Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



21 

üzrə  fəaliyyətə  başlayırlar.  Kadr  potensialı  və  maddi-texniki  bazası  imkan  verən  bəzi 

universitetlər və akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə 

magistr dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş 

etdirmiş  məzunlar  ixtisaslaşdırılmış  elmi  şuranın  qərarı  ilə  üçüncü  pillədə 

doktoranturada  saxlanmağa  məsləhət  görülür,  müvafiq  imtahanlar  verdikdən  sonra 

doktoranturada  araşdırmalarını  davam  etdirirlər.  Ancaq  doktoranturanı  başa  vurub 

ixtisaslaşdırılmış  elmi  şurada  doktorluq  dissertasiyası  müdafiə  etmiş  və  doktor  elmi 

dərəcəsi  almış  yüksək  ixtisaslı  mütəxəssislər  ali  məktəblərin  magistratura  pilləsində 

fəaliyyət  göstərə  bilərlər.  Doktorlar  həmçinin  elmi-tədqiqat  mərkəzlərində  və 

institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində və başqa sahələrdə fəaliyyət 

göstərirlər. 

Əhalinin  təhsil  keyfiyyəti  səviyyəsini  müəyyən  etmək  üçün  təhsilin  bütün  pillələri 

üzrə,  yəni  məktəbəqədər  tərbiyə,  ibtidai,  orta,  ümumtəhsil,  peşə,  orta  ixtisas  və  ali 

məktəblərdə  təhsil  səviyyəsi  müəyyənləşdirilir.  Qeyd  etmək  lazımdır  ki,  hər  bir  tarixi 

mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin 

düzgün  qiymətləndirilməsindən  asılı  olmuşdur.  Bütün  dövrlərdə  cəmiyyətin  tələbatı 

təhsilin inkişafını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təhsil sistemi qarşısında həlli 

vacib daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı informasiya 

cəmiyyətinin  sosial-iqtisadi  fəaliyyət  sahələrində  rəqabətin  gücləndiyi,  habelə  zaman 

ötdükcə təbii resursların azaldığı müasir dövrdə təhsilin rolu artmaqdadır. Təsadüfi deyil 

ki, BMT XXI əsri “təhsil əsri” elan etmişdir. Qətiyyətlə demək olar ki, yüksək intellektə 

malik insan kapitalının formalaşmasında, insan potensialının inkişafına zəmin yaradan 

güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu indiki qədər heç vaxt 

aktual olmamışdır.  

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə 

müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas 

göstəricisi  deyil,  başlıcası,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan  insan 

kapitalına çevrilməsini təmin etməkdir. Bu, hazırkı mərhələdə təhsil sisteminin ən zəruri 

vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları 

maddi  resurslardan  daha  çox  təhsil  sisteminin  yetişdirdiyi  insan  kapitalından  böyük 

gəlirlər əldə etmişlər. Təhlillər sübut edir ki, bu ölkələrdə inkişafa təsir göstərən amillər 

içərisində təhsilin çəkisi hiss olunacaq dərəcədə yüksəkdir və təxminən 70 faiz təşkil edir.   

İntellektual  mülkiyyətin  maddi  mülkiyyətdən  üstünlüyü  ondan  ibarətdir  ki,  xər-

cləndikcə  çoxalır.  Bəşəriyyətin  minillik  tarixi  sübut  edir  ki,  intellektual  sərvət  maddi 

sərvətdən  qiymətlidir.  İntellektual  sərvət  məhsuldar  qüvvəyə  çevrildikcə  cəmiyyəti  və 

insanları tərəqqiyə aparır. 

Texnoloji  nailiyyətlər  indeksi  (TNİ):  Məlumdur  ki,  hazırda  cəmiyyətin  bütün 

sahələrində informasiya texnologiyasının genişlənməsi mühüm rol oynayır.  

TNİ aşağıdakı dörd komponentə əsaslanır: 



   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



22 

Müasir texnologiyaların yaradılması - müasir texnologiyaların yaradılması indeksi 

aşağıdakı  göstəricilərdən  asılıdır:  hər  sakinə  düşən  patent  sayı,  müəlliflik  və  lisenziya 

ödənişləri.  

Müasir  texnologiyaların  yayılması  -  müasir  texnologiyaların  yayılması  indeksinə 

təsir  göstərən  amillərə  mobil  rabitədən  və  internet  xidmətlərindən  geniş  istifadə  və 

həmçinin, idxalda yeni və orta səviyyəli texnologiya məhsullarının alınması daxildir. 

Ənənəvi texnologiyaların yayılması - ölkədə mövcud olan ənənəvi sahələrin inkişaf 

etdirilməsi üçün bu texnologiyaların yayılmasından və davam etdirilməsindən bəhs edir. 



Peşə bacarıqları - peşə bacarıqları indeksi, texnoloji nailiyyətlər, insan potensialının 

dəyərləndirilməsinə imkan yaratdığı üçün, TNİ-nin ən vacib komponentlərindən biridir. 

Bu vacib göstərici orta təhsil alma müddətindən və universitet səviyyəsində tədrisə cəlb 

olunmuş əhalinin faizinə əsaslanır.  

Beləliklə, insan potensialının inkişafında təhsil indeksini müəyyən etmək üçün bilik, 

yaşlı əhalinin savadlılıq səviyyəsi (

2

/

3



 əmsalı çəki ilə) və üçüncü pillənin ibtidai orta və 

təhsil ocaqlarında təhsil alanların ümumi kontingenti (

1

/

3



 əmsallı çəki ilə) ölçülür. 

Qeyd  etdiyimiz  bu  hesablamanı  aydınlaşdırmaq  üçün  isə  hər  bir  göstərici  üçün 

istifadə olunan minimum və maksimum qiymətlər müəyyənləşdirilir. Buradan, indeksləri 

aşağıdakı  cədvəldəki  rəqəmlərdən  istifadə  edərək  müəyyənləşdirilmiş  formul  üzrə 

hesablamaq olar: 

Cədvəl 2 

İndeksin hesablanmasında istifadə edilən maksimal və minimal qiymət 

 

Göstərici 

Maksimum 

qiymət 

Minimum 

qiymət 

Yaşlı əhalinin savadlılıq səviyyəsi (%-lə) 

100 



Təhsil alanların ümumi kontingenti (%-lə) 



100 

 



 

 

Bu formul aşağıdakı kimidir: 



 

İndeks = 

Faktiki qiymət -  minimal qiymət 

Maksimal qiymət – minimal qiymət 

 

ÜDM hesablanması   

İPİİ - uzun və sağlam həyat və bilik göstəricilərindən əlavə insan inkişafına təsir edən 

əsas göstəricilərdən biri də adambaşına düşən ÜDM-dir. İnsan potensialının inkişafında 

Ümumi  Daxili  Məhsulun  alıcılıq  pariteti  əsasında  hər  nəfərə  düşən  həddi  ilə  müəyyən 

edilir  və  aparılan  qiymətləndirmə  indeksi  isə  aşağıdakı  düsturun  köməkliyi  ilə  həyata 

keçirilir. 



ÜDM indeksi = 

Loqx - Loq 100 

Loq40000 - Loq100 

 

Burada x - tədqiq olunan ölkədə hər nəfərə düşən ÜDM-in AQP əsasında qiymətidir. 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



23 

Bu  gəlir  indeksi  bir  növ  həyat  səviyyəsi  göstəricisini  əvəz  edir.  Həyat  səviyyəsi 

cəmiyyətdə yaşayan adamların tələbatlarının ödənilməsi və inkişafını özündə birləşdirir.  

Rasional  istehlak  büdcəsi  qida  məhsulları  istehlakının  elmi  cəhətdən  əsaslan-

dırılmış normaları, ailənin geyim və ayaqqabı, ev əşyaları, dava-dərmanla, mədəni-məişət 

və təsərrüfatda işlənən predmetlər ilə təmin olunması əsasında formalaşır. 

Minimal istehlak büdcəsi – bu yaşlıların həyat fəaliyyəti, uşaqların artım və inkişafı, 

ahıl  yaşda  sağlamlığın  saxlanılması,  həmçinin  digər  ən  lazımi  tələbatların  təmin 

olunmasına xərclərin örtülməsi üçün orqanizmin enerji sərfini örtən istehlakın fizioloji 

norması  çərçivəsində  insanın  qidalanmaya  tələbatını  ödəməyə  imkan  verən  gəlir 

səviyyəsidir. 

Minimal  istehlak  büdcəsi  cinsdən,  yaşdan  və  yaşama  zonasından  asılı  olaraq 

qiymətləndirilir. Minimum istehlak büdcəsinin həcmi, periodik olaraq, istehlak səbətinin 

qiyməti və dəyəri dinamikasının nəzərə alınması ilə yenidən baxılır.  

Yuxarıda qeyd olunan amilləri nəzərə alaraq, respublika əhalisinin minimal istehlak 

büdcəsinin strukturuna daxil olan əsas məsrəflər aşağıdakı ardıcıllıqla hesablanmışdır. 

 

Qidalanma  

Qidalanma  ilə  bağlı  xərclər  Azərbaycan  Dövlət  Tibb  Universitetinin  “Qidalanma 

gigiyenası və kommunal gigiyena” kafedrası tərəfindən əhalinin müxtəlif yaş-cins və peşə 

qrupları  üzrə  enerji  məsrəflərinə  müvafiq  olaraq  işlənib  hazırlanmış  minimal  qida 

məhsulları  dəsti  əsasında  müəyyən  edilmişdir.  Bu    zaman  respublika  əhalisinin  qida 

məhsullarından  faktiki  istifadə  etməsinin  dinamikası  və  əhalinin  qidalanmasının  milli 

xüsusiyyətləri nəzərə alınmışdır. 

Minimal qida məhsulları dəstinə qida rasionunun kalorilik dərəcəsini praktiki olaraq 

təmin edən, kimyəvi tərkib baxımından həm kəmiyyət, həm də keyfiyyətcə tam dəyərli 

sayılan  bütün  zəruri  qida  məhsulları  nəzərdə  tutulmuşdur.  Bu  qayda  ilə  tərtib  edilən 

sutkalıq qida rasionuna daxil olan məhsulların kalorilik dərəcəsi adambaşına gündə 2607 

kaloriyə bərabər olmalıdır. Onu da qeyd etmək lazımdır ki, kimyəvi tərkibi nəzərə alınan 

zaman  yağların,  zülalların  və  karbohidrogenlərin  tərkib  nisbəti  müvafiq  olaraq  1:1:4 

nisbəti  saxlanılır.  Həmçinin  minimal  kalori  müəyyən  edilən  zaman  əmək  fəaliyyətinin 

növünə görə fərqlənir.  

 

Qeyri-ərzaq məhsulları  

Qeyri-ərzaq məhsullarının alınmasına çəkilən xərclər öz xüsusi çəkisinə görə 3 yerə 

ayrılır. Buraya paltar, yataq ləvazimatı, ayaqqabı, sanitariya-gigiyena predmetləri, mebel, 

qab-qacaq və mədəni mallar aiddir. 

 

Xidmətlər 

Xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclərdə MİB-in strukturunda mühüm yer 

tutur. Bu xərclər əhalinin müxtəlif cins-yaş qrupları üzrə mənzil-məişət təsərrüfatlarının 

və  mədəniyyət  obyektlərinin  xidmətlərinə,  rabitə,  nəqliyyat  və  istirahət  obyektlərinin 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



24 

xidmətlərinə,  məktəbəqədər  uşaq  müəssisələrinin  xidmətlərinə  minimal  zəruri  tələbat 

əsasında  müəyyən  edilmişdir.  Müxtəlif  xidmət  növlərinə  əhalinin  tələbatını  öyrənmək 

üçün aparılmış sosioloji tədqiqatların nəticələri və respublika üçün səciyyəvi olan milli 

ənənələrin xüsusiyyətləri nəzərə alınmalıdır. 

 

Yoxsulluq səviyyəsi  

İnsan potensialının inkişafına təsir edən amillərdən biri də yoxsulluq indeksidir

Yoxsulluq  istənilən  ölkənin  rast  gəldiyi,  sosial-iqtisadi  inkişaf  səviyyəsindən  asılı 

olaraq müxtəlif cür təzahür edən bir problemdir. Yoxsulluq ölkədə orta gəlir və istehlak 

səviyyəsindən, həmçinin gəlir və istehlakın paylanmasından asılıdır. Konkret cəmiyyətdə 

heç  olmazsa  bir  vətəndaşın  həmin  cəmiyyətin  standartlarına  uyğun  qəbul  olunmuş 

minimumdan aşağı səviyyədə yaşadığı təqdirdə yoxsulluqdan danışmaq olar. 

Yoxsulluğun  sərhədlərinin  müəyyənləşdirilməsi  üçün  onu  qiymətləndirən 

göstəricilər  sistemi  müəyyənləşdirilməlidir.  Adətən  pul  göstəricilərindən,  yəni  gəlir  və 

istehlak  göstəricilərindən  istifadə  edilir.  Yoxsulluğun  qiymətləndirilməsi  üçün  istehlak 

göstəricilərinə  üstünlük  vermək  məqsədəuyğun  hesab  olunur  və  aşağıdakı  amillərlə 

bağlıdır: 

1.

 

gəlirdən  fərqli  olaraq  istehlak  nəticə  göstəricisidir.  Başqa  sözlə  desək,  gəlir 



istehlakı təmin edən elementlərdən biridir, çünki istehlak üçün əldəetmə imkanı, 

məhsulun varlığı və s. amillər də vacibdir; 

2.

 

istehlak həyat səviyyəsinin və imkanların faktiki standartlarını əks etdirir. Bütün 



bu göstəricilərə uyğun verilənlər toplanır və təsnifatlaşdırılır. 

Ümumiyyətlə,  yoxsulluğu  mütləq  və  nisbi  təyin  edirlər.  Birinci  halda  o,  müəyyən 

məhsul və xidmətlərin əldə olunmasına çəkilən xərclərin həcmi ilə təyin olunur. Mütləq 

yoxsulluq aşağıdakı kimi təsnifatlaşdırılır: 

3.

 

yaşayış minimumundan aşağı gəlirli əhalinin sayı; 



4.

 

yoxsulluq əmsalı – yoxsul əhalinin ümumi əhaliyə nisbəti; 



5.

 

yoxsulluq  həddindən  aşağıda  yaşayan  əhalinin  adambaşına  nominal  və  real 



gəlirləri, gəlirlərin median qiyməti; 

6.

 



orta qiymətin yarısından aşağı olan əhali; 

7.

 



aztəminatlı ailələrdə adambaşına nominal və real gəlirlərin dəyişmə indeksi;  

8.

 



mənfi artım olan ev təsərrüfatlarının sayı, nisbi ölçüsü; 

9.

 



gəlirlərin və yaşayış minimumunun nisbəti; 

Bütün  bu  göstəricilər  ölkədə  yoxsulluğun  sərhədlərini,  dərinliyini  və  kəskinliyini 

təyin  etməyə  imkan  verir.  Yaşayış  minimumundan  əlavə  beynəlxalq  standartlara  görə 

yoxsulluq həddini gün ərzində gəlirin $1.07 və $2.15 məbləği kimi təyin edirlər. 

Mütləq təyindən əlavə yoxsulluğu nisbi də təyin etmək mümkündür. Bu metodla təyin 

olunan həddi cəmiyyətin digər üzvlərinin gəlir və istehlak səviyyələri arasındakı nisbət 

kimi  təyin  etməliyik.  Ümumiyyətlə,  yoxsulluq  həddinin  təyini  dövlətin  apardığı 

siyasətdən asılıdır. 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



25 

Qeyd etməliyik ki, nisbi və mütləq təyin olunmasına baxmayaraq, yoxsulluq statistik 

anlayışdır.  Dinamik  nöqteyi-nəzərindən  isə  həyat  səviyyəsi  aşağı  düşən  əhalini 

kasıblaşan,  yüksələn  əhalini  isə  varlılaşan  əhaliyə  aid  etməliyik.  Başqa  sözlə  desək, 

dinamikada  əhali  qrupları  öz  maddi  vəziyyətlərinin  dəyişməsi  istiqamətinə  görə 

təsnifatlaşdırılır. Beləliklə, əsasən əhalinin varlaşan, yoxsullaşan və öz vəziyyətini sabit 

saxlayan qruplarını ayırd etməliyik. Bundan əlavə, varlaşma və yoxsullaşma tempinə görə 

də  əhali  qruplaşdırıla  bilər  ki,  bu  da  dövləti  yoxsulluqla  mübarizə  zəminində  hansı 

təbəqənin müdafiəyə daha çox ehtiyacı olduğunu ayırd etməyə və resurslardan rasional 

şəkildə istifadə etməyə imkan yaradır. 

Müəyyən  ölkədə  şəraitin  qiymətləndirilməsi  üçün  yoxsulluğun  profili  də 

müəyyənləşdirilməlidir.  Yoxsulluğun  profili  –  müxtəlif  qrupların  yoxsulluqlarının 

xarakteristikalarını əks etdirir. Qrupları coğrafi vəziyyət, yaş və s. kriteriyalar vasitəsilə 

təyin etmək olar. 

Yoxsulluğun profilinin təyini zamanı aşağıdakı istiqamətlərdə tədqiqatın aparılması 

daha məqsədəuyğundur: 

1)  ev təsərrüfatı qruplarının yoxsulluq göstəriciləri; 

2)  yoxsulluq göstəricisində müxtəlif ev təsərrüfatı qruplarının payı – ölkənin yox-

sulluq göstəricisində müxtəlif ev təsərrüfatlarının payını əks etdirir; 

3)  nisbi risk – bu risk verilən qrupun digərinə nisbətdə yoxsul olma ehtimalını əks 

etdirir.  

Yoxsulluğun  qiymətləndirilməsi  işlərində  əhali  arasında  yoxsul  əhalinin  payı, 

yoxsulluğun dərinliyi və kəskinliyi hesablanır. 

Bütün  bu  göstəricilər  ölkədə  yoxsulluğun  sərhədlərini,  dərinliyini  və  kəskinliyini 

təyin etməyə imkan verir.  

Bütün bu göstəricilərin ümumiləşdirilməsi olan insan potensialının inkişafı indeksi 

isə gözlənilən ömür müddəti indeksi, təhsil indeksi və ÜDM-in (alıcılıq qabiliyyəti pariteti 

əsasında) indeksinin cəminin orta həddi ilə müəyyənləşdirilir:  



 

İ

İPİİ



İ

GÖM



T



ÜDM 

 

Burada  



İ

İPİİ 


- insan potensialının inkişafı indeksi; 

İ

GÖM 



- gözlənilən ömür müddəti indeksi

İ



təhsil indeksi

İ

ÜDM 



- ÜDM-in (alıcılıq qabiliyyəti pariteti əsasında) indeksidir. 

Ümumiyyətlə, qeyd olunan bu göstəricilərin təhlili ölkədə insan potensialının inkişafı 

səviyyəsinin  qiymətləndirilməsinə  və  bu  sahədə  olan  problemlərin  həlli  istiqamətində 

müəyyən fikirlərin söylənilməsinə imkan verir.  



 


   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



 

25

Qeyd etməliyik ki, nisbi və mütləq təyin olunmasına baxmayaraq, yoxsulluq statistik

anlayışdır.  Dinamik  nöqteyi‐nəzərindən  isə  həyat  səviyyəsi  aşağı  düşən  əhalini

kasıblaşan,  yüksələn  əhalini  isə  varlılaşan  əhaliyə  aid  etməliyik.  Başqa  sözlə  desək,

dinamikada  əhali  qrupları  öz  maddi  vəziyyətlərinin  dəyişməsi  istiqamətinə  görə

təsnifatlaşdırılır. Beləliklə, əsasən əhalinin varlaşan, yoxsullaşan və öz vəziyyətini sabit

saxlayan qruplarını ayırd etməliyik. Bundan əlavə, varlaşma və yoxsullaşma tempinə görə

də  əhali  qruplaşdırıla  bilər  ki,  bu  da  dövləti  yoxsulluqla  mübarizə  zəminində  hansı

təbəqənin müdafiəyə daha çox ehtiyacı olduğunu ayırd etməyə və resurslardan rasional

şəkildə istifadə etməyə imkan yaradır.

Müəyyən  ölkədə  şəraitin  qiymətləndirilməsi  üçün  yoxsulluğun  profili  də

müəyyənləşdirilməlidir.  Yoxsulluğun  profili  –  müxtəlif  qrupların  yoxsulluqlarının

xarakteristikalarını əks etdirir. Qrupları coğrafi vəziyyət, yaş və s. kriteriyalar vasitəsilə

təyin etmək olar.

Yoxsulluğun profilinin təyini zamanı aşağıdakı istiqamətlərdə tədqiqatın aparılması

daha məqsədəuyğundur:

1)  ev təsərrüfatı qruplarının yoxsulluq göstəriciləri;

2)  yoxsulluq göstəricisində müxtəlif ev təsərrüfatı qruplarının payı – ölkənin yox‐

sulluq göstəricisində müxtəlif ev təsərrüfatlarının payını əks etdirir;

3)  nisbi risk – bu risk verilən qrupun digərinə nisbətdə yoxsul olma ehtimalını əks

etdirir.

Yoxsulluğun  qiymətləndirilməsi  işlərində  əhali  arasında  yoxsul  əhalinin  payı,

yoxsulluğun dərinliyi və kəskinliyi hesablanır.

Bütün  bu  göstəricilər  ölkədə  yoxsulluğun  sərhədlərini,  dərinliyini  və  kəskinliyini

təyin etməyə imkan verir.

Bütün bu göstəricilərin ümumiləşdirilməsi olan insan potensialının inkişafı indeksi

isə gözlənilən ömür müddəti indeksi, təhsil indeksi və ÜDM‐in (alıcılıq qabiliyyəti pariteti

əsasında) indeksinin cəminin orta həddi ilə müəyyənləşdirilir:

İ

İPİİ

=

İ

GÖM



T



ÜDM

3

Burada


İ

İPİİ


‐ insan potensialının inkişafı indeksi;

İ

GÖM



‐ gözlənilən ömür müddəti indeksi;

İ

T



‐ təhsil indeksi;

İ

ÜDM



‐ ÜDM‐in (alıcılıq qabiliyyəti pariteti əsasında) indeksidir.

Ümumiyyətlə, qeyd olunan bu göstəricilərin təhlili ölkədə insan potensialının inkişafı

səviyyəsinin  qiymətləndirilməsinə  və  bu  sahədə  olan  problemlərin  həlli  istiqamətində

müəyyən fikirlərin söylənilməsinə imkan verir.







Çapa imzalanıb: 21.12.2017

Formatı 60x84 1/8. Ofset çap üsulu.



Tirajı 500 nüsxə

“Çap ART” Nəşriyyatının mətbəəsi.

Bakı, Ə.Hüseyinzadə 55. Tel. 595 04 92

Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə