Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


İşçilər – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri olan fiziki şəxslərdir. Korrupsiya əməliyyatı



Yüklə 97,1 Kb.
səhifə3/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   2   3   4   5   6   7   8   9   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

İşçilər – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri olan fiziki şəxslərdir.
Korrupsiya əməliyyatı – birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə rüşvətin təklif, vəd edilməsi, verilməsi, istənilməsi və alınması, rüşvətin verilməsi və/və ya alınmasında vasitəçilik, “rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in aparılması, kommersiya bəxşişi, rəsmi şəxslərə bəxşiş, vəzifəli şəxs tərəfindən özü və ya digər şəxslər üçün istənilən formada maddi və/və ya qeyri-maddi faydanın, o cümlədən pul vəsaitlərinin, digər dəyərlilərin, əmlakın, əmlak hüquqlarının, xidmətlərin (işlərin) əldə edilməsi üçün öz vəzifəsindən qanunsuz istifadə edilməsi və ya həmin faydanın və ya hüquqların həmin şəxsə digər şəxslər tərəfindən qanunsuz təqdim olunması deməkdir.
Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.
Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.
Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.
Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.
Rəsmi şəxs:

  • Daimi, müvəqqəti və ya xüsusi tapşırıqla Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hakimiyyət orqanının funksiyalarını yerinə yetirən şəxs

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlət qulluqçusu;

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin hökumətində vəzifələr də daxil olmaqla hakimiyyət orqanlarında vəzifələrə təyin edilməyə namizəd;

  • Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin dövlətin və hakimiyyət orqanlarının mülkiyyətində və ya nəzarəti altında olan kommersiya təşkilatının hər hansı vəzifəli şəxsi və ya işçisi.


Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə