Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



13 

qiymətlərin  bu  səviyyəyə  təsirini  əks  etdirir.  Belə  bir  nəticəyə  gələ  bilərik  ki,  həyatın 

dəyəri  indeksi  yaşayış  minimumuna  daxil  olan  məhsulların  qiymətlər  indeksini  əks 

etdirir. 

Əhalinin  mal  və  xidmətlər  ilə  istehlak  səviyyəsi,  maddi  tələbatı  ödəmə  imkanları, 

ömrün  uzunluğu,  ətraf  aləmin  vəziyyəti  və  s.  həyatın  keyfiyyəti  kimi  qiymətləndirilir. 

Qeyd etmək lazımdır ki, bu anlayışların bir çoxunu kəmiyyətcə ölçmək mümkün deyil. Bu 

isə əhalinin həyat keyfiyyətinin təyin edilməsi prosesini çətinləşdirir. 

Həyatın  keyfiyyəti  səviyyəsi  cəmiyyətin  sosial-iqtisadi  vəziyyətindən  asılı  olaraq 

dəyişir və insanın inkişafı konsepsiyası ilə sıx əlaqədədir. Yaşayış minimumunun həcmi 

insanın  həyat  fəaliyyətinin  saxlanması  üçün  lazım  olan  qida  məhsullarının  natural 

toplusunun dəyər qymətləndirilməsini, həmçinin qeyri-ərzaq malları və xidmətlərə, vergi 

və məcburi ödəmələrə xərcləri özündə əks etdirir. 

Goründüyü  kimi  insan  potensialının  inkişafı  sosial  tərəqqi  tendensiyalarını  təhlil 

etməklə cəmiyyətdə hər bir fərdin vəziyyətinin müxtəlif indikatorlar vasitəsilə çoxcəhətli 

dəyərləndirilməsinə əsaslanır. Digər inkişaf problemlərindən fərqli olaraq, İPİ problemi 

insan həyatının təkcə iqtisadi tərəflərini yox, eyni zamanda, onun sosial aspektlərini də 

(təhsil, səhiyyə, ekologiya, demoqrafiya mədəniyyət, ailə, məişət və s.) əhatə edir. İnsan 

inkişafı ictimai həyatın bütün sahələrində fərdin inkişaf imkanlarının genişləndirilməsi 

prosesinin əsas istiqamətlərinin göstəricisidir. Daha dəqiq desək İPİ-nin mahiyyəti hər 

bir insanın fərdi qabiliyyətinin həyata keçirilməsi üçün əlverişli sosial, iqtisadi və ekoloji 

şəraitin yaradılmasından ibarətdir. 

Bəzi  alimlər  haqlı  olaraq  hazırkı  şəraitdə  ictimai  tərəqqinin  vəziyyətini  -  iqtisadi 

inkişafla  yanaşı  insanların  cəmiyyətdəki  vəziyyətilə,  o  cümlədən  onların  sağlamlıq, 

uzunömürlülük  və  dünya  görüşü  səviyyəsi,  mənəvi-psixoloji  vəziyyəti  ilə  müəyyən-

ləşdirilməsini irəli sürürlər. Məsələn, S.D.Valenteyə görə iqtisadiyyatdakı nailiyyətlərin 

əsas  ölçüsü  istehsal  və  istehlakın  həcmi  ilə  deyil,  adamların  mənəvi  dünya  görüşünün 

səviyyəsi, insanların fiziki və psixoloji sağlamlıq vəziyyəti ilə də şərtlənir. 

Əvvəlki dövrlərlə müqayisədə informasiya cəmiyyətində fərdlərin davranış motivləri 

dəyişir. Hazırki qloballaşma prosesində insan amilinin rolu daha da yüksəlir. 

Məlumdur  ki,  hazırda  cəmiyyətin  bütün  sahələrində  informasiya  texnologiyasının 

genişlənməsi  mühüm  rol  oynayır.  Lakin  mövcud  informasiya  texnologiyasının  hansı 

istiqamətdə  (xeyir  və  şərə,  tərəqqi  və  tənəzzülə,  sülh  və  müharibəyə)  xidmət  etməsi 

bilavasitə  insanlardan  asılıdır.  Mürəkkəb  informasiya  cəmiyyətində  həyat  fəaliyyətinin 

bütün sahələrində kiminsə iradəsini yerinə yetirən sadə icraçı əvəzinə təbiətlə cəmiyyətin 

tarazlığı  kontekstində  insan  inkişafının  qlobal  mahiyyətini  dərk  edərək,  cəmiyyətin 

ümumi tərəqqisinə çalışan mənəvi-psixoloji cəhətdən yetkin, geniş dünya görüşünə malik 

şəxsiyyətlərin olması daha zəruridir. Bu inkişafa xidmət edən faktorlardan biri də mənəvi-

psixoloji  amillərin  formalaşmasıdır.  Xüsusi  metodoloji  prinsip  kimi  dövlət  idarəçiliyi 

praktikasına yönəlmiş insan inkişafı keçən əsrin 90-cı illərində bir çox ölkələriin və BMT-

nin diqqət obyektinə çevrilmişdir. Bu məqsədlə BMT-nin təşəbbüsü və dəstəyi ilə 1990-



   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



14 

cı  ildən  başlayaraq əksər  ölkələrdə  (Azərbaycanda  1995-ci  ildən)  hər  il  “İnsan  inkişafı 

haqqında  hesabat”  adlı  toplu  nəşr  edilir.  Əvvəllər  bu  hesabatda  hər  hansı  bir  ölkənin 

iqtisadi vəziyyətini xarakterizə edən adambaşına düşən orta illik gəlirin miqdarı insan 

potensialının inkişaf indeksi kimi ənənəvi kəmiyyət göstəricilərindən istifadə olunurdu. 

Keçən  əsrin  90-cı  illərinin  sonuna  yaxın  isə  BMT  ekspertlərinin  təklifi  ilə  insan 

inkişafının  göstəriciləri  kimi  daha  geniş  kriteriyalar  irəli  sürməyə  başladı.  BMT 

ekspertlərinin  irəli  sürdüyü  bu  kriteriyalar:  gözlənilən  orta  ömür,  əhalinin  savadlılıq 

dərəcəsi  (milli  təhlükəsizlik  dedikdə  -  burada  sağlamlıq,  uzunömürlülük,  insan 

ləyaqətinin qorunması problemləri nəzərdə tutulur) və s. əhatə edirdi. 

Sözün geniş mənasında beynəlxalq ekspertlərin fikrincə, bu göstəricilər insan nəs-

linin təkrar istehsalı və insanın həyat fəaliyyətinin təhlükəsizliyini təmin edən fiziki və 

ruhi  sağlamlığı,  bilik  və  ixtisas  səviyyəsini,  cəmiyyətin  sosial  strukturuna  adaptasiyası, 

mədəni dəyərlər yönümünü, mənəvi-psixoloji vəziyyəti əhatə edir. 

Artıq XX əsrin sonunda insan inkişafı metodologiyası dəyişikliyə uğrayaraq “insanlar 

iqtisadiyyatın  inkişafına  yox,  iqtisadiyyat  insanların  inkişafına  xidmət  etməlidir” 

prinsipinə  əsaslanmağa  başladı.  Bu  prinsip  onunla  izah  olunur  ki,  müasir  iqtisadiyyatı 

inkişaf  etdirmək  üçün  azad,  sağlam  düşüncəli,  müəyyən  intellektual  səviyyəyə  malik 

insanlar  lazımdır.  Bu  baxımdan  müəyyən  ölkələrin  insan  inkişafı  hesabatları 

hazırlanarkən sosial-demoqrafik statistikanın vahid sistemi yaradılmışdır. Məsələn, rus 

alimlərindən  S.D.Valentiyev  və  L.İ.Nesterovun  məlumatına  görə  bu  sistem  insan 

inkişafının müxtəlif aspektlərini əhatə edən 12 məlumat blokundan ibarətdir: 

1.

 

Demoqrafik xarakteristikası; 



2.

 

Ətraf mühit, urbanizasiya və mənzil-məişət şəraiti



3.

 

Sağlamlıq və qidalanma (içməli su təminatı); 



4.

 

Təhsil; 



5.

 

İqtisadi fəallıq; 



6.

 

Sosial qruplar və əhalinin təşkil olunma səviyyəsi



7.

 

Sosial təminat; 



8.

 

Mədəniyyət və dostluq



9.

 

Vaxtdan səmərəli istifadə



10.

 

İctimai qaydalar və təhlükəsizlik; 



11.

 

 Sosial münasibətlər



12.

 

 Siyasi fəaliyyət. 



İnsan  inkişafının  müxtəlif  aspektləpini  əhatə  edən,  yuxarıda  göstərilən  bloklar 

insanın həyat və fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir. 

İnsanın  həyat  fəaliyyəti  prosesinin  idarə  edilməsi  problemi  insan  potensialının 

qorunması  və  inkişafı  sahəsində  qlobal  siyasətin  qarşısında  duran  əsas  vəzifələrdən 

biridir. Bu informasiya əsrində təbiət-cəmiyyət münasibətlərini dərindən anlamaq üçün 

yeni həlledici metodoloji prinsiplərdən birinə çevrilməkdədir.  




Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə