Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Mübariz  Yusifov

Nizami  azad,  firavan  və  daha  dəqiq  desək,  ideal  bir 

cəmiyyət  axtanşına  öz  qəhrəmanı  İskəndərlə  birlikdə  səfər 

edir və  onu  qeyri-müəyyən  bir  Şimal  ölkəsinə  gətirib  çıxanr. 

Burada,  artıq,  avtoritar rejim  yoxdur,  ölkə  bir nəfərin  İradəsi­

nə tabe  deyil,  burada hər şey insanlara xidmət edir.  Bu cəmiy­

yətdə  xəstələnən  də  azdır,  ölən  də.  Burada  insanın  ehtiyacı 

üçün hər şey vardır.  İnsanlar heç  nəyin çətinliyini  çəkmir.  Öl­

kənin  sabitliyi  isə  insanlann  düzgün  olduğu  səbəbindən  ilahi 

bir qüvvə ilə  qorunur.  O yerin  sakinləri  ölkələrinin ictimai qu­

ruluşu barədə belə məlumat verirlər:

Bizdə bərabərdir hamının van 

Bərabər bölərik bütün mallan 

Bizə artıq deyil heç kəsdən heç kəs 

Bizdə ağlayana heç kimsə gülməz 

Oğrudan qorxmanq biz nə şəhərdə 

Keşikçi  qoyanq nə də çöllərdə.

Oğurluq eləməz bizdə bir nəfər 

Oğurlaya bilməz bizdən özgələr 

Nə zəncir, nə qıfıl görər qapılar 

Gözətçisiz otlar bizim mal-davar.

Bizim bir qoyuna dəysə canavar 

Ordaca gəbərib yerində qalar.

Kim dərsə bir sünbül bizim əkindən 

Qəfil bir ox dəyər düz ürəyindən.

Bizdə cavanlardan ölüm uzaqdır 

Ölüm çox yaşamış qocaya haqdır.

Ölüyə biz əsla saxlamarıq yas,

Bilirik bu dərdə bir çarə olmaz.

İskəndər bu qayda-qanunu görcək 

Duruxub dayandı divanələr tək.

Öz özünə dedi:  «Arifsən, əgər 

Qoy sənə bir ibrət olsun bu sirlər 

Dünyanı gəzmərəm mən daha bəsdir 

Hər ovlaqda bir tor qurmaq əbəsdir».

İ,  II, 2004,  180-181-182.

82

Nizamidə  azərbaycançılıq

Nizaminin  belə  bir  ideal  cəmiyyətə  gətirib  çıxardığı 

İskəndər  dərk  edir  ki,  bundan  sonra  onun  dünyada  görəcəyi 

bir  iş  qalmır.  Çünki  o  elə  düşünürdü  ki,  qılıncla  ədalət 

yaratmaq mümkündür.  Lakin qarşılaşdığı mənzərə göstərdi  ki, 

hər  şeyi  qılıncla  etmək  mümkün  deyildir.  Bu  gün  bir  qılıncla 

yaradılan  «Səadət»  sabah  başqa  bir  qılıncla  da  məhv  edilə 

bilər.  Ancaq,  ağılla,  kamalla,  qarşılıqlı  etimadla,  Allaha sidqlə 

qurulan həyat daimi  ola bilər.  İskəndər birdən-birə  qarşılaşdı­

ğı  mənzərədən  mütəəssir  olur  və  hesab  edir  ki,  onun 

axtarışları  burada  bitir.  Bu  İskəndərin  düşüncəsi  idi.  Nizami 

isə  bir Azərbaycanlı  kimi  Azərbaycan  məkanında  belə  dövlət 

quruluşunu  görmək  istəyirdi.  Ona  görə,  Nizaminin  azad, 

müstəqil,  sərbəst  cəmiyyət  axtanşı  da  burada  başa  çatır. 

Nizami  öz  dövrü üçün  böyük  hadisə  olan bir ideya  irəli  sürür­

dü.  İnanırdı  ki,  Azərbaycanda  belə  bir  cəmiyyət  yaratmaq 

mümkündür.  Azərbaycanın  indiki  azadlığı,  müstəqilliyi  və 

suverenliyi  Nizami  ideallarının  həyata  keçməsinin  bariz 

nümunəsi sayılmalıdır.



Mübariz  Yusifov

II BÖLMƏ

VƏTƏNPƏRVƏRLİK İDEYALARI

H ə r  bir vətəndaş  vətənpərvərlik hissləri 

ilə  yaşam alıdır  və  bizim  partiyam ız,  bütün 

d ö vlət  orqanları,  bütün  təbliğatım ız  Azərbay­

canda  dövlətçiliyi  in k işa f etdirm ək  üçün  hər 

bir  vətəndaşda  m illi  vətənpərvərlik  hisslərini 

yaratm alıdır.

Heydər Əliyev

1.  Nizaminin məkanı

Milli  vətənpərvərlik  ideyaları  Nizaminin  əsərlərində 

aparıcı  bir  xətt  təşkil  edir.  Vətənpərvərlik  olmadan,  vətənə 

sevgi və məhəbbət olmadan nə dövlətçilik barədə,  nə də milli 

azadlıq  və  müstəqillik  barədə  düşünmək  mümkün  deyildir. 

Vətənpərvərlik,  vətən  sevgisi  hər  bir  vətən  övladının 

müqəddəs  amalına  çevrilməlidir.  Vətən  sevgisi  olan  yerdə 

milli  birlikdən  və  ictimai  mütəşəkkillikdən  söhbət gedə bilər. 

İctimai  şüurun  formalaşmasına  aparan  yol,  ilk  növbədə, 

«vətənpərvəriyin 

qapısından» 

keçir. 


İctimai 

şüurun 


fomalaşması  isə  milli  şüurun  oyanmasına  aparıb  çıxarır. 

Tarixlər  ərzində  ictimai  şüur  nə  qədər  erkən  oyanırsa,  nə 

qədər tez  milli  şüura  çevrilə  bilirsə  o  qədər  də  tez  müddətdə 

milli,  azad,  müstəqil,  suveren  dövlətçilik  formalaşır.  O  başqa 

məsələdir ki,  müstəqil  dövlətçilikdə  cəmiyyətin  bütün  sosial, 

ictimai  təminatı  tam  həll  oluna  bilsin.  Ona  zaman  lazımdır. 

Zaman lazımdır ki,  cəmiyyət üzvlərinin  hər birində,  bütün tə­

bəqələrində  vətənpərvərlik  hissi  baş  qaldırsın,  ictimai  ədalət 

formalaşdınlsm.  Bu  mərhələ  öz  reallığını  tapdıqda  ictimai 

firavanlıq  haqqında  söhbət  gedə  bilər.  Ümummilli  liderimiz 

Heydər 

Əliyev 


uzaqgörənliklə 

deyirdi 


ki, 

«Milli 


vətənpərvərlik  hissləri  hər  bir  vətəndaşda  o  qədər  güclü

84

Nizamidə  azərbaycançılıq

olmalıdır  ki,  hər  bir  vətəndaş  milli  mənafeyi  öz  şəxsi 

mənafeyindən,  öz şəxsi yaşayışından,  öz şəxsi həyatından-hər 

şeydər  üstün  tutsun.  Milli  vətənpərvərlik,  milli  qürur  hissi 

bizim  dövlətçiliyimizin  yaşaması  üçün  ən  böyük  amillərdən 

biridir.  Şübhəsiz  ki,  dövlət  dövlətçiliyi  möhkəmləndirir. 

Amma  dövlət  cəmiyyətə  arxalanır.  Cəmiyyət  insanlardan 

ibarətdir.  İnsanların  isə  hər  biri  gərək  əsl  vətəndaş  olsun, 

vətənpərvər  vətəndaş  olsun,  milli  qürur  hissi  ilə  yaşayan 

vətəndaş  olsun.  Onda bu  vətəndaş  dövlətçiliyi  inkişaf etdirən 

vətəndaş olacaqdır».1

Vətənpərvərlik  ilk  növbədə  cəmiyyət  üzvlərinin  öz 

dilinə,  ictimai  mənliyinə,  milli  adət  və  ənənələrinə,  xalqın 

ictimai  təfəkkürünün  məhsulu  kimi  yaranmış  milli-mənəvi 

sərvətlərinə,  əxlaqi-etik  normalarına,  yerinə,  yurduna,  elinə, 

obasına,  bütün  vətən  torpağına  məhəbbətlə,  ehtiramla, 

qayğıkeşliklə yanaşması kimi başa düşülməlidir.

Nizami  dövründə  milli  vətənpərvərliyi  formalaşdıran 

hansı  amillər mövcud  idi?  Azərbaycan  ərazisində  sərhədlərin 

haradan  başlanıb  harada  bitməsi  məlum  deyildi.  Özünün 

müstəqil  dövləti  yox  idi.  Dövlətçiliyin,  milliliyin əsas  atributu 

olan  dilin  inkişafı  üçün  heç  bir  münbit  şərait  yox  idi.  Elit 

təbəqə  fars  dilində  danışıb  fars  dilində  yazırdı.  Elm  ərəb 

dilinə  möhtac  idi.  İstehsal  ən  aşağı  səviyyədə  idi.  Əsas 

iqtisadi  təminat  ticarətlə  məhdudlaşırdı.  Xırda  sənətkarların 

əməyi  və  fəaliyyəti  ölkə  iqtisadiyyatını  dirçəltmək  qüvəsində 

deyildi.  Elm  deyəndə,  ilk  növbədə  fəlsəfə,  şəriət  və  şəriətlə 

bağlı  hüquq  sahələri  əhatə  olunurdu.  Fundamental  elmlərə 

dair  müqəddəs  «Quranda»  çox  möhtəşəm  ayələr  və  ciddi 

göstəricilər  olsa  da  dünyəvi  kəşflər  mövcud  deyildi.  Fikir 

azadlığı  yox,  şəxsiyyət  azadlığı  yox!  Belə  bir  mühitdə  ancaq 

aşağı  təbəqə  öz  dilində  danışırdı.  İctimai  təfəkkürdən  gələn 

etnik-milli  keyfiyyətlər  ancaq  aşağı  təbəqə  insanlarında 

saxlanılırdı.  Aşağı  təbəqənin  hesabına  ana  dilində  danışıq 

saxlanılırdı.  Lakin  dil  dövlətçilik  ilə  tənzim  edilmədiyindən,

«Xalq qəzeti», 28 noyabr,  1998.

85  2 ^ *



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə