Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

19 

edən  Azərbaycanın  baş  verəcək  qələbədə  çox  böyük  payı  olduğuna  işarə 

etmişdir. 

  Adolf  Hitler  haqqında  oxşar  təsvirlərə  alman  yazarı  K.Haynın 

“Villenbrok”  (“Willenbrock”,  2000)  romanında  da  rast  gəlirik:  “Onun 

yaxşı, maraqlı ideyaları var idi. O, iyirmi ildə elə şeylər etmişdi ki, əvvəlki 

siyasətçilərin  yuxusuna  da  girməmişdi.  Onun  haqqında  nə  demələrinə 

baxmayaraq, o, banditləri çox yaxşı idarə edirdi”

1



  S.Əhmədovun  müstəqillik dövrünün məhsulu olan “Axirət sevdası”, 



“Kef”, “Ömür  urası”,  A.Abbasın  “Dolu”  “Allahını  qatil  edənlər”,  Nigarın 

“Daş  hasar”,  G.Lətifxanın  “Azər  və  Aida”,  F.Güneyin  “Qara  qan”, 

S.Səxavətin  “Nekroloq”,  M.Süleymanlının  “Erməni  əlifbasındakı  hərflər”, 

F.Qocanın “Ölüm ayrılıq deyil”, M.Abdullanın “Əvvəl. Axır” romanlarında 

isə  Qarabağ  müharibəsi  bədii  tədqiqat  obyektinə  çevrilmişdir.  Bu 

yarımfəsildə  Elçinin  “Ağ  dəvə”  romanında  bir  məhəllənin  timsalında 

müharibənin  müxtəlif  ailələrə  gətirdiyi  fəlakətlər  təhlil  edilmiş,  müharibə 

qlobal faciə kimi dəyərləndirilmişdir. Azərbyacan yazıçısının romanı alman 

nasiri B.Şlinkin əsəri ilə analoji təhlidə təqdim edilmişdir. Bu yarımfəsildə 

H.Krausserin  “Zəngin  dünya”,  V.Şnurrenin  “Yabançı”,  M.Maronun 

“Animal triste”, K.Kraxtın “Faserland”, U.Timmin romanları S.Əhmədlinin 

“Axirət  sevdası”,  “Ömür  urası”,  Anarın  “Otel  otağı”,  Nigarın  “Daş  asar” 

əsərləri  ilə  müqayisəli  tədqiqdə  araşdırılmış,  müharibə  mövzusundə 

Azərbaycan  və  alman  ədəbiyyatındakı  uyğun  və  fərqli  cəhətlər  meydana 

çıxarılmışdır. Qarabağ müharibəsinin dəhşətlərini əks etdirən S.Əhmədlinin 

“Axirət  sevdası”,  “Ömür  urası”  romanlarında  milli  tariximizin  çox  yaxın 

dövrlərində  baş  verən  fəlakətlər,  şəhid  ailələrinin  faciələri  bu  bölmədə 

geniş şəkildə təhlil olunmuşdur.  

  III  fəslin  ikinci  yarımfəsli  “Müasir  roman  yaradıcılığında  sosial-

mənəvi  həyatın  dərki”  adlanır.  XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində 

Azərbaycan və alman romançılığında bir canlanma hiss olunur. Azərbaycan 

ədəbiyyatının  heç  bir  zaman  kəsiyində  bu  qədər  roman  yazılmamışdır. 

İ.Hüseynovun  “İdeal”,  “Əbədiyyət”,  “Cəhənnəm”,  İ.Şıxlının  “Ölən 

dünyam”,  Anarın  “Otel  otağı”,  “Ağ  qoç,  qara  qoç”, Elçinin  “Mahmud  və 

Məryəm”,  K.Abdullanın  “Yarımçıq  əlyazma”,  “Sehrbazlar  dərəsi”, 

“Unutmağa  kimsə  yox”,  A.Rəhimovun    “Kabus”,  N.Əbdülrəhmanlının 

“Yalqız”,  “Yolçu”,  “Könül  elçisi”,  İ.Fəhminin  “Akvarium”,  “Aktrisa, 

“Qarğa yuvası”, “Bakı haqqında kollaj”, “Akvalanq, yaxud Yüngül bir yay 

oyunu”,  E.Hüseynbəylinin  “Balıq  adam”,  “Tut  ağacı  boyunca”,  “Yovşan 

                                                           

1

Hein Chr. Willenbrock. Frankfurt a/ M: Suhrkamp. 2000. 199 S.



 


20 

qağayılar”,  “Metro  vadisi”,  “Don  Juan,  yaxud  On  üçüncü  Havari”  və 

onlarla  yazıçının  romanları  yalnız  məhsuldarlıq  cəhətdən  fərqlənmir,  həm 

də  də  mövzu,  problematika,  obraz,  süjet  xətti  baxımından  yeni  meyilləri 

ortaya çıxarırdı. 

  Alman  ədəbiyyatında  da  eyni  mənzərə  müşahidə  olunur. 

K.Byöldlinin  “Kristilizasiyanın  tədqiqi”  (“Studie  in  Kristallbildung”, 

1991),  “Abiskodan  Cənuba”  (“Sudlich  von  Abisko”,  2000),  K.Kraxtın 

“Faserland”  (1999),  “1979”,  M.Maronun  “Animal  triste”,  F.Xenninqin 

“Hər şey oğurlanmışdı” (“Alles nur geklaut”, 1999), G. Osvaldın “Hər şey 

hesaba  alınır”  (“Alles  was  zählt”,  2000),  E.Yelenikin  “Pianoçu”  (“Die 

Klavierspieleren”,  2002),  S.Lagerin  “Fosfor”  (“Phosphor”,  2000), 

T.Dyukersin “Oyun zonası” (“Spielzone“, 2002), M.Billerin “Qızım” (“Die 

Tochter”,  2000),  və  s.  romanlarda  dünya  və  insan  probleminə  geniş  yer 

verilmişdir.  Bu  problemlərin  bədii  həllində  postmodernist  düşüncənin 

təşəkkülü əsas rol oynayırdı.   

  Postmodernist  roman  hər  şeydən  əvvəl  yeni  üslubların  meydana 

gəlməsi  ilə  şərtlənir.  Postmodernist  düşüncədə  estetik-bədii  meyarlar 

dəyişir,  obrazlar  yeni  rakursda  göstərilir,  tarixi  hadisə  və  şəxsiyyətlərə 

birmənalı  münasibət  bildirilmir  və  bununla  yanaşı  müəllif  oyunları  ilə 

müşahidə edilir. Postmodernizm alman  ədəbiyyatında bir qədər gec, 80-ci 

illərdə  təşəkkül  tapmağa  başlamışdır.  İlk  dəfə  B.Ştrausun  “Gənc  adam” 

(1984),  P.Züskindin  “Ətriyyatçı”  (“Das  Parfum”,  1985),  X.Ransmayrın 

“Sonuncu dünya” romanlarında interperetasiyadan istifadə olunmuşdur. Bu 

əsərlərin ardınca B. Morsxoyzerin “Berlin imitasiyası” (1989), T.Xetkenin 

“Lüdovik  əvvəl  ölməlidi”  (1989),  U.Vidmerin  “Mavi  sifon”  (1992), 

M.Kyölmayerin  “Telemax”  (1995),  E. Xaklyanın  “Sara  və  Simon”  (1995) 

və  s.  romanları  yazıldı.  Bu  cəhətdən  90-cı  illər  alman  xalqının  yeni 

dünyada və yeniləşən Avropada özünütəsdiq istiqamətində aparılan gərgin 

axtarış  illəri  idi.  Bu  müəlliflərdən  T.Brussiq,  K.Ransmayr,  İ.Şulç,  B.fon 

Ştukrad-Barre,  K.Kraxt,  T.Dyukers,  B.Lebertin  adlarını  çəkmək  olar. 

Həmin müəlliflər öz əsərlərində həyat və cəmiyyət haqqında düşüncələrini 

sistemləşdirmiş,  sözün  əsl  mənasında,  zamanın  “sinirlərinə”  toxuna 

bilmişdilər.  Bu  yarımfəsildə  K.Kraxtın  “Faserland”  romanı  Elçinin 

“Mahmud  və  Məryəm”,  İ.Fəhminin  “Akvarium”,  “Aktrisa”,  “Akvalanq”, 

N.Əbdürrəhmanlının 

“Yalqız”, 

“Yolsuz” 

əsərləri 

ilə 


müqayisədəaraşdırılmış,  qlobal  anlamda  mənəvi  böhran  təhlil  edilmiş,  saf 

cəmiyyət  arzuları  ifadə  olunmuşdur.  N.Əbdülrəhmanlının  “Yalqız”  və 

“Yolsuz”  romanlarında  tənhalıq,  yolsuzluq  problemi  Nobel  mükafatı 

laureatı  Yelfrida  Yelenikin  “Sevgililər”  (1975),  “Bağlı  qapı  arxasında”, 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə