Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 97,1 Kb.
səhifə6/16
tarix26.05.2022
ölçüsü97,1 Kb.
#88083
1   2   3   4   5   6   7   8   9   ...   16
ARDNS korrupsiya ile mubarize uzre siyaseti

Korrupsiya ilə mübarizə üzrə xarici qanunvericilik:

  • Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanunu (UK Bribery Act, 2010); 

    1. Hazırki Siyasətin metodoloji əsasları

                  1. Azərbaycan Respublikasının qanunvericiliyi: 

  • Azərbaycan Respublikasının “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” Qanunu; 

  • Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranışı qaydaları haqqında” Qanunu;

                  1. Xarici qanunvericilik:

  • ABŞ-nin “Xaricdə korrupsiya ilə mübarizə” Qanunu (Foreign Corrupt Practices Act, 1977). 

                  1. Beynəlxalq tövsiyələr:

  • Böyük Britaniyanın 30.03.2011-ci il tarixində dərc edilmiş “Rüşvətxorluqla mübarizə” Qanununun (UK Bribery Act, 2010) normalarına riayət etmək məqsədilə müvafiq prosedurlar sisteminin yaradılması üzrə Böyük Britaniya Ədliyyə Nazirliyinin tövsiyələri (UK Bribery Act, 2010); 

  • Korporativ korrupsiyaya qarşı proqramların aparıcı təcrübəsinə uyğun olaraq Böyük Britaniyanın “Rüşvətxorluqla mübarizə” Qanununun tələbləri çərçivəsində müvafiq prosedurların işlənib hazırlanması üzrə “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının tövsiyələri (Transparency International the 2010 UK Bribery Act Adequate Procedures Guidance on good practice procedures for corporate anti-bribery programmes);

  • “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatı və Sosial məsuliyyət üzrə beynəlxalq təşkilat tərəfindən işlənib hazırlanmış rüşvətxorluğa müqaviməti təmin edən biznesin həyata keçirilməsi prinsipləri (Transparency International and Social Accountability International Business Principles for Countering Bribery);

  • “Transparency International” Beynəlxalq qeyri-hökumət təşkilatının “Korrupsiya ilə mübarizə sahəsində terminlərin dəqiq tərifi” adlı sorğu kitabı (Transparency International Anti-corruption Plain Language Guide);

  • Beynəlxalq Ticarət-Sənaye Palatasının korrupsiya ilə mübarizə qaydaları toplusu (ICC Rules on Combating corruption);

  • Beynəlxalq Ticarət-Sənaye Palatasının agentlər, vasitəçilər və digər üçüncü şəxslərlə qarşılıqlı əlaqələr üzrə tövsiyələri (ICC Guidelines on Agents, Intermediaries and Other Third Parties).


  1. Siyasətin tətbiqi sahəsi

    1. Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin rəhbərliyinin bütün üzvləri və işçiləri tərəfindən dünyanın bütün ölkələrində mütləq icra olunmalıdır. 

    1. Siyasətin başlıca prinsip və tələbləri Şirkətin törəmə və asılı şirkətlərinə, birgə müəssisələrinə, bütün qarşı-tərəflərinə, o cümlədən təchizatçılarına, agentlərinə, vasitəçilərinə, məsləhətçilərinə, nümayəndələrinə və digər şəxslərə o halda şamil edilir ki, müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə, onların daxili sənədlərində (o cümlədən, müvafiq halda Şirkətin təsisçi kimi qəbul etdiyi və ya verdiyi qərar, əmr, sərəncam və göstərişlərində) göstərilir və ya tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyindən birbaşa irəli gəlir. 


  1. Dəyişikliklərin edilməsi qaydası

Hazırki Siyasətə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir:

  • tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq təcrübənin dəyişməsi;

  • qeyri-effektiv korrupsiyaya qarşı prosedurların aşkar edilməsi;

  • Şirkətin təşkilati strukturunun dəyişməsi;

  • Şirkətin normativ-hüquq bazasının təkmilləşdirilməsi və s.


                  1. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ


  1. Korrupsiya fəaliyyətinin qəbul edilməməsi prinsipi

    1. Öz fəaliyyəti və layihələrin həyata keçirilməsi əsnasında, habelə hakimiyyət orqanları, rəsmi şəxslər, ictimai qurumlar və onların nümayəndələri, siyasi xadimlər, investorlar, qarşı-tərəflər, partnyorlar və digər şəxslərlə qarşılıqlı əlaqə zamanı Şirkət hər hansı növ və təzahürdə olan korrupsiyanın qəbul edilməməsi prinsipinə riayət edir («dözümsüzlük »). 


  1. İyerarxik maneələrin olmaması prinsipi

Hazırki Siyasətin prinsip və tələblərinə, tutduğu vəzifədən, ARDNŞ ilə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq Şirkətin bütün işçiləri əməl etməlidirlər.

  1. Cəzanın qaçılmazlığı prinsipi

Şirkətin korrupsiyaya qarşı prinsip və tələblərini pozmuş işçilər Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri, o cümlədən hazırki Siyasətlə, eləcə də müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar və xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulmuş çərçivədə və əsaslarla pozuntunun həcmi və formasından asılı olmayaraq, mütləq məsuliyyətə cəlb ediləcəklər.

                  1. KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİ


  1. Ali rəhbərliyin örnək olması 

Prezident, rəhbər işçilər və Şirkətin digər yuxarı vəzifəli şəxsləri korrupsiyanın bütün forma və təzahürlərinə barışmaz münasibət yaratmaq üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyi və Şirkətin daxili sənədlərin, o cümlədən hazırki Siyasətin tələblərinin yerinə yetirilməsinin və etik davranışın şəxsi nümunəsini təcrübədə nümayiş etdirməlidirlər.

  1. Korrupsiya riskinin idarə edilməsi

    1. Müvafiq struktur bölmə fəaliyyət göstərdiyi bütün ölkələr üçün səciyyəvi olan korrupsiya riskini müəyyən edir və müntəzəm şəkildə qiymətləndirir. 

Bu məqsədlər üçün korrupsiya baxımından ARDNŞ-nin potensial zəif biznes prosesləri və fəaliyyət istiqamətləri üçün səciyyəvi olan korrupsiya riskinin əlamətlərinin siyahısı mütəmadi olaraq işlənib hazırlanır və yenilənir.

    1. ARDNŞ baş verməsinin mümkünlüyü və təsir dərəcəsindən asılı olmayaraq korrupsiya riskinin idarə edilməsi zərurətini qəbul edir. Riskin idarə edilməsi ARDNŞ-nin bütün fəaliyyət istiqamətləri və biznes proseslərinin quruluşunun xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir.


  1. Korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması və tətbiqi

    1. Korrupsiya riskinin azaldılması və tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə Şirkət korrupsiyaya qarşı prosedurlar sistemini işləyib hazırlayır və tətbiq edir. 

    1. Müəyyən edilmiş və qiymətləndirilmiş risklərə məntiqi dərəcədə cavab verən korrupsiyaya qarşı prosedurlar hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində müəyyən edilmişdir və bütün İşçilər tərəfindən mütləq yerinə yetirilməlidir. 

    1. Korrupsiya fəaliyyəti ilə mübarizə tədbirlərinin təşkil edilməsi, o cümlədən korrupsiya riskinin idarə edilməsi, korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması, tətbiqi və nəzarət edilməsi və s. üçün cavabdeh olan vəzifəli şəxslər ARDNŞ-nin prezidenti tərəfindən təyin edilir.


  1. Monitorinq və nəzarət

    1. Şirkətdə müntəzəm qaydada maliyyə-təsərrüfat fəaliyyətinin və daxili nəzarət sisteminin daxili və xarici auditi aparılır, tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin tələblərinin, o cümlədən hazırki Siyasətin müəyyən etdiyi korrupsiyaya qarşı prinsip və tələblərin yerinə yetirilməsinə nəzarət həyata keçirilir. 

    1. Şirkət tətbiq edilmiş korrupsiyaya qarşı prosedurların effektivliyinin daim monitorinqini aparır, onların kifayətliliyi, mütənasibliyi və aktuallığını qiymətləndirir, eləcə də nəzarət mühitinin nöqsanları əsasında və/və ya tətbiq edilən korrupsiyaya qarşı qanunvericilikdə və aparıcı beynəlxalq təcrübədə dəyişikliklərə əsasəlanaraq onları təkmilləşdirir. 

    1. ARDNŞ-nin prezidenti müntəzəm qaydada korrupsiya fəaliyyəti ilə mübarizə və Şirkət tərəfindən tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarının və hazırki Siyasətin prinsip və tələblərinin Şirkət tərəfindən yerinə yetirilməsinin təmin edilməsi üzrə işin nəticələri haqqında hesabatları nəzərdən keçirir. Nəzarətin nəticələri ARDNŞ-nin Davamlı inkişaf haqqında hesabatında və ya digər formada açıqlanır.


                  1. FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR


  1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri

    1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri işgüzar təcrübənin və qarşı-tərəflərlə sabit işgüzar münasibətlərin qurulmasının zəruri hissəsidir. Lakin bəzi hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri üçüncü şəxslərlə qərarların qəbul edilməsinə qanunsuz təsir etmə, eləcə də rüşvət kimi qəbul edilmə ehtimalından Şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərə bilər. Bu riskləri azaltmaq, eləcə də şəffaflığı təmin etmək məqsədilə Şirkət məqbul hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinə dair hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində nəzərdə tutulan mütləq tələblər müəyyən edir. 

    1. Hazırki Siyasətin məqsədləri üçün yalnız Şirkətin işçiləri tərəfindən üçüncü şəxslərin xeyrinə/ üçüncü şəxslərdən verilən/alınan hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri nəzərdən keçirilir. 

    1. Şirkətin işçilərinə üçüncü şəxslərdən onlara və ya onların yaxın qohumlarına hədiyyələrin verilməsini və/və ya işgüzar qonaqpərvərlik əlamətlərinin göstərilməsini xahiş etmək, tələb etmək və ya buna məcbur etmək qadağan edilir.

    1. Şirkət hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınmasını hər hansı sövdələşmənin nəticəsinə və/və ya hədiyyəni alanın təmmiz niyyətlə hədiyyə verənin xeyrinə qərar qəbul edilməsinə təsir edə biləcək hallarda qadağan edir.

    1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınması yalnız aşağıdakı tələblər mütləq yerinə yetirildiyi təqdirdə mümkündür: 


Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə