Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



19 

İşləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri bazasında 

axşam  və  qiyabi  təhsil  sinifləri,  qrupları  açılır.  Ümumi  təhsilin  müəyyən  olunmuş 

müddətdən əvvəl başa çatdırılmasına da yol verilir. 

Peşə məktəbləri və peşə liseyləri müxtəlif peşədən olan sənətkarlara tələbi ödəyən, 

həmçinin  Azərbaycanın  unudulmuş  və  sıradan  çıxmaqda  olan  nadir  və  ənənəvi 

sənətkarlıq sahələrinin dirçəldilməsinə yönəldilən ilkin peşə təhsili müəssisələridir. Peşə 

məktəblərinə icbari təhsili başa vuran sənətə meyilli şəxslər, müxtəlif istehsal sahələrində 

peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəsini dəyişdirmək arzusunda olan gənclər 

qəbul olunurlar. Ayrı-ayrı hallarda ümumi əsas təhsili olmayanların da ilkin peşə təhsili 

almasına  şərait  yaradılır.  Orta  təhsilli  gənclər  də  arzularına  uyğun  olaraq  ilkin  peşə 

məktəblərində təhsil ala bilərlər. Peşə məktəblərində orta təhsil verilmir. Vətəndaşların 

müxtəlif peşələr öyrənməsi, ixtisasını artırması və yeni ixtisasa yiyələnməsi  üçün peşə 

məktəblərindən  əlavə  tədris  kombinatları  kurslar,  iri  istehsal  müəssisələri  nəzdində 

müxtəlif peşə kursları da fəaliyyət göstərir. Peşə liseylərinə qəbul olunan gənclər üç-dörd 

il ərzində nisbətən mürəkkəb peşələrə yiyələnməklə bərabər, orta təhsil də alırlar. Peşə 

liseylərində  ümumi  orta  təhsili  başa  vurmuş  gənclər  üçün  də  müvafiq  qruplar  təşkil 

olunur. Peşə məktəbləri və peşə liseylərinin tədris qruplarında orta sıxlıq, maddi-texniki 

bazadan  asılı  olaraq  15  nəfər  müəyyən  edilir.  Qrupların  iki  yerə  bölünməsi  müvafiq 

normativ  sənədlə  tənzim  olunur.  Xarici  dil  dərslərində,  habelə  təlim  qeyri-dillərdə 

aparılan  siniflərdə  azərbaycan  dili  dərslərində,  ixtisas  siniflərində,  peşə-ixtisas  fənləri, 

istehsalat  təlimi  və  bədən  tərbiyəsi  dərslərində  siniflər  iki  yerə  bölünür.  Peşə  tədris 

müəssisələri  dövlət  sifarişi,  həmçinin  idarə,  müəssisə,  təşkilat,  ayrı-ayrı  vətəndaşlarla 

bağlanmış  müqavilələr  əsasında  fəaliyyət  göstərir.  Peşə-tədris  müəssisələrinin 

uzunmüddətli müqavilələr əsasında kadr hazırladığı baza müəssisələri də ola bilər. Ayrı-

ayrı rayonlarda, o cümlədən kənd yerlərində ənənəvi sənət və məşğulluq sahələri üzrə 

peşə  məktəbləri  və  peşə  liseyləri  açılır.  Birliklərin,  istehsal  komplekslərinin,  ali 

məktəblərin  nəzdində  də  peşə-tədris  müəssisələri:  peşə  məktəbi  zavod,  peşə  məktəbi 

fabrik,  peşə  məktəbi  fermer  təsərrüfatı  və  digər  özünümaliyyələşdirmə  peşə  ocaqları 

yaradıla bilər. Peşə məktəbləri və peşə liseyləri digər hüquqi şəxslərlə ortaq istehsalat 

müəssisəsi yarada bilərlər. Peşə-tədris müəssisələrinin məzunlarına öyrəndikləri peşəyə 

müvafiq  olaraq  müxtəlif  dərəcələrdən  olan  sənətkar  ixtisası  verilir.  Peşə-tədris 

müəssisələrində təhsilin gündüz və axşam formaları olur. Fiziki cəhətdən qüsurlu uşaqlar 

üçün xüsusi peşə kursları, məktəbləri və liseyləri açılır. 

Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını 

həyata  keçirən  tədris  müəssisələridir.  Həmin  təhsil  müəssisələri  əsas  və  orta  ümumi 

təhsil,  peşə  məktəbləri  və  peşə  liseyləri  bazasında  fəaliyyət  göstərməklə  orta  pillədən 

olan  ixtisaslı  mütəxəssislər  hazırlayır,  onları  təkmilləşdirir  və  ixtisaslarını  artırır.  Əsas 

təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas 

təhsili  ilə  yanaşı  ümumi  orta  təhsil  də  alırlar.  Ali  məktəblərin  nəzdində  də  müvafiq 

ixtisaslar  üzrə  texnikumlar,  kolleclər  fəaliyyət  göstərə  bilər.  Orta  ixtisas  məktəblərini 



   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



20 

bitirənlərə  kiçik  mütəxəssis  dərəcəsi  verilir.  Tədris  prosesini  dünya  standartları 

səviyyəsində  qurmuş  qabaqcıl  texnikumların  maddi-texniki  bazası  və  kadr  potensialı 

əsasında müasir kolleclər şəbəkəsi yaradılır. 

Ali  məktəblər  (ali  kolleclər,  institutlar,  konservatoriyalar,  akademiyalar,  univer-

sitetlər  və  s.)  ali  ixtisas  təhsili  proqramlarını  həyata  keçirən  tədris  müəssisələridir. 

Azərbaycanın ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris 

kompleksləri,  tədris-elmi  komplekslər,  tədris  elmi-istehsalat-müalicə  kompleksləri  və 

başqa  formalarda  fəaliyyət  göstərir.  Onların  nəzdində  müxtəlif  pillədən  olan  tədris 

müəssisələri (orta məktəblər, liseylər, peşə liseyləri, texnikumlar, kolleclər və s.), elmi-

tədqiqat  mərkəzləri  və  institutları, istehsalat müəssisələri,  klinikalar,  əczaxanalar  və  s. 

fəaliyyət  göstərir.  Azərbaycan  Respublikasında  ali  təhsil  orta  təhsil  bazasında  həyata 

keçirilir.  Ali  məktəblərdə  kadr  hazırlığı  əyani,  qiyabi,  axşam,  həmin  formaların 

birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol 

oynayır.  Müvafiq  ixtisaslar  üzrə  qiyabi,  axşam  və  eksternat  yolu  ilə  ancaq  bakalavr 

dərəcəsi verilə bilər. Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin 

orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12-15 

nəfər  müəyyən  olunur.  Ali  məktəblərin  əsas  fəaliyyət  istiqamətləri  aşağıdakılardır: 

müxtəlif  dərəcədən  olan  ali  təhsilli  mütəxəssislər  hazırlamaq;  elmi  araşdırmalar 

aparmaq;  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrlar  hazırlamaq;  elmi  və  elmi-

pedaqoji  kadrların  attestasiyasını  keçirmək;  ixtisasartırma  və  kadrların  yenidən 

ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, 

elmi-istehsalat,  kommersiya  fəaliyyəti;  xarici  əlaqələr.  Ali  məktəblər  dövlət  sifarişləri, 

həmçinin  idarələr,  təşkilatlar,  müəssisələr,  habelə  ayrı-ayrı  şəxslərlə  bağlanmış 

müqavilələr əsasında fəaliyyət göstərirlər. 

Ali  təhsil  müəssisələrinin  kadr  potensialı,  maddi-texniki  bazası  və  ixtisasın 

xüsusiyyətindən  asılı  olaraq  birpilləli,  ikipilləli  və  üçpilləli  ali  məktəblərdə  həyata 

keçirilir.  Ayrı-ayrı  pillələrdə  təhsil  müddəti  tədris  planı  əsasında  müəyyənləşdirilir  və 

Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edilir.  Birpilləli  ali  məktəblərdə  (institutlarda, 

konservatoriyalarda,  ali  kolleclərdə  və  s.)  müəyyən  peşə  istiqaməti  və  ya  konkret 

ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə 

bakalavr  ixtisası  və  elmi  dərəcəsi  verilir.  İkipilləli  ali  təhsil  müəssisələrinin  birinci 

pilləsini bitirənlər müvafiq dövlət standartına uyğun olaraq ümumi ali təhsili başa vurur

sahə  (fakültə)  elmi  şurasının  qərarı  ilə  bakalavr  elmi  və  ixtisas  dərəcəsi  alır,  əmək 

fəaliyyətinə başlayır. Bakalavr dərəcəsi almış mütəxəssislərin ən istedadlı və ümidverən 

hissəsi  müsabiqə  əsasında  magistraturada  saxlanılır.  Magistratura  üçün  keçirilən 

müsabiqələrdə  əvvəllər  bakalavr  dərəcəsi  almış  məzunlar,  birpilləli  ali  məktəblərin 

məzunları  da  iştirak  edə  bilərlər.  Magistraturada  dərin  ixtisaslaşdırma  aparılır,  elmi 

araşdırma bacarığının və vərdişlərinin formalaşdırılmasına, xarici dillərin öyrədilməsinə 

xüsusi  diqqət  yetirilir.  Magistraturanı  başa  vuranlar  müdafiə  etdikləri  elmi  işə  görə 

ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə magistr ixtisası və elmi dərəcəsi alır və ixtisas 



Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə