Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   2   3   4   5   6   7   8   9   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı, Sənədləşdirmə/Uçot
 
 
- Yalnız məsləhətlər verən vasitəçi maliyyə təşkilatı 
internet  əsaslı  sistemdən  öz  misalları,  əlaqə 
şəxslərinin  adları  və  ünvanlarının  məlumat  bazası 
kimi istifadə edir. Orada həmçinin işçilər tərəfindən 
fərdi  şifrələrdən  istifadə  etməklə  əldə  edilə  bilən 
telefon  nömrələri  və  görüşlər  barədə  qeydlər 
yerləşdirilmişdir. 
-  İpoteka  kreditləri  üzrə  broker  uçot  məqsədilə 
müştəriləri  A  -    mövcud/fəal,  B  -  birdəfəlik  və  ya 
nadir  (lakin  dövrü  bülleten  vasitəsilə  əlaqə 
saxladığı),  və  C  –  axivləşdirilən  müştərilər  kimi 
təsnifləşdirmişdir.   
 
-  Hesabat  verən  təşkilatda  faylların  yoxlanması 
zamanı  onların  nizamsız  saxlandığı  və  beş  fayldan 
üçündə 
Öz 
Müştərini 
Tanı 
(ÖMT) 
üzrə 
sənədləşmənin  olmadığı  aşkarlanmışdır.  Fayllarda 
sənədlərin  siyahısı  (çeklist)  hər  zaman  mövcud 
deyildir. ÖMT üzrə məlumatların asand tapılması və 
əldə  edilməsi  üçün  bir  yerdə  saxlanması  məqsədə 
uyğundur.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
Müstəqil yoxlama ən azından aşağıdakıları daxil etməlidir: 
1) ÇPY üzrə uyğunluq proqramının, o cümlədən siyasətlər, prosedurlar və proseslərin ümumi adekvatlığı və 
effektivliyinin  qiymətləndirilməsi.  Adətən,  bu  qiymətləndirməyə  ÇPY  üzrə  uyğunluq  proqramının  ümumi 
adekvatlığı  və  effektivliyi  və  müvafiq  tənzimləyici  tələblərə  uyğunluğu  barədə    konkret  rəyin  verilməsi 
daxildir. Nəhayət, audit ÇPY üzrə uyğunluq proqramının ümumi keyfiyyəti barədə hər hansı qənaətə gəlmək 
üçün  oxucuya  (məsələn,  nəzarətçi,  yoxlayıcı  auditor  və  ya  ÇPY  üzrə  mütəxəssis)  kifayət  qədər  məlumat 
təklif etməlidir. 
2)  Bankın  risklərinin  qiymətləndirilməsi  təcrübələrinin  onun  risk  profilinə  (məhsullarına,  xidmətlərinə, 
müştərilərinə, şirkətlərinə və coğrafi yerləşməsinə) uyğunluğu/mütənasibliyi baxımından yoxlanması. 
3) Bankın ÇPY ilə bağlı uçot və hesabatlıq (məsələn, MMP, ŞƏH, VƏH və VƏH-dən istisnalar, və məlumat 
mübadiləsi  haqqında  müraciətlər)  tələblərinə  riayət  etdiyini  yoxlamaq  üçün  müvafiq  əməliyyatların  risk-
əsasında testdən keçirilməsi.   
4)  Keçmiş  auditlər  və  tənzimləyici  orqanların  yoxlamaları  zamanı  aşkar  edilmiş  pozuntular  və  nöqsanları 
aradan  qaldırmaq  üçün  menecmentin  səylərinin,  o  cümlədən,  mövcuddursa,  nəzarət  tədbirləri  ilə  bağlı 
görülən işlərdə irəliləyişin qiymətləndirilməsi. 
5) İşçilər üçün təlimlərin adekvatlığı, uyğunluğu və bütövlüyü baxımından nəzərdən keçirilməsi.   
6)  Şübhəli  əməliyyatların  müəyyənləşdirilməsi  və  hesabatın  verilməsi  prosesinin  qiymətləndirilməsi,  o 
cümlədən  təqdim  edimiş  və  ya  hazırlanmış  ŞƏH-lərin  dəqiqliyi,  vaxtlılığı,  bütövlüyü  və  bankın  müvafiq 
siyasətinin effektivliyi baxımından yoxlanması.   
 
 
Müstəqil yoxlama – Müstəqil yoxlama (audit) daxili audit departamenti, kənar auditorlar, məsləhətçilər və 
ya  digər  səriştəli  müstəqil  şəxslər  tərəfindən  aparılmalıdır.  Auditlərin  keçirilməsi  tezliyi  heç  bir 
qanunvericilikdə  konkret  müəyyən  edilməsə  də,  bank  üçün  qabaqcıl  təcrübə  bankın  ÇPY  ilə  bağlı  risk 
profilinə  uyğun  olaraq  hər  12  aydan  18  ayadək  müstəqil  yoxlamalar  aparmaqdır.  Kənar  auditorlar  və  ya 
məsləhətçilər  cəlb  etməyən  və  ya  daxili  audit  departamenti  olan  banklar  yoxlanılan  funksiya  ilə  əlaqəli 
olmayan peşəkar şəxslərdən istifadə etməklə bu tələbi yerinə yetirə bilər. ÇPY üzrə yoxlama aparan şəxslər 
birbaşa müşahidə şurasına və ya əsasən və ya bütünlüklə kənar direktorlardan təşkil olunmuş müvafiq şura 
komitəsinə hesabat verməlidir. 
 
ÇPY  üzrə  yazılı  uyğunluq  proqramının  obyektiv  müstəqil  qiymətləndirilməsinə  görə  məsuliyyət  daşıyan 
şəxslər ÇPY qarşı tələblərə  riayət olunmasını  yoxlamalı və aidiyyatı olan rəhbərliyin məlumatlandırılması 
sistemlərini  (MIS)  qiymətləndiriməlidir.  Audit  risklərə  əsaslanmalı  və  bütün  bank  əməliyyatları, 
departamentlər və törəmə təşkilatlar üçün risklərin idarəedilməsinin keyfiyyətini qiymətləndirməlidir. Risk-
əsaslı audit proqramları bankın həcmi, əməliyyatlarının mürəkkəbliyi, fəaliyyət dairəsi, risk profili, nəzarət 
funksiyalarının keyfiyyəti, coğrafi əhatəliyi və texnologiyaların istifadəsindən asılı olaraq fərqlənir. Effektiv 
risk-əsaslı audit proqramı bankın bütün fəaliyyətlərini əhatə etməlidir. Hər hansı fəaliyyətin auditinin tezliyi 
və dərinliyi/genişliyi həmin fəaliyyətin risklərinin qiymətləndirilməsindən asılıdır. Risk-əsaslı audit müşahid 
şurasına və auditorlara bankın risklərinin qiymətləndirilməsindən isitfadə etməklə audit səylərini ən böyük 
narahatçılığa  səbəb  olan  sahələrə  yönəltməyə  imkan  verir.  Yoxlama  şuraya  və  menecmentə 
zəyiflikləri/çatışmazlıqları və ya təkmilləşdirmələrə və ya daha güclü nəzarət mexanizmlərinə ehtiyacı olan 
sahələri aşkar etməkdə kömək etməlidir.   
 
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
Müstəqil yoxlama 
7)  ÇPY  üzrə  uyğunluq  proqramında  istifadə  olunan  MIS  sistemlərinin  bütövlüyü  və  dəqiqliyinin 
qiymətləndirilməsi.  MIS  (Rəhbərliyin  Məlumatlandırılması  Sistemi)  iri  valyuta  əməliyyatları,  ümumi 
gündəlik  valyuta  əməliyyatları,  vəsaitlərin  köçürülməsi  və  pul  instrumentlərinin  satışı  əməliyyatlarını 
müəyyən etmək üçün istifadə olunan, analitik və tendensiyalar barədə hesabatları daxil edir.   
 
8)  ÇPY  üzrə  uyğunluq  proqramında  istifadə  olunan  şübhəli  fəaliyyətin  monitorinqi  sistemlərinin  (manual, 
avtomatlaşdırılmış və ya qarışıq) effektivliyinin qiymətləndirilməsi. Hesabatlara aşağıdakılar daxildir, lakin 
onlarla məhdudlaşmır: 
 
a) Şübhəli fəaliyyətin monitorinqi hesabatları. 
 
b) İri valyuta birləşmələri haqqında hesabatlar. 
 
c) Pul siyasəti instrumentləri barədə məlumatlar. 
 
d) Vəsaitlərin köçürülməsi barədə məlumatlar. 
 
e) Kifayət etməyən vəsaitlər (NSF) haqqında hesabatlar. 
f)
 
İri balans dəyişiklikləri haqqında hesabatlar.   
g)
 
Hesablar arasındakı əlaqələr haqqında hesabatlar 
Müstəqil yoxlama – Müstəqil yoxlama (audit) daxili audit departamenti, kənar auditorlar, məsləhətçilər və 
ya  digər  səriştəli  müstəqil  şəxslər  tərəfindən  aparılmalıdır.  Auditlərin  keçirilməsi  tezliyi  heç  bir 
qanunvericilikdə  konkret  müəyyən  edilməsə  də,  bank  üçün  qabaqcıl  təcrübə  bankın  ÇPY  ilə  bağlı  risk 
profilinə  uyğun  olaraq  hər  12  aydan  18  ayadək  müstəqil  yoxlamalar  aparmaqdır.  Kənar  auditorlar  və  ya 
məsləhətçilər  cəlb  etməyən  və  ya  daxili  audit  departamenti  olan  banklar  yoxlanılan  funksiya  ilə  əlaqəli 
olmayan peşəkar şəxslərdən istifadə etməklə bu tələbi yerinə yetirə bilər. ÇPY üzrə yoxlama aparan şəxslər 
birbaşa müşahidə şurasına və ya əsasən və ya bütünlüklə kənar direktorlardan təşkil olunmuş müvafiq şura 
komitəsinə hesabat verməlidir. 
 
ÇPY  üzrə  yazılı  uyğunluq  proqramının  obyektiv  müstəqil  qiymətləndirilməsinə  görə  məsuliyyət  daşıyan 
şəxslər ÇPY qarşı tələblərə  riayət olunmasını  yoxlamalı və aidiyyatı olan rəhbərliyin məlumatlandırılması 
sistemlərini  (MIS)  qiymətləndiriməlidir.  Audit  risklərə  əsaslanmalı  və  bütün  bank  əməliyyatları, 
departamentlər və törəmə təşkilatlar üçün risklərin idarəedilməsinin keyfiyyətini qiymətləndirməlidir. Risk-
əsaslı audit proqramları bankın həcmi, əməliyyatlarının mürəkkəbliyi, fəaliyyət dairəsi, risk profili, nəzarət 
funksiyalarının keyfiyyəti, coğrafi əhatəliyi və texnologiyaların istifadəsindən asılı olaraq fərqlənir. Effektiv 
risk-əsaslı audit proqramı bankın bütün fəaliyyətlərini əhatə etməlidir. Hər hansı fəaliyyətin auditinin tezliyi 
və dərinliyi/genişliyi həmin fəaliyyətin risklərinin qiymətləndirilməsindən asılıdır. Risk-əsaslı audit müşahid 
şurasına və auditorlara bankın risklərinin qiymətləndirilməsindən isitfadə etməklə audit səylərini ən böyük 
narahatçılığa  səbəb  olan  sahələrə  yönəltməyə  imkan  verir.  Yoxlama  şuraya  və  menecmentə 
zəyiflikləri/çatışmazlıqları və ya təkmilləşdirmələrə və ya daha güclü nəzarət mexanizmlərinə ehtiyacı olan 
sahələri aşkar etməkdə kömək etməlidir.   
 
 
 
2
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə