Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə11/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   7   8   9   10   11   12   13   14   ...   131

 

35 


dələrdən” qorusun. Alim X.Rzanın “pələng”, “şir”, “qartal”, 

“ildırım”, “bəşəriyyət”, “ilham”, “od-atəş”, “ümman” kimi sözləri 

tez-tez işlətdiyinə etiraz edir, sözün təsir gücünü artırmaq üçün 

“ciddi hazırlıq işləri aparmağı” tövsiyə edirdi [15, I c, s.597]. 

Bütün bunlar X.Rzanın poetik özünüdərkinin yetişməsində rol 

oynamış, şairin poetik sözə ciddi münasibətini gücləndirmişdir. 

Akad. B.Nəbiyevin X.Rzanın “Taparam səni” kitabına yazdığı 

ön sözdə şairin heca və əruz şeiri imkanlarından istifadə bacarığını, 

şeir və poemalarının epik vüsətini, bədii forması, vətənpərvərlik və 

humanizm keyfiyyətindən danışmışdır. 

Alim X.Rzaya bir sıra məqalə  həsr etmiş, haqqında 

monoqrafiya yazmışdır. 

Monoqrafiyada  şairin həyatı, mübarizəsi və yaradıcılıq irsini 

izləmiş  ədəbiyyatşünas  əsas diqqəti onun vətəndaş  məramına, 

poeziyasının inkişafına, poemalarındakı epik vüsətə,  şairin  ədəbi 

prosesdəki yerinə, tərcüməçilik yaradıcılığına və  bədii 

sənətkarlığına doğru yönəltmişdir. Akademik Xəlil Rza 

yaradıcılığının özünüdərk, türkçülük, azərbaycançılıq, istiqlalçılıq 

ideyalarına toxunmuş, lakin həmin məfkurələr haqqında danışmağa 

lüzum görməmişdir. 

Tənqidçi Y.Qarayevin “Mərdlik alovu” məqaləsi X.Rzanın 

“müstəqil üslub və  sənətkar mövqeyi”, “həyat hadisələrinə  fəal 

müdaxilə, daxili narahatlıq, vətəndaş  cəsarəti, ictimai-siyasi 

siqlətinə görə seçilir”. 

Məqalədə Şəhriyarın “Əziz rəssam”, İlya Selvinskinin “Babək” 

əsərləri, habelə, Abdulla Tukay, Musa Cəlil, Qaysın Quliyev, 

K.Simonov, E.Mejelaytis, Y.Yevtuşenko, R.Rojdcstvenski, Qafur 

Qulam, M.Şeyxzadədən edilmiş çevirmələrin yüksək keyfiyyəti 

göstərilir. 

Xalq yazıçısı İsmayıl Şıxlının “Zindandan keçən azadlıq yolu” 

məqaləsində X.R.Ulutürkün məsləki, böyük poeziya yoluna gəlişi

siyasi şüur oyanışının əsasları, şairin 

 

  



 

36 


azadlıq idealı  uğrunda mübarizəsi həm publisistik-xatirat, həm də 

ədəbi-tənqidi ruhda təqdim olunur. 

B.Vahabzadə “Poeziya alovu” məqaləsində  şairin sözdən 

istedadla istifadə etmək bacarığı qiymətləndirir. “Adilər və dahilər” 

şeirinin poetik məziyyətlərindən danışan, obrazlardakı  təbiiliyi, 

ictimai məna və  məzmunu yüksək dəyərləndirən B.Vahabzadə 

Xəlil Rzanın Vətən, tarix və xalq qarşısında ictimai borcundan söz 

açmışdır. 

Tənqidçi-ədəbiyyatşünas  Ə.Ağayev “1961-ci ildəki poeziyaya 

bir nəzər” məqaləsində X.Rzan yaradıcılığının təşbehlər silsiləsini, 

“beynəlxaq mövzuda yazdığı siyasi məzmunlu şeirlərində mübariz 

çağırış ruhunu” qiymətləndirmişdir. 

“Yenilik duyğusu və poeziya” məqaləsində  tənqidçi  şairin 

lirikasındakı müasirlik və novatorluq keyfiyyətindən danışmışdır. 

Ş.Salmanov “Poeziya və  tənqid” məqaləsində R.Rza, N.Xəzri, 

B.Vahabzadə, B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, S.Tahir, C.Novruz, 

N.Həsənzadə, F.Mehdi və X.Rzanın Cənub mövzusuna təkcə siyasi 

planda yox, həm də  fəlsəfi-sosial və tarixi planda müraciət 

olunduğunu xüsusi xatırladır. S.Rüstəm, N.Xəzri, Q.Qasımzadə, 

N.Həsənzadə, X.Rza və başqalarının  şeirlərindəki “fəal, nəcib 

tarixi yaddaş keyfiyyətini, onun poetik fərdiliklərini yüksək 

qiymətləndirir”. 

Ş.Salmanov “Poeziya və  tənqid” (Tənqid - 77)” məqaləsində 

diqqəti X.R.Ulutürkün tərcüməçilik yaradıcılığına yönəldir. O, 

X.Rzaya “Dost sözü” adlı  ədəbi-publisistik, “Qəhrəmanlıq 

poeziyası” adlı ədəbi-tənqidi məqalə də həsr etmişdir. 

Filologiya elmləri namizədi M.Dəmirli “Xəlil Rza Ulutürkün 

poeziyası” haqqında elmi iş yazmış və kitab çap etdirmişdir [45]. 

O, monoqrafiyada X.R.Ulutürkün yaradıcılıq axtarışlarından, 

onun fərdi üslub yetkinliyindən, istiqlalçılıq məf- 

  

 

 



 


 

37 


kurəsindən danışmışdır. Professor M.Dəmirli X.Rzanın vətəndaş 

mövqeyi, lirikasının siyasi təfəkkür xüsusiyyətləri və ictimai 

məzmun genişliyindən bəhs etsə  də, X.Rza yaradıcılığının milli 

özünüdərk mənbələri və ideya-məfkurə məsələlərini tədqiqata cəlb 

etməmişdir. 

Tənqidçi-ədəbiyyatşünas Q.Qasımzadə  və S.Əliyevin X.Rza 

haqqında fikirləri də qiymətlidir. Q.Qasımzadənin “Yazılacaq 

səhifələr intizarında” məqaləsi 1993-cü ildə  qələmə alınmışdır. 

Alim “Afrikanın səsi” və başqa şeirlərin “Ədəbiyyat və incəsənət” 

qəzetində dərc edildiyi vaxtlarda (1960) ədəbi-siyasi gorginlikdən, 

X.Rzanın 20 Yanvar faciəsi günlərində həbsindən yazır, şairə olan 

ögey münasibəti xatırladırdı. S.Əliyev isə “Ulutürk ömrü” 

məqaləsində publisistika-xatirat janrına üstünlük verərək, Xəlil 

Rzanın ömür yolunu ümumiləşdirmişdir. 

X.R.Ulutürk XX əsr Azərbaycan  ədəbiyyatının görkəmli 

simalarından biridir. Onun müasirlərindən fərqlənən bənzərsiz şair 

taleyi vardır. Belə  bənzərsizlik Xəlil Rzanın ruhu və  mənəvi 

aləmini göstərməklə  bərabər, onun bir sənətkar kimi baxışlar 

sistemini də ifadə etməkdədir. Xəlil Rza yaradıcılığının 

öyrənilməsini aktual edən qaynaqları, onun ədəbiyyat tarixində 

yerini, mövqeyini göstərmək üçün şairin yazdığı  tərcümeyi-halı 

zəngin material verir. X.Rza tərümeyi-halını üç dəfə (hələ ki, 

məlum olan fakt belədir), 1969, 1973 və 1977-ci illərdə yazmışdır. 

Biz ikinci tərcümeyi-halını arxivindən  əldə edib ilk dəfə 

“Müasirləri Xəlil Rza Ulutürk haqqında” kitabında (B., Çinar-Çap, 

2004) çap etdirmişik. Dissertasiyada onun bioqrafiyasından 

danışmaqdan çox, şairin “Kimliyim” adlı öz tərcümeyi-halının 

verilməsini lazım bilirik: “Mən Xəlil Rza oğlu Xəlilbəyov 1933-cü 

ildə oktyabrın 21-də Salyan rayonunun Pirəbbə  kəndində anadan 

olmuşam. 1939-cu ildə Salyan şəhərinə köçmüşük. Həmin ildəcə 

dərsə getmişəm və Salyanın 2 saylı  şəhər məktəbini 1949-cü ildə 

bitirmişəm. Dərcə latın  əlifbasını öyrənməklə başlamışdıq ki, üç-

dörd ay keçməmiş əlifbanın dəyişməsi xəbəri gəldi. Xeyli sonralar 

anladım ki, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə