Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Mübariz  Yusifov

Bəzən ovlaqları oldu  Kürbasar 

Çox quş ovladılar, balıq tutdular.

Günlər bölünmüşdü çöl-səyahətdə 

Keçirdi  vaxtları ovda,  işrətdə 

X-Ş,  2004,  133.



Şəki haqqında.  Şəki  qədimdən  Azərbaycanın  dilbər gü- 

şələrindən  biri  kimi  tanınmışdır.  Şəki  həm  özünün  təbii  gö­

zəlliyi  ilə,  nadir tapılan dadlı meyvələri  ilə,  xoş təbiətli  insan­

ları ilə dillər əzbəri olmuşdur.  Nizami  Şəkinin gözəllikləri  nü­

munəsində  burada  yetişən  almanı  təşbeh  götürür  və  Zeydin 

sevgilisi  Zeynəbin  gözəlliyinin  bir  nişanəsini  Şəki  alması  ilə 

müqayisədə ifadə edir:

Şən idi,  şux idi, həm də füsunkar 

Gözəllər gözəli o nazlı nigar 

Min səfa başını gicəlləndirən 

Min sevda səfası qırardı  hərfdən 

Tük kimi incəydi beldən o dilbər 

Ağzı xırdacaydı  qarışqa qədər 

Şəki alması tək çənəsi vardı 

Məkkə qumundan da çox yandırardı.

L-M, 2004,219.



3.  Azərbaycançılıq mühiti

Azərbaycançılıq  mühiti  Nizami  əsərlərinin  canıdır, 

ruhudur,  özəyidir.  Bu  Nizaminin  dilində  canlı  şəkildə  təsəlli 

edir.  Nizami  ana  vətəni  ilə  bağlı  məqamları  elə  bir  sevgi  ilə, 

elə  bir  dərin  rəğbətlə  qələmə  alır  ki,  bu  məqamları  təsvir 

edən dilin fars dili olduğu belə unudulur.  Buna görə də o fikrə 

tam  haqq  qazandırmaq  şübhə  yaratmır  ki,  Nizaminin 

əsərlərinin  ancaq  üst  qabığının  farslığa  aidiyyəti  var.  onun 

altındakı  şirə  başdan-başa  Azərbaycan  dadı  verir.  Bu  şirədən

Nizamidə  azərbaycançılıq

daddıqca  Nizaminin  doğmalığı  artır  və  artdıqca  da  bu  doğma 

hərarət  bizi  Nizamiyə  daha  da  yaxınlaşdırır.  Füzuli  də  belə 

edirdi.  Onun əsərlərində ərəb-fars  ifadə  və  tərkibləri  ələbəttə 

ki,'4  məzmunun  hamı  üçün  anlaşıqlı  olmasında  çətinlik 

yaradırdı.  Ona  görə  də  Füzuli  deyirdi  ki,  zahir  zahirdir,  tam 

anlaşıqı  olmaya  da  bilər,  batin  (məğz)  isə  mənim  canımın 

(Azərbaycanlı canının) şirəsindən ibarətdir:

Çiraq göydiriçək naleyi-əfqanımdan

Fitləsin qılıram məğzi-üstüxanımdan.

F, I, 262,  L

(Mən  özümün  nalə  və  əfqanımdan  çıraq  yandıranda  bu 

çırağın  piltəsini  sümüyümün  içindəki  ilikdən  edirəm).  Yəni 

mənim  dediklərim  daxildən  gəlir,  milli 

Azərbaycanlı 

ruhundan gəlir.  Nizamidə də  hər şey milli  ruhdan gəlir.  Bunu 

yaxşı  dərk  edən  İran  alimləri  özləri  etiraf  etməyə  məcbur 

olmuşlar ki,  Nizami  onlardan  deyil.  Nizaminin  əsərlərini  səs­

ləndirən dilə onlann aidiyyatı var,  içindəkilərə yox.  Məmməd 

C əfər Cəfərov bu məsələyə münasibəti  Y.N.Mamn təəssüratı 

əsasında belə şərh verir:  «Əslində,  İran alimlərinin çoxu Niza­

mini  heç  də  fars  şairi  hesab  etmirdilər.  Bu  xüsusda 

Y.N.M amn  İrana  etdiyi  bir  səfərdən  sonra  Leninqrad 

şərqşünasları  qarşısında  etdiyi  məruzəsində  və  1925-1926-cı 

illərdə  «İran  səfərindən  alınan  ədəbi  təəssürat»  adı  ilə  nəşr 

olunan  məqaləsində  verdiyi  məlumat  çox  səciyyəvidir. 

Y.N.Marr  bu  məqaləsində  bildirir  ki,  Tehranda  fars  alimləri 

Nizamini böyük  şair hesab etmirlər,  onlann fikrincə, Nizamini 

sevənlər  ancaq  Cənubi  Azərbaycanlılar,  bəxtiyarilərdir.  Fars 

alimlərinin  fikrincə,  «Nizami  İran  şairi  deyildir.  O,  Azərbay­

can  mühitində  yaşamış  və  işləmişdir.  Onun  şeirləri  İranlılar 

üçün  anlaşılmazdır.  O,  Qafqazlılar  üçün  ola  bilsin,  dahidir, 

iranlılar  üçün  isə  dahi  deyildir».1  Burada  həqiqət  budur  ki,

1 Məmməd Cəfər. Nizaminin  fikir dünyası. Bakı, «Yazıçı»  1982, s.  168-169; 

Ю.Н.Марр. Статьи  и сообщения, Л.,  1939, с. 255-268.



M übariz  Yusifov

Nizaminin  əsərlərində  fars  ruhu  yoxdur.  Təsvir  olunan  bütün 

hadisələrdə,  hətta,  Azərbaycana  aidiyyatı  olmayan  yer  və 

şəxs  adlarında  Nizaminin  Azərbaycanlı  ruhu  vardır.  Nizami 

bu  əsərləri  farslar  üçün  yox,  başqa  millətlər üçün  yox,  məhz 

Azərbaycanlılar üçün  milli  bir  sərvət yaradıb  getmişdir.  Onun 

hər  bir  sətrində,  hər  cümləsində  Azərbaycançılıq  ruhu 

səslənir.

Nizaminin  əsərlərində  Azərbaycan  adı  bir  ölkə  adı  kimi 

qələmə  alınmış  olsa  da  etnik  bir  termin  kimi  Azərbaycanlı 

sözü  işlənmir.  Onun  işlətdiyi  türk  adı  Azərbaycanlı  mənası 

daşıyır.  Nizami  dövründə  türk  adı  türk  xalqlan  üçün  ümumi 

bir  termin  kimi  işlədilmişdir.  Ona  görə  də,  məsələn,  Çində 

yaşayan  türk  mənşəli  etnik  təbəqənin  uyğurlara,  qırğızlara, 

özbəklərə  və  s.  aidiyyətindən  asılı  olmayaraq Nizamidə  onlar 

«Çin  türkü»  adlanır.  Türk  xalqlarının  diferensiallaşdığı 

mərhələdən  sonra  isə  müəyyən  etnik  birləşmələr  öz  milli 

adlarını  bir-birindən  fərqləndirərək  özlərini  qazax,  qırğız, 

tatar,  qaraqalpaq,  tuva  və  s.  kimi  adlanlırmışlar.  Lev 

Qumilyov  türk  adı  və  türk  etnik  birləşməsi  haqqında  fikir­

lərini  belə ümumiləşdirir:  «Altay türkləri  tukyular (türkyutlar) 

mənşəcə  Qərb  hunlarından  törəmişlər.  Nəzərə  alsaq  ki,  Qərb 

hunları  468-ci  ildə  məhv  edilib,  türklər  isə  xalq  kimi,  artıq, 

545-ci  ildə  tarix  səhnəsinə  gəliblər,  onların  artım  sürətinə  və 

nəsillərin  bir-birini  izləməsinə  yalnız  heyrətlənmək  olar. 

Monqolustan  Altayının  ətəkləri  hunlardan  törəyən  və  türk 

dilində  danışan  tayfalarla  məskunlaşmışdı.  1500  il  ərzində 

«Türk»  sözü bir neçə  dəfə  mənasını  dəyişib.  Göründüyü kimi 

türk  adı  altında  V  əsrdə  knyaz  Aşinanm  birləşən,  VI-VIII 

əsrlərdə isə xalq kimi  formalaşan və türk dilində danışan ordu 

nəzərdə  tutulurdu.  Lakin  eyni  dildə  danışan  qonşu  xalqlar 

qətiyyən  türk  hesab  olunmurdu.  Ərəblər  dillərini  nəzərə  al­

madan  Orta  və  Mərkəzi  Asiyada  bütün  köçəri  tayfalan  türk 

adlandırırdılar.  Rəşidəddin,  ehtimal  ki,  dil  əlamətlərinə  görə 

türkləri  və  monqolları  fərqləndiridi.  İndiki  mərhələdə  isə 

«türk» etnoqrafiyası,  hətta,  mənşəyi  nəzərə almadan istisnasız 

olaraq linqvistik anlayışdır.  Çünki  bir sıra türkdilli xalqlar türk

Nizamidə  azərbaycançılıq

dilini  qonşularla ünsiyyət prosesində  əxz  ediblər.  Türk  dilinin 

mənşəyi  və  özünü  «türk-türkyüt»  adlandıran  xalqın  meydana 

gəlməsi  tamamilə  fərqli  hadisələrdir.  İndi  türk  dilləri  adlanan 

dillər  ən  qədim  zamanlarda  meydana  gəlmişdi,  türkyüt  xalqı 

isə V əsrdə,  Altay və onun ətəkləri üçün səciyyəvi olan meşə- 

düzən  landşaftı  şəraitində  tayfaların  qarışması  nəticəsində 

yaranmışdı.  Gəlmələrin  yerli  əhali  ilə  qaynayıb-qanşması 

prosesi  o  qədər güclü  olmuşdu ki,  artıq,  yüz  il  sonra  546-cı  il­

də  onlar  qədim  türk  xalqı,  yaxud,  türkyüt  adlandırılan  vahidə 

çevrilmişdilər.  Türk  dili  mühitinin  özü  isə  həmin  dövrdə,  ar­

tıq,  Altaydan  qərbə  doğru  uzaqlara-quzların,  kanqlıqlann, 

yaxud peçeneqlərin,  qədim bolqarların və hunların yaşadıqlan 

ərazilərə yayılmışdı».1

Məsələ  burada  ondan  ibarət deyildir ki,  «türk»  adının  və 

«türk»  etnosunun  yaranması  tarixi  və  yayılması  arealı 

dəqiqləşdirilsin.  Bu  hələlik,  tarixşünaslıqda,  etnoqrafiya  və 

dilçilikdə  mübahisəli  qalan bir problemdir.  Dilçilərin  apardığı 

tədqiqatı  və təhlilləri tarixçilər,  etnoqraflar, onların qərarlarını 

isə  dilçilər  qənaətbəxş  hesab  etmirlər.  Tarixçilərin  və  etnoq- 

rafların  axtarışlarının  indiyə qədərki  nəticəsi  ilə əlaqədar olan 

qərarı  budur ki,  türkdilli  əhali  Azərbaycan ərazisinə  sonradan 

köçüb  gəlmiş  və  müxtəlif tayfaların  inteqrasiyası  Azərbaycan 

xalqını  əmələ  gətirmişdir.  Dilçilərin  tədqiqatında  müxtəlif 

türkdilli tayfaların Azərbaycan ərazisinə köçüb gəlməsi  istisna 

edilmir.  Ancaq  Azərbaycanlıların  şimallı-cənublu  indiki 

ərazidə  aborigen  olması  fikirinə  daha  artıq  əhəmiyyət  verilir. 

Hətta, belə bir ehtimal  da istisna edilmir ki, nə zamansa Azər­

baycan  ərazisindəki  əhalinin  şərqə  doğru,  sonradan  isə 

şərqdən  qərbə  doğru  axını  baş  vermişdir.  Bu  mübahisələrin 

həlli  və  dəqiqləşdirmələr  aparılması  çox  ciddi  tədqiqatlann 

işidir.  Ancaq  tarixi  həqiqət  öz  yerində  qalır.  Mümkündür  ki, 

türk  xalqlan  barədə  «türk»  termininin  işlədilməsindən  əvvəl 

bu  xalqlar vahid etnik birləşmə şəklində  yaşamış  və tamamilə 

başqa  bir  ad  daşımışlar.  Məsələn,  belə  bir  ehtimal  vardır  ki,

'  Lev Qumilyov. Qədim türklər. Bakı, «Gənclik», 

1993

  s.  33-34.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə