Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Mübariz  Yusifov

İrana mən özüm gəlmədim Rumdan 

Bu mülkə göndərmiş böyük yaradan 

Haqqı və batili ayırd etdim mən 

Alır bağlı qıfıl açan məndən 

Nə dünya üstünə alov tək axdım 

Nə də ki,  səbəbsiz bir xırman yaxdım 

Kimsənin qəlbini haqsız qırmaram 

Qırsam da varımdır əldə mumiyam.

İ, I,  188.

İskəndərin  əqidəsi  bu  olmuşdur  ki,  müharibələrə 

qoşulmuş  olsa  belə,  nəticəsi  ədalətlilik,  insanların  rifahı 

olsun.  Yəni  Allahın  haqq  və  ədaləti  insan  cəmiyyətində 

bərqərar  olsun.  İskəndərin  qılıncı  ilə  zalımlar  məhvə  düçar 

olsun,  məzlumlar  səadətə  çatsın.  İskəndər  özü  də  bu  barədə 

belə deyir:

Adəmtək Qüdsdə eylədim məskən 

K əbə həlqəsinə əl yetirdim mən 

Mən hansı  bir yerə etdimsə səfər 

Ədalətlə bilik qazandı ellər.

İ, II, 2004,190.

Nizami  ədalətli  cəmiyyətin  nə  zamansa  yaranacağına 

inanırdı. 

Ancaq  bu  ədalətli 

cəmiyyətdə  quruculuğun, 

idarəçiliyin necə olacağı barədə təkcə Nizami dövründə deyil, 

Nizamidən  əvvəlki  dövrlərdə  də  konkret  bir  fikir  və  ideya, 

təsəvvür  və  təəssürat  mövcud  deyildi.  Odur  ki,  ədalətli 

cəmiyyət  haqqındakı  ideyalar  öz  vaxtında  təsəvvürlərdə 

formalaşmış  əqli  və  mənəvi  bir  inqilab  sayıla  bilərdi.  Onun 

ictimai  inqilaba  çevrilməsi  üçün  zamanlar tələb  olunurdu.  Ni­

zami  öz  əsərlərində  belə  bir  cəmiyyətin  təməlində  azadlığın, 

sərbəstliyin,  haqq  və  ədalətin  bərqərar  olunmasını  vacib 

hesab  edirdi.  Ancaq həmin  cəmiyyətdə  hökmdar olmalıdırmı? 

Olsa necə olacaq,  olmasa necə olacaq,  azadlığın özü necə əldə 

olunacaq?  Bunlar  müəmmalı  idi.  Əlbəttə  ki,  Nizami  üçün 

qaranlıq  deyildi  ki,  azadlıq  cəmiyyətdəki  buxovlann  qırılması

78  2 ^ *

Nizamidə  azərbaycançılıq

ilə  başa  gəlməlidir.  O  nahaq  yerə  Fərhadı,  Məcnunu,  Sokratı 

çöllərə,  tənhalığa  çəkmirdi  ki!  Onlar  çöldə  və  tənhalıqda 

cəmiyyət  sıxıntısından  azad  ididər.  Ancaq  bundan  cəmiyyət 

nə  qazanırdı,  tənhalığa  çəkilənlər  nə  əldə  edirdilər?  Onların 

qazancı  o  olurdu  ki,  cəmiyyət  qınağına  tuş  gəlirdilər.  Cəmiy­

yət  isə  öz  axarında  davam  edirdi.  Nizami  zalım  hökmdarları 

ya ağıllandmrdı, ya da məhv edirdi ki, yerinə ədalətlisi gəlsin, 

insan  cəmiyyəti  azad  nəfəs  alsın.  Ancaq  onun  ədalətli  hökm­

darları  ya eşy-işrətə  qoşulub cəmiyyətdən aralı  düşürdü,  ya da 

özlərindən  sonrakı  xələfləri  yenə  də  əvvəlki  ənənəni  davam 

etdiridi.  Ona  görə  də  Nizami  özü  də  variantlar  axtarırdı.  Elə 

variantlar  ki,  ağlasığan  olsun,  inandırıcı  görünsün.  Bir  sözlə, 

poemalan  yaratmaqdan  Nizaminin  məqsədi  hansısa  şahın 

könlünü oxşamaq və ya tarixə öz adını yazan hökmdarları vəsf 

etmək  deyildi.  Nizaminin  apıalı  ancaq  azad  cəmiyyətin  necə 

olacağının  axtarışına  çıxmaq  və  özünün  yaşadığı  ölkədə 

fıravanlığın və ədalətliliyin necə  bərqərar olacağı  barədə  fikir 

yaradıb  onu  gələcək  nəsillərə  ərməğan  etmək  idi.  Ona  görə 

də  Nizami  düşünürdü  ki,  bəlkə  elə  bir  cəmiyyət  qurula  ki, 

əfsanəvi  amazonkalar  ölkəsində  olduğu  kimi  burada  qadınlar 

hökmdar  olsun.  Qadın  hökmdarlar  isə  kişi  hökmdarlardan 

fərqli  olaraq  eyş-işrətə  meyl  göstərməsinlər,  içki  məclislərinə 

qurşanmasınlar,  hərəmxanalarda  saysız-hesabsız  qadınlar 

saxlamasınlar ki,  padşah öləndə onlar başlı-başına qalmayalar. 

Nizami 


qadın 

hökmdarların 

nümunəsində 

əvvəlcə 


Məhinbanunu  seçir.  Məhinbanu  hökmdardır.  O  zaman  ərəb­

lərin  «Ərmən»  adlandırdıqları,  böyük  Azərbaycan  ərazisinin 

hökmdarıdır. 

Hadisələrin  təsvirindən  məlum  olur  ki, 

Məhinbanunun  hökmdarlıq  etdiyi  yerlərdə  əhali  yaxşı 

yaşayır,  bolluq  və  firavanlıqdır.  Məhinbanudan  sonra  isə  o 

yerlərin ixtiyarı  Şirinə keçir.  Ancaq necə də olsa Məhinbanun 

hakimiyyəti  zamanı  çətin  həyat  keçirən  insanlar  da  varmış. 

Şirinin  hakimiyyətində  isə  çətinliklər  aradan  qalxır.  Ölkə 

ədalətlə idarə  olunur.  Şirinin ədalətliliyi,  hətta,  ölkədə  bolluq 

və firavanlıq baş verməsinə səbəb olur:

79



Mübariz  Yusifov

Bolluq oldu,  hər şey məhsul gətirdi 

Bir buğda  dənəsi  yüz dən yetirdi.

Şahın niyyətləri xoş olsa əgər 

Otdan gül yerinə gövhərlər bitər 

Pisniyyət bir ağac  quru budaqdır 

Bolluq xoş niyyətdən yaranacaqdır.

X-Ş,  2004,  159-160.

Doğrudur,  Nizami  Məhinbanunu  və  Şirini  ədalətli 

hökmdar  kimi  təsvir  edir.  Onların  ədalətli,  xoşbəxt  bir 

cəmiyyət  quruculuğunun  təməlini  yaratmalarına  nikbinliklə 

baxır.  Ancaq,  əlbəttə  ki,  bu  Nizamini  tam  qane  edir,  deyə 

hökm  vermək  yanlışlıq  olardı.  Çünki  Nizami  bundan  sonrakı 

mərhələdə  qələmə  aldığı  «İskəndəmamə»də  yeni,  başqa  bir 

qadın  hökmdar  obrazı  yaradır.  Bu  xoşbəxt  cəmiyyət 

quruculuğunun  qadın  nümayəndəsi  Nüşabədir.  Nüşabə  və 

onun  yaratdığı  xoşbəxt  cəmiyyət  Nizami  tərəfindən  belə 

təqdim edilir:

Belə nəql  edir söz xəzinədarı 

Köhnə xəzinənin adlı  saları 

Hakim qadın varmış, adı Nüşabə 

Uymuş  il uzunu keyfə,  şərabə 

Erkəksiz yaşayan bu dişi  ceyran 

Gözəldi,  göyçəkdi  erkək tovuzdan 

İskəndər saraya gəlincə ordu 

Çadırlar başını əflakə vurdu 

Gördü bir şənliklə  yoğrulmuş cənnət 

Etdi əkinlərə,  çaylara heyrət 

Sordu:  «Bu şən ölkə kimindir, kimin?

Kim burda padşahlıq edir,  söyləyin 

Dedilər:  «Gördüyün bu var,  bu yatır 

Bu gözəl topaqlar bir qadınındır.

Günahsız qadındır,  ancaq tacı var

80

Nizamidə  azərbaycançılıq

Bir əskər üzünü görməz bu sərdar.

Pərdə arxasında keçirir həyat 

Doğma ölkəsinə verir qol-qanad.

İ, I, 2004,  103-104.

Nizami  Nüşabənin  və  onun  ölkəsini  nə  qədər  tərifləsə 

də,  görünür,  bu quruluş da onu qane  etmir.  Çünki  ölkə  firavan 

olsa  da  özünün  suverenliyini  qorumaq  gücündə  deyildir. 

Nüşabənin  ölkəsi  zamanın  təcavüzkarlar  sınağından  çıxa 

bilmir.  Ölkəsi  yadellilər  tərəfindən  dağıdılır,  özü  isə  əsir 

düşür.  Yalnız  İskəndərin  müdaxiləsi  ilə  Nüşabə  əsirlikdən, 

ölkəsi  isə  işğaldan  qurtarır.  Nizami  bu  epizodu  bəlkə  də  ona 

görə  əsərə  daxil  edir ki,  qadın  nə  qədər ədalətli  olsa  da  onda 

çatışmayan əlamət kişi cəsarətidir.

Nizami  Məhinbanunu,  Şirini,  Nüşabəni  hökmdar  kimi 

təkcə  ona  görə  ideallaşdırmır  ki,  qadın  qəlbi  nazik  olur. 

Qadının mənəvi aləmində haqq-ədalətə meyl  daha güclü olur. 

Həm  də  qadın  hökmdarların  obrazını  yaratmaqdan  məqsəd 

odur  ki,  Azərbaycan  qadınının  vəzifəsi  təkcə  ev  işləri 

görməklə  məhdudlaşmamalıdır.  Qadın  qəhrəman da  ola bilər, 

yaradıcı  şəxsiyyət də  ola bilər,  sənətkar da ola bilər,  siyasətçi 

də  ola bilər.  Doğrudur,  folklorumuzda,  xüsusən  «Kitabi-Dədə 

Qorqud»da  qəhrəman  qadınlarımızın  Selcan  xatun,  Burla 

xatun,  Banuçiçək  kimi  təsəvvürlərdə  heykəlləşmiş  obrazlan 

vardır.  «Koroğlu»  dastanında  Nigar  xanım,  Telli  xanım, 

Dünya  xanım  kimi  ağıllı,  tədbirli  qoçaq  qadınların  adı  çəkilir. 

Ancaq  real  tariximizdə  siyasətçi  qadın  kimi  Ağqoyunlu  Uzun 

Həsənin  anası  Sara  xatun  (XV  əsr),  Quba  xanı  Fətəli  xanın 

arvadı Tutubikə (XVIII əsr), Cavad xanın arvadı  Bəyim xanım 

(XIX  əsr)  və  digər  igid  şəxsiyyətlər  məşhurdur.  Nizami 

hökmdar  qadın  obrazlannı  yaratmaqla  həm  də  onu  demək 

istəyirdi  ki,  Azərbaycan  ölkəsi  qadınından,  kişisindən  asılı 

olmayaraq  intellektual,  ağıllı,  düşüncəli,  haqq-ədalət  amallı 

insanların vətənidir.

81



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə