Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


«Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər»



Yüklə 97,1 Kb.
səhifə4/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   2   3   4   5   6   7   8   9   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

«Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər» facilitation payments») – konkret ölkənin qanunvericilik və digər normativ-hüquqi aktları ilə nəzərdə tutulmayan, lakin həmin ölkədə işgüzar təcrübə ilə bağlı olan qanunla müəyyən edilmiş prosedur və ya hərəkətlərin standart yerinə yetirilməsi qaydasının təmin edilməsi və ya sürətləndirilməsi məqsədilə təqdim olunan pul vəsaitləri, əmlak, əmlak hüquqları, xidmətləri və ya digər maddi və ya qeyri-maddi fayda deməkdir.
Siyasi xadim – peşəkarcasına, o cümlədən siyasi partiyanın funksioneri kimi siyasi fəaliyyətlə məşğul olan şəxsdir.
Struktur bölmə –ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.
Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.
Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.
Şirkət – ARDNŞ və onun strukturuna daxil olan müxtəlif təşkilati-hüquqi formaya malik olan hüquqi şəxslər qrupudur.
Tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik korrupsiya, rüşvətxorluq və digər növ korrupsiya fəaliyyətləri ilə mübarizə baxımından tətbiq edilən qanunvericiliyin norma və tələbləri deməkdir.
Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.
Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs deməkdir. 
Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.

1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə