Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



11 

təhsil  vahidləri  (məsələn,  müxtəlif  ölkələrdə)  çətin  müqayisə  edilir.  Digər  yanaşma 

tələbənin müvəffəqiyyət dərəcəsini, yaxud yaşlıların vərdişini qiymətləndirən testlərin və 

sorğu  vərəqələrinin  istifadə  edilməsindən  ibarətdir.  Məsələn,  Tələbələrin  Beynəlxalq 

Qiymət  Proqramı  (the  Proqramme  for  International  Student  Assessment  (PISA))  və 

Yaşlıların  Savadlılığının  Beynəlxalq  Təftişi  (the  International  Adult  Literacy  Survey 

(IALS)). Oxşar yoxlamalar vərdişin və kompetensiyanın ancaq ayrı-ayrı aspektlərini təyin 

etməyə  imkan  verir  və  davranışın  metodikası  ilə  əlaqədar  məhdudiyyətlərdən  asılıdır 

(seçimin həcmi, baxılan sualların və əhatə edilmiş ölkələrin dairəsi). 

İnsan  kapitalı  dəyərinin  qiymətləndirilməsi  üçün,  qazanılmış  təhsildən  asılı  olaraq 

əmək  bazarında  həyat  müddətində  qarşıdakı  əmək  haqqı  barədə  məlumatları 

aqreqatlaşdırmaq  təcrübəsinə  başlanılmışdır.  Belə  yanaşma  təşkilatlarda  və  digər 

kollektiv birliklərdə formalaşan “kollektiv bilik və vərdişlərin” vacibliyini nəzərə almır. 

Qeyd  etmək  lazımdır  ki,  buna  baxmayaraq  ki,  insan  kapitalı  fərdin  xüsusiyyəti  kimi 

müəyyən  olunur,  təşkilatda  keyfiyyət  və  kəmiyyətə  görə  müxtəlif  insan  kapitallarının 

aqreqatlaşdırılması  və  kombinasiyası  fərdi  kapitalların  adi  məbləğini  keçən  təşkilat 

səviyyəsində  kompetensiyanı  yaradır,  yəni  sinergetik  effekt  olur.  Eyni  zamanda  qəbul 

edilir ki, fərdlər əsasən firma üçün spesifik insan kapitalına sahib olmadan tam renta əldə 

etmək  iqtidarında  olmur,  belə  ki,  işverən  (işə  götürən)  əslində  onların  spesifik 

vərdişlərinin vahid mümkün alıcısı kimi çıxış edir. Aqreqatlaşdırmaq xüsusi irəli çəkilmiş 

işçilərin kollektivində işin sayəsində kapitalın qarşılıqlı təsiri və artması payını nəzərə 

almağa imkan vermir. Və sonda belə yanaşma zamanı insan kapitalının aşkar olmayan, 

gizli, birmənalı olmayan formasını nəzərə almaq daha çətindir. 

Mövcud  yanaşmaların  qeyd  edilmiş  natamamlılığı,  insan  kapitalına  investisiya 

ehtiyatlarına  olan  tələbatı,  beynəlxalq  müqayisə  səviyyəsində  aydınlaşdırır.  Bu  formal 

indeksdə  əsaslandırılmış  insan  kapitalı  göstəricisinə  təşkilatda  bilik  və  vərdişlərin 

birbaşa qiymətləndirilməsinə əsaslandırılmış spesfik göstəricilər əlavə edilməlidir. 

İnsan potensialının inkişafı səviyyəsini müəyyənləşdirən əsas konponentlərdən biri 

də  həyat  səviyyəsinin  qiymətləndirilməsidir.  Həyat  səviyyəsi  cəmiyyətin  tələbatlarının 

ödənilməsi və inkişafını özündə birləşdirir. Beynəlxalq əmək təşkilatının konvensiyasının 

25-ci  maddəsinin  “sosial  siyasətin  əsas  istiqamətləri  və  normaları  haqqında”  bəndinə 

müvafiq  olaraq,  insan  özünün  və  ailəsinin  sağlamlığnı  və  firavanlılığını  qorumaq  üçün 

zəruri olan qida, paltar, mənzil, tibbi yardım və sosial xidmət də daxil olmaqla yaşayış 

səviyyəsini  təmin  etmək  hüququna  malikdir.  BMT-nin  zəmanətinə  əsasən  insanın 

sağlamlığını,  istehlak  səviyyəsini,  məşğulluğunu,  təhsilini,  mənzil  və  sosial  təminatını 

xarakterizə edən göstəricilər sistemi ilə ölçülür. 

Əhalinin  həyat  səviyyəsinin  əsas  göstəriciləri  bunlardır:  adambaşına  düşən  milli 

gəlirin həcmi, onun əhalinin qrupları və sinifləri arasında bölüşdürülməsi, nominal və real 

əmək  haqqı,  ictimai  istehlak  fondundan  güzəşt  və  ödəmələr.  Başqa  sözlə,  həyat 

səviyyəsinə insanın maddi və mənəvi tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



12 

edən göstəricilər aid edilir. Buna qida, geyim, başqa xalq tələbatı malları, mənzil şəraiti, 

işləmək və dincəlmək imkanlarının təmin edilməsi daxildir. 

Cəmiyyətin rifahının ümumiləşdirici göstəricisi kimi başqa bir mühüm kateqoriyadan 

-  həyatın  dəyəri  indeksindən  istifadə  olunur.  Lakin  bu  indeksin  aydınlaşdırılmasından 

əvvəl bir sıra anlayışlara baxaq. 

Yaşayış  minimumu  -  kasıblığın  ümumiləşdirici  göstəricisi  və  ya  şkalasıdır.  Onun 

hazırlanmasında  iki  göstərici  nəzərə  alınır:  minimum  yaşayış  büdcəsi  və  minimum 

istehlak büdcəsi.  

Minimum yaşayış büdcəsi minimum fizioloji normalar nəzərə alınmaqla hesablanmış 

limit həyat standartıdır və onu hesablamaq üçün ərzaq səbətindən istifadə edirlir. Ərzaq 

səbəti ərzaq məhsullarının minimal normaları əsasında fiziki istehlaka və zəruri kaloriliyə 

müvafiq təşkil olunur. 

Minimum  istehlak  büdcəsi  isə  istehlak  ənənəsi,  istehlakçı  bazarının  konyunkturu 

əsasında  hesablanır.  Buna  görə  də  bu  göstərici  yaşayış  səviyyəsinin  nisbətən  yüksək 

standartıdır. Adətən onların nisbətini 1:2 kimi qəbul edirlər.         

“Minimum istehlak büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 

“minimum istehlak büdcəsi cəmiyyət tərəfindən onun indiki inkişaf dövründə mümkün 

olan  minimum  səviyyə  kimi  qəbul  edilmiş  həddən  aşağı  olmayan  səviyyədə  insanın 

fizioloji  və  sosial-mədəni  tələbatının  ödənilməsini  təmin  edəcək  istehlak  mallarının  və 

xidmətlərinin dəyərini əks etdirir”.  

Minimum  istehlak  büdcəsi  istehlak  səbəti  əsasında  hesablanır.  İstehlak    səbətinin 

dəyəri minimal istehlakçı büdcəsini verir. Minimum istehlak büdcəsi -  minimal səviyyədə 

maddi  nemət  və  xidmət  istehlakını  əks  etdirir.  Deməli,  o,  ən  vacib  məhsullar  və 

xidmətlərin  toplusunu  özündə  əks  etdirməlidir.  Ən  rasional  istehlak  büdcəsi  ərzaq  - 

46,1%,  qeyri-ərzaq  -  39%,  xidmətlər  -  13,2%,  vergilər  və  ödəmələr  -  2,7%  kimi  qəbul 

olunur.  

Yaşayış  minimumu  əsasında  həyatın  dəyəri  indeksi  hesablanır.  Həyatın  dəyəri 

istehlak  qiymətləri  və  istehlak  strukturundan  asılıdır.  Bu  faktora  istehlak  tələbinin 

dəyişməsi,  bazar  konyunkturunun  vəziyyəti  və  s.  təsir  edir.  Həyatın  dəyəri  indeksinin 

qiyməti əhalinin rifah səviyyəsinə təsirini əks etdirməlidir. Bu məqsədlə, qeyd olunmuş 

həyat  səviyyəsinin  qiymətlərin  dəyişməsi  zamanı  saxlanılması  məqsədilə  zəruri  hesab 

edilən  xərclər  müqayisə  olunur.  Bu  göstəriciləri  hesablayan  zaman  əhalinin  müəyyən 

qrupunun  xərclər  strukturuna  müvafiq  istehlakçı  nemətləri  (istehlakçı  səbəti)  təyin 

olunur. Bu yığımın dəyəri cari və baza qiymətlərində hesablanır, sonra isə bu kəmiyyətlər 

müqayisə olunur: 

 

İh.d  =  YMİ/YM0 

 

Burada, YMİ və YM0, müvafiq olaraq, cari və baza ilində yaşayış minimumudur. Lakin 



nəzərə almaq lazımdır ki, belə hesablamalar həyat səviyyəsinin dəyişməsini deyil, yalnız 


Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə