Tədqiqat qrupu
Rəhbər: i.e.d. Arzu Hüseynova
İcraçılar: Aynurə İsmayılova, t.e.n.
Vəfa Rzayeva, i.ü.f.d. Fərhad Mikayılov, i.ü.f.d.
Arzu Süleymanov, Təranə Salıfova, Əlvan Süleymanova, Nərminə
Quliyeva, Əminə Yaqublu, Fatma İmaməliyeva, İzzət Salmanova, Aliya
Şabanova, Dilrufə Hüseynova, Xalid Cavadov, Afaq Qasımova, Hüseyn
Məmmədov, Xanım Rzayeva
Redaktor: Sayalı Abbasəliyeva
İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası. Bakı:
“Çap ART” Nəşriyyatı, 2017, 28 s.
Kitab Azərbaycan Respublikası Prezidentinin 2016‐cı il 6 dekabr tarixli 1138 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi
üzrə Strateji Yol Xəritəsi”nin tədbirlərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən
işlənilmişdir
© İİETİ, Bakı, 2017
İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası
3
MÜNDƏRİCAT
GİRİŞ ............................................................................................................................................................................. 4
İNSAN KAPİTALI KONSEPSİYASININ NƏZƏRİ ASPEKTLƏRİ .............................................................. 5
İNSAN KAPİTALININ İNKİŞAFININ QİYMƏTLƏNDİRİLMƏSİ METODOLOGİYASI .................... 15
İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası
4
GİRİŞ
Məlum olduğu kimi, hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin qar-
şısında duran əsas vəzifələrdən biri də əldə olunmuş iqtisadi inkişafın nəticələrinin sosial
inkişafa yönəldilməsini təmin etməkdən ibarətdir. Çünki aparılan iqtisadi siyasət
nəticəsində əldə edilən makroiqtisadi sabitlik və iqtisadiyyatın real sektorunda baş verən
davamlı inkişaf, cəmiyyətin keçid dövründən irəli gələn sosial problemlərin həll
edilməsinə obyektiv zəmin yaratmışdır.
Əslində inkişafın əsas məqsədi xalqın həqiqi sərvəti olan insanların maddi və mənəvi
tələbatının ödənilməsinə yönəldilmişdir. İnkişaf prosesi seçim variantlarının sayının
artırılması vasitəsilə insanın imkanlarını genişləndirə bilər. Onun sayəsində isə insanlar
dəyərli və yaradıcı həyatlarını keçirirlər. Bununla yanaşı, insanlar, eyni zamanda, inkişaf
sərvətinin alıcıları, həmçinin tərəqqi və dəyişikliklərin hərəkətverici qüvvələri hesab
olunurlar. Həmin proses bərabər səviyyələrdə bütün sahələrdə fayda gətirməlidir və
onlardan hər birinin iştirakına əsaslanmalıdır. İnkişafa – insan inkişafına belə yanaşma
1990-cı ildən başlayaraq insan inkişafı haqqında hesabatda əsaslandırılır.
Fərdlərin sahib ola bildiyi imkanların diapazonu onları genişləndirməyə imkan verə
bilən seçim variantları potensial olaraq sonsuzdur və hər bir fərddən asılı olaraq şəklini
dəyişir. Lakin açıq siyasət prioritetlərin müəyyən edilməsindən ibarətdir.
İnsan rifahının nail olunmasında əhəmiyyətli qlobal tərəqqinin qiymətləndirilməsi
üçün daha vacib imkanların üzə çıxmasında iki kriteriya faydalıdır. Birincisi bu həyat üçün
əsas olmalıdır. İkincisi onlar həyat üçün əsas olmalıdır, o halda ki, onların olması çoxlu
digər seçim variantlarını istisna etsin. Bu səbəbdən də insan inkişafı haqqında hesabatda
uzun və sağlam həyat, biliyə malik olma və layiqli həyat üçün tələb olunan resurslara
təminat kimi üç vacib göstəriciyə diqqət yetirilməsi nəzərdə tutulur.
Bu tədqiqat işi də məhz belə bir məqsədə - insan kapitalının formalaşması və inkişaf
problemləri üzrə nəzəri-metodoloji bazanın formalaşdırılmasına və bu əsasda da
tədqiqatların aparılmasına xidmət edir.