Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



əldə  edilən  biliklərdən,  təcrübədən,  enerjidən  və  s.  ibarətdir  və  bunlar  müəyyən  vaxt 

ərzində  malların  istehsalı  və  xidmətlərin  görülməsi  məqsədi  ilə  də  istifadə  edilə  bilər. 

Həmin  biliklərin,  təcrübənin  qazanılmasını,  sağlamlıqlarının  qorunmasını  və 

yüksəldilməsini təmin etməklə xidmət müddətinin və keyfiyyətinin artırılması və mənəvi 

tələbatın  ödənilməsi  üçün  maddi  təminatın  yüksəldilməsi  yollarının  araşdırılmasını 

təmin etmək isə insan potensialının inkişafı probleminin tədqiqi ilə bağlıdır.  

Qeyd  edək  ki,  əldə  edilmiş  potensialın  malların  istehsalı  və  ya  xidmətlərin 

göstərilməsinə yönəldilməsini insan kapitalı, insanların maddi və mənəvi tələbatlarının 

ödənilməsi  isə  həyat  səviyyəsi  ilə  əlaqəlidir.  Məhsul  istehsalının,  xidmətlərin  və  s. 

keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  bilik  və  bacarıqların  artırılması  və  yeni 

texnologiyaların yaradılması və ya tətbiqi sayəsində yüksək nailiyyətlərin əldə edilməsi, 

sağlamlığının  qorunması,  gözlənilən  ömür  müddətinin  yüksəldilməsi  ilə  xidmət 

müddətinin artırılmasının təmin edilməsi nəticəsində maddi və mənəvi tələbatın dolğun 

şəkildə ödənilməsi isə insan potensialının inkişafı ilə bağlıdır.      

Göründüyü kimi insan kapitalının inkişafı məsələsinin tədqiqi zamanı insan kapitalı 

və  həyat  səviyyəsinin  məcmusu  istiqamətində  araşdırmaların  aparılması  daha 

məqsədəuyğun olardı.  

Cəmiyyət  üzvlərinin  əməyə  qarşı  bacarıqlarının  yığılması,  fərdi  işçi  qüvvəsinin 

inkişafı  xeyli  canlı  və  maddiləşdirilmiş  zəhmət  xərci  tələb  edir.  Bu,  insanda 

maddiləşdirilmiş əməyin spesifik növü hələ ki, nisbətən az tədqiq edilmiş olaraq qalır. 

V.S.Qoylonun  yazdığı  kimi,  “ictimaiyyətin  əsas  istehsalat  gücünün  inkişafı  və  yaranma 

texnologiyası  iqtisadi  elm  tərəfindən  az  öyrənilib”.  Bu  istiqamətdə  aparılan 

tədqiqatlardan aydın olur ki, 1960-cı illərdən başlayaraq, əməyin keyfiyyətinə, xüsusilə 

işçi qüvvəsinin təhsil səviyyəsinə və peşəkar hazırlığına güclü maraq yönəlmişdir. Məhz 

həmin  illərdə  fərdi  iqtisadi  və  sosial  fayda  verən  insanların  biliyini,  vərdişini  və  digər 

xüsusiyyətlərini təcəssüm etdirən insan kapitalı konsepsiyası meydana çıxmışdır. Bunun 

əsasında “Çikaqo məktəbi”nin nümayəndələri - Nobel mükafatı laureatları Teodor Şults, 

Herri  Bekker,  Barton  Veysbord,  Corc  Mincer,  Li  Xansen  kimi  tanınmış  amerika 

iqtisadçıları dururdu.  

Bundan  başqa  Alfred  Marshall,  Mark  Blauq,  S.Bouls,  Joram,  Riçart  Reyat,  F.Uelç, 

B.Çizviki və s. elmi tədqiqatları ilə onu daha da inkişaf etdirdilər.  

“Çikaqo  məktəbi”nin  nümayəndələri  hesab  edirdilər  ki,  təhsilə,  səhiyyəyə, 

miqrasiyaya və digərlərinə yönəldilən investisiyalar gələcəkdə böyük gəlirlər əldə etmək 

məqsədi ilə səmərəli şəkildə qoyulur. İnsan kapitalına qoyulan investisiya və xərclər ailə 

və bütün cəmiyyət üçün faydalı olmaqla, maddi tələbatın yüksəldilməsinə xidmət edir.  

Henri Bekkerin “İnsan  kapitalı”  əsərində insanın motivlərinin və davranışının bəzi 

aspektlərinə, həmçinin ona aid olan fiziki, emosional və mənəvi sağlamlığa insan kapitalı 

kimi baxılırdı.  

İnsan  kapitalı  nəzəriyyəsinin  modeli  nəzəri  səviyyədə  gələcəkdə  rifahın 

yaxşılaşdırılması  nöqteyi  -  nəzərindən  insan  kapitalına  investisiyanın  səmərəliliyini 



   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



qiymətləndirməyə  imkan  verir.  Güman  edilir  ki,  həm xərclər,  həm də  belə  qoyuluşdan 

qayıtma müxtəlif formalarda mövcud olur. 

Birbaşa xərclər  -  kitablar, təhsil haqqı, istiqrazların və ssudaların ödənilməsi;  

Dolayı xərclər  -  əldən  buraxılmış  xərclər,  hansı  ki,  təhsil  alma  zamanı  əldə  etmək 

olardı. 


Birbaşa  qaytarma  -  bu  ali  təhsili  olmayan  işçi  ilə  müqayisədə  gələcəkdə  əmək 

haqqının əlavə axınıdır.  



Dolayı  qaytarma  -  bu  əməyin  yaxşılaşdırılmış  şəraiti,  karyera  perspektivi,  sosial 

təminat,  daha  yüksək  sosial  və  ictimai  status  və  s.  kimi  ixtisaslı  işçilərin  əldə  etdikləri 

pulsuz əlavə faydadır.  

Tədrisin  gedişinda  yığılmış  insan  kapitalı,  həmçinin  işin  gedişinda  qazanılmış 

vərdişlər özündə əmək haqqının potensial artımı yaxud daha prestijli işin əldə edilməsi 

üçün  dəyəri  təşkil  edir.  İnsan  kapitalı  nəzəriyyəsi  nəzərdə  tutur  ki,  əmək  haqqı 

səviyyəsindəki  fərqlər  müxtəlif  işçilərin  əmək  məhsuldarlığındakı  fərqləri  əks  etdirir. 

Təcrübəli işçilər daha yüksək son məhsuldarlığa malikdir və daha çox qazanırlar. İnsan 

kapitalının  aksioması,  təhsilin  alınmasına  böyük  investisiyalar  əmək  haqqının  böyük 

həcmini təmin etdiyi təqdirdə məqsədəuyğun olan vəziyyətdir. 

1974-cü ildə C.Minser “Təhsil: təcrübə və gəlir” kitabında göstərirdi: “Yüksək təhsilli 

mütəxəssislər  tərəfindən  qazanılan  gəlir  yaxud  əmək  haqqı,  faiz  dərəcəsinin  nəzərə 

alınması  ilə  ali  məktəbdə  bütün  tədris  dövrü  ərzində  yığılmış  və  toplanmış  ali  təhsilə 

investisiyalarda  “kapitallaşmış  mənfəətdir”.  Beləliklə,  mütəxəssisin  əmək  haqqının  iki 

hissədən toplanması haqqında danışmaq olar:  

Əsas əmək haqqı - bu ildə edilmiş əmək sərfinə görə mütəxəssisin mükafatlandırıl-

masıdır.  



Əlavə  əmək  haqqı  -  bu  keçmişdə  həyata  keçirilmiş  tədris  əməyinin  sərfinə  görə 

mükafatlandırmaqdır. 

Adətən,  “insan  kapitalı”  ancaq  qazanılmış  vərdiş  və  biliyin  əsasında təyin  edilir  və 

ölçülür,  halbuki  insanın  təbii  xüsusiyyətlərini  və  xarakteristikalarını  birləşdirən  insan 

kapitalının daha geniş anlayışı müxtəlif dərk edilməmiş vərdiş və digər xüsusiyyətlərin 

rifahın  yaradılmasında  necə  iştirak  etdiyini  daha  adekvat  göstərir  və  tədrisi  də  daxil 

etməklə ətraf mühitin təsiri altında öz şəklini dəyişə bilər. İnsan kapitalı xüsusilə mədəni 

mühitdə inkişaf edir. 

Vərdişin və biliyin öyrənilməsi və qazanılması anadan olandan ölənədək olur. Bütün 

həyatı  müddətində  fasiləsiz  təhsil  almaq  konsepsiyası  sadəcə  yaşlıların  təhsil  alma  və 

peşəkar hazırlığın vacibliyini nəzərə çarpdırmır, həm də həyatın bütün mərhələlərində 

təhsil almanı nəzərdə tutur. İnsan kapitalı aşağıdakı daxil edilən kontekstdə inkişaf edir: 

-

 

Erkən uşaqlıq dövründə ailədə öyrətmə.  



-

 

Erkən uşaqlığı daxil etməklə, formal təhsili və peşəkar hazırlıq, məcburi məktəb 



təhsili,  peşəkar  yaxud  ümumi  təhsilin  əlavə  məcburi  səviyyəsi,  ali  təhsil,  əmək 

bazarında peşəkar təhsil, yaşlıların təhsil alması və s. 




Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə