Azərbaycan milli musiqi mədəniyyəti


"Segah" muğamı və onun şöbələri



Yüklə 44,46 Kb.
səhifə8/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
MUĞAM CVB

."Segah" muğamı və onun şöbələri
Xalqımız arasında ən çox yayılmış muğamlardan biri «Segah»dır. «Segah»> 7 Əsas muğamdan üçüncüsüdür. «Segah» məfhumu iki sözün birləşməsindən yaranmışdır. Se üç, gah isə mövqe, məkan deməkdir. “Orta segah», «Xaric segah», «Mirzə Hüseyn segah», «Zabul segah»> məhz ümumilikdə «Segah»in müxtəlif variantlarıdır. «Segah» muğamı müxtəlif pərdələrdə çalınıb oxunur. Bu pərdələrin yadda qalması üçün Azərbaycan musiqiçiləri - xanəndə və instrumentalistlər hər «Segah»a bir ad vermişlər. Beləliklə, «Segah» Azərbaycan şifahi-professional musiqisində inkişaf edərək özünəməxsus müxtəlif pərdələr (tonallıq) sistemini yaratmışdır.
Azərbaycanda «Segah»in 3 növü daha geniş yayılmışdır. Bunlar «Zabul segah»>, «Mirzə Hüseyn segah», «Xaric segah»>dır. «Segah»> ailəsinə daxil olan muğam-dəstgahlar bunlardır: <, <«Mirzə Hüseyn segah» dostgahının tərkibi bu şöbə və guşələrdən ibarətdir: «Bǝrdaşt», 7 «Mayeyi Segah», «Zil Segah»>, «<Şikəsteyi-fars», «Mübarriqa», «Segaha qayıdış» - koda.
Xaric segah. «Segah» muğamının əsas növü sayılan «Orta segah»>in mayəsinin xaricində səsləndiyi üçün onu «Xaric segah» adlandırırlar. “Xaric segah»ın şöbə və guşələri «Bərdaşt», «Mayeyi-segah», «Şikəsteyi-fars>>, «Mübərriqǝ», «Manəndi-hasar», «Manəndi-müxalif», «Zil Segah» va «Segaha qayıdış - koda»dır.
Folklor musiqisi
Şifahi-professional musiqi birdən-birə meydana gəlməmişdir. Bu cür musiqi nümunələrinin tarixi çoxömürlüdür. Onlar uzun əsrlərin məhsulu olub, illər keçdikcə cilalanmış, təkmilləşmiş, püxtələşmiş və nəsillərdən-nəsillərə çatdırılmışdır, Şifahi-professional musiqi janrlarının yaranması üçün məhz folklor musiqisi əsas mənbə olmuşdur.Folklor musiqisinin ən ümdə xüsusiyyətlərindən biri onun kollektivliyidir. Bəli, folklor musiqisi kollektiv tərəfindən yaradılır, xalq tərəfindən formalaşır, məzmun və ideya baxımından da yüksək sənət nümunəsinə çevrilir.Folklor musiqisi şifahi şəkildə ağızdan-ağıza, nəsildən-nəslə keçir, xalq arasında geniş yayılır. Deməli, şifahilik folklorun əsas məziyyətlərindəndir.
Folklorda olduğu kimi, ənənəvi professional musiqi sənətinin də mühüm amillərindən biri məhz onun şifahi ənənəyə mənsub olmasıdır. Onun yaradıcıları əsrlərlə təkmilləşmiş, ifaçı-praktik ustadlardan öyrəndiklərini şifahi ənənə əsasında öz şagirdlərinə aşılamışlar. Şifahi-professional musiqinin janr nümunələri də folklor musiqisinin şirələri ilə qidalanmış, atǝ-qana dolmuş, xalq yaradıcılıq bulağı ilə durulmuş, təzələnmişdir. Məhz şifahi-professional musiqi janr nümunələrinin kompozisiyası quruluşca mürəkkəb olmasına baxmayaraq, onlar milli folklorla çox sıx əlaqədədir. Əslində, xalq musiqisinin melodiya va ritmlərinin səciyyəvi qayda-qanunları şifahi professional musiqi nümunələrində öz dolğun və kamil inkişafını tapır. Folklor musiqisi ilə müqayisədə şifahi-professional musiqi çox inkişaf etmiş tarkib və forma, mürəkkəb ifadə vasitələri ilə seçilir. Məhz bu səbəbdən də bu priyomları yüksək improvizə bacarığına malik xalq-professional sənətkarlar, Əsasən, bəstəkarlıq istedadı olan xanəndə və sazandalar musiqiyə tətbiq etmişlər. Bu sənətkarların yaratdıqları musiqi nümunələri hərtərəfli, müfəssəl işlənmiş mürəkkəb səciyyəli dolğun əsərlərdir. Şübhəsiz, folklorda da elə hallar olur ki, istedadlı adamlar müxtəlif janrlı mahnılar bəstələyir və bunun özü də professionallıq tələb edir. Lakin onları professional saymaq düz deyil. Çünki bu iş onların peşəsi deyil, onlar yalnız asudə vaxtlarında bədii yaradıcılıqla məşğul olurlar.



Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə