Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə10/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

1.4 Dəyişikliklərin edilməsi qaydası
Hazırki Məcəlləyə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir:

  • tətbiq edilən qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq təcrübənin dəyişməsi;

  • təsisçinin maraqlarının dəyişməsi;

  • ARDNŞ-nin maraqlarının dəyişməsi; və ya

  • digər əsaslar.


                  1. ETİKA PRİNSİPLƏRİ


  1. Qanunilik

2.1.1 Şirkət tətbiq edilən qanunvericiliyin tələblərinə riayət edir, habelə fəaliyyət göstərdiyi ölkələrin mədəni ənənələrini və işgüzar tədavülünü nəzərə alır.
2.1.2 Qanunvericilik və digər norma və qaydalara riayətin təmin edilməsi məqsədilə Şirkətin işçiləri:

                  • öz vəzifə borclarını vəzifə təlimatları, əmək müqavilələri, Şirkətin daxili sənədləri, eləcədə bu Məcəllə və tətbiq edilən qanunvericiliyə qəti riayət etməklə yerinə yetirməli; 

                  • istehsalat qaydalarını və təhlükəsizlik texnikasının tələblərini, eləcə də tətbiq edilən qanunvericilik və Şirkətin daxili sənədləri, ilə müəyyən edilmiş ətraf mühitin qorunması və ekologiya üzrə tələbləri yerinə yetirməli;

                  • korrupsiyanın istənilən forma və təzahürlərini qəbul etməmək prinsipinə (“dözümsüzlük”) tərəfdar olmalı və ARDNŞ-nin korrupsiya ilə mübarizə siyasətinin tələblərini yerinə yetirməli;

                  • gündəlik və peşəkar fəaliyyətində qeyri-qanuni və/və ya qeyri-etik hərəkətlərə və ya qanuniliyi və/və ya etikaya uyğunluğu şübhə doğura bilən hərəkətlərə yol verməməlidir.


  1. Effektivlik

2.2.1 Fəaliyyətin effektivliyini artıraraq Şirkət sosial layihələri yerinə yetirmək, işçilərin və ümumiyyətlə Azərbaycan Respublikasının cəmiyyətinin rifahını artırmaq imkanını əldə edir.
2.2.2 İşgüzar fəaliyyətin effektivliyini təmin etmək məqsədilə Şirkət:

                  • Korporativ idarəetmə, törəmə və asılı şirkətlərlə, birgə müəssisələrlə qarşılıqlı əlaqə sistemini təkmilləşdirir

                  • Öz istehsal fəaliyyətinə yenilikçi texnologiyaları tətbiq edir;

                  • Təbii ehtiyatları maksimal dərəcədə effektiv və qənaətlə sərf edir, eləcə də ətraf mühitin qorunması üçün mümkün olan bütün cəhdləri edir;

                  • Ayrı-ayrı istiqamətlərinin, biznes-proseslərinin və ümumiyyətlə Şirkətin fəaliyyətinin effektivliyini artırmaq, habelə mənfəəti maksimal səviyyəyə çatdırmaq imkanını yaradan digər qanuni tədbirləri həyata keçirir.


  1. Düzlük və açıqlıq

2.3.1. Şirkət öz fəaliyyətini düzgün aparır, bütün vəzifələrini yerinə yetirir və etibarlı tərəfdaş adını saxlamağa çalışır, habelə lazım olan məlumatı özünün rəsmi internet saytında, hesabatlarda (davamlı inkişaf haqqında hesabat və s.), mətbuat yayımlarında, kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq, apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.
2.3.2. Vəzifə borclarını yerinə yetirdiyi və idarəetmə qərarlarını qəbul etdiyi zaman Şirkətin işçiləri:

                  • Şirkətin qarşı-tərəflərinin seçilməsini və onlarla əməkdaşlığı vicdanla, obyektiv və qərəzsiz həyata keçirməyi, fırıldaqçılıq hərəkətlərindən və işlərin vicdansız görülməsindən çəkinməyi; 

                  • digər işçilərin və üçüncü şəxslərin, o cümlədən hakimiyyət orqanlarının nümayəndələrinin təzyiqi altında qərarların qəbul edilməsindən və ya vəzifə borclarının yerinə yetirilməsindən çəkinməyi;

                  • qeyri-etik rəqabət metodlarından çəkinməyi;

                  • müstəsna olaraq Şirkətin maraqlarına uyğun hərəkət etməyi və hər hansı maraqların toqquşmasından çəkinməyi, fərdi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün xidməti vəzifələrini və /və ya məxfi məlumatı, Şirkətin maddi və ya qeyri-maddi aktivlərini, habelə yaranan işgüzar fürsətləri istifadə etməməyi;

                  • iş yoldaşlarına, eləcə də müştərilərin, işgüzar tərəfdaşların və Şirkətin digər qarşı-tərəflərinin nümayəndələrinə, tutduğu vəzifədən, cinsindən, yaşından, milli və dini mənsubiyyətindən və s. asılı olmayaraq, hörmətcil, nəzakətli və xeyirxah münasibət göstərməyi öz üzərinə götürür.


  1. Peşəkarlıq və səriştəlilik

2.4.1 İnsan kapitalı Şirkətin, buraxılan məhsulunun yüksək keyfiyyətini, bütün maraqlı tərəflər qarşısında vəzifələrinin uğurla yerinə yetirilməsini, eləcə də Şirkətin sabit artımını və inkişafını təmin edən əsas dəyərlərindən biridir. Şirkət yüksək ixtisaslı kadrları cəlb etməyə, ixtisasın artırılmasına və işçilərin təlimləndirilməsinə vəsait ayırmağa çalışır.
2.4.2 Şirkətin işçiləri:

                  • öz vəzifə borclarını lazımi peşəkarlıq və səriştə tətbiq etməklə, müəyyən edilmiş vaxt ərzində yerinə yetirməyə; 

                  • daim peşəkarlıq və səriştə səviyyələrinin artırılmasına çalışmağa;

                  • iş yoldaşları ilə effektiv bilik mübadiləsini təmin etməyə, eləcə də işgüzar əlaqələrin yüksək səviyyəsini dəstəkləməyə;

                  • gündəlik işlərin görülməsində səy və diqqət göstərməyə, eləcə də öz bilik, təcrübə və səriştələrini vəzifə borclarının yerinə yetirilməsi zamanı ən effektiv yoldan istifadə etməyə;

                  • yalnız səlahiyyətləri daxilində və lazımi bilik, səriştə və təcrübələri çərçivəsində olan tapşırıq və işləri yerinə yetirməyə;

                  • qərar qəbul edərkən vəziyyətin dəqiq və hərtərəfli öyrənilməsinin nəticələrini rəhbər tutmağa, kifayət olmayan və /və ya yoxlanmamış məlumata əsaslanan qərarların qəbul edilməsindən çəkinməyə;

                  • iş yoldaşları, rəhbərlik, tərəfdaşlar, qarşı-tərəflərin nümayəndələri və digər şəxslərlə ünsiyyət zamanı onlara yoxlanılmamış və ya səhv məlumat verməməyə;

                  • qarşı-tərəflər haqqında məxfi məlumatı səlahiyyəti olmayan şəxslərin icazəsiz müdaxiləsindən qorumağa;

                  • Şirkətin və üçüncü şəxslərin iş əsnasında istifadə edilən aktivləri və resurslarına məsuliyyətli eləcə də ehtiyatla yanaşmağa;

                  • Yüksək peşəkar etika standartını dəstəkləməyə və vəzifə borclarını özləri və ətrafdakılar üçün təhlükəsiz qaydada, eləcə də Şirkətə ziyan və /və ya zərər vurmadan yerinə yetirməyə;

                  • Şirkət və/və ya onun işçiləri üçün bütün riskli və/və ya təhlükəli vəziyyətlər haqqında birbaşa rəhbərə və ya hazırki Məcəllə və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş şəxslərə məlumat verməyə borcludur.


  1. Sosial məsuliyyət

2.5.1 Şirkət korporativ sosial məsuliyyəti özünün işgüzar fəaliyyətinin vacib hissəsi hesab edir və öz işçiləri, fəaliyyət göstərdiyi rayonların əhalisi, cəmiyyət və ümumiyyətlə Azərbaycan Respublikası qarşısında yüksək sosial məsuliyyət siyasətini rəhbər tutur.
2.5.2 Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Şirkət:

                  • fəaliyyət göstərdiyi rayonların sosial infrastruktur obyektlərinin tikintisi, yaşayış məntəqələrinin abadlaşdırılması sahəsinə öz töhfəsini verir; 

                  • ətraf mühitin qorunması üzrə tədbirlər görür;

                  • öz işçiləri üçün müxtəlif sosial proqramlar və tədbirlər işləyib hazırlayır və həyata keçirir;

                  • fəal şəkildə sponsorluq layihələrini həyata keçirir və digər sosial fəaliyyətlə məşğul olur.


                  1. ALİ RƏHBƏRLİYİN ROLU

3.1 ARDNŞ-nin prezidenti və rəhbər işçiləri aşağıdakı etika normaları və dəyərlərin yerinə yetirilməsi üzrə əlavə vəzifələri üzərilərinə götürürlər:

                  • Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və prinsiplərin yerinə yetirilməsində şəxsi nümunə göstərmək; 

                  • İşçilərlə münasibətlərdə sədaqətli olmaq, onların təklifləri, ideyaları, tələbləri və şikayətlərinə diqqətlə və vaxtında cavab vermək;

                  • Ayrı-seçkilikdən çəkinmək, işçilərin əmək haqqı və xidməti irəliləyiş baxımından eyni hüquq və imkanlarla təmin etmək;

                  • İşçiləri, onların həyatı və səhhətinə zərər vurmayan əmək şəraiti ilə təmin etmək;

                  • Şirkətlə işçilərin münasibətlərini uzunmüddətli əməkdaşlıq, məqsədlərin ümumiliyi, hörmət və qarşılıqlı maraqların nəzərə alınması, sosial tərəfdaşlıq əsasında qurmaq;

                  • Şirkətdə işçilərin əhəmiyyətli və əsassız ixtisarına gətirən qərarların qəbul edilməsindən çəkinmək;

                  • İşgüzar fəaliyyəti dövlət və cəmiyyət qarşısında sosial məsuliyyəti nəzərə almaqla həyata keçirmək;

                  • Tərəfdaşlar, investorlar və digər maraqlı tərəflərlə əsaslı qərarların qəbul edilməsi imkanını təmin etmək məqsədilə qüvvədə olan qanunvericiliyə və daxili sənədlərə uyğun olaraq Şirkət haqqında tam və düzgün məlumatın vaxtında açıqlanmasını təmin etmək;

                  • Şirkətdə doğruluq, düzlük, qarşılıqlı hörmət və vicdanlılıq mühitinin dəstəklənməsinə səbəb olan digər tədbirlər görmək.


                  1. İŞÇİLƏRƏ QARŞI HÖRMƏT VƏ ŞİRKƏTDƏ İŞGÜZAR DAVRANIŞ NORMALARI


  1. Bərabər imkanların təmin edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi

4.1.1. Şirkət işçilərinin hamısına peşəkarlıq və qabiliyyət səviyyəsini artırmaq üçün eyni imkanlar yaradan sağlam iş mühitini yaratmağa və dəstəkləməyə çalışır.
4.1.2. Şirkət işçilərin ayrı-seçkiliyinə yol vermir eləcə də ayrı-ayrı ölkələrdə mədəni xüsusiyyətlərə və ənənələrə görə normal hesab olunsada, Şirkətin etika normalarına və dəyərlərinə zidd olan hərəkətlər qəti qadağandır.
4.1.3. İşçilərlə münasibətlər, o cümlədən onların işə götürülməsi və işdən azad edilməsi, attestasiyası və qiymətləndirilməsi, təlimləndirilməsi və ixtisaslarının artırılması, xidməti irəliləyişi və kompensasiya və mükafatların ödənilməsi və s. tətbiq edilən qanunvericiliyə dəqiq riayət etməklə qurulmalı, şəffaf olmalı və yalnız obyektiv meyarlara əsaslanmalıdır.
4.1.3. Şirkətin işçisinin səriştə və məziyyət səviyyəsi, cinsi, irqi, milli və dini mənsubiyyəti, fiziki məhdudiyyətləri, siyasi baxışları və s. nəzərə alınmadan, yalnız onun peşəkarlığı, ixtisası, iş nəticələri və digər istehsal nəticələri ilə müəyyən edilir.

  1. Spirtli içkilər, narkotik və digər maddələrin qəbul edilməsinin qadağan edilməsi

4.2.1. İşçilərin istehsal və şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də etika normaları və dəyərlərinin yerinə yetirilməsi məqsədilə Şirkətin işçilərinə spirtli içki, narkotik və tətbiq edilən qanunvericiliklə qadağan edilmiş digər maddələrin iş yerində və ya vəzifə borclarını yerinə yetirdikləri zaman qəbul edilməsi qəti qadağandır.
4.2.2. İş yerində olduğu və ya vəzifə borclarını yerinə yetirdiyi zaman işçinin spirtli içki və ya narkotik sərxoşluq vəziyyətində olması tətbiq edilən Əmək məcəlləsinə uyğun olaraq inzibati pozuntu hesab olunur və işdən azad olunanadək əmək müqavilələri və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyət daşıyır.
4.2.3. Şirkətin ərazisində və/və ya iş vaxtı spirtli içkilərin qəbul edilməsinə yalnız Şirkətin təşkil etdiyi və/və ya Şirkətin prezidenti tərəfindən icazə verilmiş tədbirlər və xüsusi hadisələr zamanı yol verilə bilər.

  1. Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina

4.3.1. Şirkətin işçiləri öz iş yoldaşlarına qarşı, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə hörmətlə yanaşmalı, Şirkətin və /və ya işçinin peşəsinin nüfuzuna mənfi təsir göstərə bilən hərəkətlərə yol verməməlidir.
4.3.2. Şirkətin işçilərinin özlərini iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı təhqiredici, alçaldıcı və digər bədxahlıqla hərəkət etməsi qəti qadağandır.
4.3.3. Şirkətdə iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı zorakılıq təzahürü, o cümlədən fiziki, şifahi, yazılı və digər hədələr, cinsi təqib qəbuledilməzdir.
4.3.4. Pis niyyətlə şayiələr, təhqiredici və alçaldıcı materiallar, eləcə də işçilərin, qarşı-tərəflərin nümayəndələrinin və üçüncü şəxslərin nüfuzuna ziyan vuran digər məlumatların yayılması Şirkətin işçilərinə qadağan edilir.

  1. Maraqların toqquşmasına yol verməmək

4.4.1. Şirkət, Şirkətin işgüzar məqsədlərinin və işçilərin şəxsi və şəxsi kommersiya maraqlarının maksimal müvazinətini saxlamağa çalışır.
4.4.2. Şirkət öz işçilərinin maraqlarına hörmət edir və onların işdən asudə vaxtda qanuni maliyyə, sahibkarlıq, siyasi və digər fəaliyyətlə məşğul olmaq hüququnu qəbul edir, o şərtlə ki, həmin fəaliyyət və maraqlar onların Şirkətdəki vəzifə borclarını yerinə yetirmək qabiliyyətinə təsir göstərməsin.
4.4.3. Vəzifə borclarını yerinə yetirdiyi zaman işçi Şirkətin maraqlarını öz şəxsi və şəxsi kommersiya maraqlarından üstün tutmalı və maraqların toqquşmasına gətirən və ya gətirə biləcək şəxsi maraqlara yol verməməlidir.
Belə halların yaranması riskini minimuma endirmək üçün Şirkətin işçiləri:

                  • Hər hansı işgüzar məsələlərlə bağlı qərarların qəbul edilməsi və öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində yalnız Şirkətin maraqlarını rəhbər tutmalı; 

                  • Maraqların toqquşmasına gətirə bilən maliyyə və digər öhdəliklərdən çəkinməli;

                  • Şirkətin işgüzar maraqları ilə ziddiyyətə, potensial maraqların toqquşmasına gətirə bilən şəxsi və/və ya şəxsi kommersiya maraqları haqqında məlumatı açıqlamalı;

                  • Şirkətin rəqiblərinin fəaliyyət nəticələrində şəxsi maraqlara sahib olmamalı;

                  • Törəmə, asılı və birgə müəssisələr istisna olmaqla Şuraya və ya qarşı-tərəflərin digər idarəetmə orqanlarına üzv olmamalı;

                  • Xidməti vəziyyətin şəxsi maraqlar üçün istifadə edilməsinə yol verməməlidir və s.

Maraqların toqquşması ilə səciyyələnən vəziyyətlərin yuxarıda göstərilən siyahısı tam deyildir. Maraqların toqquşmasını üzə çıxarmaq üçün hər bir konkret hal fərdi qaydada, bütün mövcud şəraitləri nəzərə almaqla nəzərdən keçirilməlidir.
4.4.4. Şirkətin maraqları və işçinin şəxsi kommersiya maraqları arasında maraqların toqquşması halı yarananda (faktiki maraqların toqquşması halı) və ya yaranması riski (potensial maraqların toqquşması halı) olanda Şirkətin işçisi bu haqda özünün birbaşa rəhbərinə aşağıdakı məlumatları mütləq ehtiva etdirən xidməti yazı təqdim etməyə borcludur:

                  • İşçinin adı, soyadı, atasının adı, vəzifəsi, şöbəsi /struktur bölməsi; 

                  • Potensial və ya faktiki maraqların toqquşmasının məzmunu.

İşçinin birbaşa rəhbəri aldığı xidməti yazıda əksini tapmış maraqların toqquşması məsələsini həll etmək üçün Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş tədbirlər görür və lazım olduqda məsul quruma təqdim edir.
4.4.5 Şirkətin işgüzar maraqları və şəxsi maraqlar arasında yaranan faktiki maraqların toqquşması hallarının mövcudluğu, eləcə də Şirkətdə öz birbaşa tabeliyində yaxın qohumları olan Şirkətin bütün işçiləri bu haqda müvafiq struktur bölməyə öz ad, familiya və atasının adı, vəzifəsi, işlədiyi struktur bölmənin adı və yaxın qohumu haqqında da eyni məlumatları əks etdirən yazılı xəbərdarlıq etməlidir. Qeyd olunan məlumatla bağlı öhdəlik (yaxın qohumların mövcudluğu hallarında) Şirkətin yüksək vəzifəsi olan, yəni yaxın qohumun birbaşa tabeliyində olduğu Şirkətin işçisinə aiddir.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə maraqların toqquşması ilə bağlı məsələləri Şirkətin daxili sənədlərinə uyğun olaraq tənzimləyir, lazım olduqda məsul qurumu məlumatlandırır.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmənin əldə etdiyi maraqların toqquşması haqqında məlumatlar konfidensialdır və məsul qurumun və/və ya ARDNŞ-ni prezidentinin icazəsi olmadan Şirkətin digər işçilərinə və/və ya üçüncü şəxslərə açıqlana bilməz.
4.4.6 Potensial və ya faktiki maraqların toqquşması haqqında bilərəkdən xəbər verməyən Şirkətin işçisi Şirkətin, hüquq mühafizə orqanlarının və ya digər şəxslərin təşəbbüsü ilə tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin nəzərdə tutduğu əsaslarla inzibati, mülki-hüquqi və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

  1. Aktivlərin qorunmasının təmin edilməsi

4.5.1. Şirkətin mülkiyyətində olan və ya ona digər mülki-hüquqi münasibətlər əsasında məxsus olan aktivlər müstəsna olaraq Şirkətin məqsədlərinə və vəzifələrinə nail olmaq üçün nəzərdə tutulur və onun tərəqqisi və planlı inkişafının əsasında dayanır.
Şirkət öz aktivlərinin işçilər və üçüncü şəxslər tərəfindən israf edilməsi, korlanması, itkisi, qanunsuz istifadəsi və digər sui-istifadəsindən lazımi qorunmasını təmin etməyə çalışır.
4.5.2. Şirkətin bütün aktivləri və ehtiyatları yalnız işçilərin vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində istifadə edilə bilər.
Bununla əlaqədar Şirkətin işçiləri:

                  • Vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində onlara təqdim edilmiş Şirkətin aktivlərini və ehtiyatlarını effektiv və təyinatı üzrə istifadə etməli; 

                  • Şirkətin istifadə edilən aktivləri ilə səliqə və ehtiyatla rəftar etməli;

                  • Şirkətin aktivləri ilə işləmək səlahiyyəti və qaydası ilə bağlı təsdiq edilmiş təlimat, qayda və prosedurlara dəqiq riayət etməli;

                  • Şirkətin aktivlərini şəxsi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün istifadə etməməldir və s.


  1. Məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsi

4.6.1. Məxfi məlumatın açıqlanması Şirkətə və /və ya onun işgüzar nüfuzuna ziyan vura bildiyinə görə Şirkət məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsinə xüsusi diqqət yetirir.
Məlumatların məxfiliyinin və şəxsi məlumatların qorunmasının təmin edilməsi sahəsində Şirkətin başlıca prinsiplərinə aşağıdakılar daxildir:

                  • Şəxsi məlumatların toplanması, istifadə edilməsi və qorunması və məxfi məlumatın təmin edilməsi sahəsində tətbiq edilən qanunvericiliyin normalarının və Şirkətin daxili sənədlərinin tələblərinin yerinə yetirilməsi; 

                  • Məxfi məlumatın qəti qaydada xidməti təyinatına görə vəzifə borclarının və tətbiq edilən qanunvericiliyin icrası çərçivəsində istifadə edilməsi;

                  • Məxfi məlumatın hər hansı digər şəxslərə, o cümlədən işləri belə məlumatın istifadə edilməsi ilə bağlı olmayan işçilərə açıqlanması yalnız tətbiq edilən qanunvericiliyinin müəyyən etdiyi qaydada və əsaslarla və/və ya məlumatın sahibinin müvafiq icazəsi olduğu təqdirdə həyata keçirilir;

                  • Şəxsi məlumatların işlənməsi Azərbaycan Respublikasının və /və ya tətbiq edilən digər qanunvericiliyin normalarına dəqiq riayət etməklə həyata keçirilir;

                  • Məxfi məlumatın və şəxsi məlumatların itirilməsi, məhv edilməsi, korlanması, dəyişdirilməsi, icazəsiz istifadə edilməsi, açıqlanması və s. risklərindən təhlükəsizlik vasitələrini tətbiq etməklə lazımi qorunması.

4.6.2. Üçüncü şəxslərin tələbləri qanuna əsaslandığı və ya Şirkətin daxili sənədləri və ya tətbiq edilən qanunvericiliyin digər şərtlərinin nəzərdə tutduğu hallar istisna olmaqla, Şirkətin məxfi məlumatını əldə etmək imkanı olan işçiləri həmin məxfi məlumatın üçüncü şəxslərə, o cümlədən hakimiyyət orqanlarının nümayəndələrinə, digər işçilərinə və yaxın qohumlarına açıqlanmaması tələblərini yerinə yetirməlidirlər (hətta özlərinin əmək münasibətləri və ya vəzifə öhdəlikləri başa çatdıqdan sonra).
4.6.3. Şirkətin işçiləri işgüzar tərəfdaşların, təchizatçıların və digər qarşı-tərəflərinin mülkiyyətində olan məlumatlarına, o cümlədən onların əqli mülkiyyətlərinə, müəlliflik və əlaqədar hüquqlarına hörmətlə yanaşır.
4.6.5. Şirkətin işçilərinə Şirkətdə işlədikləri müddət ərzində əldə edilmiş ictimaiyyətə açıqlanmayan məlumatı şəxsi maraqları, şəxsi kommersiya maraqları və/və ya yaxın qohumları üçün istifadə edilməsi qadağan edilir.

Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə