Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə8/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Əlavə 2 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 avqust 2012-ci il tarixli
108 nömrəli əmri ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi
Standartların istifadəsinə və tətbiqinə dair standart
(SOCARSS – 002.2012)

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN


BİZNES ETİKASI MƏCƏLLƏSİ

ƏSAS TERMİNLƏR, ANLAYIŞLAR VƏ QISALDILMALAR
Aktivlər – maddi, maliyyə və qeyri-maddi aktivlərin, qiymətlilərin və əmlakın məcmu.
ARDNŞ – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti.
ARDNŞ-nin asılı şirkəti – nizamnamə kapitalında ARDNŞ-nin 20%-dən çox paya malik olduğu məhdud məsuliyyətli cəmiyyət və ya səsvermə hüququ verən səhmlərinin 20%-nin ARDNŞ-yə məxsus olan, lakin ARDNŞ-nin və ya onun törəmə müəssisəsinin strukturuna daxil olmayan səhmdar cəmiyyətdir.
ARDNŞ-nin törəmə şirkəti – Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisəsi deməkdir. 
Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o cümlədən qanunvericilik, icra (o cümlədən hökumət departamentləri, idarələri və nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.
İşçilər – işverənlə əmək münasibətləri və mülki-hüquqi xarakterli münasibətləri olan fiziki şəxslərdir.
Qarşı-tərəf – ARDNŞ-nin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya fiziki şəxsdir.
Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya zidd ola bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi marağı olan, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir.

Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə