Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Mübariz  Yusifov

Türk dili yaramaz şah nəslimizə. 

Əskiklik gətirər türk dili bizə. 

Yüksək olmalıdır bizim dilimiz 

Yüksək yaranmışdır bizim nəslimiz» 

L-M, 2004,  33-34.

Bu 

tərcümədir. 



Ancaq 

2010-cu 


ildə 

Tehranda 

Nizaminin  iranlı  tədqiqatçısı  doktor  Səid  Həmidinin  nəşr 

etdirdiyi  «Xəmsə»yə  daxil  olan  «Leyli  və  Məcnun»da  türk 

dili  (Azərbaycan dili)  ilə  bağlı  olan  hissə  (s.  329)  belə təqdim 

edilir:


Dövləte-Axsitan bud bozorgvari 

Kərd ze mən eltemas kari 

Torke-sefet vəfaye ma nist 

Torkane soxən fəzaye ma nist 

Axsetan böyük dövlət başçısı  idi 

Məndən iltimasla xahiş etdi ki,

Türk sifətli  (söz) bizdə vəfalı sayılmaz 

Türkcə deyilən sözlər yaraşıqlı olmaz.

«Leyli  və  Məcnun»un  1965-ci  ildə  nəşr olunmuş  elmi- 

tənqidi  mətnində həmin hissə belə verilmişdir:

Torke sefet vəfaye ma nist 

Torkane soxən səzaye ma nist 

An kəs nəsəbe bolənd zayəd 

Ura soxəne bolənd bayəd

(«Leyli  və  Məcnun»,  Elmi-tənqidi  mətn,  Moskva,  1965, 

s.  42-43).

Türkcəlik bizə vəfalı olmağın sifəti  deyil 

Türkvari  deyilmiş söz bizə layiq deyil.

O adam ki, yüksək nəsəbdən doğulmuşdur 

Ona yüksək söz lazımdır.

(Nizami  Gəncəvi, «Leyli və Məcnun».  Filoloji tərcümə. 

Bakı,  «Elm»,  1981,  s.  35).

114

Nizamidə  azərbaycançılıq

Ola  bilsin,  bunlar  da  Nizaminin  əsəri  ilə  bağlı  təqdim 

edilən  bir  variantdır.  Ancaq  məsələ  budur  ki,  burada  türk 

(Azərbaycan)  dilinə  olan  ənənəvi  iranlı  (fars)  münasibəti 

gizlində  deyildir.  Farslar  ta  İran-Turan  siyasi  hadisələrindən 

başlamış  türklərə  qarşı,  eyni  zamanda,  türk  nəsil  budağına 

qarşı  soyuq münasibətdə  olmuşlar.  Axsitan  da  bu  tarixi  milli- 

psixoloji  varisliyin  nümayəndəsi  kimi  Azərbaycan  dilinə  öz 

kin  və  nifrətini,  alçaldıcı  münasibətini  açıqca  bildirmişdir. 

Ancaq  Axsitan  nə  qədər  özündən  razı  halda  özünün  İran 

şahlarının  nəslindən  olduğunu  bəyan  etsə  də  nəslində 

qatışıqlıq  var  idi.  Mənbələrdə  Axsitanm  anasının  iranlı  (fars) 

yox,  gürcü  olduğu  göstərilir:  «Öz  mənşəyinə  görə  ata 

tərəfdən  ərəb 

Məzyədilər 

sülaləsinə 

daxil 

olan 


III 

Mənuçöhrün  oğlu  Axsitan  bu  sülalənin  19-cu  hökmdarı  idi. 

Ana  tərəfdən  gürcülərə  bağlanan,  daha  doğrusu,  Tamaradan 

doğulan  Axsitan 

Atabəylər 

dövlətini 

sarsıtmaq 

üçün 


Gürcülərlə  əlaqəyə  girirdi.  Azərbaycan  şəhərlərini  xarabalığa 

çevirmişlər».1

Şair  Axsitanm  dil  məsələsindəki  kəskin  ittihamından 

aydın  məsələdir  ki,  hiddətlənir  və  öz  narazılığını  oradaca 

bildirir:

Qulluq halqasına düşdü qulağım 

Qan vurdu beynimə, əsdi dodağım 

Nə cürətim vardı əmrdən qaçam 

Nə də gözüm vardı xəzinə açam.

Ömrüm viran oldu,  solub-saraldım 

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi  deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu məcaranı.

L-M, 2004,  34-35.

Buradan  göründüyü  kimi,  Nizami  onun  ana  dilinin 

təhqir  edildiyinə  görə  mütəəssir  olur.  Ancaq  çarə  yoxdur. 

Qılıncın  qarşısına  bir  anda  qələmlə  çıxmaq  olmur.  Nizaminin

Azərbaycan tarixi.  II cild, «Elm», Bakı, 2007, s.  332.




Mübariz  Yusifov

əvvəldə,  «Qarşımda  dururdu  yazdığım  divan»  cümləsindən 

belə  çıxır  ki,  bu  «Divan»  onun  ana  dilində  yazdığı  şeirlər 

toplusundan  ibarət  olmuşdur.  Şah  deyəndə  ki,  «Leyli  və 

Məcnun»a  fars-ərəb  dili  ilə  zinət  vur»,  bu  belə  başa 

düşülməlidir ki,  Nizaminin  Azərbaycanca yazılan  olduğundan 

onu  xəbərdar  ediblərmiş.  Ona  görə  əsərin  fras  dilində 

yazılması  tələbi  ortaya  çıxır.  Həm  də  Nizami  deyəndə  ki, 

«Ömrüm  viran  oldu,  solub-saraldım;  Bu  əmrin  önündə 

cavabsız  qaldım,  bir məhrəm  adam  da  yoxdur ki,  bu  sirri  ona 

açıb  çarə  axtanm»-  bundan  şairin  həqiqətən  ana  dilində 

yazılan  olduğu  aydınlaşır.  Bəs  şairi  qorxuya  salan  nə  idi? 

Şahın  Azərbaycan  dilinə  nifrəti.  Nizami  ona  görə  qorxuya 

düşür  ki,  o  şah  deyəni  etməsə  ana  dilində  yazdığı  «Divanı» 

tapıb  məhv  edərlər.  Bu,  Nizaminin  özünün  yazdıqlanndan 

əldə  olunan  məntiqi  nəticədir.  Ancaq  mənbələrdə  də  belə 

məlumatlar vardır ki,  Nizaminin  öz ana dilində 20 min beytlik 

«Divan»ı olmuşdur.

Azadə  Rüstəmzadə  qeyd  edir ki,  Nizaminin  lirik şeirlər 

məcmusundan  ibarət  bir  divanı  olmuşdur.  Güman  ki,  Nizami 

divanında  şairin  doğma  Azərbaycan  dilində  yazdığı  şeirlər də 

olmamış  deyildi.  Ola  bilsin,  Axsitan  «Leyli  və  Məcnun»un 

yazılmasını  sifariş  edəndə  bunu  bilirdi  və  bu  əsərin 

Azərbaycanca  yox,  farsca  (fars-ərəb  sözlərindən  bəzək 

vurulması  ilə)  yazılmasını  istəyirdi.1  Bəlkə  elə  doğrudan  da 

Nizaminin özünün dediyi  kimi  olub.  Ya «Divan» məhv edilib, 

ya  da  necə  olubsa  it-bata  düşüb.  Bunun  axtarışında  olmaq 

lazımdır.  Xatırladım  ki,  2003-cü  il  «Dirçəliş»  XXI  əsr» 

jurnalının  noyabr  69-cu  nömrəsində  Nizami  Xudiyevin 

«Nizami  Gəncəvinin  türkcə-Azərbaycanca  divanı  haqqında» 

(s.  69-85)  adlı  Nizamiyə  aidiyyəti  olduğu  güman  edilən 

əlyazması  barədə  maraqlı  bir  məqaləsi  çap  olunmuşdu.  Nə 

üçün bu yazıya əhəmiyyət verilmədi? Təəccüblüdür.  Əgər XII 

əsrin  yadigan  olan  həmin  əlyazmanın  Nizamiyə  aidiyyəti

1 Bax: Rüstəmzadə Azadə. Nizami Gəncəvi.  Həyatı və sənəti. Bakı, «Elm»,  1979, s.

11. Е.А.Бертельс. Избранные труды Низами  и Физули.  Изд. Восточной



Nizamidə  azərhaycançılıq

təsdiq edilsəydi  nə  itirirdik? Neç nə  itirməzdik,  əksinə,  dünya 

ədəbiyyatının  qızıl  fonduna  daxil  edilmiş  Nizami  əsərlərinin 

meyvəsini,  şirəsinin,  daxilini  təşkil  edən  Azərbaycançılıq 

məzmununun  qərəzsiz  sahiblərinə  yetişməkdən  başqa!  Bu 

məsələyə 

yenidən 

qayıdılması 

Nizamişünaslann 

çox 


müqəddəs  və  tarixi  bir  borcu  olardı!  Ancaq  Nizaminin 

Azərbaycanca 

əsərlərinin 

olması 


məsələsi 

əsla 


dayanmamışdır.  Nizami  Xudiyevin  özünün  2003-cü  ildə 

«Azərbaycan»  nəşriyyatı  tərəfindən  çap  olunmuş  «Xalqın 

tarixi  haqqı»  (dilimiz,  varlığımız)  adlı  kitabda  «Nizami 

Gəncəvinin türkcə  (Azərbaycanca divanı haqqında»  ayrıca bir 

bölmə  verilir.  Burada  göstərildiyinə  görə  Misirin  Xədəviyyə 

kitabxanasında  Nizami  Gəncəviyə  aid  edilən  divanın 

əlyazması  aşkar  edilmiş,  onun  fotosurəti  də  Azərbaycana 

göndərilmişdir.1 

Əlyazmadan 

verilən 


nümunələrin 

məzmununda  Nizami  «Xəmsə»si  ilə  səsləşən  motivlər  də 

vardır:

Kimdir o Xosrovu-afaq,  Məhəmməd xan kim 



Kərdir rəhmdən  edər dildə münəvvər nərgiz 

Ol  Səncər ilə Toğrul vəsfini,  ey Nizami 

Cızasan murad edərsən şah qapma doğru 

Bu əsrə gəlsə şaha, şəhi  Səncər ilə Toğrul 

O Səncər ilə Toğrul vəsfin,  cy Nizami,

Cızasan murad edərsən şah qapısına doğru.*

 1

1

 1



 2

Təqdirəlayiq  haldır  ki,  Nizaminin  Misirdə  tapılmış 

əlyazmasının  Xədəviyyə  nüsxəsi  İranda  da  çap  edilmiş  və 

Azərbaycanda  da  təkrar  nəşr  olunmuşdur.  Kitab  cəmi  64 

səhifədir.  Burada  divandan  seçmə  nümunələr  verilmişdir. 

Aşağıdakı  nümunələrin  məzmunu  da  Nizami  əsərlərinin  ruhu 

və məzmunu  ilə səsləşir:

1 Bax: Nizami Xudiyev. Xalqın tarixi haqqı.  Dilimiz, varlığımız. Bakı, «Azərbaycan» 

nəşr.,  s. 299.

2 Bax:  Yenə orada,  s.  315, 319.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə