Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

Mübariz  Yusifov

İran-Turan  müharibəsi  mərhələsində  (eradan  əvvəl  I 

minilliyin  əvvəlləri)  türk  adı  yox,  Turan  adı  işlənmişdir. 

Turan  adı  isə  qədim  türk  əhalisinə  iranlılar  tərəfindən  veril­

mişdir.  Turanlıların  əfsanəvi  hökmdarı  Əfrasiyab  (Ər  Tonqa) 

İran  şahı  Keykavusun  oğlu  Səyavuşa  öz  qızını  veribmiş. 

Sonra  isə  onu  öldürüb.  Buna  görə  də  iranlılarla  turanlılar 

arasında uzunmüddətli mühribələr baş vermişdir.1

Belə  bir  rəvayət  də  vardır  ki,  İranın  Pişdadi  sülaləsinin 

beşinci  padşahı  Firidunun  üç  oğlundan  (ortancıl)  oğlunun  adı 

Tur imiş.  Firidun  ölümündən  əvvəl  məmləkətindən  türküstan 

tərəflərini  Tura  vermişdir.  Beləliklə,  Tur  iranlıların  və 

türklərin  əfsanəvi  babası  sayılır.  Turan  sözü  də  guya  Tur  adı 

ilə bağlıdır.1

 2 Burada əfsanədə var,  uydurma da, tarix də.

Tarixi  fakt  odur  ki,  İran-Turan  müharibəsində  Əfrasiyab 

öldürülmüş,  müharibə  iranlıların  qələbəsi  ilə  bitmişdir. 

Bundan  sonrakı  mərhələlərdə  iranlalann  öz  ərazilərini  şərqə 

doğru  geinşləndirmə  prosesinin  başlanğıcı  qoyulmuşdur. 

İranlalarda  müşahidə  olunan  mənəvi-psixoloji  bir  əlamət 

vardır  ki,  onlarda  daxili  təmayüllülük  çox  güclüdür.  Başqa 

sözlə,  onlar  özləri  haqqında  həmişə  üstün  fikirdə  olmuşdur. 

Bu,  xüsusən,  türkdilli  əhaliyə  qarşı  münasibətdə  özünü  aydın 

göstərir.  Ola  bilsin,  həmin  ənənənin  davamıdır  ki,  Nizami 

dövründə  də  indi  də  İranda  Azərbaycanlılar  haqqında 

danışanda onların özləri də,  dilləri  də nəinki, «türk», hətta, bir 

qədər  də  ikrah  yaradıcı  tərzdə  «turki»  (yəni  türkə  bənzər, 

türkə  oxşayan)  adlandırılır.  Bu,  iranlalann  təsəvvürüdür. 

Azərbaycan  əsilli  tədqiqatçılara  gəlincə,  onlar klassik  dövrdə 

Azərbaycanlı  əhaliyə  şamil  edilən  «türk» adını  təkcə etnik bir 

termin  kimi  yox,  həm  də  xalqın  daxili  aləmini,  milli 

psixologiyasını 

özündə 

canlandıran 



bir 

söz 


kimi 

mənalandmrlar.  Bu  doğrudan  da  belədir.  Nizamidə  də  «türk» 

adı  həm  də  etnik  vahid  kimi,  həm  də  etnik-psixoloji  vasitə 

kimi  işlənmişdir.  Məmmədəmin  Rəsulzadə  Nizami  əsərlərin-

1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adlarm və terminlərin sərhi  Bakı 

«Maarif»,  1993, s. 218-219.

2 Yenə orada; bax:  s. 218.

Nizamidə  azərbaycançılıq

də  türk  adının  «gözəllik,  «ağlıq»,  «paklıq»,  «yaxşılıq»,  «tə­

mizlik»,  «doğruluq»,  «mərdlik»,  «qəhrəmanlıq»,  «başçılıq», 

«qüvvətlilik», «ədalətlilik» rəmzi kimi  işlədildiyi göstərilir.1

Buraya,  hətta,  onu  da  əlavə  etmək  lazımdır  ki,  Nizami 

harada,  hansı  xalqda  yaxşı  nə  varsa  ona  «türk»  təşbehini 

qoşur.  «Türk»  sözünə  qoşulan  etiketləri  Məmməd  Əmin  Rə­

sulzadə  aşağıdakı  kimi  şərh  edir:  «Dilbər  deməli  olduğu  çox 

yerdə  şair  sadəcə  «türk»  deyir.  «Torke-delsetan»,  «torke- 

tənnaz»,  «torkc-nazənin-  əndam»  kimi  ifadələrə  Nizamidə 

tez-tez  rast  gəlinir.  Gözəl  gözdən  bəhs  edərkən  (Nizami) 

«türk  gözü»  («çeşme  torki»)  deyir,  onu  ahu  (ğəzal)  ilə 

müqayisə edir.  Hər hansı  gülüşün  şirinliyini  ifadə  etmək üçün 

ona «türk gülüşü» deyir.2

Bu  təşbeh  və  epitetlər  iranlılara,  fraslara  aid  olan  ifadə 

vasitələrində  işlədilmir.  Türk  adı  Nizamidə  o  qədər  uca, 

hörmətli  tutulr  ki,  hətta,  Leylinin  ətrafındakı  qızlara 

«Ərəbistanda  yaşayan  türklər»  deyir,  gözəllərin  sarayına 

«Türküstan»  deyir.  Xosrov  və  Bəhram  hər  ikisi  iranlı  olduğu 

halda,  Nizami  onların  döyüşünü  təsvir edərkən  «Türk  neyinin 

naləsindən türklərin boğazı tutuldu» deyir.

Nizami  «Yeddi  gözəl»  əsərində  «Xosrovun  Xavərəngdə 

yeddi  qızın  şəklini  görməsi»  hekayəsindəki  qızların  mənşəcə 

türklüyə (Azərbaycanlıya) aidiyyəti  yoxdur.  Bunlar Hind,  Çin, 

Xarəzm,  Slavyan,  Məğrib  (Şimali  Afrika),  İtaliya  (Qeysər), 

Kəsra  (İranın  Sasanilər  sülaləsindən  Ənuşirəvana  və  ondan 

sonra  gələn  İran  şahlanna  verilən  ad;  iranlı)  elindən  olan 

qızlardır.  Nizami  Azərbaycana  aid  əlamətləri  elə  işlədir  ki, 

onlar istər-istəməz  Azərbaycandan  olan  qızlar kimi  təsəvvürə 

gətirilir:

Rəsm etmişdi  gözəl yeddi  şux pəri 

Hər biri bir elin parlaq ülkəri 

Hind şahının qızı  sevimli Furək

1 Məmmədəmin Rəsulzadə.  «Azərbaycan şairi Nizami», Bakı, «Azərbaycan  Dövlət 

Nəşriyyatı»,  1991, s.  140-148.

2  Yenə orada, s.  142.



1075 ^ *


Mübariz  Yusifov

Ondördlük ay kimi dilbər bir mələk 

Çinin xaqanının qızı Yağmanaz 

Gözəllər afəti, misli tapılmaz.

Bir kəklik yürüşlü şux,  solmaz pəri 

Xarəzm şahzadəsi,  gözəl Nazpəri 

Slavyan şahının rumi geyimli 

Gözəl Nəsrinnuşu, türktək sevimli 

Məğrib padşahının Azəryun qızı 

Nurə qərq eyləyən günü, ulduzu 

Şanlı qeysər qızı şöhrəti Humay 

Humayun gözəli, surəti Humay 

Keykavus nəslindən dilli, diləkli 

Kəsranın Dürsəti tavus bəzəkli 

Y G, 2004, 70.

Buradakı  nə  hindli  Furəkin nə Çin  qızı  Yağmanazın, nə 

Xarəzmli  Nazpərinin,  nə  Slavyan  qızı  Nəsrinnuşun,  nə 

Məğrubli  Azəryunun,  nə  İtaliyalı  Humayın, 

nə  İranlı 

Dürsətin adlan  öz xalqlanna uyğun gəlmir.  Tək Furək (Fərəh) 

adı  ilə  birlikdə  onlann  yeddisi  də  Azərbaycan üçün  səciyyəvi 

olan şəxs adlanndan ibarətdir.

Hind  qızının  hekayəsində  isə  Türkünaz  adlı  türk 

(Azərbaycanlı) qız haqqında söhbət gedir:

Dedim:  -Ey sevgilim, muradın nədir?

Şöhrətin,  şanın var,  de, adın nədir?

Dedi:  - Bir türkəm ki,  adım Türkünaz.

Söylədim:  -  Könüllər bir olsa əgər 

Qohum tək ad dəxi  ada bənzəyər.

Xeyli qəribədir,  qoy deyim  sənə 

Türkünaz ləqəbi verilib mənə 

At çapar, türk kimi  geniş səhrada 

Ataq hindulan qızğın bir oda.

Y G.  2004,  142.



Nizamidə  azərbaycançılıq

«Xosrov  və  Şirin»dəki  «Xosrovun  Şirinlə  əylənməsi» 

hekayəsində  məclisdəki  qızların  adında  da  türk  (Azərbaycan) 

nişanəsi canlandırılır:

Firəngiz,  sərv boylu gözəl Süheyla 

Əcəbnuş, Fələknaz, bir də Hümeyla 

Hümayun,  Səməntürk, nazlı Pərizad 

Xütənxatun,  bir də Gövhərmülk dilşad 

X -Ş ,  2004,  129.

Nizami təsvir etdiyi hökmdar adlarında və həmçinin, et­

nik  adlarda  da  (Azərbaycanlı  obrazı  yaradır.  «Leyli  və  Məc- 

nun»da Leylinin  qəbri  üstündə  Məcnunun ölməsi  hadisəsi  za­

manı  şair Böyük  Yaradanı  «Səcdə  edənlərin  səlcuqu  (pənahı, 

pərəstişgahı)» adlandırır:

Fələyin üstündə vilayətin var 

Himayən altında durur varlıqlar 

Səcdə edənlərin  səlcuqisən sən 

Bir də son vücudun mirası  sənsən.

L-M, 2004,  203.

«Yeddi  gözəl»də  şahın  tərifi  verilən  yerdə  Ağsunqur 

yada  düşür.  Ağsunqur  Əbdullah  oğlu  Qəsimüddovlə  Mosul 

vilayəti  Atabəylər  dövlətinin  banisi  İmaməddin  Zənginin 

atasıdır. Nizami  onu yada salmaqla türk (Azərbaycan) mənşəli 

hökmdarların  yadda  qalmasına  və  xatırlanmasına  diqqəti 

yönəldir:

O şahın ləqəbi Əlaəddindir 

Qoruyub durduğu zaman zəmindir 

Ölkələr fatehi  Körpə Arslan şah 

Alp Arslandan yüksək, olduqca gümrah 

Ondan Ağasunqurun nəsli güc aldı 

Əcdadı kamala yetdi, ucaldı.

Y G,  2004,  31.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə