Azərbaycan milli musiqi mədəniyyəti



Yüklə 44,46 Kb.
səhifə7/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
1   2   3   4   5   6   7   8   9   10   ...   17
MUĞAM CVB

Muğamların not yazısıMusiqi irsinin öyrənilmasi hər şeydan avval not yazısından başlanır. Şübhəsiz ki, bu yazilar taxmini olsa belə, yenə də onun qiymati əvazsizdir. Bu baxımdan muğam sənətinin öyrənilməsində əsas manba nisbatən gec yaranmış not yazıları , bundan əvvəl , qrammofon valları sayılır. Çünki muğam sənətinin, elaca da digar şifahi-professional musiqi janrlarının dərindən, hərtərəfli, elmi surətdə öyrənilməsi va tadqiqi üçün onların nota yazılmasının böyük əhəmiyyəti vardır. Lakin onu da qeyd etmək lazımdır ki, şifahi-professional musiqi janrlarının not yazıları və nəşrləri hələ də sistemli şəkildə həyata keçirilməmişdir. Şifahi ənənəyə əsaslanan professional musiqinin daşıyıcılarından muğam dəstgahlarının, təsniflərin, zərbi muğamların diskǝə yazılması, nota köçürülməsi və nəşri bu günümüzün vacib və taxirəsalınmaz məsələlərindəndir. Məlumdur ki, tarixin bütün mərhələlərində Azərbaycan muğamları nota yazılmamış, ancaq şifahi şəkildə müəllimdən şagirdə, xanəndədən xanəndəyə, bir çalğıçıdan başqa çalğıçıya ötürülmüşdür. Əlbəttə, onun bütün incə çalarlarını və xüsusiyyatlarini saxlamaq şərtilə muğamların not yazısını əldə etmək müşkül işdir. Məhz bu səbəbdən də xalq-professional musiqiçiləri XX əsrə qədər not yazısından istifadə etməmişlər. Halbuki Şərqdə hələ VIII-X asrlarda not yazı sistemi olmuşdur. Belə məlumat var ki, Yaxın və Orta Şərqdə bizim eranın əvvəlində musiqi yazıları mövcud idi. VIII-X və ondan sonrakı əsrlərin not yazıları bizə qadar gəlib çatmışdır. Bu, Farabi və Şirazi tərəfindən işlənən hərfi notasiyadır. Keçan asrin 20-ci illarindan başlayaraq sistemli şəkildə muğam va makomların Avropa notasiyası ila yazılması bu janrların öyrənilməsi üçün vacib bir marhalanin başlanğıcı oldu.Maraqlıdır ki, Şərqdə özünəməxsus notasiya mövcud olmasına baxmayaraq, Azərbaycan milli musiqi tarixi üçün əhəmiyyət kəsb edan şifahi-professional musiqi nümunələri, onun əsas qolu olan muğamlar isə nota yazılmamışdır. Məhz bu musiqi nümunələri XX əsrə qədər bilavasitə şifahi ənənə şəklində inkişaf etmişdir. Bizcə, bunun birinci səbəbi həmin yazı sisteminin Avropa not yazı sistemi kimi universal, tam təkmilləşmiş olmaması ilə əlaqədardır. İkinci səbəb o idi ki, bu musiqi nəsildən-nəslə məhz şifahi şəkildə keçərək daha çox təkmilləşməyə uğrayırdı. Bu keyfiyyət də öz növbəsində çoxjanrlı Azərbaycan şifahi-professional musiqisinin yüksək dərəcədə inkişafına gətirib çıxartmışdır. XX əsrdə şifahi-professional musiqi nümunələrini isə ilk dəfə Ü.Hacıbəyli nota almışdır. O, hələ Qori müəllimlər seminariyasında təhsil aldığı illərdə (1899-1904) «Musiqi albomu»> düzəltmişdi. Orada onun xalq musiqimizə aid ilk not yazıları da var

Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə