Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

Mübariz  Yusifov

məkanı kimi  obrazlaşdınlan Azərbaycana getməyini  məsləhət 

görürlər:

Əmr etdi, mobidlər yandıran odu 

Durmadan hünərlə söndürsün ordu 

Zəndin əfsunlan atılsın suya 

Almsm yaxud bir dəftərxanaya 

İbrahim dinini doğru yol bildi 

Atəş tüstüsünü dillərdən sildi.

Aqillər məsləhət gördülər ona 

Oradan tərpənsin Azərbaycana 

İ,  I,  2004,  173.

«İskəndəmamə»nin  «Şərəfnamə»  hissəsindəki  «İskən- 

dərin  Ərəbistana  getməsi  və  Kəbəni  ziyarət  etməsi»  he­

kayəsində  əmin-amanlıq,  rahatlıq,  dinclik,  ictimai  sabitlik tə­

rəfdarı  olan  Böyük  Azərbaycan  hökmdarlarının  İskəndərə 

qarşı  Ərmən  hökmdarı  Dəvalinin  gözlənilə  bilən  hücumunun 

və  ya  təcavüzünün  qarşısını  alması  barədə  məsləhətləri  ver­

ilir.  İskəndər onların dediklərinə əməl edir və zəfər qazanır:

Böyük Azərbaycan hökmdarından 

Bir elçi gələrək dedi,  «hökmran,

Nə üçün ram etdin bütün dünyanı, 

Sildin ruzigardan zülmü, tüğyanı? 

Verdin hər ölkəyə qurtuluş,  aman, 

Ərmənə nədən süst baxdı hökmran? 

Doğduğun şəhərə bu yaxın ölkə 

Nə  üçün bürünsün qaranlıq kölgə? 

Ərməndə atəşə ibadət edər 

Başqa padşaha itaət edər.

Orda Ad nəslindən bir pəhləvan var 

Qüvvəti  Rüstəmin gücünə çatar 

Adı Dəvalidir, hər bağrı yarır 

Aslan dərisindən yosun qoparır 

Ordunla bu səmtə hücum etməsən

94

Nizamidə  azorbaycançılıq

Ölkəni  şübhəsiz,  alacaq bizdən.

Elə ki,  eşitdi  hökmdar bunu 

Babildən Ərmənə çəkdi  ordunu.

Dəvali Abxazda şahlıq edərkən 

Eşitdi Rum şahı gəlmiş səfərdən 

Atlandı, yüyəni tez aldı ələ 

İskəndər əlini öpmək qəsdilə.

İ, I, 2004,  199-200.

Nizaminin  əsərlərində  Bərdə,  Şəki,  Muğan,  Arran 

(Aran)  kimi  Azərbaycana  məxsus  yaşayış  məskənlərinin 

adlan  çəkilir.  Bu  yerlərin  təsvirində  şairin  vətən  təəssübü, 

vətəndaşlıq mövqeyi aydın şəkildə müşahidə edilir.

Nizaminin  əsərlərində  Bərdə  adma  xüsusi  bir  rəğbətlə 

yanaşılır.  Bərdə  Azərbaycanın  qədim  mədəniyyət  mərkəz­

lərindən biri olmuşdur.

Arranın  ərəblər  tərəfindən  işğal  edilməsindən  əvvəlki 

dövrdə 


Bərdə 

Sasani 


mərzbanlarının 

(sərhədçilərinin) 

iqamətgahı  və  katalikoslannm  patriarxlıq  mərkəzi  olmuşdur. 

Xəlifə  Osmanın  (644-654)  rəhbərlik  dövründə  Bərdə  ərəblər 

tərəfindən  işğal  edilmişdir.  654-cü ildə  ərəb sərkərdəsi  Həbib 

ibn  Məsləmənin  başçılığı  ilə  Qafqaza  ikinci  yürüş  baş  verdi. 

Xilafətin  Şimal  vilayətlərinin  canişini  öz  iqamətgahını 

Dvindən 


Bərdəyə 

köçürdü. 

İran-Bizans 

müharibələri 

dövründə  Bərdə  Xəzərlər  tərəfindən  dağıdılmışdı.  Əməvi 

xəlifələrinin  təyin  etdiyi  canişinlər  şəhəri  yenidən  bərpa 

etməyə  başladılar.  Abbasilərin  hakimiyyətə  gəlməsindən 

sonra  (750)  isə  şəhərin bərpası  daha  da  genişləndirilir.  Çünki 

Bərdə  Şərq  ilə  Qərb  arasında  qədimdən  bəri  çox  əlverişli 

tranzit bir məkan  və  strateji  bir ərazi  idi.  Xilafətin  zəifləməsi 

dövründə  də  Bərdə  öz  iqtisadi  əhəmiyyətini  itirmir.  Çox 

keçmədən  Bərdə  Sacilərin,  942-ci  ildən  isə  Salarilərin  əsas 

şəhərlərindən biri  olur.  X əsrin 20-ci  illərində  Bərdədə  olmuş 

«rəb  coğrafiyaşünası  əl-İstəxri  bu  şəhərin  İraqla  Xorasan 

arasında,  Rey  və  İsfahandan  sonra  münbit  bir  ərazidə

95



Mübariz  Yusifov

yerləşdiyini,  fars  və  Xuzistanı  ipəklə  təchiz  etdiyini 

göstərirdi.1

Bərdədə  sənətkarlıq  və  ticarətin  inkişafı  yalnız  o  dövr 

mənbələri  üçün  deyil,  son  illərdə  şəhərdə  aparılmış  arxeoloji 

qazıntıların nəticələri ilə də təsdiq edilir.1

 2

Nizami  Bərdə haqqında bəhs edərkən  həm  onun gözəl­



liyini  təsvir  edir,  həm  də  şəhərin  tarixən  Hərum  (Məhrəm 

yer) adı  ilə adlandırdığına da diqqəti cəlb edir:

Bərdə mülki necə də gözəldir, onun ətrafı 

Nə yazda, nə payızda gülsüz (çiçəksiz) olmur 

Yayda dağları çiçəklənir 

Qışda baharın nəsimi  duyulur.

Meşəsi behişt örtüklüdür 

Ətəyinə isə Kürdən kövsər bağlanmışdır 

Dağ toyuğu,  turac, kəklik, qırqovul əlindən 

Söyüd və sərv kölgəliklərindən boşluq yoxdur 

Diyarında dinclik bərqərardır.

Ləkələrdən onun torpağı uzaqdır.

Bütün il boyu torpağının reyhanı tərdir 

Burada həmişə naz və nemət boldur.3

«İskəndəmamə»nin («Şərəfnamə»nin) bədii  tərcümələ­

rində  bir  az  fərq  olsa  da  Bərdə  və  onun  ərazisinin  təsviri 

burada  qədimdən  bəri  davam  edən  fıravanlığın,  gözəlliyin, 

əzəmətin  izləri  görünür.  Odur  ki,  Nizami  fəxrlə  şəhərin 

qədim adını da oxuculara təqdim edir:

Qırqovul yuvası hər sərv ağacı 

Oxuyur kəkliyi, ötür turacı 

Səsizlik içində dingəlir gülşən 

Torpağı  silinmiş qayğı,  kədərdən

1 Azərbaycan tarixi, II cild. Bakı, «Elm», 2007, s. 225.

2 Azərbaycan tarixi, II cild. Bakı, «Elm», 2007, s.  225.

3 R.Azadə. Nizami Gəncəvi. Bakı, «Elm»,  1979, s.  110, (Sətri tərcümə variantı).

96

Nizamidə  azərbaycançılıq

Reyhanı  yaşıldır illər uzunu 

Hər çeşid naz-nemət bürümüş  onu 

Yem üçün gələr quş bu gözəl yurda 

İstəsən «quş südü» taparsan burda.

Hərum adlanırdı bu yurd hər yerdə 

İndisə adma deyirlər Bərdə 

Bu mərdlər, gözəllər yurdunda inan 

Çox saysız xəzinə gizləmiş zaman 

Belə şux,  sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar.

İ, I, 2004, 202.

Bərdənin  təbii  gözəlliyi,  zənginliyi  və  bolluq,  eyni 

zamanda,  əmin-amanlıq  diyarı  olması  «Xosrov  və  Şirin» 

əsərində  də  xatırlanır.  Bu  yer  Məhinbanunun  qış  ovlağı, 

istirahət guşəsi kimi təriflənir:

Gül  fəsli yamyaşıl Muğan-yatağı

Y ay zamanı yeri Ərmən torpağı 

Əkindən əkinə, çiçəkdən gülə 

Gəzir,  seyrə çıxır hey gülə-gülə

Y ay ötüb keçəndə, payız gələndə 

Abxazda ovlağı salır kəməndə

Bərdənin havası  çox mötədildir (mülayimdir)

Hər il qış zamanı o bura gəlir.

Hər fəsil bir yerə mənzil salaraq 

Dörd fəsli  çatdırır başa bu sayaq.

X-Ş, 2004,  64.

Bərdənin  yazı  gül-çiçək  olduğu  kimi  qışı  da  mülayim 

keçdiyinə  görə  Məhinbanu  hətta,  onun  sarayında  qonaq  olan 

Xosrovu da bu gözəl məkanda istirahətə dəvət edir:

97



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə