Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi


İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



 

İNSAN KAPİTALI KONSEPSİYASININ  



NƏZƏRİ ASPEKTLƏRİ   

İqtisadiyyatın  inkişafında  insanın  rolu  daha  düzgün  başa  düşüldükcə,  onun  tədqiq 

edilib öyrənilməsi zərurəti də get-gedə daha anlamlı olmuş, həmçinin bu sahədə aparılan 

tədqiqatların əhatə dairəsi və intensivliyi artmışdır. 

Bu  baxımdan  son  illər  insan  inkişafı  ilə  bağlı  tədqiqatların  aparılması  daha  da 

genişlənmişdir.  Belə  ki,  baş  verən  köklü  iqtisadi-siyasi  dəyişikliklər  şəraitində  insan 

kapitalının inkişaf etdirilməsi və bu kapitaldan səmərəli istifadə edilməsi mühüm əhə-

miyət kəsb edir. Çünki  burada məqsəd sosial  proseslərin inkişafına təsir edən amilləri 

aşkara  çıxarmaq,  meydana  çıxa  bilən  və  mümkün  olan  bütün  sosial  nəticələrin  dövlət 

səviyyəsində  həll edilməsi  vəziyyətini  qiymətləndirən  prosesin  inkişaf  meyillərinə  fəal 

təsir  göstərməkdən  ibarətdir.  Başqa  sözlə  desək,  insan  kapitalının  inkişafı  və  ondan 

səmərəli istifadə olunması dövlətin fəal siyasətinin mühüm istiqamətlərindən birini təşkil 

edir.  

İnsan kapitalı istehsal prosesinin əsas hərəkətverici amilidir, ictimai təkrar istehsal 



isə geniş, xalq təsərrüfatı nöqteyi-nəzərindən məhsul istehsalının yenidən başlanılması 

və  bu  kapitalın  özünün  təkrar  istehsalıdır.  Bu  cəhətlər  iqtisadçı-nəzəriyyəçilərin  daim 

diqqətini cəlb etmişdir. A.Smit yazırdı ki, “faydalı iş istehsalının artımı hər şeydən əvvəl 

işçinin çevikliyinin və bacarığının yüksəldilməsindən, ondan sonra isə işlətdiyi maşın və 

alətlərin təkmilləşdirilməsindən asılıdır”. O, hesab edirdi ki, əsas resurslar maşın və başqa 

alətlərdən, tikililərdən, torpaqdan və “əhalinin və cəmiyyət üzvlərinin əldə edilmiş faydalı 

bacarıqlarından” ibarətdir. O, qeyd edirdi ki, “bu cür bacarıqların əldə edilməsi bacarıq 

sahibinin tərbiyəsi, təlimi və ya şagirdliyi dövründə təkmilləşməsi zamanı xərc tələb edir, 

bu bir növ onun şəxsiyyətini reallaşdıran əsas kapitalı təşkil edir”. Bu bacarıqlar, müəyyən 

şəxsin  dəyərinin  tərkib  hissəsi  olmaqla  bərabər  məxsus  olduğu  cəmiyyətin  də  sərvəti 

olur.  

İnsan inkişafı mürəkkəb bir sxemdir və bu inkişaf əsasən ümumi ictimai yüksəlişə 



əsaslanır. Aydındır ki, insanın üç əsas məqsədi reallaşdırmadan ictimai yüksəliş mümkün 

deyildir.  Bu  məqsədlərə  uzun  və  sağlam  ömür  sürmək,  biliklər  əldə  edib  onları 



yeniləşdirmək  və  genişləndirmək,  həmçinin  yüksək  həyat  səviyyəsini  təmin  edən 

maddi nemətlər əldə etmək aiddir. 

Bu  məqsədləri  araşdırarkən  yalnız  ümumi  daxili  məhsul,  milli  sərvət,  adambaşına 



düşən  gəlir  və  s.  göstəricilər  kifayət  etmir.  Çünki  həmin  göstəricilər  sosial-iqtisadi 

münasibətləri şərtləndirsə də onları tamamilə adekvat olaraq müəyyən etmir. Artıq XX 

əsrin son onilliklərində bu problem məsələnin həlli müasir iqtisadi-elmi araşdırmaların 

aparılmasını zəruri etmiş və insan inkişafı getdikcə yalnız iqtisadi göstəricilər ilə deyil, 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



həm də insanların cəmiyyətin inkişafında rolundan, onların söz və vicdan azadlığından, 

siyasi fəaliyyətdə rolundan, dövlətin idarə olunmasında fəaliyyətindən, qanun qarşısında 

bərabərliyindən,  yaşına,  cinsinə  və  milli  mənsubiyyətinə  görə  diskriminasiyadan, 

müdafiəsindən  asılı  olmağa  başlamışdır.  Doğurdan  da,  müəyyən  mənada,  iqtisadi 

göstəricilərə malik olan, dünyəvi dəyərlərə can atan hər hansı ziyalının bu dəyərlərdən 

məhrum olması həmin insanın inkişafına mane olan amillərdir.  

Bu  məqsədlərlə  uzun  sürən  tədqiqatlardan  sonra  Birləşmiş  Millətlər  Təşkilatının 

(BMT) birbaşa təsiri və rəhbərliyi altında dünya ictimaiyyəti onillik inkişaf proqramını 

işləyib hazırlamağa başladı.  

Qeyd etmək lazımdır ki, qloballaşma prosesində insan probleminin öyrənilməsi həm 

təbiət, həm də humanitar elmlər üçün xüsusi əhəmiyyətə malikdir. Bu ondan irəli gəlir ki, 

iqtisadi  dirçəliş,  yeni  texnologiyaların  istifadəsi,  insan-təbiət  münasibətlərinin 

gərginləşməsi, təhsil, səhiyyə, sosial təminat sisteminin təkmilləşdirilməsi zərurəti insana 

aid problemlərin iqtisadi aspektdə işlənib hazırlanmasını tələb edir. Bu baxımdan müasir 

cəmiyyətdə  sosial-iqtisadi,  hüquqi-mənəvi  dəyişikliklərin  öyrənilməsi,  bütünlükdə 

sivilizasiyanın  davamlı  inkişafının  elmi  cəhətdən  proqnozlaşdırılması  üçün  insan 

kapitalının inkişafının strateji istiqamətlərinin tədqiq edilməsi xüsusi aktuallıq kəsb edir.  

Əslində  inkişafın  əsas  məqsədi  insanların  azadlığının  genişləndirilməsindən 

ibarətdir.  Həmin  proses  bərabər  səviyyələrdə  bütün  sahələrdə  fayda  gətirməlidir  və 

onlardan hər birinin iştirakına əsaslanmalıdır. Qeyd edək ki, yaranmış zərurətdən irəli 

gələn bu problem 1990-cı ildə Rio de-Janeyro şəhərində keçirilən BMT-nin Sammitində 

ölkələr  arasında  insan  inkişafı  səviyyəsini  qiymətləndirmək  üçün  “İnsan  potensialının 

inkişafı”  və  “İnsan  potensialının  inkişafı  indeksi”  adlanan  yeni  kateqoriya  iqtisadi 

terminologiyaya əlavə edildi. Bu kateqoriyaya görə insan inkişafında təkcə gəlirlər deyil, 

onların  sağlamlığı,  təhsilin  səviyyəsi,  ətraf  mühitin  qorunması  və  s.  şərtlər  də  nəzərə 

alınmışdır. Həmin ildən bu quruma daxil olan ölkələrə “İnsan İnkişafına” dair hesabatların 

hazırlanması  təklif  olunmuşdur.  Bu  indeks  bütövlükdə  “İnsan  Potensialının  İnkişafı 



indeksi” adlanır və bütün dünya ölkələri üzrə hesablanır. Bu da dünya ölkələrinin sosial-

iqtisadi göstəricilərini müqayisə etməyə imkan verir.  

İnsan potensialının inkişafı dörd vacib paradiqmaya - uzun və sağlam həyata, biliyə, 

layiqli  həyat  üçün  tələb  olunan  resurslara  malik  olmaya  və  ictimaiyyətin  həyatında 

iştiraka diqqət ayırır.   

İnkişafın  bu  paradiqması  əsasında  dayanan  ideyalar  yeni  deyildir,  onlar  hələ 

Aristotellə bağlıdır. Aristotel sübut edir ki, “sərvət bizim cəhd etdiyimiz nemət deyildir, 

belə ki, o, nəinsə naminə faydalıdır”.  İmmonuel Kant oxşar formada israr edirdi ki, insan 

məxluqlarına digər məqsədlərinə nail olunması üçün vasitə kimi deyil, birbaşa məqsəd 

kimi baxılmalıdır. Oxşar fikirlər Adam Smitin, Robert Maltusun, Con Styuart Millin və s. 

əsərlərində də öz əksini tapmışdır. İqtisadi artıma yalnız vasitə kimi baxıla bilər, lakin 

həmin  vasitə ilə  vacib məqsədlərə  nail  olunması  asanlaşır.  Yeri  gəlmişkən  qeyd  etmək 

lazımdır ki, insan kapitalı əksər qərb iqtisadçılarının müəyyən etdiyi kimi insana məxsus 



Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə