Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə123/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

mərhumun ən yaxın qohumu olmalı idi. Şəriətə görə mərhum kişi

cinsindən olardısa, onun oğlu və ya qardaşı, qadın cinsindən olardısa,

əri, qardaşı, yaxudda qızının əri məzara düşüb ona son borclarını

verərdilər. Şəriətə görə məzara düşən adam başıaçıq və ayaqyalın

olmalı idi. [83] Cənazə nizamlanandan sonra molla mərhumun təlqinini

verməyə başlardı. Molla təlqin verdikcə mərhumun sağ çiynindən

yavaşca silkələyərdi ki, onun ruhu deyilənləri eşitsin. Mərhum qadın

olduqda cənazə nizamlanan və təlqin verilən vaxt qəbrin üstünə bir pərə

tutulardı. Təlqin bitdikdən sonra məzara düşən şəxs cənazənni ayaq

tərəfindən qəbirdən çıxmalı idi. O qəbirdən çıxdıqdan sonra mollanın

köməyilə: “Biz hamımız Allaha məxsusuq və onun yanına qayıdırıq”-

sözlərini deyib məzara  bir ovuc torpaq atırdı. Sonra qəbrin içində

əhlətin üstünə ağac, yaxud daş lövhələr düzərək cənazənin üstünü

örtərdilər. Lənkəran bölgəsində ağac lövhələr üzərinə  həsir də sərilirdi

ki, torpaq əhlətin içinə tökülməsin. Digər bölgələrdə isə  əhlətin içinə

torpaq tökülməsin deyə bütün deşiklər ot, yaxud küləşlə tutulur,

palçıqla suvanırdı. Sonra dəfn mərasimini iştirakçıları növbə ilə bir neçə

bel torpaq tökməklə qəbrin üstünü basdırırdılar. Bəzi bölgələrdə,

xüsusislə torpağı möhkəm olan qəbristanlıqlarda əhlət qəbirini sağ

divarını dibində taxca kimi qazılırdı. “Sapma”  adlanan belə qəbirlərdə

cənazə  əhlətə yerlşdirildikdən sonra əhlətin sol tərəfi örtülür və qəbir

torpaq ilə doldurulurdu. Qəbrə torpaq tökərkən bel əldən-ələ verilmirdi

və yerə atılırdı. Cavanlar  bu adəti bilmədikdə ona deyərdilər ki, beli

yerə atın. İnama  görə beli əldən ələ vermək  pis əlamət sayılırdı. Qəbri

torpaqla doldurduqdan sonra onu baş tərəfinə mərhumun soyadı, adı,

atasını adı yazılmış müvəqqət baş ağacı basıdırdılar. Müvəqqəti baş

ağacı basıdırıldıqdan sonra qəbrin üstündəki torpaq qalağı hamarlanır,

qutu şəklinə salınır və ortasına dayaz nov açılır. Həmin nova  bir bardaq

su tökülür, bardaq isə qəbrin üstünə qoyulurdu.

 Qəbrin üstünə başdaşı bəzi bölgələrdə mərhumun qırx, bəzi

bölgələrdə isə ili tamam olanda qoyulurdu. İslam dini qəbirüstü

abidələri təqdir etmədiyinə görə, keçmişdə mərhum üçün qiymətli baş

daşları qoyulmurdu. Bir qayda olaraq qəbrin üstü  düzəldilir və baş

daşına mərhumun soyadı, adı, atasını adı, anadan  olduğu və vəfat etdiyi




tarixlər yazılırdı. Yalnız övliyaların və din xadimlərinin üzərində

məqbərələr tikilirdi.

 Mərhum torpağa tapşırılqdıqdan sonra molla “Quran”ın və

“Yasın” surəsini oxuyur və Allahın, peyğəmbərin bu yolla hamı üçün

seçdiyini təlqin edən dualar oxumaqla dəfn mərasiminin başa çatdığını

bildirirdi. Dəfn mərasiminin iştirakçıları qəbirstanlıqdan çıxarkən də

onun kənarında dayanaraq mollanın başçılığı atında bütün qəbirstanlıq

əhlinin ruhuna rəhmət oxuyub mərhumun  həyətinə  qayıdardılar.

 Qəbiristanlıqdan qayıdanlara mərhumun həyətində gülab

paylanır və  mola tərəfindən son fatihə oxunurdu. Molla ənənəyə uyğun

olaraq mərhumun yas mərasiminin yeddi gün davam edəcəyini, üçü,

yeddisi və qırxı günlərinin nə vaxta düşdüyünü və həmin günlər

hamının ehsana dəvət olnuduğunu bildirərdi. Molla eyni zamanda elan

edirdi ki, mərhumun qırxına qədər hər cümə axşamı məclis olacaqdır.

Sonra molla  mərasim iştirakçılarını məclisə dəvət edərdi. Hüzrə

gələnlər üçün mərhum qəbirstanlığa yola salındıqdan sonra həyətdə

xüsusi olaraq qalmış adamalar tərəfindən düzəldilir və dəfn mərasim

iştirakçılarının qəbiristanlıqdan qayıtmalarına qədər sahmana salınırdı.

Hüzr üçün qurulmuş məclisə “yas yeri”, bəzi bölgələrdə, o cümlədən

Naxçıvan və Qazaxda “mərəkə” deyirdilər. Vaxt sarıdan  imkanı

olmayanalar mərhumun ailə üzvlərinə üzrxahlıq edib bir daha başsağlığı

verərək dağılışır, imkanı olanlar isə keçib məclisdə oturur axundun və

yaxud mollanın oxuduğu “Quran” surələrinə və danışdığı hədislərə

qulaq asardılar.

 El adətinə görə, mərhumun üçünə qədər yas yerində ehsan

verilməz və yemək bişirilməzdi, mərhumun yaxın qohumları öz

evlərində yemək bişirib hüzr yerinə gətirər və uzaq yerlərdən hüzr

yerinə gələnlərə ehsan yeməyi verirdilər. Bəzi bölgələrə mərhumun

ilinə qədər yalnız üçündə və qırxında, bəzi bölglərdə isə yeddisi və qırxı

günləri ehsan verilərdi. İmkanlı ailələr mərhumun qırxına qədər bütün

cümə axşamları da hüzrə gələnlərə ehsan  verərdilər.  Qeyd olunduğu

kimi Azərbaycanın bütün bölgələrindən ailənin maddi imkanından asılı

olmayaraq mərhumun ilində ehsan verilər və  ənənəyə görə ehsana

adamalar dəvət olunardılar. Eyni zamanda mərhumun üçündə və

yeddisində, qırxına qədər hər cümə axşamında, qırxında, ilində və



bayram  günlərində molla  ilə birlikdə qəbirstanlığa gedər və mərhumun

qəbri üstündə yasin oxuyardılar.

  Yas mərasimlərində kişi və qadın məclisləri ayrı olurdu. Qadın

məclisləri üçün bir qayda olaraq xüsusi mərək qoyulmazdı. Məclis

mərhumun evində, böyük otaqlardan birində təşkil olunardı. Qadın

məclislərində isə ehsan yeməkləri verilərdi. Qadın məclislərində adətən

molla olmazdı. Qadın məclisləri ağı deməklə, ağlaşma  ilə həyata

keçirilərdi. Ağı deyən qadınlarla yanaşı,  xüsusi mərsiyəxan qadınlar

Kərbəlan faciəsindən, imamaların başlarına  gələn vaqiələrdən bəhs

edərn mərsiyələri avaz ilə oxumaqla  mərasim iştirakçılarını

ağladardılar. Bəzi bölgələrdə,  o cümlədən Quba bölgəsində qadınlar

yas məclislərində mərhumun xüsusən cavan yaşında ölən admalarını

paltarlarını evin ortasına sərər, yaxud xonçaya yığıb ağı deməklə

ağlaşardılar. Belə ağlaşmalar zamanı çox vaxt aşağıdakı səciyyəvi

ağılar deyiərdi:

 Bu paltarın dəstinə,

 Qırmızı düyməsinə,

 Yığılın qurban olaq,

Paltarın yiyəsinə.

 Azərbaycan əksər bölgələrində “ağı” adlanan belə mərasim

ağlaşmaları Naxçıvan  bölgəsində “edi” adlanırdı. Naxçıvanda cana

oğulun ölümü ilə bağlı olan qadın mərasim ağlaşmaları  “mələşmə”

adlanırdı. Görünür, xalq arasında işlədilən “anası mələr qaldı” ifadəsi

həmin mərasim ağlaşmasında  götürülmüşdür. [85]

  Mərhumun  ruhuna    hörmət  əlaməti  olaraq  yaxın  qonşular  və

qohumlar ona qırx gün yas saxlayar, başlarını və üzlərini qırxdırmaz,

qırmızı paltar geyməz, evlərində səs-küylü, musiqili tədbirlər

keçirməzdilər. Mərhum cavan olduqda onun ailə üzvləri ili tamam

olanadək qara paltar geyər, şadyanalıq etməz və toylara getməzdilər.

Qohum və qonşular isə mərhumun ili çıxmamış toy etməli olduqda

onun ailəsindən icazə istəməli olurdular. Yaslı ailənin ağsaqqalı və



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə