Azərbaycan milli musiqi mədəniyyəti



Yüklə 44,46 Kb.
səhifə6/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
1   2   3   4   5   6   7   8   9   ...   17
MUĞAM CVB

Beynəlxalq muğam mərkəzi
"Beynəlxalq Muğam Mərkəzi"... Mərkəzin başlıca məqsədi muğamla bağlı bütün layihələrin gerçəkləşməsinin koordinasiya mərkəzi kimi bir işlək qurum yaratmaqdır. "Mugam alami" 1 Beynəlxalq Musiqi bilavasitə muğam sonatinin qorunması va inkişafina xidmət edən Heydər Əliyev Fondunun və şaxsan onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük səyi i ilə ərsəyə galdi. I Beynəlxalq Muğam Festivalı Heydar Oliyev Fondu ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Azarbaycan Bəstəkarlar İttifaqının, Milli Elmlər Akademiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyəti Fondunun dəstayi ila keçdi.Islam Mədəniyyətinin paytaxtı - Bakı "Muğam aləmi" I Beynəlxalq Festival: ilə diqqət mərkəzində özünə layiq yer tutdu. Qətiyyətlə demək olar ki, Bakı bir həftə ərzində xalqımızın şah əsəri sayılan muğamın paytaxtına çevrildi."Biz azərbaycanlılar haqlı olaraq öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır" (M.Əliyeva).2009-cu il mart ayının 21-dan 24-dək Azərbaycan Dövlət Kukla Teatrında "Muğam aləmi" I Beynəlxalq Festivalı çərçivəsində keçirilən "Muğam müsabiqəsi"ndə 11 ölkədən - Azərbaycan, Iran, Misir, Tacikistan, Özbəkistan, Qazaxıstan, Mərakeş, İraq, Türkiyə, Almaniya, ABŞ-dan 20 an istedadlı vokalçı iştirak etmışdır.Beynəlxalq Muğam Müsabiqəsinin münsiflər heyətində yeddi sənətkar: Azərbaycan Milli Konservatoriyasının rektoru, Respiblikanın xalq artisti, professor Siyavuş Kərimi, Azərbaycanın xalq artisti, professor Arif Babayev, Azərbaycanın xalq artisti, sənətşünaslıq doktoru, Bəstəkarlar İttifaqının Katibi, professor Ramiz Zöhrabov, UNESCO-nun nümayəndəsi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın prezidenti, hollandiyalı Vim Vann Zanten, Türkiyənin musiqi ifaçısı və musiqişünası Fikrət Qaraqaya va Musiqi üzrə Beynəlxalq Sülh mükafatı laureati, almaniyali Mikael Drayer daxil idi. Növbəti "Muğam aləmi" II Beynəlxalq Festivalı isə 2011-ci il mart ayının 14 dǝn 21-dək keçirildi.Birinci gün Beynəlxalq Muğam Mərkəzində II Beynəlxalq Muğam Festivalının açılışı oldu. Bu tədbirin açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO mun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılışı etdi.


Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə