Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



17 

ölkələrdə sağlamlığın vəziyyətini müəyyən edən iqtisadi və sosial faktorlara kifayət qədər 

diqqət verilmir. Belə ki, təmiz suyun, lazımi qidanın və təhlükəsiz tibbi sanitar şəraitin 

olmamağı,  eyni  ilə  gender  amilini  lazımi  dərəcədə  nəzərə  alan  tədqiqat  və 

texnologiyaların  olmamağı,  səhiyyə  üzrə  informasiyanın  və  səhiyyə  xidmətinin,  o 

cümlədən  sağlamlıq  üçün  ekoloji  və  peşə  riskləri  ilə  bağlı  xidmətlərin  göstərilməsində 

gender  amilinin  nəzərə  alınmamağı,  inkişaf  etməkdə  olan  və  inkişaf  etmiş  ölkələrin 

vətəndaşlarının həyatına mənfi təsir göstərir. İnkişaf etməkdə olan ölkələrdə yoxsulluğun 

və inkişaf səviyyəsinin aşağı olması da həmin ölkələrin vətəndaşlarına yüksək keyfiyyətli 

tibbi xidmət göstərmələrinə və bu xidmətin əhatə dairəsinin genişləndirilməsinə imkan 

vermir. Maliyyə və kadr potensialının çatışmazlığı, bəzi hallarda isə səhiyyə sisteminin 

yenidən qurulması və onların özəlləşdirilməsinə meylin artması, səhiyyə xidmətlərinin 

keyfiyyətinin aşağı düşməsinə, xidmətin azalmasına və tibbi yardıma xüsusi ehtiyacı olan 

insanların sağlamlığına diqqətin azalmasına səbəb olur.   

Qeyd edək ki, gözlənilən ömür müddəti indeksinin hesablanması və ölkələr arasında 

müqayisəli  təhlillərin  aparılması  nəticəsində  bu  istiqamətdə  (tibbi  xidmət  sahəsində) 

olan problemlərin aşkarlanaraq aradan qaldırılmasına imkan yaradır.  

Bu zaman aşağıdakı göstəricilər müəyyənləşdirilməlidir:  

-

 

BMT İP tərəfindən müəyyən edilmiş yüksək həddə olan ömür müddəti, il 



-

 

BMT İP tərəfindən müəyyən edilmiş ən aşağı həddə olan ömür müddəti, il 



-

 

Tədqiq olunan ölkədə orta ömür müddəti, il 



Qeyd edilən göstəricilər müəyyənləşdikdən sonra aşağıdakı düsturun köməkliyi ilə 

gözlənilən ömür müddəti indeksi  hesablanır. 

 

 

 



Bu indeks hesablandıqdan sonra, dünya dövlətləri sırasında tədqiq olunan ölkənin 

ömür müddətinə görə inkişaf səviyyəsi müəyyənləşdirilir. 

Yaşlı  əhalinin  təhsil  səviyyəsi.  Təhsilin  insanların  səlahiyyətlərinin  genişləndiril-

məsini  təmin  edən  ən  qiymətli  vasitələrdən  biri  olması  getdikcə  daha  çox  dərk  edilir. 

BMT-nin İnsan İnkişafına dair hesabatlarında da qeyd edildiyi kimi, bütün regionlarda hər 

bir vətəndaşın təhsil alması üçün, o cümlədən yerli icmalarda imkansız və təcrid olunmuş 

qruplardan  olan  insanların  maarifləndirilməsi  sahəsində  alternativ  təhsil  və  təlim 

sistemləri yaradılmışdır ki, bu da onların təhsilin bütün sahələrində, o cümlədən qeyri-

ənənəvi  sahələrdə  məşğul  olmalarına,  təhsil  və  təlim  sistemində  öz  potensiallarının 

inkişaf etdirmələrinə  təkan verir.   

Təhsil  səviyyəsi  indeksi  iki  mərhələdə  müəyyən  edilir.  Birinci  mərhələdə  əhalinin 

savadlılıq  səviyyəsi  (məktəbəqədər  tərbiyə,  ibtidai,  orta,  ümumtəhsil  məktəblərində 

təhsil alma faizi) qiymətləndirilir. Belə ki, bu mərhələdə ümumi əhalinin sayında oxuyub 

yaza bilən şəxslərin xüsusi çəkisi müəyyən edilir. 



İndeks = 

Faktiki qiymət -  minimal qiymət 

Maksimal qiymət – minimal qiymət 


   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



18 

Təhsilin ilk başlanğıcında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə 

və  məktəbəqədər  uşaq  tərbiyə  müəssisələrində  həyata  keçirilir.  Məktəbəqədər  tərbiyə 

müəssisələrində  uşaqlar  ailə  ilə  sıx  əməkdaşlıq  şəraitində  tərbiyə  olunurlar.  Dövlət 

körpələrin  tərbiyəsi,  sosial  müdafiəsi  üçün  maliyyə  və  maddi  yardım  göstərilməsinə 

təminat verir. 

Məktəbəqədər  tərbiyə  müəssisələrinə  körpə  evləri,  körpə  evləri-bağçalar,  uşaq 

bağçaları,  ailə-bağçalar,  məktəb-bağçalar,  bağça-internatlar,  uşaq  evləri,  ahıl  evləri 

yanında  uşaq  evləri-internatlar,  əqli  və  fiziki  cəhətdən  qüsurlu  uşaqlar  üçün 

məktəbəqədər tərbiyə müəssisələri və s. daxildir. Məktəbəqədər tərbiyə müəssisələrinə 

uşaqlar  valideynlərin  (və  ya  onları  əvəz  edənlərin)  arzusu  ilə  qəbul  olunurlar.  Qeyri-

dövlət  məktəbəqədər  tərbiyə  müəssisəsi  ilə  valideynlər  (yaxud  onları  əvəz  edənlər) 

arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənir. 

Ümumi  təhsil  üç  pillədən  ibarətdir:  ibtidai  təhsil  (I-IVsiniflər);  əsas  təhsil  (V-VIII 

siniflər); orta təhsil (IX-XI siniflər). Üçüncü pilləni başa vuranlar tam orta ümumi təhsil 

alırlar. İbtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər. 

İbtidai təhsil 6 yaşdan başlayır. 

14  yaşı  bitmiş  şagirdlər  məktəb  nizamnaməsinə  əsasən  məktəbdən  çıxarıla  bilər. 

Yetim  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlar  qəyyumluq  və  himayə 

orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər. 

İbtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta 

sıxlığı,  maddi-texniki  baza  imkan  verdikcə,  20  nəfər  müəyyən  edilir.  Siniflərin  iki  yerə 

bölünməsi müvafiq normativ sənədlə tənzim olunur. 

Kənd yerlərində, zəruri hallarda, ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca 

siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər yerli 

təhsil orqanlarının qərarı ilə açılır. 

Əsas təhsil məcburidir. Əsas təhsili başa vurmuş şagirdlər öz təhsillərini ümumtəhsil 

məktəblərinin  orta  təhsil  pilləsində,  incəsənət  məktəblərində,  peşə  məktəblərində  və 

peşə litseylərində davam etdirirlər. 

Ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət-riyaziyyat və 

humanitar təmayüllər üzrə aparılır. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri 

açılır. 


Orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta 

sıxlığı 15 nəfər müəyyən edilir. Xarici dil dərslərində, habelə təlim qeyri-dillərdə aparılan 

siniflərdə azərbaycan dili dərslərində, ixtisas siniflərində, bədən tərbiyəsi və əmək təlimi 

dərslərində siniflər iki yerə bölünür. 

Xüsusi istedadı olan şagirdlər üçün ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) 

pilləsindən başqa ixtisaslaşdırılmış fənn məktəbləri, gimnaziyalar, liseylər və digər təlim-

tərbiyə ocaqları yaradılır. Ayrı-ayrı fənn məktəbləri müvafiq ali məktəblərin nəzdində də 

fəaliyyət göstərə bilər. 




Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə