təkcə özününkü saysa, məhdudluq olar. Bu cür 

şairlər bizim ortaq sərvətimizdir. 

1949-cu ildə, Bakıda Universitetin filoloji fakültəsinə daxil 

olmuş  və jurnalistlik şöbəsini 1954-cü ildə bitirmişəm. Həmin 

ildən Azərbaycan Sovet Yazıçılar Birliyinin üzvüyəm. 1955-56-cı 

illərdə “Azərbaycan qadını” dərgisində əməkdaşlıq etmişəm, 1957-

59-da Moskvada Qorki adına  Ədəbiyyat  İnstitutu nəzdində 

yazıçılar üçün təşkil edilmiş Ali Ədəbiyyat Kurslarında dinləyici 

olmuşam. 

Şeir üzrə seminar başçımız,  şair Yaroslav Smelyakov, onun 

həmişə yanında gətirdiyi tənqidçi Vladimir Oqnev, bəzən bu iki 

adamı əvəz edən şair Mixail Svetlov, bizə Şekspir üzrə mühazirələr 

oxuyan Anikst, həmçinin Tolstoy, Ostrovski, Şoloxov üzrə ixtisas 

kursları aparan gözəl müəllimlərimiz, institutda Şoloxov və Nazim 

Hikmətlə görüşlərimiz, o zaman xəstə yatan, ancaq bizi qıvraq, şad 

qarşılayan Samuil Marşak kişinin evinə baş  çəkməyimiz, böyük 

balkar şairi Qaysın Quliyevin və 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə