Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Mübariz  Yusifov

Ancaq  Nizami  padşahı  nə  qədər  tərifləsə  də  onun 

səxavətinə  də  etibar  etmir.  Qorxur  ki,  Mahmud  Qəznəvi 

Firdovsiyə  verdiyi  vədə  xilaf  olduğu  kimi,  Sultan  Məlik 

Nüsrətəddin də sözündən qaça:

Yeddi Füruzəli bu  qəsrdə sən 

Haqqa, ədalətə vüsət vermisən 

Bir qədər mey verir sənə Nizami 

Gərək nuş edəsən Keykavus kimi 

Bu Tusi qədəhlə Mahmuda bildir 

«Şahnamə»nin qədri, qiyməti  nədir?

İki xəzinənin varisi  hökmən 

Səxavətdə sənsən,  söz deməkdə mən 

Borc əgər vaxtında ödənilməzsə 

Qaydadır, varisdən çatar varisə 

Sən mey iç, gətirmə heç bir bəhanə 

Ağzım möhürlüdür, üz vurma mənə.

İ, II, 2004,  35.

Nizaminin  Gəncə  ilə  bağlı  olması  «Sirlər  xəzinəsi» 

poemasında  da  məqamı  düşdükcə  canlındanlır.  Aydınca 

görünür  ki,  Nizami  özünü  Gəncəsiz  təsəvvür  edə  bilmir, 

Gəncəni  isə Nizamisiz.  Doğrudan  da illər,  əsrlər ötüb keçmiş, 

artıq,  doqquzuncu  yüz  ildir  ki,  Nizami  adı  çəkiləndə  Gəncə, 

Gəncə adı çəkiləndə Nizami xatırlanır:

Bizim söz bazarının alış-verişi durğun 

Qızğın hay-harayı var,  qızılı yoxdur onun 

Gəncə mənim yaxamdan möhkəm yapışmış hələ 

İraq xəzinələri yoxsa keçərdi ələ.

Bir səs gəldi  cahandan:  «Eü qul, yetər əyləncə 

Axı kimdir Nizami,  axı,  hardadı Gəncə?»

Tanrıma min şükür ki,  yazım vaxtında bitdi 

Ömrüm  sona yetməmiş bu kitab sona yetdi.

Başdan ayağa qədər bəzəmək üçün onu 

İncilərə qərq etdi Nizami ağ donunu

90

Nizamidə  azərbaycançılıq

Könül, bu pak incini ona çatdır, ona sun, 

Gövhəri gövhər saçan şaha ərməğan olsun! 

S-X, 2004,  206.

Nizami  «Yeddi  gözəl»  poemasının  sonunda  Əlaəddin 

Körpə  Arslan  şaha  dua  və  alqış  edərkən  özünü  Vizantiyanın 

yüksək əyarlı  saf və  təmiz  qızılı  ilə  müqayisə  edir,  yazdığına 

əvəz  olaraq  belə  bir  bəxşiş  əldə  etməsini  arzulayır.  Burada 

daxili  bir məna  da  ifadə  edir ki,  Gəncə  saf insanların,  əhdinə 

etibarlı  adamlann  məskənidir,  ora  Nizaminin  yurdudur, 

Nizamiyə, Nizami  adma münasib olan,  Gəncə adına layiq olan 

bəxşiş verilsə Allaha da xoş gedər:

Tam əks-əyarlı nəqdi Gəncədən 

Rumi çeşnisiylə parladıqca mən 

Ona şah adını bəxş etdi dilim 

Naxşından istədim sulansın əlim 

Çini  libaslı şah qoydu qızıl  tac 

Çin və  Rum şahları ona verdi  bac 

Sənsən bu dünyanın qüdrətli şahı 

Dünyamız gözləməz özgə pənahı.

S-X, 2004, 295-296.

Nizami  özünün  doğulduğu,  böyüdüyü  Gəncəni  müqəd­

dəs  bir  məkan  kimi  təsvir  edir.  Bu  yurdda  yaratdığı  sənət 

əsərlərini  isə ecazkar,  sehrli söz xəzinəsi kimi mənalandırır.

Gəncəm-Babilim mənim,  Harutu yandırmada 

Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada 

Zöhrəm  söz dəyərini Mizan bürcündə ölçür 

Dilim ruh aləminin lisanıdır, gözüdür 

Duz-çörəyim bilirəm öz cadugər şeirimi 

Halal  sehrim sındırar Harutun  hər sehrini 

Ürəyinin şəklidir Nizaminin sözləri 

Mənim halal  sehrimlə daim canlı, dipdiri. 

S-X,  2004,  64.

91



Mübariz  Yusifov

S

Nizami  öz  ana  yurdu  Gəncəni  müqəddəs  bir  məkan 



kimi  təsvir  edir.  Təkcə  ona  görə  yox  ki,  Gəncə  onun 

doğulduğu yer olduğu  üçün əzizdir.  Bu adi bir aksiomdur.  Hər 

kəsə  öz vətəni,  anadan  olduğu  yer başqalarından  daha  doğma 

və  daha  əzizdir.  Nizami  üçün  Gəncə  həm  də  ona  görə  daha 

əzizdir ki,  onun  ecazkar  sənət əsərləri  dünya  sivilizasiyasının 

beşiyi olan Şərq ölkələrinə,  oradan da bütün beynəlxalş aləmə 

məhz  bu  məkandan  yayılmışdır.  Açıq-aydınca  görünür  ki, 

Nizami  üçün  bu  dünyada  iki  müqəddəs  amal  vardır.  Biri 

doğulduğu  və  heç  vaxt  isti  qoynundan  ayrılmadığı  Gəncə, 

ikincisi  isə  bu  müqəddəs  məkanda  qəlbinin  içərilərindən 

gələn,  isti  nəfəsi  ilə  yoğrulan  və  gələcək  nəsillərə  həm 

nümunə,  həm  də  nümunə  olduğu  qədər  də  yadigar  qalan 

Azərbaycançılıq ruhundakı ölməz əsərləri.

2.  Vətənə  bağlılığın təcəssümü

Nizamidə  vətənə  bağlılıq  təkcə  doğulduğu,  böyüdüyü, 

tərbiyə aldığı Gəncə ilə məhdudlaşmır. Nizami öz əsərlərində 

Azərbaycan məkanının hansı bir güşəsinin adım  çəkirsə o yeri 

böyük  şövqlə,  həvəslə  təsvir  edir,  təbiətinin,  yerinin 

necəliyindən  asılı  olmayaraq  oranı  cənnət  misallı  bir  ərazi 

kimi qələmə verir.

Nizaminin  əsərlərində  Azərbaycana  aid  məskənlərin 

adı  çəkilir,  doğma  vətən  torpaqları,  onun  təbiəti  sevgi  və 

məhəbbətlə  tərənnüm  edilir.  Bu  torpaqların  bolluq,  bərəkət, 

firavanlıq və zənginlik məkanı olduğu canlandırılır.  Doğrudur, 

Nizami  dövründə  Azərbaycanın  bolluq  içində  olduğu  və 

əhalinin firavanlığa qərq olduğu barədə söhbət gedə bilməzdi. 

Çünki  Nizamiyə  aid  tədqiqatlarda  da  deyildiyi  kimi,  bu 

məkanda  bolluq  olsa  da  onun  sahibi  sadə  camaat  deyildi.  Bir 

ovuc  müftəxor  parazit  tüfeyli  bu  bolluğu  mənimsəyirdi.1 

Aşağı  təbəqəyə  isə  gündəlik  ruzisini  çətinliklə  əldə  eləmək 

əzabı  qalırdı.  Niyə  Nizami  Azərbaycan  məkanını  bolluq

1 A.Rüstəmzadə. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, «Elm»,  1979, s.  8.

Nizamidə  azərbaycançılıq

içində  təsvir  edirdi?  Əvvəla,  ona  görə  də  ki,  Azərbaycan 

torpağından  Böyük  Yaradan  bolluğu  və  zənginliyi  Əsirgəmə­

mişdir.  Bu  zənginlik  hər  vaxt  bu  yerin  insanlarına  qismət 

olmalıdır.  Buna  onların  haqqı  var.  Çünki  bu  bərəkətli  torpaq 

zəhmət çəkən  insanların əlləri  ilə becərilir.

İkincisi,  Nizami  qeyrətli  bir Azərbaycan  övladı  kimi  öz 

həmvətənlərinin  firavan  yaşamasını  istəyirdi.  Öz  vətənində, 

öz  torpağında  onlara  çatası  nemətin  öz  sahibi  olmalı  idilər. 

Nizami dövründə də, ondan sonrakı  zamanlarda da!

Nizaminin  əsərlərində  adı  çəkilən  vətən  torpağına 

vətəndaş  rəğbəti  ilk  baxışdan  aydın  görünür.  Nizaminin 

rəğbəti,  ilk  növbədə  doğma  vətəni  Azərbaycana  həsr  etdiyi 

lövhələrdə  aydın  görünür.  «Xosrov  və  Şirin»də  «Xosrovun 

Bəhramdan  qaçıb  Ərmənə  getməsi»  əhvalatı  təsvir  edilir. 

Xosrov  əmin-amanlıq  yeri  kimi,  sakitlik,  dinclik  məkanı  kimi 

Nizaminin vətəni Azərbaycanda özünə sığınacaq axtarır:

Düşündü ki, tacdan baş qiymətlidir 

Çıxdı  aralıqdan düşmədi əsir.

Kəyan təxtü tacı sahibsiz qaldı 

Başqa bir cahangir dünyanı  aldı.

Zəmanə Xosrova olmadı pənah 

Bəhram qarşısında məğlub oldu şah 

Yüz hiyləylə qaçıb oyan-bu yana 

Yetirdi  özünü Azərbaycana 

Sızlayan könlündə  Şirinin dərdi 

Birbaş «Muğan» deyib atı  döndərdi.

X-Ş,  2004,  115.

«İskəndəmamə»də  «İskəndərin  İran  atəşgədələrini 

dağıtması»  əhvalatında  İskəndər  atəşpərəstliyin  əlaməti  olan 

ibadətgahlan  dağıdır.  Dünya  görmüş  adamlar  İskəndərə 

m əsləhət  görürlər  ki,  indi  Azərbaycana  üz  tutsun.  Görünür, 

Azərbaycanda  əmin-amanlıq  olduğu  üçün,  əhali  dinc,  doğru 

yolun  yolçusu  olduğu  üçün,  daim  haqqa  qulluq  etməyə  meylli 

olduğu  üçün  dünyagörmüş  tədbirli  insanlar  İskəndərin  ədalət

93



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə