Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Mübariz  Yusifov

Banu öpüb yeri qalxdı ayağa 

Xosrovla başladı  o danışmağa 

Dedi: «Gəl bizimlə Bərdəyə gedək 

Qışı qalaq orada,  gəzək, keyf edək 

Bizim bu  Bərdənin yeri arandır 

Suyu çox,  otu çox, bir gülüstandır».

X-Ş,  2004,  100-101.

Nizami  Bərdəni  təkcə  təbiəti  gözəl  olan,  həm  də 

strateji  bir mövqedə yerləşən ərazi kimi  təqdim etmir,  həm də 

buranın  bir  mədəniyyət  mərkəzi  olduğunu,  bu  yerdə  alim 

şəxslərin  yetişdiyini,  elm-irfan  mərkəzi  olduğunu  da  qələmə 

alır:

Məlum hekayədir «Xosrov və  Şirin»



Dastan yoxdur əsla bu qədər şirin 

Ruhu oxşasa da bu gözəl dastan 

Pərdədə qalmışdı bu gəlin çoxdan 

Tanıyan yoxdur bu gözəl alması 

Bərdədə var idi bir əlyazması 

O ölkənin qədim tarixlərindən 

Bu dastanı  tamam öyrənmişəm mən 

O yerdə yaşayan qoca adamlar 

Təşviq etdi  işə, mən verdim qərar 

Ağıl bu dastanı  bəyənsin gərək 

Sözləri şirindir, məzmunu gerçək 

Xosrovdan,  Şirindən qalan yadigar 

Gizlində deyildir,  durur aşikar.

X-Ş,  2007, 49.

Nizami  Muğan,  Arran,  Araz,  Kürbasar,  Şəki  kimi  doğma 

el-oba  adlarına  da  böyük  məhəbbətlə,  ehtiramla,  qayğı  ilə 

yanaşır.  Vətən  torpağının hər bir güşəsinin  ona əziz olduğunu 

əsrlərdən -əsrlərə, nəsillərdən-nəsillərə çatdırır.



Muğan  haqqında.  Muğan  qədim  dövrlərdə  Azərbayca­

nın  abad  və  əzəmətli  şəhərlərindən  biri  olmuşdur.  İndi  o  şə­

hər,  artıq,  yoxdur. 

Amansız  müharibələrmi,  fəlakətli

98

Nizamidə  azərbaycançılıq

zəlzələlərmi,  zamanın  gizli  qalmış  hansısa  hadisələrimi  onun 

izini itirmişdir.  Nizami  Muğanı xatırlamaqla onu deyir ki,  belə 

insan  məskənlərimiz  olmuşdur.  İnsanların  başqa  bir  məkana 

keçib  getməsi  üçün  tranzit  mövqeyə  malik  bir  məskən  kimi 

tanınmışdır.  Nizami  xatırladır,  tarixçilər,  etnoqraflar  axtarıb 

tapmalıdırlar,  tariximizin  gizli  səhifələri  açılmalıdır.  «Xosrov 

və  Şirin»  əsərində  Muğan  Xosrovun  pənah  gətirdiyi  və 

buradan keçib getdiyi bir yaşayış məskəni kimi təsvir edilir:

Xosrov gördükdə ki,  dalda qaldı  su 

Ağlar gözlərinin qaçdı yuxusu 

O gülzara gəlib çatcaq o yerə 

Nəsim xəbər verdi  sərhədçilərə 

Məmurlar qabağa yüyürüşdülər 

Yoluna döşəndi xalı, ipək, zər.

Gözəlləri görmək ona xoş gəldi 

Bir neçə gün qalıb orda dincəldi.

Ordan bir baş gedib çıxdı  Muğana 

Muğandan da keçdi  Baxərzana 

X-Ş,  2004,  99.

Nizamidə  Muğan elə təsvir edilir ki,  sanki  bu yer şənlik 

məskənidir,  şadyanalıq  yurdudur.  Xosrov  da  Şirinlə  birlikdə 

istirahət üçün, əyləncə üçün Muğan adlanan yerə baş çəkir:

Yaxında ki, vardı  o nazlı dilbər 

Sevinirdi qəlbi  sabaha qədər 

Gccə  Şəbdizini o gülgün günəş 

Cilovladı, oldu söyüd gülə əş 

Ay və günəş ova hazırlaşdılar 

Şəbdizə, Gülgünə oldular süvar 

Muğandan Şahruda sürdülər atı 

Dünyanı doldurdu şənlik büsatı.

X-Ş, 2004,  133.

99



Mübariz  Yusifov

«Yeddi 


gözəl» 

poemasında 

Bəhramın 

iranlılara 

cavabında da Muğan əzəmətli,  bolluq,  firavanlıq  və  zənginlik 

məskəni olan bir yer kimi təsvir edilir:

Kəyana layiqdir Kəyanm yeri 

Onu qəsb  etməsin özgənin biri 

Ordu düzəltməli şanlı hökmdar 

Bir atlıdan göyə çoxmu toz qalxar?

Muğan qocasından  qalan piyalə 

Müğan cavanma gərək verilə.

Y G,  2004,  84.

Arran  haqqında.  Arran  (Aran)  qədim  zamanlarda 

Azərbaycanın düzənlik hissəsinin adı kimi  tanınmışdır.  Bəzən 

bu  yer  Qafqaz  Albaniyasının  qədim  adı  kimi  də  adlandırılır.1 

Arran  (Aran)  Kür  və  Araz  çayları  arasındakı  ərazini  əhatə 

etmişdir.  Buraya  indiki  Mil  düzü,  Bərdə,  Gəncə  və  Beyləqan 

(Örənqala)  daxil  olmuşdur.  Nizami  Arran  adını  işlədərkən 

qədim  ərazilərimizi  canlandırar  və  vətən  övladlarını  öz 

yerlərimizi 

daim 

xatırlamağa 



təşviq 

edir: 


Nizaminin

təsvirindən  aydın  olur  ki,  qədim  Arranın  (Aranın)  əzəmətli 

mərkəzi  kimi  tanınan  bir  paytaxtı  var  imiş.  Bu  paytaxt  isə 

Nizaminin doğulduğu Gəncə olmuşdur:

Bəlkə bir mələkmiş, bəlkə də pəri?

Bəlkə çeşmələrdir onların yeri.

Heç açmaq olarmı  bu sirri məgər 

Ki, Xosrov sevmişdir bir pəri peykər?

Süleyman qoyum bir adımı hələ 

Sonra pəriləri gətirim ələ 

Belə fikirləşir,  belə deyirdi 

Ürəyini qüssə, kədər yeyirdi.

1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı, 

«Maarif»,  1993, s.  12.



Nizamidə  azərbaycançılıq

Şah kəsdi  ümidi,  o şux dildardan 

Arran paytaxtına yollandı ordan. 

X-Ş, 2004, 95.



Araz  haqqında.  Nizami  «Xosrov  və  Şirin»də  «Xoşbəxt 

padşah  Qızıl  Arslanın  tərifı»nə  həsr  etdiyi  bölmədə  Qızıl 

Arslanın 

düşmənlərinin 

Araz 

kimi 


coşğun 

olmasına 

baxmayaraq  şah  qarşısındakı  gücsüzlüyünü  təsvir  edir. 

Əslində  isə  öz  vətənində  coşqun  çaylann,  bol  suların 

olduğunu  diqqətə  çatdırır.  Nizaminin  təsviri  zahirdir.  Ancaq 

batində  Nizami  deyir  ki,  bu  yerin  insanları  Araz  kimi 

coşqundur.  Xosrovlann,  Qızıl  Arslanların  hakimiyyəti  daimi 

deyildir.  Vətən torpağı vətən övladlarına ərməğandır.  Həm də 

batindən  bu da anlaşılır ki,  vətən  torpaqları  münbitdir.  Burada 

Araz  kimi  bol  sulu  çaylar  var.  Su  həyat  rəmzidir.  Daimidir. 

Yüz  Xosrovlar  gəlib  getsə  də  bu  ölkənin  növrağını  poza 

bilməz. 


Onlar  bu  gün  gəlib  sabah  gedərgidirlər.  Vətən 

torpağı vətən övladlarınındır. Nizaminin təsviri belədir:

Onun taxtı parlaq günəş adlanır 

Ay göydə onunla hey qanadlanır 

Zühəl onun qulu olmasa əgər 

Nə qədər qocalsa göylərdən enər.

Baş qaldırsa əgər göyə düşmənlər 

Y enə bu dərgahda torpağı öpər.

Çöldə aşıb-daşsa Araz nə qədər 

Dəryaya çatınca o sakitləşər 

X-Ş, 2004, 44.

Kürbasar  haqqında.  Kürbasar  geniş  bir  ərazidir. 

Qədimdə  Kürbasar deyilən ərazilərdə meşəliklər,  ovlaqlar ol­

muşdur.  Kürbasar  əraziləri  öz  zamanında  hökmdarlann,  elit 

təqəbənin  istirahət  yerlərinə  çevrilmişdir.  Nizaminin  qəhrə­

manlarının  Kürbasarı  istirahət  yeri  kimi  seçməsi  Azərbaycan 

təbiətinin zənginliyini göstərən nümunə kimi diqqətəlayiqdir:




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə