Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

17 

M.C.Paşayev  “Yolumuz  hayanadır”,  S.Dağlı  “Bahar  oğlu”,  Ə.Cəfərzadə 

“Aləmdə  səsim  var  mənim”,  “Vətənə  qayıt”,  “Eşq  sultanı”,  İ.Hüseynov 

“Məşhər”,  Ə.Nicat  “Nəğməyə  dönmüş  ömür”,  O.Salamzadə  “Əsrlərin 

sirri”,  “Sevgi  iztirabı”,  Ə.Babayeva  “Bəlkə  sabah  olmadı”,  S.Əhmədli 

“Yasamal  gölündə  qayıqlar  üzürdü”,  N.Əbdürrəhmanlı  “Yalqız”,  Nigar 

“Sınmış  sükut”,  S.Alışarlı  “Maestro”,  İ.Fəhminin  “Akvarium”,  “Aktrisa” 

və  s.  romanları    Azərbaycan  ədəbiyyatında  sənətkar  haqqında  yazılmış 

əsərlərdəndir.  Həmin  romanlarda  yaşadıqları  cəmiyyədə  köməksiz  qalan, 

təklənən,  tənhalaşan  istedad  sahiblərinin  çətin,  keşməkeşli,  problemlərlə 

yüklü həyat yolu təsvir olunmuşdur. 

Bu bölmədə, eyni zamanda, İ.Muğannanın “Məşhər”, Ə.Cəfərzadənin 

“Aləmdə  səsim  var  mənim”,  Ə.Babayevanın  “Bəlkə  sabah  olmadı”, 

İ.Fəhminin “Akvalanq və  yaxud Yüngül bir yay oyunu”, Nigarın “Sınmış 

sükut”,  S.Əhmədlinin  “Yasamal  gölündə  qayıqlar  üzürdü”  romanları 

yaradıcı  şəxsiyyətin  bədii  əsərdə  əksi  fonunda  tədqiq  edilmiş  və  yeri 

gəldikcə alman nəsr nümunələri ilə müqayisə olunmuşdur. 

  Dissertasiyanın  III  fəsli  “Çağdaş  Azərbaycan  və  alman 



romanlarında  həyat  həqiqəti  və  bədii  gerçəklik”  adlanır.  Bu  fəsil  üç 

yarımfəsildən  ibarətdir.  “Romanda  müharibə  mövzusu:  fərdi  və  fərqli 



yanaşmalar”  adlı  birinci  yarımfəsil  Azərbaycan  və  alman  romanlarında 

müharibə mövzusunun tədqiqinə həsr olunmuşdur.  

  XX  əsrin  sonlarından  başlayaraq  II  Dünya  müharibəsi,  faşizm 

“sosial-tarixi,  mənəvi-psixoloji”  aspektdən  araşdırılmağa  başlanılmışdı.II 

Dünya  müharibəsini  gözləri  ilə  görmüş  yaradıcı  nəslin  əsərlərində 

göstərilirdi  ki,  geriyə-evlərinə  qayıdan  döyüşçülər  yeni  ictimai  şəraitə 

uyğunlaşa bilmədikləri üçün psixoloji sarsıntı keçirir, cəmiyyətə adaptə ola 

bilmir,  ruhi  sarsıntının  təsiri  ilə  özlərini  və  ailə  üzvlərini  məhv  edirdilər. 

Yaxın  keçmişdə  baş  vermiş  müharibə  E.Remark,  H.Fallada,  G.Kazak, 

A.Zegersin və s. yaradıclığında ümummilli, eyni zamanda da, qlobal hadisə 

kimi dəyərləndirilmişdir. Bu ədəbi nümunələrdə müharibənin anti-humanist 

mahiyyəti  tənqid  olunmuş,  alman  xalqının  bütün  bəşəriyyət  qarşısındakı 

etirafı səsləndirilmişdir. Müharibədən sonra küskünləşmiş insanların həyatı, 

siyasi-iqtisadi  böhran,  vətənin  gələcək  taleyi  bu  dövrdə  yazıb  yaradan 

sənətkarların  romanlarında  əsas  məsələlər  idi.  Alman  yazıçıları  məlum 

problemə  yeni  rakursdan  yanaşaraq  alman  ədəbiyyatının  “ümumdünyəvi 

nüfuzunu  qaytarmağa  çalışırdılar”.  H.Falladanın  “Canavarla  canavarlar 

arasında”,  “Dəmir  Qustav”,  “Hər  kəs  tənhalıqda  ölür”,  H.Kazakın  “Çay 

yanında  şəhər”,  Şunurrenin  “Dəfnlər”  romanları  məhz  belə  mürəkkəb, 

ziddiyyətli, xaotik bir dövrün məhsulu idi. Bu əsərlərdə tənqid hədəfi təkcə 




18 

faşizm,  sosializm  yox,  istənilən  totalitar  cəmiyyət  idi.  Müharibənin 

iştirakçısı  kimi  onun  dəhşətlərini  görmüş  H.Böll,  G.Qrass,  M.Valzer, 

Z.Lenç  kimi  yazarlar  II  Dünya  müharibəsinin  simasında  əsrlər  boyu 

bəşəriyyətə, inkişafa zidd olan müharibələri lənətləyirdilər.  

  Nasist  mövzusu  90-cı  illərdə  yazan  yazıçıların  yaradıcılığında  da 

əhəmiyyətini  itirməmişdir.  B.Şlinkin  “Qiraətçi”,  M.Maronun  “Animal 

triste”,  H.Krausserin  “Zəngin  dünya”,  U.Timmenin  “Karri”  kolbasasının 

mənası”,  Seven  Lagerin  “Fosfor”,  X.Ransmayrın  “Kitaxara  xəstəliyi”, 

M.Beyerin  “Uçan  itlər”,  M.Kümpfüllerin  “Xamperin  qaçışı”,  F.İlliesanın 

“Günahsızcasına  rəhbərlik”,  T.Brussiqin  “Bizim  kimi  qəhrəmanlar”  adlı 

romanlarında  hədəf  müharibədən  daha  çox  onun  insan  zehnində  və 

yaddaşında  buraxdığı  xoşagəlməz  fəsadlar,  ağrılı-acılı  xatirələr,  sağalmaq 

bilməyən mənəvi yaralardır. Bu bölmədə B.Şlinkin “Qiraətçi” romanı təhlil 

edilmiş və digər məşhur alman yazıçısı H.Böllün “Bir təlxəyin düşüncələri” 

əsəri ilə müqayisə olunmuşdur. 

  Azərbaycan  ədəbiyyatının  60-70-ci  illər  mərhələsində  də  II  Dünya 

müharibəsinin  dəhşətlərini  təsvir  edən  romanlar  yazılmışdır.  Xüsusilə, 

H.Seyidbəyli,  İ.Hüseynov,  H.Abbaszadə,  S.Əhmədov,  V.Nəsib  və 

başqalarının romanlarında müharibə mövzusu başlıca yer tutur. 90-cı illərin 

əvvəllərindən  başlayaraq  Azərbaycan  arealında  müharibəyə  əvvəlki 

münasibət  dəyişmişdir.  S.Əhmədlinin  “Gedənlərin  qayıtmağı”  romanında 

müharibənin  dəhşətlərindən  daha  çox  yaxınlarını  cəbhəyə  yola  salmış 

insanların  o  illərdə  çəkdikləri  maddi  və  mənəvi  çətinliklər,  müharibənin 

daxili yaşantıları əks olunmuşdur. 

  M.İbrahimbəyovun  “Dənizdə  qasırğa”adlı  tarixi-sərgüzəşt  romanı 

1941-45-ci  müharibə  illərindəki  siyasi  olaylardan  bəhs  edir.  Hitler 

hakimiyyətinə  nifrət  və  faşistlərin  törətdikləri  vəhşiliklərin  simasında 

müharibələrə qarşı etiraz motivi yazıçının bütün dünyaya çatdırmaq istədiyi 

mesajdır: 

  “- Bu adam kimdir? Niyə belə hirslidir? 

  -  Adolf    Hitlerdir.  Özü  də  hirsli-zad  deyil,  əksinə.  Kefi  kökdür.  O 

böyük  uğur  qazanıb,  Məmməd.  Avropanın  yarısını  tutub,  -radioya  qulaq 

verib,  eşitdiklərini  tərcümə  edir:  -Deyir,  guya  Allah  onu  yer  üzünə  bir 

məqsədlə  göndərib:  Alman  xalqını  xoşbəxt  etmək.  Və  o  həmin  məqsədə 

çatmaq yolunda heç bir maneə qarşısında dayanmayacaq”

1

.Yazıçı romanda 



Kamal  adlı  gənc  neft  aliminin  ixtiraları  nəticəsində  ordunu  neftlə  təmin 

                                                           

8

İbrahimbəyov M. Seçilmiş əsərləri. II cild. Bakı: Avrasiya Press, 2004,  s. 13. 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə