Azərbaycan milli musiqi mədəniyyəti


Muğam Az can profesional musiqisinin aparıcı janrı kimi



Yüklə 44,46 Kb.
səhifə4/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
1   2   3   4   5   6   7   8   9   ...   17
MUĞAM CVB

Muğam Az can profesional musiqisinin aparıcı janrı kimi
Musiqida professionallıq dedikdə, Avropa ənənələri və normalarına asaslanan bəstəkar yaradıcılığı nəzərdə tutulur. Lakin onunla yanaşı, Şərq professional musiqisi də geniş təşəkkül tapmışdır. Professional bəstəkar yaradıcılığından fərqli olaraq, Şarq professionallığı şifahi onanəyə əsaslanır. Müxtəlif ayrı-ayrı ədəbi mənbələrdən bizə bir sıra saray musiqiçilərinin adları məlumdur. Onlardan Barbadin adı daha çox çəkilir. Barbad haqqında müxtəlif dillərdə dərc olunmuş ədəbiyyatlardan maraqlı məlumat almaq olur. Bu məxəzlərdən aydınlaşır ki, Barbad həm nəzəriyyəçi, həm bəstəkar, həm xanəndə, həm də mahir instrumental ifaçı kimi Xosrov Pərvizin sarayında fəaliyyət göstərmişdir. Şərq xalqlarının şifahi-professional klassik musiqisinin nəzəri əsaslarının sistemləşdirilməsində onun mühüm rolu da qeyd olunur. Şifahi-professional musiqi birdən-birə meydana gəlməmişdir. Bu cür musiqi nümunələrinin tarixi çoxömürlüdür. Onlar uzun əsrlərin məhsulu olub, illər keçdikcə cilalanmış, təkmilləşmiş, püxtələşmiş və nəsillərdən-nəsillərə çatdırılmışdır, Şifahi-professional musiqi janrlarının yaranması üçün məhz folklor musiqisi əsas mənbə olmuşdur. Folklor musiqisinin ən ümdə xüsusiyyətlərindən biri onun kollektivliyidir. Bəli, folklor musiqisi kollektiv tərəfindən yaradılır, xalq tərəfindən formalaşır, məzmun və ideya baxımından da yüksək sənət nümunəsinə çevrilir. Folklor musiqisi şifahi şəkildə ağızdan-ağıza, nəsildən-nəslə keçir, xalq arasında geniş yayılır. Deməli, şifahilik folklorun əsas məziyyətlərindəndir. Şifahi-professional musiqinin janr nümunələri də folklor musiqisinin şirələri ilə qidalanmış, atǝ-qana dolmuş, xalq yaradıcılıq bulağı ilə durulmuş, təzələnmişdir. Məhz şifahi-professional musiqi janr nümunələrinin kompozisiyası quruluşca mürəkkəb olmasına baxmayaraq, onlar milli folklorla çox sıx əlaqədədir. Əslində, xalq musiqisinin melodiya va ritmlərinin səciyyəvi qayda-qanunları şifahi professional musiqi nümunələrində öz dolğun və kamil inkişafını tapır. ərq professional musiqisinin şifahi ənənəyə əsaslanan bir mərkəzi janrı var ki, o da müxtəlif regionlarda yaşayan xalqlarda müxtəlif adlar daşıyır. Ərəblər və türklərdə makam, azərbaycanlılarda muğam, tacik və özbəklərdə makom, uyğurlarda mukam, iranlılarda dəstgah, hindlilərdə raqa, yaponlarda qaqaku, indoneziyalılarda patet, qazaxlarda küy, qırğızlarda kü və s. adlanır.


Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə