Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə7/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   2   3   4   5   6   7   8   9   10   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Qanunilik:

Əsas (səbəb, məqsəd):

  • Şirkətin işgüzar fəaliyyəti ilə (məsələn, layihə və ya müqavilənin təqdimatı, icrası və tamamlanması) və ya rəsmi bayramlarla (məsələn Yeni il, Novruz Bayramı, Azərbaycan Respublikası Neftçilər Günü və s.) bilavasitə bağlı olmalıdır;

  • Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) alan tərəflə Şirkətin işgüzar fəaliyyətinə təsir göstərəcək qərarların (məsələn, sövdələşmə, müqavilə, lisenziya və ya icazə alınması və s.) qəbul edilməsinə birbaşa və ya dolayı təsir göstərməsini və ya digər qeyri-etik və ya qanunsuz məqsədləri güdməməlidir; 

  • Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) hədiyyəni alan şəxs üçün heç bir öhdəlik yaratmamalıdır;

  • Göstərilmiş xidmət və ya yerinə yetirilmiş iş üçün mükafatlandırma (o cümlədən gizli) olmamalıdır.

İqtisadi məqsədəuyğunluq:

  • əsaslandırılmış, məntiqli və konkret hadisəyə (səbəbə) mütənasib olmalıdır;

  • bahalı və zinət əşyası olmamalıdır.

Növlər:

  • nəğd və ya qeyri-nəğd pul vəsaitləri, qiymətli kağızlar, qiymətli metallar, hədiyyə sertifikatları və ya digər pul ekvivalenti formasında hədiyyələrin verilməsi və alınmasına yol verilmir.

Şəffaflıq:

  • verilmə və alınma prosesi şəffaf olmalıdır;

  • həmin hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri haqqında məlumat açıqlanarsa Şirkətin, onun işçilərinin və/və ya digər şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.

    1. Yuxarıda göstərilən bütün tələblər hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin Şirkətin işçiləri tərəfindən birbaşa eləcə də vasitəçilərlə həm alınması, həm də verilməsinə tətbiq edilir. 

    1. Şirkətin rəsmi iştirak etdiyi sərgilərdə, açıq prezentasiyalarda, forumlarda və digər təmsilçi və marketinq tədbirlərində suvenir məhsulları və ya qiyməti yüksək olmayan, hədiyyə verənin simvolikası və/və ya loqotipi göstərilən məhsullar formasında hədiyyələrə yol verilir və onlar imic materialları hesab olunur. 

    1. Üçüncü şəxslər tərəfindən verilmiş və ya üçüncü şəxslərə Şirkətin adında verilən hədiyyələr, eləcə də imic materialları Şirkətin daxili sənədlərinə uyğun olaraq təfərrüatı ilə məlumat göstərilməklə xüsusi reyestrdə əks etdirilməlidir.

    1. Rəsmi, protokol və digər tədbirlərdə və ya görüşlərdə, eləcə də öz iş vəzifələrini yerinə yetirmək məqsədilə işgüzar səyahətlərdə üçüncü şəxslər tərəfindən verilmiş hədiyyələr, imic materialları eləcə də yemək məhsulları və aşağı qiymətli hədiyyələr istisna olmaqla, Şirkətin mülkiyyəti hesab olunurlar.

Bununla bağlı, Şirkətin işçisi yuxarıda qeyd olunan hallarda aldığı hədiyyələrlə bağlı aşağıdakıları yerinə yetirməlidir (Şirkətin daxili sənədlərinin tələblərinə uyğun olaraq):

    • Öz birbaşa rəhbərini həmin hədiyyə haqqında məlumatlandırmalı;

    • Müvafiq struktur bölmənin rəhbərinə xidməti yazı təqdim etməli;

    • Müvafiq struktur bölmənin rəhbərinə aldığı hədiyyəni təhvil verməlidir. 


  1. Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”

Şirkət hakimiyyət orqanaları, rəsmi və digər şəxslərin xeyrinə “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in həyata keçirilməsinə yol vermir.

  1. Sosial və sponsor fəaliyyəti

    1. ARDNŞ, dövlət şirkəti olaraq, cəmiyyətin dəstəklənməsində, sosial və sponsor yardımının göstərilməsində öz rolunu qəbul edir.

    1. Sosial və sponsor yardımı aşağıdakı əsas meyarlara uyğun olmalıdır: 

  • tətbiq edilən qanunvericiliyin normalarına, eləcə də Şirkətin daxili sənədlərinin, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə uyğun olmalıdır;

  • Şirkətin biznes maraqları və/və ya nizamnaməsindəki məqsədlərinə nail olmasına dair birbaşa və ya dolayısı əlaqəli olmalıdır;

  • Şirkətin nüfuzuna müsbət təsiri olmalı və sosial əhəmiyyətli məqsədlərinə nail olmasına real təsir göstərməlidir. 

    1. Şirkət birbaşa yardım alana və ya qeyri-hökumət təşkilatı və ya fondların vasitəsilə sosial və xeyriyyə yardımı göstərir, eləcə də verilmiş vəsaitlərin doğru məqsədlər üçün istifadəsinə nəzarət edir.


    1. Sosial və sponsor yardımının göstərilməsi çərçivəsində təqdim olunan pul vəsaitləri, əmlak və/ və ya əmlak hüquqlarının onları alan tərəfindən qeyri-qanuni və ya qeyri-etik məqsədlərlə istifadə edilməyəcəyindən əmin olmaq məqsədilə Şirkət mütləq vəsaitləri alanın, o cümlədən bu cür yardımın göstərilməsi çərçivəsində cəlb edilən fondların və digər təşkilatların işgüzar nüfuzu və korrupsiyaya qarşı dözümsüzlüyünü yoxlayır. 

    1. Sosial və sponsor yardımı haqqında məlumat ARDNŞ-nin rəsmi internet səhifəsində və ya onun struktur bölmələrinin rəsmi internet səhifələrində, Davamlı inkişaf haqqında hesabatında və ya digər şəkildə mütləq açıqlanır. 


  1. Hakimiyyət orqanlarının, siyasi partiyaların və hərəkətlərin, eləcə də beynəlxalq təşkilatların maliyyələşdirilməsi

    1. Şirkət siyasi partiyaların və hərəkətlərin, eləcə də onların nümayəndələrinin maliyyələşdirilməsini həyata keçirmir. 

Bu zaman Şirkət işçilərinin işdən asudə vaxtda siyasi fəaliyyətdə şəxsən iştirak etməsi hüququnu qəbul edir. Belə iştirak:

  • işçilərin öz hesabına həyata keçirilməli;

  • Şirkətdəki işlərinin hüquq və vəzifələrinə zidd olmamalıdır.


  1. İctimaiyyətlə əlaqələr üzrə tədbirlər

4.5.1. Şirkətin ictimaiyyətlə əlaqələri üzrə bütün tədbirlər müstəsna olaraq Şirkətin, onun törəmə və asılı şirkətlərinin, birgə müəssisələrinin və/ və ya işçilərinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı imici və işgüzar nüfuzunun təkmilləşdirilməsinə yönəlir.
Şirkət mətbuatda Şirkətin işgüzar fəaliyyəti ilə bağlı qərarları qəbul edən, lakin onun işçiləri olmayan rəsmi və ya üçüncü şəxslərin şəxsi imicinin yaxşılaşdırılmasına yönəldilən dərclərin və/ və ya kütləvi informasiya vasitələrində yayımların ödənilməsinə yol vermir.
4.5.2. Şirkətin həyata keçirdiyi bütün tədbirlər aşağıdakı əsas tələblərə uyğun olmalıdır:

  • tətbiq edilən qanunvericiliyin normalarına, eləcə də Şirkətin daxili sənədlərinin, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə uyğun olmalıdır;

  • Şirkətin işgüzar fəaliyyəti ilə birbaşa əlaqəli olmalıdır;

  • Məntiqi dərəcədə əsaslandırılmış və vacibliyə mütənasib olmalıdır (o cümlədən tədbirin forması baxımından);

  • Mükafatlandırma (o cümlədən gizli) olmamalı və/ və ya həmin şəxs tərəfindən Şirkətin və/ və ya onun işçilərinin xeyrinə müəyyən qərarın qəbul edilməsinə təsir göstərməməlidir;

  • Həyata keçirilən və/ və ya maliyyələşdirilən tədbirlər haqqında məlumat açıqlandığı təqdirdə Şirkət, onun işçiləri və/ və ya digər şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.


                  1. İŞÇİLƏRLƏ QARŞILIQLI ƏLAQƏ


  1. Heyətin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş

    1. Şirkətdə işçilərin seçilməsi və işə götürülməsi, xidməti irəliləyiş prosesi və işçilərə ödənişlərin (mükafatların, bonusların və s.) ödənilməsi onun şəffaflıq, ədalət və qərəzsizlik prinsiplərinə sadiqliyini əks etdirir, eləcə də hazırki Siyasətin başlıca prinsip və tələblərinə uyğundur. 

    1. Əvvəllər hər hansı şəkildə korrupsiya və ya biznes etikası normalarına və/ və ya hazırki Siyasətin prinsip və tələblərinə zidd olan digər fəaliyyətdə iştirak etmiş fiziki şəxslərlə əmək münasibətlərinin qurulması ilə bağlı riski minimuma endirmək məqsədilə Şirkət rəhbər vəzifələrə və/ və ya qərarların qəbul edilməsi ilə bağlı vəzifələrə işçiləri qəbul edərkən namizədləri yoxlayır. 


  1. İşçilərin məlumatlarındırılması və təlimləndirilməsi

    1. İşçilərə Şirkətin qəbul etdiyi korrupsiyaya qarşı başlıca prinsiplərin və tələblərin, o cümlədən hazırki Siyasətin şərtlərinin öyrədilməsi korrupsiyaya qarşı mədəniyyətin və etika qaydalarına uyğunluğun lazımi səviyyədə formalaşmasının təməlində dayanır.

    1. Yeni qəbul edilmiş bütün işçilər üçün hazırki Siyasətin müddəaları və Şirkətin korrupsiyaya dözümsüzlük prinsipi üzrə giriş təlimi və işləyən əməkdaşlar üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin və Şirkətin daxili sənədlərinin müddəa və normaları üzrə əyani və /və ya qiyabi formada müntəzəm informasiya seminarları keçirilir.


  1. Yaranan məsələlər üzrə işçilərə məsləhətlərin verilməsi

Öz hərəkətlərinin tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarına, hazırki Siyasətin prinsip və tələblərinə və /və ya işgüzar etikanın normalarına uyğun olub-olmadığından şübhələnən Şirkətin işçiləri, müəyyən edilmiş prosedura uyğun olaraq müvafiq struktur bölməyə məsləhət almaq üçün müraciət edə bilər.

                  1. QARŞI-TƏRƏFLƏRLƏ VƏ ÜÇÜNCÜ ŞƏXSLƏRLƏ QARŞILIQLI ƏLAQƏ


  1. Hakimiyyət orqanları, rəsmi şəxslər və siyasi xadimlər

Şirkət hər hansı kommersiya və/və ya rəqabət üstünlüklərinin alınması məqsədilə rəsmi şəxslər, siyasi xadimlər və onların yaxın qohumları üçün və onların xeyrinə hər hansı xərclərin ödənilməsindən, o cümlədən onlara Şirkətin hesabına maddi və /və ya qeyri-maddi faydanın (məsələn, nəqliyyat, yaşayış, yemək, əyləncə və s. xərclərin ödənilməsi formasında) verilməsindən imtina edir.

  1. Qarşı-tərəflər

    1. Korrupsiya fəaliyyəti ilə məşğul olan qarşı-tərəflərlə işgüzar əlaqələr riskini minimuma endirmək məqsədilə Şirkət: 

  • öz qarşı-tərəflərinin etibarlılığı, işgüzar nüfuzu və korrupsiyaya tolerantlığı haqqında məlumatı təhlil edir, eləcə də maraqların toqquşmasının olub-olmaması baxımından yoxlayır;

  • onları hazırki Siyasətin prinsip və tələbləri haqqında məlumatlandırır;

  • onlarla imzalanan müqavilələrə tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarının və hazırki Siyasətin başlıca prinsip və tələblərinin yerinə yetirilməsi zərurəti ilə bağlı korrupsiyaya qarşı müddəalar daxil edərək, onların korrupsiya əməllərinə yol verdiyinə dair faktları üzə çıxarsa, tətbiq edilən qanunvericilik çərçivəsində müqavilənin qüvvəsinə məhkəməsiz və birtərəfli şəkildə xitam vermək və zərərlərin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır.

    1. Şirkət və onun işçiləri tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarına və Şirkətin daxili sənədlərinin tələblərinə, o cümlədən hazırki Siyasətin prinsip və tələblərinə zidd olan və/ və ya Şirkətin və/ və ya onun işçilərinin işgüzar nüfuzu üçün risk yaradan hər hansı ödənişlərin və/ və ya hərəkətlərin həyata keçirilməsi üçün agentlərin, məsləhətçilərin, nümayəndələrin və digər vasitəçilərin cəlb edilməsindən imtina edir.

    1. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində və ya birliklərdə oxşar korrupsiyaya qarşı siyasət və/ və ya prosedurların qəbul edilməsinin fəal tərəfdarıdır. 


                  • UÇOTUN APARILMASINA DAİR TƏLƏBLƏR

  1. Şirkət əmindir ki, uçotda maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların etibarlı, dəqiq və tam əks etdirilməsi aşağıdakılar üçün mütləq və zəruri şərtlərdir: 

  • Azərbaycan Respublikasının qanunvericilik tələblərinin yerinə yetirilməsi, o cümlədən mühasibat uçotu, vergilərin tutulması və s. sahəsində;

  • Şirkətin işgüzar nüfuzunun dəstəklənməsi;

  • Dövlətin, qarşı-tərəflərin və digər şəxslərin Şirkətin fəaliyyəti haqqında məlumatlarındırılması.

  1. Şirkətdə uçotun aparılması tətbiq edilən qanunvericiliyin və daxili sənədlərin tələblərinə tam uyğun şəkildə həyata keçirilir.

Bütün maliyyə-təsərrüfat əməliyyatları və sövdələşmələr mühasibat uçotunda dəqiq, düzgün və münasib dərəcədə təfərrüatı ilə əks etdirilir, sənədləşdirilir və yoxlama üçün açıqdır.

  1. Mühasibat, vergi və idarəetmə uçotunun və hesabatlarının məlumatlarının təhrif edilməsi və ya saxtalaşdırılmasına yol verilmir. 


                  1. KORRUPSİYA FƏALİYYƏTİ HAQQINDA MƏLUMATLANDIRMA SİSTEMİ

  1. Şirkət öz işçilərini və digər şəxsləri, Şirkətin hər hansı vəzifəli şəxslərinin hərəkətlərinin qanuniliyi və/və ya etika qaydalarına uyğunluğu ilə bağlı ehtimal edilən və ya yol verilmiş korrupsiya hərəkətləri faktları ilə bağlı, eləcə də Şirkətə və /və ya onun işçilərinə maddi zərər vura bilən və ya onların işgüzar nüfuzuna xələl gətirə bilən digər pozuntularla bağlı əsaslı şübhə yarandığı hallarda Şirkətin “qaynar xətt”inə xəbər verməyə təşviq edir. 

  1. Pozuntular haqqında bildirişlər Şirkətin işçisinin birbaşa rəhbərinə və/və ya aşağıdakı vasitələrlə «Qaynar xətt»ə verilə bilər:

  • Elektron poçtla (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

anti-korrupsiya@socar.az

  • ARDNŞ-nin korporativ portalında elektron forma (Müvafiq struktur bölmə tərəfindən müəyyən edilir)

  • Poçtla (ARDNŞ-nin Baş ofisinin ünvanı) – Neftçilər pr. 73, Bakı şəh. AZ1000

Şirkət məlumatı vermiş şəxsin məxfiliyini etibarlı qaydada təmin edir.

  1. «Qaynar xətt»ə daxil olmuş bütün məlumatlara mütləq baxılır və onların nəticələri məsul quruma ötürülür.

Müvafiq struktur bölmə daxil olunmuş məlumatlarla və görülmüş tədbirlərlə bağlı hesabat hazırlayır və məsul quruma təqdim edir.
8.4 Şirkətin işçisi və ya digər şəxs tərəfindən qəsdən yanlış məlumatın verilməsi hazırki Siyasətin pozulması və etika qaydalarına uyğun olmayan hərəkət hesab olunur və belə şəxs tətbiq edilən qanunvericiliyə və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.

                  1. CAVAB TƏDBİRLƏRİNDƏN İMTİNA

  1. Şirkət zəmanət verir ki, aşağıdakı işçilərlə bağlı heç bir tədbir görülməyəcəkdir (o cümlədən işdən azad edilmiş, vəzifəsi azaldılmış, mükafatdan məhrum edilmiş və s.): 

  • rüşvət almaq və ya verməkdən, kommersiya bəxşişini verməkdən, rüşvətxorluqda və ya digər korrupsiya fəaliyyətində vasitəçilik etməkdən imtina etmiş işçilər - belə imtina Şirkətin kommersiya və ya rəqabət üstünlüyünü almaması və /və ya yalnız tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin və/və ya hazırki Siyasətin pozulması yolu ilə qarşısı alına bilən zərərlərə məruz qalmasına gətirdiyi halda belə;

  • korrupsiya fəaliyyətinin ehtimal edilən faktı haqqında vicdanla xəbər vermiş işçilər və ya digər şəxslər – bu ehtimal doğrulmasa belə.


                  1. POZUNTULARLA BAĞLI TƏDBİRLƏR

  1. Şirkətin prezidenti, rəhbər işçiləri və digər işçiləri, tutduqları vəzifədən asılı olmayaraq, hazırki Siyasətin prinsip və tələblərinin pozulmasına, eləcə də göstərilən prinsip və tələbləri pozan tabeli şəxslərin hərəkətlərinə (hərəkətsizliyinə) görə şəxsi məsuliyyət daşıyırlar. 

  1. Şirkətin işçiləri tərəfindən Siyasətlə müəyyən edilmiş korrupsiyaya qarşı prinsiplərin və tələblərin yerinə yetirilməsi yuxarı vəzifələr və xidməti irəliləyiş üçün kadr ehtiyatlarının formalaşması zamanı nəzərə alınır. 

  1. Şirkətin istənilən forma və təzahürdə korrupsiyanın qəbul edilməməsi prinsipinə riayət etməsini nəzərə alaraq, əsaslandırılmış şübhə doğuran və ya müəyyən edilmiş hər bir korrupsiya fəaliyyəti faktı ilə bağlı Azərbaycan Respublikasının və /və ya digər tətbiq edilən qanunvericiliyinin tələblərinə, eləcə də Şirkətin daxili sənədlərinə uyğun olaraq xidməti araşdırmalar aparılacaqdır. 

Hazırki Siyasətin prinsip və tələblərinin pozulmasında günahı olan şəxslər Şirkətin, hüquq mühafizə orqanlarının və digər şəxslərin təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunvericiliyi, Şirkətin daxili sənədləri, habelə müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar və /və ya xarici dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla intizam, inzibati, mülki-hüquqi və /və ya cinayət məsuliyyəti daşıyırlar.


Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə