Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


Məcəllə – ARDNŞ-nin biznes etikası məcəlləsi Məsul qurum



Yüklə 97,1 Kb.
səhifə9/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Məcəllə – ARDNŞ-nin biznes etikası məcəlləsi
Məsul qurum - müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.
Rəhbər işçilər – ARDNŞ-nin prezidenti, Şurası və Komitələrinin üzvləri, vitse-prezidentləri, ARDNŞ-nin struktur bölmələrinin rəhbərləri, eləcə də ARDNŞ və onun struktur bölmələrində idarəetmə funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.
Struktur bölmə – ARDNŞ-nin strukturuna daxil olan şöbə, idarə və departamentləri deməkdir.
Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.
Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsi və sosial (əmlak, maliyyə, siyasi və digər kommersiya maraqları istisna olmaqla) maraqlarıdır.
Şirkət – ARDNŞ və onun struktur bölmələri daxil olmaqla müxtəlif təşkilati-hüquqi formaları üçün hüquqi şəxslər qrupudur.
Tətbiq edilən qanunvericilik – Azərbaycan Respublikasının qanunvericiliyinin, eləcə də beynəlxalq qanunvericilik və normativ-hüquqi aktların və xarici dövlətlərin qanunvericiliyinin Şirkətə və /və ya onun işçilərinə müvafiq şəraitdə tətbiq edilən norma və tələbləri (məsələn, konkret dövlətin ərazisində fəaliyyətin həyata keçirilməsi, xarici qarşı-tərəflə müqavilə şərtləri və s.) deməkdir.
Üçüncü şəxslər – Şirkətin işçisi olmayan hər hansı fiziki şəxs eləcə də strukturuna daxil olmayan hər hansı hüquqi şəxs.
Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.


                  1. ÖN SÖZ

  1. Giriş 

1.1.1 ARDNŞ-nin işgüzar nüfuzu, rifahı, inkişafı və uğuru əsas etibarı ilə Şirkətin daxilində olan mühitdən və hakimiyyət orqanlarının, investorların, biznes tərəfdaşlarının, qarşı-tərəflərin və digər şəxslərin Şirkətə olan münasibətindən asılıdır. Onların etibarı etik, vicdanlı və sosial cəhətdən məsuliyyətli biznes təcrübəsinin yüksək standartlarını daim dəstəkləmək üçün qazanılır. Bu baxımdan, tətbiq edilən qanunvericiliyin normalarını və öz Nizamnaməsinin müddəalarını yerinə yetirməklə yanaşı, ARDNŞ Azərbaycan Respublikasında hüquqi və etik öhdəliklər və dəyərlərin nümunəsi olmağa çalışır, işgüzar fəaliyyətinin etika prinsipləri və qaydalarını müəyyən edir və onlara əməl edir.
ARDNŞ davamlı inkişafın, sosial məsuliyyətin və korporativ etikanın ümumdünya prinsiplərini öz təcrübəsinə inteqrasiya edir. Etika standartlarına və dəyərlərinə sadiqlik, Şirkətə lazımsız risklərdən qorunmaq, uzunmüddətli iqtisadi artımı dəstəkləmək, Azərbaycan Respublikasında və beynəlxalq bazarda mövqeyini gücləndirmək, uğurlu biznes əməliyyatlarını həyata keçirmək, səmərəliliyi və mənfəəti artırmaq imkanını yaradır.

    1. ARDNŞ-nin biznes etikası Məcəlləsi ARDNŞ rəhbərliyinin əqidəsi, dəyərləri və peşəkar standartlarına əsaslanır və ARDNŞ-nin, onun prezidentinin və işçilərinin, eləcə də struktur bölmələrin işçilərinin korporativ mədəniyyət səviyyəsinin artırılması, korporativ idarəetmənin ən yaxşı təcrübələrinə uyğun olaraq yerinə yetirilməsi və Şirkətin işgüzar nüfuzunun lazımi səviyyədə dəstəklənməsi məqsədilə açıq və ədalətli biznesin yüksək etika standartlarına sadiqliyini əks etdirir.

    1. Hazırki Məcəllənin təsbit etdiyi etika normaları və davranış standartları dünyanın istənilən məkanında tətbiq edilməlidir. Bu zaman “ən sərt normanın tətbiqi” prinsipi qüvvəyə minir: 

                  • tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha sərt məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən qanunvericiliyin normalarını rəhbər tutmalıdırlar; 

                  • tətbiq edilən qanunvericilik hazırki Məcəllə ilə müqayisədə daha mülayim məhdudiyyətlər müəyyən edirsə, işçilər konkret vəziyyətdə öz hərəkətlərində tətbiq edilən hazırki Məcəllənin normalarını rəhbər tutmalıdırlar.

    1. Bu Məcəllə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə almaqla işlənib hazırlanmışdır və ümumiyyətlə qəbul edilmiş işgüzar davranış və etika standartlarına uyğundur.

    1. Hazırki Məcəllə açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsindəki dərc edilir.


  1. Məcəllənin məqsədləri və tapşırıqları

1.2.1 ARDNŞ-nin Biznes etikası məcəlləsi Şirkətə qoyulmuş məqsədlərə nail olmaq, artımı və planlı inkişafı təmin etmək, habelə Şirkətin, onun işçilərinin, cəmiyyətin və ümumiyyətlə Azərbaycan Respublikasının rifahını yaxşılaşdırmaq imkanını yaradan norma və davranış qaydalarını təsbit edir.
1.2.2 Məcəllənin tapşırıqları:

                  • vahid və dəqiq etika normaları və dəyərlərinin, eləcə də Şirkətin daxilində və qarşı-tərəflərlə və üçüncü şəxslərlə münasibətlərdə peşəkar davranışının prinsiplərini işləyib hazırlamaq və tətbiq etmək; 

                  • Şirkətdə doğruluq, düzlük, etibarlı və qarşılıqlı hörmət olan mühiti yaratmaq və dəstəkləmək;

                  • Şirkətin fəaliyyətinin şəffaflığını və biznes tərəfdaşlarının, təchizatçıların, müştərilərin, digər qarşı-tərəflərin, hakimiyyət orqanlarının və üçüncü tərəflərin etibarını artırmaq;

                  • işçilərin qeyri-etik davranışı və ya obyektiv olaraq qeyri-etik və /və ya tətbiq edilən qanunvericiliyə zidd hesab olunan davranışla bağlı nüfuzuna dair riskləri azaltmaqdır.


  1. Tətbiq sahəsi və cərimələr

    1. ARDNŞ-nin prezidenti, Şirkətin işçiləri və rəhbər işçiləri tutduqları vəzifədən, Şirkətlə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq, öz vəzifə borclarının yerinə yetirilməsi və Şirkət adından fəaliyyətin həyata keçirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə əməl etməlidirlər.

    1. Hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərini, eləcə də tətbiq edilən qanunvericiliyin tələblərini pozmuş işçilər Şirkətin daxili sənədlərinin və tətbiq edilən qanunvericiliyin nəzərdə tutduğu qaydada və əsaslarla inzibati və digər məsuliyyətə cəlb ediləcəklər.

    1. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərinin yerinə yetirilməsi və/ və ya oxşar müddəaların qəbul edilməsində fəal iştirak edir.


Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə