Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
1   2   3   4   5   6   7   8   9   10

   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



15 

İPİ  həm  milli,  həm  də  beynəlxalq  cəhətləri  özündə  birləşdirir.  Belə  ki,  ayrı-ayrı 

ölkələrdə  insan  potensialının  inkişafı  üçün  müvafiq  şəraitin  təmin  edilməsi,  sosial 

tərəqqinin əsas şərti olan insan faktorunun adekvat olaraq yaxşılaşmasına imkan yaradır. 

Yaxud beynəlxalq qurumların, o cümlədən BMT-nin davamlı inkişaf modelinə keçilməsi, 

dünya  ölkələrinə  təklif  etməsi  İPİ-nin  beynəlmiləl  xarakter  daşıdığını  göstərir.  Bu 

baxımdan  insan  inkişafının  yaxşılaşdırılması  yolunda  mövcud  potensialı  göstərən  bu 

inkişaf  göstəricilərinin  qiymətləndirilməsi  hər  bir  ölkənin  sosial-iqtisadi  və  siyasi 

inkişafında mühüm rol oynayır.  

 

 

 

İNSAN KAPİTALININ İNKİŞAFININ QİYMƏTLƏNDİRİLMƏSİ 

METODOLOGİYASI  

Uzun  illər  cəmiyyətin  iqtisadi  inkişafı  və  ayrı-ayrı  ölkələrdə  tərəqqinin  kriteriyası 

ÜDM-in və ÜMM-in adambaşına düşən həcmi ilə ölçülürdü. İnkişafın bu göstəriciləri ikinci 

dünya müharibəsindən sonra BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən 

təklif edilmişdir. 

Lakin ictimai inkişafın gedişində məlum  oldu  ki,  ÜDM-in adambaşına düşən həcmi 

əsas  göstəricilər  sistemi  kimi  insan  inkişafının  real  vəziyyətini  tam əks  etdirmir.  Daha 

doğrusu bu göstəricilər təbiət-cəmiyyət münasibətləri dairəsində mövcud sistemin yalnız 

birinin iqtisadi tərəfini göstərir.  

Bizim  fikrimizcə  insan  inkişafının  inteqral  göstəriciləri  üçün  1992-ci  ildən  (Rio 

konfransından) bəri BMTİP tərəfindən tətbiq olunmuş insan inkişafı indeksi daha real və 

perspektivli ola bilər.  

Hazırda  beynəlxalq  təşkilatlar  (BMTİP,  DB)  tərəfindən  irəli  sürülən  və  müxtəlif 

səviyyəli ölkələrdə insan inkişafının əsas parametrlərini adekvat əks etdirən indikatorlar 

şəbəkəsi aşağıdakı cədvəldə təqdim olunmuşdur. Cədvəldə təqdim olunan bu indeksləri 

respublikamızın indiki şəraitində məqbul hesab etmək olar. 

Göründüyü  kimi  bir  çox  sosial-iqtisadi  göstəriciləri  özündə  birləşdirən  bu 

indikatorlar  şəbəkəsi  informativ  xarakter  daşıyır  və  burada  hesablama  mexanizmi 

müxtəlif  ölçü  vahidlərini  ayrı-ayrılıqda  araşdırmağa  imkan  verir.  Bu  indekslər  əsasən 

gözlənilən ömür müddəti, yaşlı əhalinin savadlılıq dərəcəsini, ÜDM-in adambaşına düşən 

həcmi indekslərini özündə əks etdirir. 

Qeyd  etdiyimiz  kimi  insan  potensialının  inkişafı  səviyyəsinin  qiymətləndirilməsi 

üçün istifadə olunan göstəricilərdən biri də gözlənilən ömür müddəti indeksidir. Bütün 

ömrü  boyu  əhalinin  sağlamlığının  hər  bir  sahəsini  əhatə  edən  səhiyyə  proqramlarının 




   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



16 

işlənilməsi  və  həyata  keçirilməsi  əhalinin  sağlamlığının  qorunması  və  işçi  qüvvəsinin 

keyfiyyətli işini təmin etməklə bərabər ömür müddətinin uzadılmasına təkan verir.  

Cədvəl 1 

İnsan potensialının inkişafını müəyyənləşdirən əsas parametrlər 

İndekslər 

Orta ömür 

müddəti 

Təhsil  

səviyyəsi 

Həyat  

səviyyəsi 

İnsan potensialı 

inkişafı  

indeksi 

Gözlənilən ömür 

müddəti 

Yaşlı əhalinin 

təhsil 

səviyyəsi 



Əhalinin adambaşına düşən 

dəqiq gəliri 



Gender amili nə-

zərə alınmaqla 

inkişaf indeksi 

Qadın və ki-

şilərin göz-

lənilən ömür 

müddəti 

Qadın və 

kişilərin təhsil 

səviyyəsi 

Qadın və kişilərin gəlir payı 

İnkişaf etməkdə 

olan ölkələr üçün 

əhalinin 

yoxsulluq indeksi 

40 yaşa qədər 

yaşaya 

bilməyən 



əhalinin faizi 

Yaşlı əhalinin 

təhsil 

səviyyəsi 



1. tibbi xidmətlərdən və təmiz 

içməli sudan əziyyət çəkən 

əhalinin faizi 

2. normal çəkisi olmayan 5 

yaşa qədər uşaqların faizi 

İnkişaf etmiş 

ölkələr üçün 

yoxsulluğun 

indeksi 

60-yaşa qədər 

yaşaya 

bilməyən 



əhalinin faizi 

Əhalinin 

avropa 

standartlarına 



uyğun təhsil 

səviyyəsi 

Yoxsulluq səviyyəsi həddindən 

aşağı olan əhalinin faizi 

(adambaşı gəliri  20000 ABŞ 

dollarından (AQP-ilə) aşağı 

olan ölkələr üçün) 

   


Qeyd  edək  ki,  ömür  müddətinin  uzadılmasına  olan  maneələrə  ana  və  uşaq  ölümü, 

xəstəlik  dərəcələri  baxımından,  o  cümlədən  QİÇS  (Qazanılmış  İmmun  Çatışmazlığı 

Sindromu)  və  digər  cinsi  və  reproduktiv  səhiyyə  problemlərinə,  eləcə  də  endemik 

yoluxucu  xəstəliklər  olan  malyariya,  vərəm,  mədə-bağırsaq  xəstəliklərinə,  su vasitəsilə 

keçən və keçici olmayan xroniki xəstəliklərə, xüsusi yoluxma meyli nəzərə alınmaqla hər 

bir vətəndaşın sağlamlığının mühafizəsi yönümündə görülən tədbirlər baxımından bütün 

dünya  miqyasında  inkişaf  etmiş  və  kasıb  ölkələr  arasında  fərq  qoyulmadan  həyata 

keçirilir.  Bəzi  ölkələrdə  bir  növ  endemik,  yoluxucu  xəstəliklər  insanların  həyatlarına 

zərbə  vurur,  digər  ölkələrdə  isə  yoluxucu  olmayan  ürək-damar,  ciyər,  hipertoniya  və 

degenerativ  xəstəliklər  insanların  xəstələnmə  və  ölüm  hallarına  əsas  səbəblər  olaraq 

qalır. 

Qeyd  edək  ki,  səhiyyə  xidməti  sistemlərində  əsas  diqqətin  sağlamlığın  optimal 



saxlanılmasına  deyil,  xəstəliklərin  müalicəsinə  yönəldilməsi  də  bu  sahəyə  kompleks 

yanaşmanın  qarşısını  alır.  Bu  baxımdan,  ömür  müddətinin  uzadılmasında  bir  çox 




Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə