Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə13/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   8   9   10   11   12   13   14   15   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Əlavə III 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli
108 nömrəli əmri ilə 
təsdiq edilmişdir


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin standartlaşdırma sistemi.
Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında məlumatlandırma sistemi standartı
(SOCARSS – 003.2012)
01.1 Standartlaşmanın məqsədi – “Pozuntular, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin etika normaları və korrupsiyaya qarşı tələblərinin pozulması halları haqqında məlumatlandırma sistemi” Standartı (bundan sonra “Standart”) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra “ARDNŞ”) pozuntular haqqında məlumatlandırma sisteminin kanalları vasitəsi ilə daxil olan bildirişlərin ötürülməsi, alınması və ilkin işlənməsi qaydasını tənzimləyir.

                  • Hazırki Standartın əsas məqsədləri aşağıdakılardır: 

  • ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər tərəfindən, öz şəxsi təhlükəsizliklərinə görə çəkinmədən və ARDNŞ-nin rəhbərliyi tərəfindən sanksiyaların tətbiq edilməsindən qorxmadan, ARDNŞ-də mümkün pozuntular haqqında məlumatlandırma kanallarının, qaydalarının və prosedurlarının müəyyən edilməsi.

  • Dələduzluq və korrupsiya hərəkətlərinin qarşısının alınması, həmçinin biznes etikası normalarının mütəmadi pozulması hallarının vaxtında üzə çıxarılması və qarşısının alınması.

  • Maliyyə, hüquqi, nüfuz və digər risklərin minimuma endirilməsi.

  1. Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.

  1. Struktur bölmə - ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentlər deməkdir.

  1. QAYNAR XƏTT”in əsas iş prinsipləri

1.1 ARDNŞ-nin pozuntular haqqında məlumatlandırma sistemi və ya “Qaynar xətt”i ARDNŞ-nin işçiləri və digər maraqlı şəxslər (üçüncü şəxslər) (birlikdə bundan sonra “Xəbər verənlər”) tərəfindən ARDNŞ-nin vəzifəli şəxslərinin və digər şəxslərin hərəkətlərinin qanuna və/və ya etika qaydalarına uyğun olub-olmamasına dair şübhələr, ARDNŞ-nin Biznes etikası məcəlləsinin və Korrupsiyaya qarşı siyasətin normalarına riayət edilməməsinə dair əsaslandırılmış şübhələr, eləcə də ARDNŞ-yə və/və ya onun işçilərinə maddi zərər və ya onların işgüzar nüfuzuna ziyan vura biləcək digər pozuntular haqqında xüsusi məlumatlandırma kanalların məcmusudur.
Hazırki Standartın məqsədləri üçün pozuntular tətbiq olunan qanunvericiliyin və ARDNŞ-nin daxili sənədlərinin, o cümlədən Biznes etikası məcəlləsinin və Korrupsiya ilə mübarizə siyasətinin hər hansı pozuntusu deməkdir.

  1. ARDNŞ “Qaynar xətt”in maksimum effektiv funksionallığını və alınan məlumatların tətbiq olunan qanunvericiliyin normaları və bu Standartın tələbləri çərçivəsində işlənməsini təmin etməyə çalışır. 

  2. Hazırki Standart ARDNŞ-nin ayrı-ayrı əsas iş prinsiplərini, onun əsas siyasət və prosedurlarını əks etdirir. Bu Standart ARDNŞ-nin işçilərinin, müştərilərinin, təchizatçılarının, rəqiblərinin, səhmdarlarının və hər hansı digər maraqlı şəxslərin Standart əsasında könüllü hərəkətlərinə cavab olaraq hər hansı yeni hüquq və zəmanətlər yaratmır və yaratmaq üçün nəzərdə tutulmur.


  1. Qaynar xətt”in istifadə məqsədləri

  1. “Qaynar xətt”in və ARDNŞ-də mümkün pozuntuların üzə çıxarılmasının məqsədli tətbiqi sahələri: 

  • Biznesin şəffaflığı və etika qaydalarına uyğunluğu, sabit inkişaf üzrə tədbirlər; 

  • Dələduzluğa və korrupsiyaya müqavimət;

  • Ekoloji və sənaye təhlükəsizliyinin həyata keçirilməsi;

  • Xeyriyyə, sosial və sponsor yardımının göstərilməsi;

  • Mühasibat, vergi uçotunun aparılması və müvafiq hesabatların, o cümlədən maliyyə, idarəedici və s. hesabatların hazırlanması;

  • Satınalma fəaliyyətinin həyata keçirilməsi;

  • Maliyyə, kredit və investisiya əməliyyatlarının, şirkətlərin birləşmələri və satınalınmalarına dair sövdələşmələrin həyata keçirilməsi;

  • Aktivlərin idarə edilməsi, əmlakın istifadə edilməsi və ya sərəncam verilməsi;

  • Müqavilə münasibətləri, qarşı-tərəflərlə və digər üçüncü şəxslərlə hesablaşmalar, ARDNŞ-nin biznesi və əməliyyat fəaliyyəti üçün əhəmiyyətli olan digər proseslər;

  • Məlumatın məxfiliyinin qorunması;

  • ARDNŞ-nin iqtisadi və/və ya sosial əhəmiyyətli məqsədlərin əldə edilməsinə yönələn digər fəaliyyət sahələri.


  1. Qaynar xətt”in istifadəsinin qeyri-məqbul məqsədləri 

  1.  “Qaynar xətt”in aşağıdakılar üçün istifadəsinə yol verilmir: 

  • Qəsdən yanlış məlumatların, iftiraların və s. yayılması; 

  • Şəxsi hesablaşmalar, ARDNŞ-nin maraqlarına zidd olan şəxsi məqsədlərə nail olunması;

  • Məişət və kadr problemlərindən şikayətlər, həmçinin stress və digər vəziyyətlərdə psixoloji yardım;

  • Şirkətin işçilərinin, onların yaxın şəxslərinin eləcə də qohumlarının həyatına, sağlamlığına qarşı təhdid və təhqirlər;

  • Reklam xarakterli məlumatın yayılması, ARDNŞ-nin birbaşa fəaliyyətinə aid olmayan məlumatların yönəldilməsi;

  • “Qaynar xətt”in təyinatına zidd olan digər oxşar məqsədlər.

  1. ARDNŞ “Qaynar xətt”in qeyri-məqbul məqsədlərə istifadəsi ilə səciyyələnən və/və ya qeyri-normativ leksikanın mövcud olduğu bildirişləri ilkin baxışın nəticələrinə əsasən baxılmaması hüququnu özündə saxlayır. 


  1. Qaynar xətt” haqqında məlumatlandırma qaydası

  1. Hazırki Standart açıq sənəddir və ARDNŞ-nin açıq internet saytında və/və ya digər qaydada dərc edilir. 

  1. ARDNŞ-də mövcud olan “Qaynar xətt” haqqında məlumat həmçinin ARDNŞ-nin Korrupsiya ilə mübarizə siyasətində və Biznes etikası məcəlləsində əks olunur. 


  1. QAYNAR XƏTT”ə məlumatın ötürülməsi qaydaları

ARDNŞ aşağıdakı pozuntular haqqında məlumatlandırma kanallarını və ya “Qaynar xətt”ə bildirişlərin ötürülməsi qaydalarını təmin edir:



Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə