Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Mübariz  Yusifov

şifahi  nitq  apancı  olduğundan  strukturda  dəyişiklik  baş 

verirdi.  Bir  tərəfdən  şifahi  dilin  sərbəstliyi  ауп-ауп  nitq 

areallannda fərqlənmənin (dialekt və işvə fərqlərinin) baş alıb 

getməsinə  səbəb  olurdu,  digər tərəfdən,  dilin  daxili  imkanları 

hesabına zənginləşməsində  ləngimələr baş  verdiyi  üçün ərəb- 

fars  elementləri  dil  strukturuna  daxil  olmaqda  davam  edirdi. 

Bununla  birlikdə,  el  aşıqları  ana  dilində  söz  qoşub  sazm 

dilində  səsləndirir,  el  ağsaqqalları  nağıl  və  dastan  yaradır, 

müdriklər  mənəviyyat  xəzinəmizə  atalar  sözləri,  zərbi- 

məsəllər,  hikmətli  sözlər gətirir,  ağbirçək  nənələrimiz bayatı 

çağırır,  analarımız  beşik  başında  layla  çalırdılar.  Anadilli 

mənəvi  sərvətlərimiz,  məişət  adət  ənənələrimiz  məhz  bu 

təbəqənin  vasitəsi  ilə  öz  varisliyini  davam  etdiridi.  Bəs  Ni­

zami  nə  edirdi.  Öz  əsərlərin  fars  dilində  yazan  Nizami  öz 

xalqına xidmət edə bilirdimi? Ələbəttə ki, xidmət edirdi.  Əgər 

Nizami  öz  dövründə,  Azərbaycan  dilinin  dövlət  dili  kimi 

işlədilmədiyi məqamda,  şeir,  sənət dili,  elm dili kimi  sayılma­

dığı  bir  dövrdə,  iran  təmayüllü  hökmdarlann  Azərbaycana, 

Azərbaycan  dilinə  rəğbət  göstərmədikləri  bir  məqamda 

Azərğaycan  dilində  yazsa  idi  onun  yazıları  səssiz-səmirsiz 

itib-batardı.  Digər  tərəfdən,  onu  nəzərə  almaq  lazımdır  ki, 

Nizami  fars  dilində  yazsa  da  onun  irançılıq,  farsçılıq  meyli 

olmamışdır. 

Əsərlərinin  heç  yerində  İrana,  irançılığa, 

farsçılığa  xüsusi  rəğbət  görünmür.  Necə  ki,  Firdovsinin 

türkçülüyə,  Azərbaycançılığa  rəğbəti  yox  idi.  Nizaminin  fars 

dilində  yazması  onun Azərbaycançılıq  ideyalarını  yayması  və 

təbliğ  etməsi  üçün  bir  vasitə  idi.  Fars  dili  Nizami  dövründə 

Hindistandan,  Çindən,  Orta  Asiyadan,  Kiçik  Asiyadan  tutmuş 

ərəb ölkələrinə kimi, hətta,  az qala Avropaya kimi  olan böyük 

bir  ərazidə  anlaşılırdı.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

Nizami  dövründə  Şərq  ölkələri  dünya  sivilizasiyasının 

mərkəzi 


sayılırdı. 

Deməli, 


Nizami 

öz 


əsərlərində 

Azərbaycançılıq  ideyalarını 

Şərqdən  beynəlxalq  aləmə 

çıxarırdı.  Avropada  intibah  dövrü  başlandıqda  isə  Nizami 

ideyaları,  artıq  Şərqdən  Qərbə  doğru  irəliləməyə,  tanınmağa

86

Nizamidə  azərbaycançılıq

və  yayılmağa başladı.  Bu  idi  Nizaminin  doğma xalqı  qarşısın­

da göstərdiyi bəşəri vətənpərvərlik xidmətləri!

Tədqiqatçıların yazdığına görə qədim Gəncədə dünyaya 

göz  açan  Nizami  Gəncədən  kənara  çıxmamışdır.  Ancaq 

özünün  dediyi  kimi,  başqa  ölkələr,  maraqlı  əhvalatlar  və 

tanınmış  şəxsiyyətlər  barədəki  müxtəlif  dillərdə  yazılmış 

mənbələrlə,  təsvir  etdiyi  xalqların  tarixi  və  məişəti  ilə 

yaxından tanış olmuşdur:

İskəndər haqqında heç bir əsərdə 

Məlumat görmədim, yığcam bir yerdə.

Hər köhnə nüsxədən əsas alaraq 

Onu öz şeirimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən 

Yəhudi, pəhləvi,  nəsranilərdən 

Ən  incə sözləri əlimə saldım 

Qabığı ataraq məğzini aldım 

Müxtəlif dillərdən yığdım çox sözlər 

Bunlardan düzüldü yazdığım əsər.

İ, I, 2004,  54.

Nizami  doğulduğu,  anadan  olduğu  Gəncəyə  bağlılığı 

haqqında  «İskəndəmamə»  poemasının  «Şərəfnamə»  hissə­

sində peyğəmbərin meracına həsr etdiyi bölmədə belə deyir:

Ən gözəl günündə «ümmətim» deyə 

Şəfaət edirsən suçlu bəndəyə 

Bir ovuc torpağam mən dərgahında 

Artıq bir şikaram şikargahında 

Nizami  tutmuşdur Gəncədə məkan 

O məhrum olmasın salamlarından 

İ,  I, 2004,  28.

Nizaminin  Gəncəyə  bağlılığı  və  bu  şəhərdən  kənara 

çıxmadığı  «Xosrov  və  Şirin»  poemasının  «Kitab  üçün  üzr» 

hissəsində də şairin öz dilindən deyilir:

87



Mübariz  Yusifov

Yazanda bəxt sənə köməkçi olsun 

Cavanlıq həvəsi könlünə dolsun

Bu İraq sikkəsi əlində vardır 

Ayaqlanndakı o nə  çidardır?

Gəncə şəhərindən atmı çıxar!

Sən şir pəncəlisən səndədir vüqar.

Atmı  çölə çək, genişdir meydan 

Sən cavan, bəxtinin budağı cavan 

Zəmanədə yoxdur şirin söz deyən 

Olsa da onlardan sən qüdrətlisən 

X-Ş,  2004,  53.

Nizami  onun  yazdıqlarını  öz  adma  çıxanlar  haqqında 

danışarkən  belə  deyir ki,  bu  zəhməti  oğurlayanlar onu haraya 

aparsalar  da  fərqi  yoxdur.  O  yazıların  mayası  Gəncədə 

yoğrulub.  Gəncə  ilə  bağlıdır.  Gəncədə  isə  onun yaradıcısının 

Nizami olduğu heç kəsdən gizlin deyildir:

Ancaq söz qulduru şəfəq sökərkən 

Qələmi yontaraq mişkin söyüddən 

Fikrimi qapırlar,  könlüm əmindir 

Buxaraya getsə o Gəncənindir 

Gizlində mətaha çıxmaz müştəri 

Oğurluq bir malın olmaz dəyəri.

İ,  I,  2004,31-32.

Nizaminin  Gəncəyə 

bağlılığı 

onun  poemalannın 

müxtəlif hissələrində  hadisələrin  təsviri  ilə  əlaqədar canlan­

dırılır.  «İqbalnamə»də  Məlik  Nüsrətəddin  şahın  tərifinə həsr 

olunmuş  hissədə  özünün  Gəncə  ilə  bağlı  olmasını,  Gəncədə 

oturub  yazdıqlarının  bədii  vüsətinin  (həmçinin  daxili  vətən­

pərvərlik ideyalarının) dünyaya çatdırılmasını qələmə alır:



88  jşfcS -

Nizamidə  azərbaycançılıq

Bilin ki, göylərin o quşu mənəm 

Hər səhər oyadar quşları nəğməm 

Şəhərin quşları ötər hər səhər 

«Dünyanı  dindirən odur» deyərlər.

Nizami  durma gəl, xəzinəni aç 

Bəsdir bu Gəncədə qalıbsan möhtac 

Bir ov vurubsansa çıxar meydana 

Bir xəzinən varsa göstər cahana 

Belə xəzinəni bəxt verər ancaq 

Xəzinən dünyanı nurlandıracaq.

İ, II, 2004,  32.

Padşahın  tərifini  verdiyi  hissənin  sonunda  ürək  yanğısı 

ilə  1139-cu  ildə  Gəncədə  baş  vermiş  zəlzələni  xatırladır. 

Dağılmış  Gəncənin  sonradan  Məlik  Nüsrətəddin  tərəfindən 

bərpasını  misal  göstərərək  yazdığı  əsərə  görə  onun 

ehtiyacdan pərişan olmuş halının yaxşılaşacağına ümid edir:

Fələk zəncirini həlqələyərək 

Yerin də bəndləri  ayrıldı tək-tək 

Azdı yollarını gur axan sular 

Dağlar çarpışmadan bitab oldular 

Yusiflər gözünə sanki batdı mil 

Sanki  aşıb-daşıb Misri basdı  Nil.

Heç bir göz salamat qalmadı  inan 

Matəm sürməsinə qərq oldu cahan 

Nə qədər xəzinə batdı o gecə 

O şənbə gecəsi yox oldu Gəncə 

Bircə sap gövhəri  sağ gördü səhər 

O düzdü yenidən saplara gövhər 

Görün ki, nə sayaq qadir hökmdar 

Pozulmuş  çalalı etdi bərqərar 

O ki, bu torpağı  eylədi  abad 

Dərgahı  heç zaman olmasın bərbad.

İ, II, 2004,  34.

89



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə