Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


ARDNŞ  – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. ARDNŞ-nin asılı şirkəti



Yüklə 97,1 Kb.
səhifə2/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   2   3   4   5   6   7   8   9   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

ARDNŞ  – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.
ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin struktur bölməsi olmayan səhmdar cəmiyyətdir.
ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir.
Dözümsüzlük”– Şirkətin prezidentinə, rəhbər işçilərinə, Şirkətin işçilərinə və hazırki Siyasətin tələbləri tətbiq olunan digər şəxslərə birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə, Azərbaycan Respublikasının və hər hansı digər ölkələrin ərazisində, həmin ölkələrdə mövcud işgüzar fəaliyyət təcrübəsindən asılı olmayaraq, hər hansı korrupsiya fəaliyyətində iştirakın qəti qadağan edilməsi deməkdir.
Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.
İctimai qurum – istənilən formada:

  • Beynəlxalq və milli ictimai təşkilatlar və birliklər, ictimai hərəkətlər

  • Siyasi partiyalar və siyasi birliklər;

  • Qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qeyri-kommersiya təşkilatlarının digər formaları) deməkdir.

İctimai qurumun nümayəndəsi:

  • hər hansı vəzifəli şəxs və ya ictimai qurumun işçisi

  • ictimai qurumda vəzifənin tutulması üçün hər hansı namizəd / müsabiqə iştirakçısı deməkdir.


Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə